Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3903/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Abbasov Aqil Əzizağa oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X7 oğlunun katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil, digər Cavabdeh3 iştirakları ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 tər əfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 27R000003270 saylı kredit razılaşması üzrə 31740,59 ABŞ dolları məbləğində kredit borcu, 12553,03 ABŞ dolları məbləğində faiz borcu və 22678,43 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 66972,05 ABŞ dolları məbləğində borcun; 027KK**********01 saylı kredit razılaşması üzrə 4998,69 ABŞ dolları məbləğində kredit borcu, 871,31 ABŞ dolları məbləğində faiz borcu və 3099,88 ABŞ dolları məblə ğində cərimə borcu olmaqla, cəmi 8969,88 ABŞ dolları, hər iki razılaşma üzrə ümumilikdə 75941,93 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.285 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışından əldə olunan vəsait hesabınacəmi 75941,93 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu nun və 20 manat xidmət haqqının «xxxx» QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tamödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh2 xüsusi mülkiyyətində olan, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.285 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin (hakim T.Hüseynova) X5 saylı 30 may 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 27R000003270 saylı kredit razılaşması üzrə 31585,12 (otuz bir min beş yüz səksən beş do llar on iki sent) ABŞ dolları əsas kredit borcu, 12273,32 (on iki min iki yüz yetmiş üç dollar otuz iki sent) ABŞ dolları faiz borcu, 2267 (iki min iki yüz altmış yeddi) ABŞ dolları cərimə borcu; 027KK**********01 saylı kredit razılaşması üzrə isə 4998,69 (dörd min doqquz yüz doxsan səkkiz dollar altımış doqquz sent) ABŞ dolları əsas kredit borcu, 871,31 (səkkiz yüz yetmiş bir dollar otuz bir sent) ABŞ dolları faiz borcu, 309 (üç yüz doqquz) ABŞ dolları cərimə borcu, hər iki razılaşma üzrə ümumilikdə 52304,44 (əlli iki min üç yüz dörd dollar qırx dörd sent) ABŞ dolları məbləğində pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, borc məbləğinin qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində milli valyuta ilə hesablanaraq tutulması, tutmanın Cavabdeh2 xüsusi mülkiyyətində olan, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.285 ha torpaq sahəsinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan əmlakın ilkin satış qiymətinin 42750 (qırx iki min yeddi yüz əlli) manat məbləğində müəyyən edilməsi, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.285 ha torpaq sahəsinin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına cəmi 52304,44 (əlli iki min üç yüz dörd dollar qırx dörd sent) ABŞ dolları məbləğində pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yön əldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının «xxxx» QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait hesabına borcun tam ödənilməsindən və hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra qalan vəsaitin cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan Cavabdeh2 xüsusi mülkiyyətində olan, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.285 ha torpaq sahəsi satıldıqdan sonra Cavabdeh2 həmin torpaq sahəsindən ən geci bir ay müddətində çıxarılması və torpaq sahəsinin «xxxx» QSC-nə təhvil verilməsi, iş üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsinə dair məhkəmə-əmtəəş ünaslıq ekspertizası məhkəmənin təşəbbüsü ilə keçirildiyindən həmin ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pulun 125 (bir yüz iyirmi beş) manatı iddiaçı «xxxx» QSC-dən, 125 (bir yüz iyirmi beş) manatı isə cavabdehlər X2 və X3 müştərək qaydada alınıb “xxxx” MMC-nin hesabına (“xxxx” ASC-nin “Nərimanov” filialı, M/h AZE03NABZ********************, Kod 805540, SWİFT: İBAZAZ2X, VÖEN **********, İBAN: AZ61İBAZ********************) ödənilməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası cavabdeh tərəfin xahişi ilə keçirildiyindən həmin ekspertiza tədqiqatının dəyəri olan 145,0 (bir yüz qırx beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər F.Abbasov, T.Heydərov, T.Kərimov) 29 yanvar 2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə Cavabdeh1 oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Cəbrayıl Rayon Məhkəməsinin X5 saylı 30 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair iddiasının qismən təmin olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 27R000003270 saylı kredit razılaş ması üzrə 31585,12 (otuz bir min beş yüz səksən beş dollar on iki sent) ABŞ dolları əsas kredit borcunun, 12273,32 (on iki min iki yüz yetmiş üç dollar otuz iki sent) ABŞ dolları faiz borcunun, 2267 (iki min iki yüz altımış yeddi) ABŞ dolları cərimə borcunun, 027KK**********01 saylı kredit razılaşması üzrə isə 4998,69 (dörd min doqquz yüz doxsan səkkiz dollar altımış doqquz sent) ABŞ dolları əsas kredit borcunun, 871,31 (səkkiz yüz yetmiş bir dollar otuz bir sent) ABŞ dolları faiz borcunun, 309 (üç yüz doqquz) ABŞ dolları cərimə borcunun, hər iki razılaşma üzrə ümumilikdə 52304,44 (əlli iki min üç yüz dörd dollar qırx dörd sent) ABŞ dolları məbləğində pulun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildir işin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, borc məbləğinin qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində milli valyuta ilə hesablanaraq tutulması, ipoteka predmeti olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.285 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 52304,44 (əlli iki min üç yüz dörd dollar qırx dörd sent) ABŞ dollarının «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan daşınmaz əmlak hərracda sa tıldıqdan sonra Cavabdeh2 tərəfindən boşaldılaraq o, həmin daşınmaz əmlakdan çıxarılması, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.285 ha torpaq sahəsinin ilkin satış qiyməti 42 750 (qırx iki min yeddi yüz əlli) manat məbləğində müəyyən edilməsi, Apelyasiya şikayətinin verilməsi üçün apellyatorunödəmiş olduğu rüsum məbləği onun özünə aid olunsun; ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pulunun 125 (bir yüz iyirmi beş) manatının iddiaçı «xxxx» QSC-dən, 125 (bir yüz iyirmi beş) manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “xxxx” MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizasının xərci qismində 145,0 (bir yüz qırx beş) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi tərəfindən iş üzrə tam araşdırma aparılmamış mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığin tələb etdiyi təzdə hərkət etmə k öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığin tələb etdiyi tərzdə, yeni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Eyni zaman da do lların kursunun aşağı olduğu vaxtlar da götürülmüş kreditə görə hazırda böyük məbləğə faizin hesablanıb tutulması da əsasızdır. Apellyasiya məhkəməsi bu hala obyektiv qiymət verməmişdir. Belə ki, bir gündə qazancından iki dəfə çox Banka pul ödəməsi onu çətin vəziyyətə salmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqin i yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində kassator kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmuş borcun məbləğini mübahisələndirdiyindən həmin şikayətin dəlilləri həcmində cavabdehlərdən tutulmuş borcun məbləği hissəsi yoxlanılmalıdır. İş üzrə faktiki hallardan müəyyən edilmiş dir ki, 12.04.2013-cü il tarixli 27L000000502 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. 22.04.2014-cü il tarixli 27R000003270 saylı kredit razılaşmasına əsasən isə Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 42000 ABŞ dolları məbləğində kredit verilmişdir.13.11.2014-cü il tarixli 027KK**********01 saylı kredit razılaşmasına əsasən isə Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 %olmaqla, razılaşma ilə müəyyən olunmuş kredit limiti daxilində kredit kartı vasitəsilə 5000 ABŞ Dolları məbləğində kredit verilmişdir. İddiaçı “xxxx” QSC tərəfindən verilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh1 27R000003270 saylı kredit razılaşması üzr ə 02.08.2017-ci il tarixinə banka olan əsas borcu 31740.59 ABŞ dolları, faiz borcu 12553.03 ABŞ dolları, cərimə borcu 22678.43 ABŞ dolları, cəmi borcu 66972.05 ABŞ dolları, 027KK**********01 saylı kredit razılaşması üzrə 02.08.2017-ci il tarixinə banka olan əsas borcu 4998.69 ABŞ dolları, faiz borcu 871.31 ABŞ dolları, cərimə borcu 3099.88 ABŞ dolları, cəmi borcu 8969.88 ABŞ dolları, hər iki razılaşma üzrə ümumilikdə borcu 75941.93 ABŞ dolları məbləğində təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı «xxxx» QSC arasında zaminlik müqavilələri bağlanmış və həmin zaminlik müqavilələrinə əsasən isə Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 ilə bank arasında bağlanmış kredit xətti müqaviləsi və həmi n kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Həmçinin Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xüsusi mülkiyyətində olan, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.285 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 12.03.2019-cu il takrixli, 1399 nömrəli rəyindən görünür ki, Cavabdeh1 27R000003270 saylı kredit razılaşması üzrə banka olan əsas borcu 31585,12 ABŞ dolları, faiz borcu 12273.32 ABŞ dolları, 027KK**********01 saylı kredit razılaşması üzrə banka olan əsas borcu 4998,69 ABŞ dolları, faiz borcu 871,31 ABŞ dolları, hər iki razılaşma üzrə ümumi borc məbləği 52304,44 AB Ş dolları təşkil edir. Apellyasiya məhkəməsi hesab etmişdir, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozmuş, “X4 və X5” işdə tərəf olmadıqları halda ipoteka predmeti olan əmlakın qiymətləndirilməsinə dair məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pulun 125 (bir yüz iyirmi beş) manat hissəsinin X2 və X3 müştərək qaydada alınıb “xxxx” MMC-nin hesabına ödənilməsini qət etmişdir. Buna görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Apelly asiya məhkəməsi mahiyyəti üzrə işə baxaraq hesab etmişdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit razılaşmalarından irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində adı çəkilən cavabdeh öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçının ona qarşı yönəlmiş əsas və faiz borcun ödənilməsi tələbi ekspert rəyi ilə müəyyən olunmuş həcmində təmin olunmalıdır. Cərimə məbləğləri isə əsas borc məbləğinə mütənasib hesab olunmadığından cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 27R000003270 saylı kredit razılaşması üzrə 2267 ABŞ dolları, 027KK**********01 saylı kredit razılaşması üzrə 309 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tutulmalı olan borcun məblə ği hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mül ki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəməyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Cavabdeh kassasiya şikayətində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək banka ödənilməli olan əsas kredit borcu və faiz borcu məbləğlərinin dəqiq he sablanmamasını göstərmişdir. Lakin kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit müqavilələrinin qeyd olunan şərtləri nəzərə alınmaqla əsas və faiz borcu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh müqavilə üzrə daha artıq məbləğin ödənilməsi, həmçinin banka borcunun tələb ediləndən az olması barədə heç bir sübut təqdim etməmişdir. Cərimə borcuna gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiya məhkəməsi göstərilən normada əks olunmuş imkandan istifadə edərək, cərimə borcunu azaltmış və bu zaman hər hansı maddi hüquq normasının tələbini pozmamışdır. Cərimənin tamamilə silinməsi üçün isə qanuni əsas olmadığından caavbdeh kassasiya şikayətinin dəlilləri əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Cavabdehin öz müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyi iş materialları ilə təqdiq edilir. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Kassasiya şikayətinin işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, K onstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilə n tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3903/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3903/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver