Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3905/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi ilə, iddiaçı “xxxx” BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərinin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)358/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(073)-23/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim E.Ə.Əmirəliyev) iddiaçı “xxxx” BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərinin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı «xxxx» BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF saylı kredit müqaviləsi üzrə 9.641,85 ABŞ dolları əsas borc, 2.037,78 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 12.679,63 ABŞ dolları borcun (ödəniləcəyi gün Azərbaycan manatına olan məzən nəsi ilə) və 30 manat dövlət rüsumunun alınıb iddiaçı «xxxx» BOKT ASC-yə ödənilməsi, tələbin girov predmeti olan Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət Dəmir yolunun cənubunda X1 yerləşən 3-cü zona, sıra 19, korpus 1,15, sahəsi 50 kv.m. olan qeyriyaşayış sahəsi (dükan) və dükandakı dövriyyə mallarına və 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF-G saylı daşınar əmlakın girov müqaviləsi əsasında Cavabdeh məxsus 30.000 manat məbləğində qiymətləndirilmiş mal qalığına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF-G saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı banka yaranmış 9.641,85 ABŞ dolları əsas borc, 2.037,78 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 12.679,63 AB Ş dolları borcun (ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun alınıb iddiaçı «xxxx» BOKT ASC-yə ödənilməsi, girov predmetinin ilkin satış qiymətinin 40.000 (qırx min) manat müəyyən edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-358/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), Z.B.Babayev və Q.B.Kərimov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Cəlilabad Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(073)-23/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx» BOKT Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 23 oktyabr 2015ci il tarixli, 228/15/PB/YF saylı kredit müqaviləsi üzrə 9.632,71 ABŞ dolları əsas borcun, 5.235,18 ABŞ dolları faiz borcunun və 7.393,74 ABŞ dolları dəbbə pulunun olmaqla, cəmi 22.261,61 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, 23 oktyabr 2015ci il tarixli, 228/15/PB/YF saylı kredit müqaviləsinin hüquqi qüvvəsinə xitam verilməsi, borcun əvəzinin 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF-G saylı girov müqaviləsi üzrə girovun predmetləri olan Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət Dəmir yolunun cənubunda X1 yerləşən 3-cü zona,sıra 19, korpus 1,15, sahəsi 50 kv.m. olan qeyri-yaşayış sahəsi (dükan) və dükandakı dövrüyyə mallarına və 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF-G saylı daşınar əmlakın girov müqaviləsi əsasında Cavabdeh məxsus 30.000 manat məbləğində qiymətləndirilmiş mal qalığın a yönəldilməsi və girov predmetlərinin açıq hərracda satılaraq borcun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» BOKT Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» BOKT Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 11.900 ABŞ dolları məbləğində kredit verilmiş və tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuşdur. Ödəniş cədvəlinə əsasən Cavabdeh 23.10.2015-ci ildən 23.10.2017-ci ilə qədər hər ay davamlı olaraq ödəniş qrafiki üzrə nəzərdə tutulmuş qaydada ödənişləri banka ödəməklə, aldığı krediti faizləri ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə gö türmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh ilə bank arasında bağlanmış 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF-G saylı girov müqaviləsi əsasında Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət Dəmir yolunun cənubunda Sədərək Ticarət Mərkəzində yerləşən 3-cü zona, sıra 19, korpus 1,15, sahəsi 50 kv.m. olan qeyri-yaşayış sahəsi və orada olan dövriyyə malları girov qoyulmuşdur. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməyi, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini bank qarşısında tam icra etməmiş və nəticədə «xxxx» BOKT ASC-yə 26.05.2017-ci il tarixə 9.632,71 ABŞ dolları əsas borcu, 5.235,18 ABŞ dolları faiz borcu, 7.3 93,74 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22.261,61 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh dəfələrlə bildirişlə və şifahi müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili İbrahimov Tağı Məmməd oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı “xxxx” BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan iddiaçı bankla Cavabdeh arasında bağlanmış 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 11.900 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit və faiz borcunu müq avilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı bankdan götürdüyü krediti və ona hesablanmış faizləri 23.10.2015-ci ildən 23.10.2017-ci ilə qədər hər ay davamlı olaraq ödəniş qrafiki üzrə nəzərdə tutulmuş qaydada ödənişləri banka ödəməklə aldığı krediti faizləri ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 oktyabr 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF saylı kredit müqaviləsi üzrə 11.900 ABŞ dolları məbləğində vəsaiti “xxxx” BOKT ASC-nin Yasamal filialından almışdır. İş materiallarına əlavə edilmiş iddiaçı bankla Cavabdeh aras ında bağlanmış 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF saylı əmlakın girov müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət Dəmir yolunun cənubunda, X1 yerləşən 3-cü zona, sıra 19, korpus 1,15, sahəsi 50 kv.m. olan qeyri-yaşayış sahəsi və orada olan dövriyyə malları girov qoyulmuşdur. Girov perdmeti olan əmlakın qiyməti tərəflərin razılığı ilə 40.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 19 iyul 2019-cu il tarixli, 13645 nömrəli rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ümumilikdə 14 noyabr 2016-ci il tarixədək 4017,22 ABŞ dolları məbləğində ödəniş aparmışdır ki, həmin məbləğin 2258,15 ABŞ dolları əsas borca, 1759,07 ABŞ dollar ı isə faiz borcuna silinmişdir. Borcalan Cavabdeh 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF saylı kredit müqaviləsi üzrə 26 may 2017-ci il tarixə əsas kredit borcu 9641,85 ABŞ dolları, faiz borcu isə 2037,78 ABŞ dolları təşkil edir. İş materiallarında olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən görünür ki, bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmə k hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, bir tərəfdən Cavabdeh, digər tərəfdən isə «xxxxBOKT» ASC olmaqla 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF saylı kredit müqaviləsi bağlanmış, kredit öhdəliyinin təminatı kimi həmin tarixdə Cavabdeh ilə iddiaçı arasında 228/15/PB/YF-G saylı girov müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci m addəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF saylı kredit müqaviləsinin tələbinə görə kreditor «xxxxBOKT» ASC-dən müqaviləyə əsasən götürdüyü pul məbləğini, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedi kdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi büt ün hallar üçün cavabdehdir. Müəyyən edilmişdir ki, 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF-G saylı girov müqaviləsindən görünür ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya müqavilədə müəyyən edilmiş müddətdə və qaydada icra etmədikdə «girov saxlayan» kredit borcunun, faizlərin, penyaların və zərərin ödənilməsi tələbini girov qoyulmuş əmlaka yönəltmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş və buna görə də girov saxlayanın girov predmetinə tutmanın yönəldilməsini və əşyanın satılmasını tələb etmək hüququ yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin tələbin girov predmeti olan Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində, Heybət Dəmir yolunun cənubunda Sədərək Ticarət Mərkəzində yerləşən 3-cü zona, sıra 19, korpus 1,15, sahəsi 50 kv.m. olan qeyri-yaşayış sahəsi (dükan) və dükandakı dövrüyyə mallarına və 23 oktyabr 2015-ci il tarixli, 228/15/PB/YF-G saylı daşınar əmlakın girov müqaviləsi əsasında Cavabdeh məxsus 30.000 manat məbləğində qiymətləndirilmiş mal qalığına yönəldilməsi və açıq hərracda satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllə sinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-358/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e
Məhkəmə qərarları › İş №2(102)-3905/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3905/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver