Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3906/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsindən “xxxx” MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qiyabi qətnaməsi ilə (iş № 2(001)-5712/2018, hakim F.H.Qasımov) İddiaçı “xxxx” MMC-yə qarşı iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 17ci blokunun 9-cü mərtəbəsində yerləşən 1937 saylı mənzilin balkonlarına “xxxx” sisteminin quraşdrılmasına cavabdeh MMC və onun vəzifəli şəxsləri tərəfindən iddiaçıya yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1182/2019, X.A.Cəmilova, İ.K.Xəlilov, İ.Ə.Kərimli) “xxxx” MMCnin apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iiş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 31 may 2018-ci il tarixdə İddiaçı “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 17-ci blokunun 9-cu mərtəbəsində yerləşən 1937 saylı mənzilin balkonlarına xxxx sisteminin quraşdırılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, Bakı Şəhər İcra Hakimiyyətinin Mema rlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihədə sözügedən binada balkonların açıq olması nəzərə alınmamışdır. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, 23 fevral 2016-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən “xxxx” MMC ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 17-ci blokunun 9-cu mərtəbəsində yerləşən 1937 saylı mənzilini İddiaçı təhvil verməyi, sonuncu isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüş, həmin mənzilin dəyəri sonuncu tərəfindən ödənilmişdir. İddiaçı ona məxsus mənzildə mənzilin təmirini başa çatdırsa da, balkonlar açıq vəziyyətdə olduğuna görə uşaqların təhlükəsizliyi ba xımından həmin mənzilə köçüb yaşaya bilmir. O, mənzilin balkonlarına xxxx sisteminin quraşdırılması ilə bağlı cavabdehə müraciət etsə də, cavab ala bilməmiş, MMC-nin vəzifəli şəxsləri tərəfindən ona maneə yaradılmışdır. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilə r, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Apellyasiya instansiyası məhkəməsi iddi açı tərəfindən mənzilin pay haqqının ödənilməsinə və onun mənzil üzərində istifadə hüququnun olmasına istinad etməklə hesab etmişdir ki, hazırki mübahisə üzrə iddiaçıya məxsus mənzilə xxxx sisteminin quraşdırılmasında qonşuların və ya üçüncü şəxslərin hüquqlarının pozulması, yaxud hüquqdan sui-istifadə halları mövcud olmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3906/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3906/2019
23.05.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver