Məhkəmə qərarları › İş №2(102)-3907/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3907/2019

07.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3907/2019 07.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9975/2018 nömrəli iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.A.Hüseynov) 2(006)-131/2018 nömrəli, 09 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 24.09.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsindən bağlanılmış 26.09.2014-cü il tarixli 67B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 28.917 ABŞ dolları əsas borc, 3.050,48 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə borcu və 24.09.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanılmış 02.02.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 11.755,63 ABŞ dolları əsas borc, 1.231,40 BŞ dolalrı faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 45,004,51 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun Cavabdeh1 alınaraq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, tələb ilkin satış qiyməti 148.000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən cəmi 45.004,51 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlə t rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat məbləğində pulun «xxxx» KB ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan qeyd olunan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, İd saylı evin 40 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması, məhkəmə tikintitexniki ekspertizasının tədqiqat dəyəri olan 150 manatın Cavabdeh1 alınaraq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov) 2(103)- 9975/2018 nömrəli, 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-131/2018 saylı iş üzrə 09 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 və Cavabdeh2a münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə Cavabdeh1 arasında 24.09.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.09.2014cü il tarixli 67B8/14-1 saylı ə lavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 26.09.2017-ci il tarixədək illik 20% ödəmək şərtilə 38.000 ABŞ dolları, 02.02.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, 02.02.2017-ci il tarixədək, illik 20% ödəmək şərtilə 15.000 ABŞ dolları məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2014-cü il tarixli 67Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 1D saylı evin 40 saylı mənzili ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 25.09.2014-cü il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tə rəfindən qeydiyyata alınmışdır. Borclu Cavabdeh1 “xxxx” KB ASC-yə borcu 16.12.2016-cı il tarixə 26.09.2014-cü il tarixli 67B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 28.917 ABŞ dolları, faiz borcu üzrə 3.050,48 ABŞ dolları, cərimə borcu üzrə 981,86 ABŞ dolları, cəmi 32.949,34 ABŞ dolları, 02.02.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 11.755,63 ABŞ dolları, faiz borcu üzrə 1.231,40 ABŞ dolları, cərimə borcu üzrə 508,41 ABŞ dolları, cəmi 13.495,44 ABŞ dolları təşkil edir. 24.09.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 1D saylı evin 40 saylı mənzili «xxxx» KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 24.09.2014-cü il tarixli 67Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 1D saylı evin 40 saylı mənzili əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 145.000 manat məbləğində qiymətləndirilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh1 iddiaçı «xxxx» KB ASC-nin xeyrinə 24.09.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.09.2014-cü il tarixli 67B8/ 14-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 28.917 ABŞ dolları, faiz borcu üzrə 3.050,48 ABŞ dolları, cərimə borcu üzrə 981,86 ABŞ dolları, cəmi 32.949,34 ABŞ dolları, 02.02.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 11.755,63 ABŞ dolları, faiz borcu üzrə 1.231,40 ABŞ dolları, cərimə borcu üzrə 508,41 ABŞ dolları, cəmi 13.495,44 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 1D saylı evin 40 saylı mənzilinə yönəldilməsi, bu əmlakı n hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 26.09.2014-cü il tarixli 67B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 32.949,34 ABŞ dolları, 02.02.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 13.495,44 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 145.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 1D saylı evin 40 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsi ndən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Akif qızının çıxarılmaqla mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9975/2018 nömrəli iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil o lmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)9975/2018 nömrəli iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktları na təsir göstərə bilər. İş materiallarında olan: «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.09.2014-cü il tarixli 67B8/14-1 saylı əlavə kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, «xxxx» KB ASC Cavabdeh1 36 ay müddətinə, 26.09.2017ci il tarixinədək illik 20% ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə 67B8/14 saylı 24.09.2014-cü il tarixində bağlanılan əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.09.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 02.02.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, «xxxx» KB ASC Cavabdeh1 24 ay müddətinə, 02.02.2017-ci il tarixinədək illik 20% ödəmək şərtilə 15.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə 67B8/14 saylı 24.09.2014-cü il tarixində bağlanılan əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. İpoteka saxlayan «xxxx» KB ASC ilə borcalan və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 24.09.2014-cü il tarixli 67Bİ8/14 saylı ipoteka müqaviləsindən görünür ki, 24.09.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqa viləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən İd saylı evin 40 saylı mənzili «xxxx» KB ASC-yə ipotekaya qoyulmuşdur. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti 145.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, İd saylı evin 40 saylı mənzili «xxxx» KB ASC-nin 8 saylı filialının xeyrinə yüklü edilmiş, bu barədə d aşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 1896 nömrəli reyestr kitabının 174831 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 25.09.2014-cü il, qeydiyyat nömrəsi **********-dır. Əsas öhdəlik 24.09.2014-cü il tarixli 67B8/14 Ne-li əsas kredit müqaviləsidir. Nəsimi rayon VYADQ şöbəsi tərəfindən 14 mart 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 220620 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 14 mart 2006-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 mart 2006- cı il tarixdə 124 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. Cavabdeh2 tərəfindən notariat kontoruna ünvanlanmış ərizənin surətindən görünür ki, o, həyat yoldaşı Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, İd saylı evin 40 saylı mənzilin ipoteka qoyulmasına etiraz etməmişdir. Həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. 16 dekabr 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 67B8/14-1 saylı kredit müqaviləsi üzrə 16 dekabr 2016-cı il tarixə «xxxx» KB ASC-yə 28.917 ABŞ dolları əsas borcu, 3.050,48 ABŞ dolları faiz borcu, 981,86 ABŞ dolları cərimə borcu, cəmi 32.949,34 ABŞ dolları borcu vardır. 16 dekabr 2016-cı il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh1 67B8/14-2 saylı kredit müqaviləsi üzrə 16 dekabr 2016-cı il tarixə «xxxx» KB ASC-yə 11.755,63 ABŞ dolları əsas borcu, 1.231,40 ABŞ dolları faiz borcu, 508,41 ABŞ dolları cərimə borcu, cəmi 13.495,44 ABŞ dolları borcu vardır. 31.10.2016-cı il tarixli pretenziya məktubundan, 17.11.2016-cı il tarixli bildirişdən, «xxxx» KB ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 29.11.2016-cı il tarixli ərizədən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 08.12.2016-cı il tarixli **********08 Ne-li məktubundan görünür ki, Cavabdeh1 tələbin ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə «xxxx» KB ASC tərəfindən xəbərdar edilmiş, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsində 08.12.2016-cı ildə qeydiyyata alınmışdır. Ödəniş tapşırığından görünür ki, «xxxx» KB ASC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əla qədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Ödəniş haqqında elektron xidmətlər portalından çıxarışdan görünür ki, «xxxx» KB ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 30 manat ödənilmişdir. “xxxx” MMC-nin 18 may 2017-ci il tarixli, ƏEM/M 104-697/17 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 mənzilinin 18 may 2017-ci il tarixinə real bazar qiyməti 148.000 manat təşkil edir. Xidmət haqqı “xxxx” MMC-nin tarif cədvəlinə uyğun olaraq 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Sözügedən Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Adıçəkilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtlər i pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Aşağı instansiya məhkəmələrinin araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə «xxxx» KB ASC arasında bağlanmış 24.09.2014-cü il tarixli 67B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.09.2014-cü il tarixli 67B8/14-1 saylı əlavə kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavəyə səasən «xxxx» KB ASC Cavabdeh1 36 ay müddətinə, 26.09.2017-ci il tarixinədək illik 20% ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində, 02.02.2015-ci il tarixli 67B8/14-2 saylı əlavə kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavəy ə əsasən isə «xxxx» KB ASC Cavabdeh1 24 ay müddətinə, 02.02.2017-ci il tarixinədək illik 20% ödəmək şərtilə 15.000 ABŞ dolları məbləğində kredit vermişdir. İş üzrə iddiaçı «xxxx» KB ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq kredit sazişinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit sazişi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da sazişin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməs qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şər h edilməsinə dair” 14.05.2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlərin kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməli olduğu, müqavilədə belə şərt olmadıqda, borclunun kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəfl ərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ah Mustafayev küçəsi, 1D saylı evin 40 saylı mənzilinin 18 may 2017-ci il tarixinə real bazar qiyməti 148.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı r. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamə də göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9975/2018 nömrəli iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9975/2018 nömrəli iş üzrə 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar