Məhkəmə qərarları › İş №2(102)-3907/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3907/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3907/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3959/2024 nömrəli iş üzrə 1 avq ust 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında 5 dekabr 2024-cü il tarixdə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə 2 №-li Əlavədə göstərilmişdir ki, kredit məbləği 33 815,34 USD, faiz dərəcəsi 13.40 %, aylıq tarif 1,12%, müddət 26 aydır. 3. 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə 3 №-li əlavədə göstərilmişdir ki, kredit mə bləği 22 373,98 USD, faiz dərəcəsi 13.40 %, aylıq tarif 1,12 %, müddət 33 aydır.

4. Bankla Cavabdeh arasında 15 mart 2016-cı il tarixdə 1 saylı razılaşma bağlanmış, razılaşdırılmışdır ki, bank 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə əsasən borcalana ayrılmış 2657,1 ABŞ dolları məbləğində krediti restrukturizasiya edir, bununla ümumi kredit məbləği 33.815,34 ABŞ dolları müəyyənləşdirilir. 5. 27 fevral 2018-ci il tarixdə 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə 2 №-li Əlavə Razılıq bağlanmış, razılığa əsasən 21 aprel 2015ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinin müddəti 21 noyabr 2020-ci il tarixinədək uzadılmış, kreditin ümumi məbləği 22 373,98 (iyirmi iki min üç yüz yetmiş üç ABŞ doll arı doxsan səkkiz sent) ABŞ dolları, krediti vaxtında ödəmədiyi halda borcalanın müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 40% məbləğində artırılmış faizləri kreditora ödəməli olduğu razılaşdırılmışdır.

6. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilmiş 15 sentyabr 2021-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsi üzrə 09 sentyabr 2021-ci il tarixə müqavilə üzrə əsas borcu 6199 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 683 ABŞ dolları, tələb olunan cərimə 2326 ABŞ dolları, gecikdirilmiş gün sayısı 288 gün, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 248 ABŞ dolları, ümumi borc 9456 ABŞ dollarıdır.

7. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 21 sentyabr 2021-ci il tarixdə bildiriş ünvanlanmış, borcun xəbərdarlıq məktubu alındığı gündən 3 gün müddətində könüllü olaraq banka ödənilməsi xahiş olunaraq, əks təqdirdə borc məbləğinin tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bankın xeyrinə 6199 ABŞ dolları əsas, 683 ABŞ dolları faiz, 2326 ABŞ dolları cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 248 ABŞ dolları hesablanmış faiz borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, kredit müqaviləsinə edilmiş 3 №-li əlavə qüvvəyə minmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 9456 ABŞ dolları təşkil edir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

10. Məhk əmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5917 nömrəli rəyində göstərilmişdir ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmaların şərtləri nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 8034,66 ABŞ dolları məbləğində olmaqla əsas borc üzrə 7109,83 ABŞ dolları, faiz borcu üzrə 924,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

11. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8340 nömrəli rəyində göstərilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 100.LN. 1002.210415.00001 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən iddiaçı tərəfindən əvvəlki dövr üzrə hesablanmış, lakin ödənilməmiş faiz borcları yenidən müəyyən edilmiş əsas borc məbləğinə daxil edilməmişdir. İş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmaların şərtləri nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 803 4,66 ABŞ dolları məbləğində olmaqla əsas borc üzrə 7109,83 ABŞ dolları, faiz borcu üzrə 924,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

12. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3986 nömrəli rəyində göstərilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.0001 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən razılaşma günlərinə olan əsas borc məbləğinin üzərinə həmin günə bank tərəfindən hesablanmış faizlər də cəmlənərək (kapitallaşdırılaraq) kreditin qalıq məbləğləri (əsas borc + faizlər) müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsind ə göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli 01 №-li “Razılaşma” və 27 fevral 2018-ci il tarixli 02 №-li “Əlavə Razılıq”da qeyd olunan şərtlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixə (iddia tarixinə) “AG Bank" ASC-nə 14 231,52 USD məbləğində artıq ödənişi müəyyən edilir. Qeyd edilir ki, mülki iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və 9/8340 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəylə hazırki ekspert rəyi arasındakı fərq onunla izah edilir ki, 9/8340 saylı ekspert rəyində tədqiqat 27 fevral 2018-ci il tarixli 02 №-li "Əlavə Razılıq”dan sonrakı dövrü, 9/3 986 saylı rəydə isə ekspert tədqiqatı 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi bağlanan tarixdən xx.xx.2021-ci il tarixədək (iddia tarixinə) olan dövrü (15 mart 2016-cı il tarixli, 01 №-li "Razılaşma” və 27 fevral 2018-ci il tarixli 02 №-li "Əlavə Razılıq" daxil olmaqla) əhatə edir.

13. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli 9/8658 nömrəli rəyində göstərilmişdir ki, cari hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli 01 №-li "Razılaşma” və 27 fevral 2018-ci il tarixli 02 №-li "Əlavə Razılıq''da qeyd olunan şərtlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixə (iddia tarixinə) "xxxx" A SC-nə olan borcu 6561,15 USD məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5805,93 USD, faiz borcu üzrə 522,99 USD, faiz (illik 5%-lə hesablanmaqla) 232,24 USD.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 aprel 2024-cü il tarixli, e-2(005)-31/2024 nömrəli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 5805,93 ABŞ dolları məbləğində əsas, 522,99 ABŞ dolları məbləğində faiz, 232 ABŞ dolları məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% hesablanmış 232,24 (iki yüz otuz iki ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 6793,16 (altı min yeddi yüz doxsan üç ABŞ dolları on altı sent) ABŞ dol larının (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq manatla) tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmiş, kredit məbləği cavabdehin hesabına daxil edilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmiş, bununla da o, müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirl i pozuntusuna görə məsuliyyət daşımalıdır.

16. İddiaçı tərəfindən təqdim edilmiş bütün zəruri sənədlər (hesabdan çıxarış, müqaviləyə əlavə sazişlər və s.) əsasında verilmiş son 08 fevral 2024-cü il tarixli 9/8658 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixə (iddia tarixinə) “AG Bank" ASC-nə olan borcu 6561,15 USD məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5.805,93 USD, faiz borcu üzrə 522,99 USD, faiz (illik 5%-lə hesablanmaqla) 232,24 USD. İddiaçı cavabdehdən kredit müqaviləsi üzrə 6199 (altı min bir yüz doxsan doqquz) ABŞ dolları əsas, 683 (altı yüz səksən üç) ABŞ dolları faiz borcu tutulmasını xahiş etmişdir.

17. Məhkəmə kredit müqaviləsi üzrə əsas borc məbləğini və kredit müqaviləsi müddəti üzrə 21 noyabr 2020-ci il tarixədək tutulmalı olan faiz borcun məb ləğini müəyyən edərkən iş materiallarına əlavə edilmiş cari hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli, 01 №-li "Razılaşma” və 27 fevral 2018-ci il tarixli, 02 №-li "Əlavə Razılıq"da qeyd olunan şərtlərə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 fevral 2024-cü il tarixdə verilmiş 9/8658 nömrəli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab etmişdir ki, həmin ekspert rəyi sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi üzrə əsas borc məbləği və kredit müqaviləsi müddəti üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq müvafiq olaraq - əsas borc üzrə 5805,93 ABŞ dolları, faiz borcu üzrə 522,99 ABŞ dolları həddində müəyyən edilməlidir.

18. Məhkəmə gecikdirilmiş borca illik 5%-lə hesablanmış faiz borcun məbləğini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab etmişdir ki, ekspert rəyi sübut kimi qəbul edilməli, gecikdirilmiş borca illik 5%-lə faiz borc məbləği ekspertin gəldiyi nəticəyə uyğun olaraq 232,24 (iki yüz otuz iki ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları həddində müəyyən edilməlidir.

19. Məhkəmə dəbbə borcu ilə əlaqədar qeyd etmişdir ki, kredit müqaviləsinə görə istənilən dəbbə pulu kredit müqaviləsinə görə yaranmış borca tənasüb olmamaqla gələcəkdə də həmin öhdəliyin icrasına əhəmiyyətli dərəcədə maneə yaradacaqdır. Bu isə öhədliyin icrası üçün qəbul edilmiş məhkəmə aktının icrasını xəyali etməklə, kreditorun da mənafeyinə mənfi formada təsir edəcəkdir. Belə ki, həmin məbləğin vaxtında icra edilməsinə maneə yaratmaqla müəyyən edilmiş məbləğdən əlavə gəlir əldə etməyinə mənfi təsir dedəcəkdir. Buna görə də məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən istənilən penya hissəsində işin faktiki halları, götürülmüş kreditin və hesablanmış faiz borcunun məbləğini nəzərə alaraq hesab edir ki, 2326 (iki min üç yüz iyirmi altı) ABŞ dolları cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 232 (iki yüz otuz iki) ABŞ dolları məbləğinə endirilməlidir.

20. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6.2-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 445.1-ci, 445.2-ci, 445.7-ci, 448.1-ci, 448.2-ci, 739.1-ci, 739.2-ci maddələrinə istinadən əsaslandı rmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. cavabdeh tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə ümumilikdə 55 760.25 ABŞ dolları məbləğdə ödəniş edilmişdir. Hazırkı mübahisə üzrə iddiaçının özü tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş sənədlərdən də görünür ki, ödəniş məbləğlərinin 36 458.10 ABŞ dollarını əsas borc məbləği, 17 996.80 ABŞ dollarını faiz borcu məbləği, 185,35 ABŞ do lları cərimə faiz borcu məbləği və 1120 ABŞ dollarını isə komissiya haqqının ödənilməsi kimi nəzərə almışdır. Baxmayaraq ki, cavabdehin ilkin kredit müqaviləsi üzrə idiaçıya ödəməli olduğu məbləğ 40 000 ABŞ dolları əsas, 13 515,61 ABŞ dolları faiz məbləği olmaqla ümumilikdə 53 515,61 ABŞ dolları məbləğində olmalıdı və qeyd olunan faiz borcu məbləği ilkin müqavilədə illik 20% olmaqla hesablanmışdır. İşin hallarından göründüyü kimi cavabdeh iddiaçıya faktiki olaraq 2244,64 ABŞ doları məbləğində artıq ödəniş etdiyi halda, iddiaçı öz üstün mövqeyindən istifadə edərək cavabdehi müqaviləyə əlavələr imzalamağa sövq etmiş, həmçinin cavabdehin əvvəlki dövr üzrə hesablanmış, lakin ödənilə bilməmiş faiz borclarını da kredit müqaviləsinə sonrakı əlavə razılaşmalarda həmin dövrə mövcud olmuş əsas borc məbləğlərinin üzərinə gələrək faiz məbləğini guya aşağı salaraq 13,4 % müəyyən etsə belə, yenə cavabdehə qarşı 6199 ABŞ dolları məbləğində əsas borcun, 683 ABŞ dolları məbləğində faiz borcunun ödənilməməsini iddia etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/5917 nömrəli rəydən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.00001saylı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmaların şərtləri nəzərə alınmaqla sual üzrə iddia tələbinin tarixinə, xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçı “AGBank" ASC-yə olan borcu 8034,66 ABŞ dolları məbləğində olmaqla əsas borc üzrə 7109,83 ABŞ dolları, faiz borcu üzrə 924,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8340 nömrəli rəydən görünür ki, xx.xx.2015-ci il tarixli 100.LN. 1002.210415.00001 saylı kredit müqaviləsinə xx.xx.2016- cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən iddiaçı tərəfindən əvvəlki dövr üzrə hesablanmış, lakin ödənilməmiş faiz borcları yenidən müəyyən edilmiş əsas borc məbləğinə daxil edilməmişdir. İş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmaların şərtləri nəzərə alınmaqla sual üzrə iddia tələbinin tarixinə, xx.xx.2021-ci il tarixə cavabdehin borcu 8034,66 ABŞ dolları məbləğində olmaqla əsas borc üzrə 7109,83 ABŞ dolları, faiz borcu üzrə 924,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3986 nömrəli rəydən görünür ki, xx.xx.2015-ci il tarixli 100.L N.1002.210415.0001saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən razılaşma günlərinə olan əsas borc məbləğinin üzərinə həmin günə bank tərəfindən hesablanmış faizlər də cəmlənərək (kapitallaşdırılaraq) kreditin qalıq məbləğləri (əsas borc + faizlər) müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli 01 №-li "Razılaşma" və 27 fevral 2018-ci il tarixli 02 №-li "Əlavə Razılıq"da qeyd olunan şərtlərə əsasən cavabdehin xx.xx.2021-ci il tarixə (iddia tarixinə) “AG Bank" ASC-nə 14 231,52 USD məbləğində artıq ödənişi müəyyən edilir. Həmin ekspert rəyində həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən hazırki kredit müqaviləsininin 1 və 2 saylı əlavə razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən razılaşma gününə olan əsas borc məbləğlərinin üzərinə həmin günə bank tərəfindən hesablanmış faizlər də cəmlənərək (kapitallaşdırılaraq) kredit qalıq məbləğləri (əsas borc və faizlər) m üəyyən edilmişdir. Qətnamədə məhkəmənin öz qənaətini formalaşdırarkən istinad etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 fevral 2024-cü il tarixdə verilmiş 9/8658 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarına əlavə edilmiş cari hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli 01 №-li “Razılaşma" və 27 fevral 2018-ci il tarixli 02 №-li “Əlavə Razılıq"da qeyd olunan şərtlərə əsasən cavabdehin xx.xx.2021-ci il tarixə (iddia tarixinə) “AG Bank" ASC-nə olan borcu 6561,15 USD məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5.805,93 USD, faiz borcu üzrə 522,99 USD faiz (illik 5%-lə hesablanmaqla) 232,24 USD borcun olduğu qey d edilmişdir. Qətnamədən görünür ki, məhkəmə 08 fevral 2024-cü il tarixdə verilmiş 9/8658 nömrəli ekspert rəyində ekspertiza qarşısında qoyulmuş əsas suallardan biri olan “AG Bank" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən iddiaçı tərəfindən əvvəlki dövr üzrə hesablanmış, lakin ödənilməmiş faiz borcları yenidən müəyyən edilmiş əsas borc məbləğinə daxil edilmişdirmi və həmin faiz borclarından faiz ödənilməsi nəzərdə tutulmuşdurmu? sualına cavab verilmədiyi halını nəzərdən qaçırmışdır. Baxmayaraq ki, iş materialında olan xx.xx.2023-cü il tarixli 9/3986 nömrəli ekspert rəyində idd iaçı tərəfindən faizdən faiz hesablanması halına yol verildiyi göstərilmişdir. Ekspertin həmin rəyində göstərilən bu xüsusat onu göstərmişdir ki, iddiaçı tərəfindən hüquqdan sui-istifadə halına yol verilməklə kredit münasibətlərinin iqtisadi cəhətdən zəif tərəfi olan borcluya əlavə razılaşmalar üzrə həmin tarixə borclunun ödəmədiyi faiz borclarını da əsas borc məbləğinin üzərinə gəlməklə faizdən faiz ödənilməsini tələb etmişdir. Baxmayaraq ki, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 445.7-ci maddəsinə görə faizdən faiz hesablanması qanunverici tərəfindən imperativ qaydada yolverilməz hesab edilirdi.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3959/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsəno v (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və M.A.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə cavabdehin apellyasiya şikayətinin cavabdehin Banka borcunun qalmadığı barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən 4 dəfə ekspertiza tədqiqatı həyata keçirilmiş, əldə olunan rəylərlə borc məbləği müəyyənləşdirilmişdir.

25. Kollegiya onu da qeyd etmişdir ki, ekspertiza təyinatları zamanı ekspertlər qarşısında cavabdehin müqavilə müddətinin sonuna yaranmış borcunun məbləği barədə sual qoyulmasa da, ekspert rəylərindən müqavilə müddətinin başa çatdığı tarixdə onun 5805,93 ABŞ dolları məbləğində əsas, 522,99 ABŞ dolları məbləğində faiz borcunun olduğu aydın olur – hansı ki, birinci instansiya məhkəməsi ondan məhz həmin məbləğlərdə əsas və faiz borcunun tutulmasını qət etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 425, 442, 448.1, 739.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qərar qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsas sız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilmə məsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq b u qənaətə gəlmişlər ki, kredit müqaviləsi üzrə öhdəliklər borcalan tərəfindən vaxtında icra edilmədiyi üçün həmin müqavilə ilə yaranmış və ödənilməmiş borca cavabdeh məsuliyyət daşıyır.

48. Borcun məbləğinə dair dəlillərlə bağlı isə qeyd edilməlidir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən ekspertizalar təyin olunmuş və həmin təyinatlarla hesablanmış həddə borcun mövcudluğunu müəyyən etmişlər. Eyni zamanda araşdırılmış sübutların məcmusu onu deməyə əsas verir ki, hesablanmış borc məbləğinə faizə faiz hesablanmamışdır.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət v erilməklə yuxarıdakı qənaətə gəlinmiş və gəlinən nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hü quq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətində qeyd olunan dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3959/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar