Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3909/2021 15.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 06.05.2015-ci il tarixli 143919-CNS-17249 № kredit müqaviləsinə əsasən, "x xxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 26 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 10.400 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. X ilə Cavabdeh arasında bağlanmış 06.05.2015-ci il tarixli X kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 05.11.2015-ci il tarixli 01 saylı razılaşmaya əsasən kredit alanın banka borcu kapitallaşdırılaraq 10.435 manat məbləğində müəyyən edilməklə, Cavabdeh tərəfindən 05.11.2020-ci il tarixədək borcu ödəmək öhdəliyi götürülmüşdür. 3. 19.03.2015-ci il tarixli, 143919-1-14218 saylı kredit xətti müqaviləsinə əsasən, "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
4. Buna baxmayaraq, cavabdeh borcunu q rafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və 03.06.2020-ci ildə aşağıdakı iddianı qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06.05.2015-ci il tarixli 143919-CNS17249 №-li kredit müqaviləsinə, həmin müqaviləyə dəyişiklik edilməsi barədə 05.11.2015-ci il tarixli 01 saylı razılaşmaya əsasən 19 may 2020-ci il tarixə Banka borclu olduğu 6452,61 AZN məbləğində əsas borc, 1183,38 AZN məbləğində faiz borcu olmaqla ümumilikdə 7635,99 AZN borc pul məbləğinin, 19.03.2015-ci il tarixli 143919-1- 14218 №-li kredit xətti müqaviləsinə əsasən 19 may 2020-ci il tarixə Banka borclu olduğu 1977,47 ABŞ dolları məbləğində əsas borc, 62,15 ABŞ dolları məbləğində müqavilə müddətinin bitdiyi tarixdən yəni 19.03.2017-ci il tarixdən 19.05.2020-ci il tarixədək illik 5% hesabı ilə hesablanmış faiz borcu olmaqla ümumilikdə 2039,62 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun Cavabdeh tutularaq X ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-4) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalıdır.
7. Cavabdeh bi rinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tanrıverdiyeva) 18 sentyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 06.05.2015-ci il tarixli, X saylı kredit müqaviləsinə, həmin müqaviləyə dəyişiklik edilməsi barədə 05.11.2015-ci il tarixli, 01 saylı razılaşmaya əsasən 6452,61 (altı min dörd yüz əlli iki manat altmış bir qəpik) manat məbləğində əsas borc, 1183,38 (bir min yüz səksən üç manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7635,99 (yeddi min altı yüz otuz beş manat doxsan doqquz qəpik) manat, 19.03.2015-ci il tarixli, 143919-1-14218 saylı kredit xətti müqaviləsinə əsasən 1977,47 (bir min doqquz yüz yetmiş yeddi dollar qırx yeddi sent) ABŞ do lları məbləğində əsas borc, 19.03.2017ci il tarixdən 19.05.2020-ci il tarixədək illik 5% hesabı ilə hesablanmış 62,15 (altmış iki dollar on beş sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2039,62 (iki min otuz doqquz dollar altmış iki sent) ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun Cavabdeh tutularaq X” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir
9. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək, mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında 06.05.2015-ci il tarixli X Nağd pul krediti müqaviləsi” və 19.03.2015-ci il tarixli X “Kredit kartı müqaviləsi” imzalanmışdır. İddiaçı Bank sözügedən hər iki müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) 05 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin X saylı, 18 sentyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 06.05.2015-ci il tarixli, X saylı nağd pul krediti müqaviləsinin bitmə tarixi 05 noyabr 2020-ci il olmasına baxmayaraq, bank bu müddətin bitməsini gözləmədən ondan müqavilə üzrə yaranmış borcu tələb etmişdir. Məhkəmə isə bu müqaviləyə xitam vermədən iddianı təmin etmişdir ki, bununla da mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan başqa, işdən görünür ki, hər iki müqavilə üzrə borc manatla verilib və gecikmələr 360 gündən çoxdur. Belə olan halda, hər iki müqavilə üzrə yaranmış borc Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşür. Bu Fərmanın icrası isə banklar üçün məcburidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
17. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımın ca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin so nunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilələrdə göstərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, iddiaçının təmin edilmiş tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 16-29).
27. Eyni zamanda cavabdehin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddia tələblərinin təmin edilməsi qanuni və əsaslı olmuşdur.
28. Borcun Azərbaycan Respublikası Prezide ntin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsiri altına düşməsi barədə cavabdehin dəlili ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, həqiqətən də tərəflər arasındakı imzalanmış kredit müqavilələri üzrə yaranmış borc adı çəkilən Fərmanının təsir dairəsinə düşmüş, Cavabdeh X olan ümumilikdə 13089,07 manat borcunun 1775,1 manat hissəsi kompensasiya edilmiş, iki müqavilə üzrə qalan 11313,97 manat hissəsi isə restrukturizasiya edilməsi üçün təklif olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, AR Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Qayadaların 6.16-cı bəndinə əsasən borclu 31.12.2019-cu ilədək bu təklifdən yararlana bilmək imkanına malik olsa da, o, bu təklifdən yararlanmamışdır və beləliklə də, hər iki müqavilə üzrə qalan borcun bank tərəfindən tələb edilməsi əsaslıdır.
29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
30. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
31. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.