Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-391/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərinə xitam verilməsi, girov predmetinin qaytarılması, qızılzinət əşyalarının geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim) Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilə öhdəliklərinə xitam verilməsi, girov predmetinin qaytarılması” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2(103)-3606/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı illik 5 faiz ödənilməklə 12 ay müddətinə 4765 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit müqaviləsinin predmeti Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə bu müqavilənin şər tlərinə əsasən kreditor-girov saxlayanın borclu-girov qoyana verdiyi 4765 ABŞ dolları pul pul vəsaitidir.
2. Həmin müqaviləyə əsasən, borc öhdəliyinin təminatı xx.xx.2015-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş, 4765 ABŞ dolları məbləğdə qiymətləndirilmiş qızıl ziynət əşyalarıdır (583 əyarlı 203 qram çəkisi olan sep və 750 əyarlı çəkisi 135 qram olan qol saatı).
3. Daha sonra tərəflər arasında 13 fevral 2016-cı il tarixli və 29 mart 2016-cı il tarixli kredit müqavilələri bağlanmışdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(008)1002/2019 saylı qətnaməsi ilə "xxxx" MMC-nin direktoru Cavabdeh2 və "xxxx" MMC-dən İddiaçı məxsus 583 əyarlı 203 qram çəkidə sep, 750 əyarlı 85-10 qram çəkidə qol saatının İddiaçı geri qaytarılması və qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11670/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə qismən, yəni "xxxx" MMC-nin direktoru Cavabdeh2 və "xxxx" MMC-dən İddiaçı məxsus 583 əyarlı 203 qram çəkidə sepin, 750 əyyarlı 85-10 qram çəkidə qol saatının İddiaçı geri qaytarılması hissəsində ləğv edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2258/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11670/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X 2, tələbkar İddiaçı, borclu Cavabdeh2, hal şahidi X5 tərəfindən imzalanan xx.xx.2018-ci il tarixli akta əsasən 1 ədəd zəncirin qramının 202 qram, qol saatının isə 135 qram olması göstərilmişdir.
8. Cavabdeh1-nin filial müdiri Ayaz Hacıəliyev barəsində filialdakı fəaliyyəti ilə əlaqədar cinayət işi başlanmış, cinayət işinin istintaqında kredit portfelinin təhlili zamanı müəyyən olunmuşdur ki, onun tərəfindən cəmi 19 müştərinin adına kredit rəsmiləşdirilərkən yol verdiyi qanun pozuntuları nəticəsində müəssisəyə cəmi 94248 ABŞ dolları ziyan dəymişdir. Kassadan əksik gələn nağd vəsait də nəzər alındıqda "xxxx" MMCyə dəyən zərərin həcmi cəmi 106852 ABŞ dolları təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuli yyətli Cəmiyyətinə və Cavabdeh2 (X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 dekabr 2015-ci il, 13 fevral 2016-cı il, 29 mart 2016-ci il və 11 aprel 2016-cı il tarixli müqavilə öhdəliklərinə və həmin müqavilələrə əsasən girov öhdəliklərinə xitam verilməsi, ona məxsus 583 əyarlı 203 qram çəkisi olan qızıl zəncir və 750 əyarlı çəkisi 135 qram olan qızıl qol saatının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqavilələri üzrə ödəniş edildikdən sonra yekunda iddiaçının cavabdehə heç bir kredit borcu qalmasa da, cavabdeh iddiaçıya məxsus qızıl-zinət əşyalarını geri qaytarmır. Əsas kimi isə cavabdehin keçmiş işçisi tərəfindən dələduzluq cinayəti törədilməsi, onun və başqa şəxslərin adlarına saxta kredit müqavilələri rəsmiləşdirildiyini bildirir. Cavabdeh onun xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə borcunun olduğunu bildirir. Lakin göstərilən son 3 müqavilənin saxta olması, ümumiyyətlə müqavilələrin mövcud olmaması cavabdehin borc tələb etmək hüququnu istisna edir. Bundan başqa, əvvəlki kredit müqavilələri üzrə borc tam ödənilsə də, ödəniş qəbzləri onda qalmadığından bunu təsdiq etməkdə çətinlik çəkir. Qeyd olunan kredit müqavilələri üzrə iddia müddətləri keçmişdir və cavabdeh tərəfindən müqavilələr üzrə pul tələb etmək hüququ qalmamışdır. Belə ki, hər bir k redit müqaviləsinin müddəti 12 aylıq olmuş və 3 illik iddia müddəti nəzərə alınarsa, 2020ci il üçün, yəni onun hazırda iddia ərizəsi verdiyi tarixə iddia müddətləri ötmüşdür. Bundan əvvəl qızılların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, birinci instansiya məhkəməsi onun xeyrinə qətnamə qəbul etsə də, apellyasiya məhkəməsi və ali məhkəmə onun ziyanına qərar çıxarmışdır. Həmin məhkəmə mübahisələri gedən zaman cavabdeh iddia müddətini ötürmədiyi vaxt idi və həmin vaxt iddia qaldıra bilərdi. Lakin iddianın əsassız olacağı və təmin edilməyəcəyi üçün belə bir iddia verməmiş, hazırda isə cavabdehin borc tələb etməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Əvvəl verdiyi iddia ilə hazırkı iddia eynilik təşkil etmir və fərqli əsaslara malikdir. Cavabdeh1-nin rəhbəri Cavabdeh2 qanuni tələblərini icra etmir, əksinə ona məxsus qızılları satacağını bildirir.
11. Sabunçu Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(008)-681/2021 nömrəli qətnaməsi ilə (hakim Əşir Səmədov) iddia təmin edilərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilə öhdəliklərinə və həmin müqavilələrə əsasən girov öhdəliklərinə xitam verilməsi, iddiaçıya məxsus 583 əyarlı 203 qram çəkisi olan sep və 750 əyarlı çəkisi 135 qram olan qol saatının cavabdehlərdən alınaraq, iddiaçıya qaytarılması qət edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə iddiaçının cavabdeh "Lombard Karat” MMC-yə heç bir kredit borcu olmasa da, cavabdeh tərəfindən idd iaçıya məxsus qızıl-zinət əşyaları geri qaytarılmamış və həmin kredit müqavilələri üzrə 3 illik iddia müddətləri də keçmişdir.
13. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.2, 445.2.1, 448.1, 448.2, 373.2, 550, 556.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişlər.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə digər Cavabdeh2 arasında heç bir müqavilə münasibəti olmadığı halda, o da cavabdeh kimi göstərilmişdir. Halbuki, Cavabdeh2 sadəcə Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktorudur. Müqavilələr isə M əhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmışdır. Buna görə də, Cavabdeh2 cavabdeh ola bilməz. Bakı Apellyasiya Məhkəməsinin 2(103)11670/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı ”Karat - L” MMC qarşısında kredit öhdəliyi qalmaqdadır. Həmin qətnamə Ali Məhkəmənin 2(102)-2258/2020 saylı, 8 iyun 2020-ci il tarixli qərarı ilə də qüvvədə saxlanılmışdır. İddiaçı öhdəliyini icra etmədiyinə görə, girov əmlak qanunla müəyyən edilmiş qaydada satılmış və gəlir borca yönəldilmişdir, lakin borc tam bağlanmamış və qalmaqdadır. Digər tərəfdən, iddiaçının iddiasının bir hissəsi məhz daha əvvəl qaldırılmış və təmin edilməmiş iddia tələbləri ilə eynidir ki, bu halda iddiaya təkrar baxıla bilinməz. Həmçinin, ”Karat - L” MMC- nin işçisi Ayaz Hacıəli yevin barəsində cinayət işi yekunlaşmadığına görə, İddiaçı bütün öhdəliklərini tam müəyyən etmək mümkün olmamış və buna görə də, hələ İddiaçı qarşı borc tələbi haqqında məhkəmədə iddia qaldırmaq mümkün olmamışdır. İddia müddətinin ötməsi öhdəliyə xitam vermir. İddia müddətinin ötməsi kreditor iddia qaldırdığı halda borclunun (cavabdehin) yazılı ərizəsi əsasında tətbiq edilir. Məhkəmə səhv olaraq iddia müddətinin ötməsi əsasında öhdəliyə xitam vermişdir. Halbuki, həmin maddə ilə müəyyən edilmiş müddət keçməmişdir. Məhkəmə qeyd etmişdir ki, öhdəliyin icrası tərəflərin cavabdeh olmadığı haldan irəli gələrək mümkün olmadıqda öhdəliyə xitam verilir. Məhkəmə mövcud mübahisədə öhdəliyin icrasını mümkün etməyən halın nədən ibarət olduğunu qeyd etməmişdir. Çünki belə bir hal mövcud deyildir. Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin qətnamədən sonra İddiaçı borcunu ödəmədiyinə və buna dair sübut təqdim etməməyinə baxmayaraq, məhkəmə əsassız yerə hesab etmişdir ki, iddiaçı öhdəliyini icra etmişdir.
16. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, onun tərəfindən ilk dəfə qaldırılan iddia xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilələrin saxta olması və həmin saxta müqavilələrə əsasən girov saxlanılan qızılların qaytarılması barədə olmuşdur. Hazırda isə daha əvvəlki tarixlərdə bağlanmış müqavilələr mübahislə ndirilir. Cavabdeh onun müqavilələr üzrə borcunun olduğunu bildirir. Buna baxmayaraq, ona qarşı pulun tutulması tələbi ilə iddia qaldırmamışdır. Əvvəlki iddiasına baxılanda da cavabdeh saxta maliyyə arayışı təqdim etmiş və maliyyə arayışında göstərilən borcun necə hesablanmasına aydınlıq gətirə bilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin icraatında olan cinayət işi materiallarında cavabdehin şikayət ərizəsində Ayaz adlı işçinin qanunsuz əməlləri nəticəsində 19 kredit müqaviləsi üzrə 49.709 ABŞ dolları zərər göstərilsə də, məhkəməyə təqdim edilmiş maliyyə arayışında yalnız onun borcu ümumi zərər məbləğini keçir. Bununla da, həmin maliyyə arayışının saxta olması öz təsdiqini tapır. Onun 50.000 manatdan çox borcu olduğu h alda, sonrakı tarixlərdə 3 müqavilənin hansı qaydada cavabdeh tərəfindən təsdiq edilməsi də sual doğurur. Bu məbləğ girovda olan qızılların dəyərindən bir neçə dəfə çoxdur. Hazırda da cavabdeh onun kredit müqavilələri üzrə hər hansı borcunun olmasını təsdiq edə bilmir. İstənilən vaxt redaktə edilməsi mümkün olan kompyuter bazasına istinad edilir. Real borc olduğu halda, ən azından hesabdan çıxarış təqdim edilmiş olardı. Apellyasiya şikayətində cavabdeh girov qoyulmuş qızılların satılıb, borca yönəldiyini qeyd edir. Halbuki, əvvəlki iddia tələbinə baxılan zaman qızılların üzərinə həbs qoyulmuş, icra məmuru cavabdehi dəvət etmiş, iltizam ilə qızılların saxlanılmasını cavabdehə həvalə etmişdir. Həmin həbs qərardadı qüvvədə olduğu müddətdə hazırki iddia tələbi qaldırılmış və yenidən iddianı tə min tədbiri tətbiqi ounlaraq, qızılların üzərinə həbs qoyulması barədə qərardad çıxarılmışdır. Lakin icra məmuru dəvət edən zaman cavabdeh qızılları satdığını bildirmişdir. Üzərində həbs olan qızılları satması cavabdehin qanunsuz əməllərini bir daha sübut edir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2334/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə kompleks məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. 18. 01.07.2022-ci il tarixli Məhkəmə Eskpertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının nəticəsi üzrə: iş üzrə tədqiqatın aparılması üçün zəruri sənədlər tam təqdim edilmədiyind ən hazırki tədqiqatla iddiaçının cavabdeh "xxxx" MMC-yə mübahisələndirilən kredit müqavilələri üzrə nə qədər ödəniş etdiyini müəyyən etmək mümkün olmadı. Qeyd edilir ki, vəsatətə cavab olaraq tədqiqata təqdim edilmiş arayışa əsasən iddiaçının 09 dekabr 2015-ci il tarixli, 13 fevral 2016-cı il tarixli, 29 mart 2016-cı il tarixli və 11 aprel 2016-cı il tarixli kredit müqavilələri üzrə borcunun olmadığı, həmçinin borc üzrə silinmiş məbləğin bir hissəsinin iddiaçının təqdim etdiyi girovun satışından əldə edilmiş vəsait hesabına olduğu müəyyən edildi. Satışın aparılması ilə bağlı xx.xx.2020-ci il tarixli akt iş materiallarının 118-ci səhifəsində öz əksini tapmışdır. Bundan başqa qeyd edilir ki, vəsatətə cavab olaraq "xxxx" MMC tərəfindən tədqiqata təqdim edilmiş arayışda 30 aprel 2016-cı il t arixli, 18 iyun 2016-cı il tarixli və 06 oktyabr 2016-cı il tarixli kredit müqavilələri üzrə 23105 ABŞ dolları əsas borc, 63716 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 86821 ABŞ dolları məbləğində borcunun olduğu göstərilmişdir. Həmin arayışda qeyd olunan məlumatların düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilməlidir.
19. Məhkəmə-əmtəəsünaslıq ekspertizasının tədqiqatının nəticəsinə görə: Ekspertiza təyini haqqında qərarda və is materiallarına göstərilən 1 ədəd 583 əyarlı 203 qram çəkisi olan sepin 2020-ci ilin avqust ayına olan (iş materiallarında 118 səhifəsində olan satış aktında göstərilən tarixə) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12180 manat müəyyən edilir. Bundan başqa qeyd edilir ki, ekspert vəsatətində iş materiallarında göstərilən qol saatının markas ı (modeli), təmiz qızıl çəkisi barədə məlumatların təqdim edilməsi xahiş edilmiş, vəsatətə cavab olaraq bir qisim əlavə sənədlər Mərkəzə daxil olsa da, qol saatının markası (modeli) və təmiz qızıl çəkisi barədə məlumatlar təqdim edilməmişdir. Belə olduğu halda ekspert qarşısında qoyulmuş sualda soruşulan 3 qram şəkidə 583 əyarlı qızıldan hazırlanmış 1 ədəd kişi saatının qiymətini müəyyən etmək mümkün olmadı.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2334/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə idd iaçı cavabdeh MMC-dən borc götürmüş, kreditin təminatı kimi özünə məxsus olan qızıl əşyalarını girov qoymuşdur. Hər bir kredit müqaviləsi üzrə ödənişlər edildikdən sonra iddiaçının heç bir kredit borcu qalmamışdır. Kredit müqavilələri üzrə tələb hüququ üçün qanunla müəyyən edilmiş 3 illik müddət də ötürülmüşdür. Belə olan halda cavabdehin krediti tələb etmək və girov qoyulmuş əşyaları saxlamaq hüququ yoxdur. Ona görə də xx.xx.2015-ci il tarixli 133 nömrəli, xx.xx.2016-cı il tarixli 337 nömrəli və xx.xx.2016-cı il tarixli 422 nömrəli kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməli, girov qoyulmuş qızıl əşyalar iddiaçıya qaytarılmalıdır.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi iddia müddəti ilə bağlı əsaslı olmasa da, icranın mümkünsüzlüyü ilə bağlı öhdəliyin xitamı əsasları təkzib edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öhdəliklərin mövcudluğu qeyd edilsə də, iddiaçının cavabdehə borcun olması sübuta yetirilməmiş, borcun cavabdehlər tərəfindən tələb edilməsi, habelə cavabdehlər tərəfindən girov qızılın satılması və satışı barədə iddiaçıya məlumat verilməsi sübuta yetirilmir. Cavabdehlərin müvafiq ekspertizaların keçirilməsi üçün mühasibat üzrə zəruri sənədlərin təqdim edilməməsi bu hallara şübhələrdən kənar birmənalı qiymət verilməsini istisna edir. Qeyd edilənlər tərəflərin müqavilə münasibətlərinin əhəmiyyətsizliyini və etibar əsasında suiistifadə üzərində qurulan rəftarın (hərəkətlərin) mövcudluğunu şərtləndirir. Tərəflərin kreditgirov münasibətləri üzrə ciddi sənədləşmənin mövcud olmaması cavabdehlərin mülki məsu liyyətlərinə aid olduğundan, onlar tərəfindən də iddiaçının borclu olması və qızılların satılması, habelə satışdan əldə edilən pulun borcun silinməsinə yönəlməsi sübuta yetirilmədiyindən iddianın rədd olunması üçün əsaslar təsdiq edilmir. Əksinə, təqdim edilmiş aktlarla isə qızılların mövcudluğu təsdiq edilir.
23. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 302, 458, 556, 560.2, 560.3, 560.3.6-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 82, 88, 106.2, 217.4, 372, 385-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
24. Cavabdehlər kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsa slandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, girovun satışının mötəbər sənədləşdirilməməsi borclunun öhdəliyinə xitam vermir, əksinə satışdan gələn pul borcdan silinməsə, borcalanın borcunun həcmi ya artır, ya da bərpa olur. Bundan əlavə, məhkəmə Mülki Məcəllənin 458-ci maddəsini də bu mübahisəyə tətbiq edə bilməzdi. Çünki öhdəliyin icra edilməməsində kreditorun təqsiri yoxdur. Borclunun təkcə mübahisəsiz ilk 3 kredit üzrə 2019-cu ilə əsas borcu 12598 ABŞ dolları və faiz borcu 26793 ABŞ dolları olduğu halda girovun 2020-ci ildə satışından əldə edilmiş tam vəsait 7401 ABŞ dolları borcun azaldılmasına yönəldilmiş və yerdə qalan dəfələrlə artıq borc borcluya faktiki bağışlanmışdır, yəni onun məsuliyyət ölçüsü azaldılmışdır. Məhkəmə isə nəinki bunu nəzərə almamış, nəinki məsuliyyətin ölçüsü nü azaltmamış, ümumiyyətlə borclunu məsuliyyətdən azad etmişdir. İddiaçı borc aldığını etiraf etsə də, borcu qaytardığını-öhdəliyini icra etməsini sübut etməmişdir. İddiaçı həmçinin məhz iddia müddəti keçdiyinə görə öhdəliyinə məhkəmə tərəfindən xitam verilərək, girovun qaytarılmasını istəmişdir. İddia tələbinin girovun qaytarılması hissəsi barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Buna görə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə bu iddiaya yol verilməməli idi. Çünki həmin qətnamədən sonra borclu tərəfindən hər hansı ödəniş edilməmişdir. Məhkəmə iddiaya öhdəliyin icrası əsası ilə deyil, müddətlə bağlı əsaslandırma ilə baxa (prosessual baxımdan) bilərdi və bu əsasla da iddianı rədd etməli idi. Birinci instansiya məhkəmə iclasının vaxtı, ümumiyyətlə belə bir işin mövcudluğu barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini istənilən halda prosessual əsasla ləğv etməli olduğu halda, bunu etməmişdir. Bundan əlavə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğu halda, qanunda göstərilən müstəsna hal olmadan, tələblərdən kənara çıxmışdır. Belə ki, iddia tələblərindən birincisi “müqavilə öhdəliklərinə xitam verilməsi”dir. Yəni, iddiaçı öhdəliyin olduğunu təsdiq etmiş (istər tələbin adında, istər tələbin əsaslandırılmasında, istərsə də aldığı borcları apellyasiya iclasında bildirməklə), bu öhdəliklərə iddia müddətinin keç məsinə görə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə isə heç bir əsas olmadan, bu nəticəyə gəlmişdir ki, öhdəlik ümumiyyətlə mövcud deyildir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-938/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), Abiddin Hüseynov və Zəki Babayev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş yenidən baxılması üçün göndərilmişdir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı adıçəkilən üç müqavilə üzrə cavabdeh MMC-dən borc aldığını etiraf etmiş, lakin həmin borcun qaytarılmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə iddiaçının borclu olmasının sübuta yetirilməsi və zifəsinin cavabdeh MMC üzərinə düşməsi qənaətinə gəlmiş, nəzərə almamışdır ki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı vəziyyətdə borcun qaytarılmasını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür.
28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı kredit müqavilələri üzrə öhdəliklərin xitamının əsası kimi borcu tam qaytarmasını və müqavilə öhdəliklərini icra etməsini deyil, borcu tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətin cavabdeh tərəfindən buraxılmasına görə müqavilə öhdəliklərinə xitam verilməsini, sonrakı mərhələ kimi girov predmetlərinin qaytarılmasını xahiş etmişdir. İşə birinci instansiyada baxan məhkəmə də iddianın təmini əsası kimi borcu tələb etmək üç ün qanunla müəyyən edilmiş iddia müddətinin cavabeh tərəfindən buraxılmasını göstərmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətin düzgün olmadığını qeyd etsə də, iddianı təmin edərkən iddia tələblərində irəli sürülməyən hallara əsaslanmışdır.
29. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 302.1, 302.2, 302.3, 302.7, 385.1, 386.1, 448.1, 448.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 88, 407.2, 416.1, 417.1.1, 418.3-cü maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3606/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), F.Qasımov və X.Sarıyev) apellyasiya şikayəti təmin edil miş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsindən irəli gələn münasibətlər iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında yaranmış və mübahisə predmetini təşkil edən qızıl-zinət əşyaları yaranmış kredit öhdəliklərinin təminatı olaraq məhz bu cəmiyyət qarşısında girovla yüklü edilmişdir. İddia üzrə cavabdeh qismində müəyyən edilmiş Cavabdeh2 bu münasibətlərdə onun qanuni təmsilçisi olaraq "xxxx" MMC-ni təmsil etmiş və hüquqi nəticə etibarı ilə sonuncunun adından hərəkət və çıxış etmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş xx.x x.2018-ci il tarixli aktda da mübahisəli əşyaların ona məhz "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) olaraq verildiyi göstərilmişdir. Bu səbəbdən müqavilə öhdəliklərinə xitam verilməsinin və girov predmetinin ondan tələb edilməsinin hər hansı hüquqi əsası yoxdur. Bu da öz növbəsində apellyasiya şikayətinin dəlillərinin bu hissədə əsaslı olmasına dəlalət edir və hazırki iddianın ona aid hissədə rədd edilməsini şərtləndirir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən cavabdeh "xxxx" MMC-yə münasibətdə qeyd etmişdir ki, iddiaçı hazırda mübahisə predmetini təşkil edən əşyaların qaytarılması tələbi ilə cavabdeh "xxxx" MMC-yə qarşı iddia qaldırmış və iddiasını cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, girov predmetinin ona qaytarılmaması, onun adından saxta kredit müqavilələrinin bağlanması və əsassız olaraq, ona borc yazılması ilə əsaslandırmışdır. Lakin aparılmış araşdırma zamanı iddiaçının cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilələr üzrə hələ də borcunun olduğu müəyyən edilmiş və bu səbəbdən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11670/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir.
33. Məhkəmə kollegiyası iddia üzrə "müqavilə öhdəliklərinə xitam verilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "girov predmetinin qaytarılması" hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin olunub olunmamasının bil avasitə "müqavilə öhdəliklərinə xitam verilməsi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alıb hesab etmişdir ki, iddia tələbi "girov predmetinin qaytarılması" hissəsində də əsassızdır və rədd edilməlidir.
34. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçı cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış kredit müqaviləsində irəli gələn öhdəlikləri lazımi qaydada icra etməməsi səbəbindən cavabdehin həmin öhdəliklərin təminatı olaraq girov qoyulmuş əşyaları satmaq hüququ yaranmış və cavabdeh bu hüququndan istifadə edərək, həmin əşyaları sataraq, əldə edilmiş vəsaiti iddiaçının mövcud olan borcuna yönəltmişdir. Başqa sözlə, cavabdeh həmin əşyanı satan zaman bu əməliyyatı aparmağa tam hüquqlu olmuş və mülki qanunvericiliyin ona verdiyi imkanlar çərçivəsində hərəkət et mişdir. Bundan sonra da qalıq borc qalmasına baxmayaraq, həmin məbləği artıq tələb etmək hüququna malik deyil. Bu baxımdan tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə hüquqi nəticə etibarı ilə artıq xitam verilmişdir.
35. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 294.1.1, 294.1.2, 283.3, 302.1, 302.2, 302.7, 375.2, 385.1, 386.1, 448.1, 448.2, 528-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217, 384.0.2, 385.1-ci maddələrinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
37. Kassator şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının borc unun olmasını sübut edən sənədlər olmadığından, ancaq kompyuter bazasında olan faylda borc görsəndiyi üçün iddiaçıya qarşı iddia qaldıra bilmirlər. Həmçinin, cavabdeh "xxxx" MMCnin lisenziyası olmadan bank fəaliyyəti ilə məşğul olması məhkəmə iclasında verdiyi izahatı ilə etiraf edilir. Cavabdeh tərəf qeyd edir ki, lisenziya olmadan, sadəcə hüquqi şəxs yaratmaqla fəaliyyət göstərirlər. Belə olan halda bağlanmış kredit və girov müqavilələri etibarsız olmaqla, qızılların saxlanılması da qanunsuzdur və iddiaçıya geri qaytarılmalıdır.
38. Kassator həmçinin qeyd etmişdir ki, məhkəmə öz qətnaməsini əsaslandırmamış və yalnız öz fərziyyələri əsasında qərar qəbul etmiş, konkret hüquq normalarına istinad etməmiş, iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş və iddiaçınn hüquqları nı pozmaqla qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi
40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
41. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
42. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin e dilməsi üsuludur.
43. Maddə 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır.
44. Maddə 283.3. Girov saxlayan öz vəzifələrini kobudcasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb edə bilər.
45. Maddə 294.1. Girova aşağıdakı hallarda xitam verilir: 294.1.1. girovla təmin edilmiş öhdəliyə xitam verildikdə; 294.1.2. bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girov qoyanın tələbi ilə; 294.1.4. tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda.
46. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikd ə yönəldilə bilər.
47. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər.
48. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.
49. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edili r.
50. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
51. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
52. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirak çıları arasında müqavilə olmalıdır.
53. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
54. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
55. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
56. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışını n hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Belə ki, iddiaçı cavavdehlə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi icra etdiyini bildirərək, kredit müqavilələri üzrə öhdəliklərnə, habelə həmin müqavilələrə əsasən girov öhdəliklərinə xitam verilməsi, girov qoyduğu əşyalarım geri qaytarılmasını tələb edir.
70. Borc müqaviləsi üzrə öhdəliyə xitam verilməsinin hüquqi əsası k imi Mülki Məcəllənin 527.1 və 528-ci maddələri (bu qərarın 55, 56-cı paraqrafları), girova xitam verilməsi tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 294.1-ci maddəsi (bu qərarın 45-ci paraqrafı) çıxış edir.
71. Həmin normalara görə öhdəliyə xitam verilməsi o halda mümkündür ki, öhdəlik kreditorun xeyrinə lazımınca icra edilmiş olsun. Lakin apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavadehlə bağlanmış kredit razılaşması üzrə öhdəliklərini icra etməmişdir. Başqa sözlə, kredit müqavilsi üzrə öhdəliyə xitam verilməsi üçün əsaslar yoxdur. Buna görə də apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutl ar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
73. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kass asiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2(103)-3606/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.