Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3910/2022 23.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə (üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" ASC) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3910/22 (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı şəhəri 23 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-928/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 30.01.2014-cü il tarixli, “daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasən İddiaçı (bundan sonra -iddiaçı) ilə "xxxx" ASC (bundan sonra-üçüncü şəxs) arasında ipoteka müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən ipoteka qoyan kredit alan qismində çıxış edən Cavabdeh MMC-nin (bundan sonra cavabdeh) bank qarşısında olan öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə ipoteka predmeti hesabına ödənilməsinə dair öhdəlik götürmüş, ipoteka predmetinin dəyəri 137000 manat müəyyən edilmişdir.
2. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icra vərəqəsinin məzmunundan görünür ki, ilkin iddia üzrə cavabdehlər “ƏKBƏR-A" MMC, X4, "xxxx" MMC, X1, X2, X3 müştərək qayd ada xx.xx.2015-ci il tarixli “Kommersiya Krediti" müqaviləsinə əsasən 99429,98 (doxsan doqquz min dörd yüz iyirmi doqquz manat,98) manat məbləğində əsas borc, 7826.89 (yeddi min səkkiz yüz iyirmi altı manat, 89) manat məbləğində faiz borcu və 1000 (bir min) manat cərimə borcu olmaqla ümumilikdə 108 256,87 (bir yüz səkkiz min iki yüz əlli altı manat, 87) manat məbləğində borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması, borcun tutulmasının digər əmlaklarla yanaşı, iddiaçıya məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində 0,18558 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127,9 kv m olan fərdi yaşayış sahəsi və 0,19 ha sahəsində yerləşən ümumi sahəsi 81 kv m olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı vurulmuş zərərin əvəzi olaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən reqres qaydada 27.800 manat, hüquqi xidmətə görə 300 manat və 30 manat ödənilməmiş rüsum olmaqla ümumilikdə 28.130 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-2468/2021 nömrəli iş üzrə 6 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədov) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 20000 manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən hüquqi yardım gös tərilməsi üçün ödənilmiş 110 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
5. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən müvafiq icra sənədi üzrə 20000 manat məbləğində pul vəsaiti ödənilməsi halı aşkardır. Bu halda, iddiaçının borclu Cavabdeh MMC-nin bank qarşısında olan borcunun ödənildiyi hissəsi miqdarında pul vəsaitinin ona ödənilməsinin reqress qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də, məhkəmə iddiaçının kredit alan Cavabdeh MMC-nin bank qarşısında olan borc öhdəliyini təminatı qismində ona məxsus olan müvafiq əmlakları bankın xeyrinə ipoteka ilə yüklü edilməsi halının, habelə iddiaçının kredit alan Cavabdeh MMC- nin bank qarşısında olan borcunun 20000 manat məbləğində olan hissəsini müvafiq icra sənədi üzrə ödənilməsi halının aşkar olmasını və iddiaçının həmin pul vəsaitini reqress qaydasında tələb etmək hüququn olması halı əsas götürərək, hesab etmişdir ki, iddia tələbi 20000 manat məbləğində ( kredit alanın banka qarşısında olan borcunun əvəzinə ödənilmiş) pul vəsaitinin ödənilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 509.1, 509.2, 196, 1114.1, 1114.2, 1096.1, 1096.2, 1097.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə səhvdir, iddiaçının irəli sürdüyü tələb tam əsassızdır və təmin edilə bilməz. Məhkəmə tərəfindən tam araşdırma aparılmamış və məhkəmədə onların iştirakı təmin edilmədən qətnamə qəbul olunmuşdur.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-928/21 nömrəli iş üzrə 22.2.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instanasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 20000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində döv lət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, hazırkı mülki mübahisəni birgə borcular tərəfindən öhdəliyin icra edilməsi və vurulmuş zərərin qaytarılması barədə qanunvericiliyin müddəalarına əsaslanmaqla həll etmişdir. Lakin hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehin götürdüyü kreditin qaytarılması üzrə öz əmlakını ipoteka ilə yüklü etmişdir və o, kreditor qarşısında cavabdehlə birlikdə birgə borclu deyildir. Göründüyü kimi işin müəyyən edilmiş faktiki hallarına əsasən hazırkı iddia tələbinin qanuni əsasını öhdəlik institutundan irəli gələn hüquq normaları təşkil edir.İddiaçı cavabdehin bank qarşısında olan öhdəliyini üçüncü şəxs kimi icra etmiş v ə buna borclu kimi cavabdehin razılığı tələb olunmasa da, o, etiraz etməmişdir. İddiaçı bank qarşısında cavabdehin öhdəliyinə görə 20000 manat ödəməsi işin məhkəmə tərəfindən müəyyən edilmiş halıdır. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının üçüncü şəxs kimi kredit müqaviləsinə əsasən yaranmış öhdəliyi kreditor olan “Bank VTB (Azərbaycan)” ASC qarşısında icra etdiyi və kreditorun təklif edilən bu icranı qəbul etməkdən imtina etmədiyi müəyyən edildiyindən, bankın Cavabdeh MMC-yə qarşı olan tələb hüququ müvafiq hissədə iddiaçıya keçmiş və o, bu hüququndan istifadə edərək hazırkı iddia ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 431.1, 431.2, 431.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiy a şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1, 431.2.və 431.3-cü maddələrinə düzgün istinad etməmişdir. Məhkəmə kollegiyasının göstərdiyi kimi burada iddiaçının cavabdehin bank qarşısında olan öhdəliyinin üçüncü şəxs kimi icra etməsi halı yoxdur. İddiaçı burada üçüncü şəxs olmadığından bankın "xxxx" MMC-yə qarşı olan tələb hüququ müvafiq hissədə iddiaçıya keçə bilməz. Bu halda hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya şikayətinə qarşı eti razın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
15. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
16. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
17. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində b u əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Mülki Prosessual Məcəllə
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hall ara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hə dlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Müəyyən olunduğu kimi Cavabdeh MMC bankdan götürdüyü kreditin qaytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyi üçün həmin kreditin təminatı kimi əmlakı ipoteka ilə yüklü edilmiş İddiaçı tutma yönəldilmiş əmlakının hərracdan satılmasının qarşısını almaq üçün kreditin ödənilməmiş 20000 manat məbləğində hissəsini banka ödəmişdir.
30. İşə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1,431.2,431.3-cü maddələrinin qüvvəsini tətbiq edərək iddiaçı tərəfind ən banka ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir.
31. İşin həmin halı məhkəmə kollegiyası tərəfindən tam sübuta yetirilməklə mübahisə doğurmur.
32. Qanunun yuxarıda göstərilən normaları iddiaçıya cavabdehin əvəzinə ödədiyi pul vəsaitini ondan tələb etmək hüququ verdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
33. İş üzrə cavabdeh qətnamədən verdiyi kassasiya şikayətində 246000 manat məbləğində kreditin iddiaçının əri də daxil olduğu üç nəfərin sement satışı üzrə biznes fəaliyyətinin təmin edilməsi məqsədi ilə götürülməsini və bununla əlaqədar iddiaçının özünə məxsus əmlakı ipoteka qoymasını və bunda onun maddi marağının olması, belə olduqda isə onun hərəkətinin öhdəliyi icra etmiş üçüncü şəxs kimi qiymətləndirilməsinin qanu nsuz olmasını iddia etsə də, işdən görünür ki, kassasiya şikayətinin həmin dəlilləri işin müəyyən edilmiş halları ilə inkar olunur.
34. Müəyyən olunduğu kimi kreditin qaytarılması ilə əlaqədar iddiaçı bank qarşısında heç bir öhdəlik götürməmişdir. Kreditin qaytarılması barədə öhdəliyi müqavilədən göründüyü kimi cavabdeh öz üzərinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəy işdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-928/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir