Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3911/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYY ƏN ETDİ: Salyan Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Paşayev) iddia qismən təmin edilərək «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh əsas borc 4200 manat, faiz borcu 646,80 manat, cərimə borcu 500 manat olmaqla, ümumilikdə 5346 manat 80 qəpik məbləğində pulun tutularaq iddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 60 faizinin iddiaçıya, 40 faizinin cavabdehə aid edilməsi, cavabdehdən 12 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli (sədrlik edən Z.Zeynalov, hakimlər İ.Əsədov və M.Həsənov) qətnaməsi ilə Cavabdeh tərə findən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya i nstansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh əsas borc olaraq 4200 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə olan faiz borcu 646,80 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 2044,22 manat faiz borcu, cərimə borcu 4238,26 manat olmaqla, ümumilikdə 11.129,28 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, «xxxx» ASC ilə Cavabdeh arasında xx.xx.2011-ci ildə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən «xxxx» ASC Cavabdeh illik 28 faiz olmaqla 4 ay müddətinə ödəmək şərtilə 5000 manat məbləğində kr edit vermişdir. Həmçinin o da mübahisə edilmir ki, Cavabdeh kredit müqaviləsi əsasında «xxxx» ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faiz və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz və cərimə borcunu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinə ərizə vermişdir. İddiaçının xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxx» ASC ilə arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borcu 4200 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə olan faiz borcu 646,80 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 2044,22 manat faiz borcu, cərimə borcu 4238,26 manat olmaqla, ümumi borcu 11.129,28 manat təşkil edir. İddiaçının nümayəndəsi bildirir ki, xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehə illik 28 faiz olmaqla 4 ay müddətinə ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir.Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca yerinə yetirmə mişdir. Belə ki, onun xx.xx.2018-ci il tarixə olan əsas borcu 4200 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə olan faiz borcu 646,80 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 2044,22 manat faiz borcu, cərimə borcu 4238,26 manat olmaqla, ümumi borcu 11.129,28 manat təşkil edir. Bu günədək Cavabdeh tərəfindən xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş, kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuş və hazırda cavabdeh Banka olan borcun ödənilməsi üçün heç bir tədbir görmür. Cavabdeh bildirir ki, kredit müqaviləsi üzrə borc tələbi üçün iddia müddəti ötürülmüşdür. Belə ki, müqavilənin müddəti 2011-ci ilin avqust ayının 4-də bitmiş, bu tarixdən də iddia müddətinin axını başlanılmış, iddia müddəti 3 il təşkil etməklə xx xxxxxx 2014-cü ildə bitmişdir. Birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyi üçün iddia müddətinin tətbiq olunmasına dair ərizə verə bilməmişdir, bu barədə ərizəni apelyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Ona görə də iddia təmin edilməməlidir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilmişdi r. Belə ki, məhkəmə bildirişi xx.xx.2018-ci il tarixində X kəndində qeydiyyatda olan Cavabdeh atası Z rəsmi qaydada təqdim edilmişdir. Ona görə də iddia müddəti tətbiq edilməklə iddia rədd edilə bilməz. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin mübahisə edilməyən hallarından göründüyü kimi Cavabdeh apelyasiya instansiyası məhkəməsində mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Apelyasiya instansiyası məhkəməsi həmin ərizəni təmin etməmş və qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də cavabdehin apelyasiya icraatında iddia müddətinin ötürülməsi ilə bağlı ərizə vermək hüququ olmamışdır. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli iclasının yeri və vaxtı barədə ona məlumat verilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi xəbərnamənin xx.xx.2018-ci il tarixində X kəndində qeydiyyatda olan Cavabdeh atası Z rəsmi qaydada təqdim edildiyini qeyd etsə də, həmin imza atası Z məxsus deyildir. Həmçinin xəbərnamə də atasının adı və soyadı qeyd edilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli iclası təxirə alınmış və işə baxılması xx.xx.2018-ci ilə, xx.xx.2018-ci ildən isə xx.xx.2018-ci ilə təxirə alınmışdır. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2018 və xx.xx.2018-ci il tarixli iclasları barədə də bildirişlər cavabdehə rəsmi qaydada verilməmişdir. Bundan başqa qeyd edilməlidir ki,”xxxx” MMC-nin Salyan poçt filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda xx.xx.2018-ci il tarixli xəbərnaməli məktubun cavabdehin atası Z verilməsi qeyd edilsə də, həmin məktubda bu halı təsdiq edən hər hansı bir sübuta istinad edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, sözügedən mə ktub xx.xx.2018-ci il tarixli bildirişin cavabdehin atası Z təqdim edilməsi kimi qiymətləndirilə bilməz. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3911/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3911/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver