Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3911/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı prosessual hüquqi varisi Novruzova Nazilə Təvəkkül qızının Cavabdeh2 Məhəmməd oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3911/21 (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh2 və vəkili Vəkil1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(105)-688/2021 saylı qətnaməsindən İddiaçı prosessual hüquq varisi Novruzova Nazilə Təvəkkül qızının kassasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, onlardan müştərək qaydada 11.850 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.C.Tanrıverdiyeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının, Sumqayıt şəhəri, H.Z.Tagıyev qəsəbəsi, F.Gayıbov küçəsi, 19 saylı binanın 41 saylı mənzilini satın alı b, oraya qeydiyyata düşmək üçün cavabdehlərə 11.850 manat pul verməsi mülki iş materialları ilə müəyyən olunmur. İddiaçı, sözügedən mənzili heç bir təmənna olmadan qəbul etməsinə dair Cavabdeh1 adına 26 yanvar 2018-ci il tarixli yazılı iltizam verib. Sonradan iddiaçı həmin mənzildən məhkəmə qətnaməsinə əsasən çıxarılıb. Cavabdehlər izahatlarında iddiaçıdan mənzilə görə pul almalarını etiraf etmirlər, əksinə mənzildən gedərkən İddiaçı onlara məxsus olan əşyaları özü ilə apardığını və mənzili öz adına sənədləşdirdikdən sonra təmirə xərclədikləri 7.000 manat pulu onlara verəcəyini vəd etsə də, mənzili sənədləşdirə bilmədiyi üçün pulu verməkdən imtina edib. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 80,81, 88-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki m übahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayəti və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassas iya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh2 və vəkili Vəkil1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı prosessual hüquqi varisi Nazilə Novruzova, vəkili Vəkil2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varl anma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci madd əsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçın ın kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə İddiaçı 12 may 1976-cı il tarixdə doğulub və ailəli olmaqla iki övladı var. 30 oktyabr 1994-cü il tarixdə o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə qəbul edilib və 14 may 2011-ci ildən 18 iyul 2018-ci il tarixədək H.Z.Tağıyev qəsəbəsində y erləşən N saylı hərbi hissədə şəxsi heyət üzrə bölmənin psixoloqu, həmin tarixdən isə N saylı hərbi hissənin 2-ci tabor komandirinin şəxsi heyət üzrə müavini vəzifələrində xidmət edib və 14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2018-ci il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyinin Hacı Zeynalabdin Rayon Mənzil X1 Novruzova qarşı “xidməti mənzildən çıxarılma” barədə iddiası təmin edilərək, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 19 saylı evin 14 saylı xidməti mənzilindən çıxarılması qət edilib. Bundan sonra, 02 dekabr 2019-cu il tarixdə İddiaçı hazırki iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, lakin 14 iyul 2020-ci il tarixdə Tovuz rayonu i stiqamətində gedən döyüşlər zamanı həlak olduğu üçün Nazilə Novruzova onun prosessual hüquq varisi kimi tanınıb. Hazırda iddiaçı, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 19 saylı evin 14 saylı mənzilini satın almaq və mənzili adına sənədləşdirmək üçün cavabdehlərlə razılığa gəldiyini, bunun üçün Natiq Bünyadovun iştirakı ilə əvvəl Cavabdeh1 1.000 manat, 2 gün sonra isə Natiq Bünyadov və Vüqar Musayevin iştirakı ilə Cavabdeh1 atası digər Cavabdeh2 10.850 manat pul verdiyini, lakin həmin mənzilə köçdükdən sonra cavabdehlər tərəfindən aldadıldığını Mənzil İstismar Hissəsinin əməkdaşları vasitəsilə xəbər tutduğunu, sonradan Mənzil İstismar Hissəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi ilə mənzildən çıxarıldığını, mənzilin xidməti mənzil fonduna aid olmaqla alqı-satqının pred meti olmadığını, mənzilə görə ödədiyi 11.850 manat pulun cavabdehlər tərəfindən qanunsuz olaraq mənimsənildiyini, Cavabdeh1 qanunsuz hərəkətləri barədə Sumqayıt Hərbi Prokurorluğuna şikayət verdiyini və orada cavabdehlərin ondan 11.850 manat pul aldıqlarını etiraf etdiklərini, lakin cavabdehlərin həmin pul vəsaitini ona geri qaytarmadıqlarını göstərib, cavabdehlərdən cəmi 11.850 manat pulun tutulub ona ödənilməsini iddia edir. Cavabdeh1 isə Mənzil İstismar Hissəsinin mənzil komissiyasının 16 mart 2012-ci il tarixli, 16 saylı protokol-qərarı ilə sözügedən mənzilin onun və ailə üzvlərinin istifadəsinə verildiyini, 2017-ci ilin avqust-sentyabr aylarında mənzildə 7.000 manat dəyərində əsaslı təmir işləri apardığını, 2017-ci ilin sonunadək həmin mənzildə yaşadıqlarını, digər hərbi hissəyə xidmə tə göndərildiyi üçün mənzilin kənar şəxslər tərəfindən zəbt olunmamasına görə atası Cavabdeh2 həmin mənzilə köçürdüyünü, Mənzil İstismar Hissəsinin rəhbərliyinin razılığı ilə mənzili öz adına sənədləşdirdikdən sonra mənzilə çəkdiyi 7.000 manat təmir xərclərini ödəmək şərti ilə mənzili 26 yanvar 2018-ci il tarixdə İddiaçı təhvil verdiyini, sonuncunun həmin mənzili heç bir təmənna olmadan, yəni pul vermədən təhvil alması barədə ona yazılı qəbz verdiyini, lakin sonradan mənzilin rəsmi qaydada hərbi qulluqçu Ramin Əliyevə verildiyini, mənzildən çıxarkən İddiaçı ona məxsus olan ev əşyalarını da özü ilə apardığını və bu günədək nə ev əşyalarını, nə də ki, mənzilin təmir xərclərini ona vermədiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, iddiaçının tələbinin əsas ı kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi çoxsaylı müraciətlərini, şikayət ərizələrini, o cümlədən işdə iştirak edən şəxslərin izahatlarını, habelə istintaq orqanında dindirilmiş Natiq Bunyadov və Vüqar Musayevin ifadələrini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməyib. Belə ki, mərhum İddiaçı izahatlarında göstərib ki, sözügedən mənzili satın almaq və oraya qeydiyyata düşmək üçün cavabdehlərə cəmi 11.850 manat pul verib. Cavabdehlər isə izahatlarında göstəriblər ki, mənzili içərisində olan əşyaları ilə birlikdə 26 yanvar 2018-ci il tarixdə mərhum İddiaçı təhvil veriblər, lakin ondan pul almayıblar. Natiq Bunyadov ifadəsində göstərib ki, 2018-ci ilin yanvar ayının əvvəllərində İddiaçı onun yanında mənzilə görə Cavabdeh1 1.000 manat be h verib. 26 yanvar 2018-ci il tarixdə isə İddiaçı sözügedən mənzildə mənzili təhvil verməsi üçün Vüqar Musayevin və Cavabdeh1 15 yaşlı oğlunun yanında onun atası Cavabdeh2 10.850 manat pul verib və bütün bunlara o, özü şahidlik edib. Vüqar Musayev isə ifadəsində göstərib ki, 2018-ci ilin yanvar ayının əvvəllərində İddiaçı Cavabdeh1 mənzilə görə 1.000 manat beh verməsini eşidib, lakin dəqiq məlumatı yoxdur. 26 yanvar 2018-ci il tarixdə isə İddiaçı 50 və 100 manatlıq əskinazlar olmaqla Cavabdeh2 pul verib, lakin həmin pulun məbləğini bilməyib. Onun yanında söhbət olan zaman hər ikisi, yəni İddiaçı və Cavabdeh2 pulun mənzilə çəkilmiş təmir xərclərinə görə verildiyini bildiriblər. Göründüyü kimi iddiaçının cavabdehlərdən 11.850 manat pul tələbi açıq-aşkar əsassız deyil və cavabdehlərin sözüged ən mənzili 26 yanvar 2018-ci il tarixdə içərisində olan əşyaları ilə birlikdə əvəzsiz olaraq İddiaçı təhvil vermələri inandırıcı, ağlabatan görünmür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir (MPM-nin 14.1-ci maddəsi). Həmçinin məhkəmə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını, şahid ifadələrini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və bütövlükdə həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verilməlidir (MPM-nin 88, 106.1-ci maddələri). Digər tərəfdən, işdən görünür ki, mübahisəli mənzil xidməti mənzil fonduna aid olub və cavabdehlər istəsələr də belə həmin mənzili mərhum İddiaçı sata bilməzdilər. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə cavabdehlərin mənzilə görə iddiaçıdan pul alıb-almamaları aydınlaşdırılmalı və yalnız bundan sonra iddianın əsaslılığına Mülki Məcəllənin 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Həmin maddələrin mənasına görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edi lə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir k i, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı prosessual hüquq varisi Novruzova Nazilə Təvəkkül qızının kassasiya şikayəti təmin edilsin. İş üzrə Sum qayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(105)-688/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3911/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3911/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver