Məhkəmə qərarları › İş №2(102)-3912/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3912/2019

23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3912/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli (hakim T.Əkbərov, iş № 2(003)-916/2018 saylı mülki iş) məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh həmin məhkəmə əmri nin çıxarılması üçün əsas olmuş tələbə qarşı etiraz vermişdir. Rayon Məhkəməsi 19.02.2018-ci il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Əkbərov, iş № 2(003)-916/2018 saylı mülki iş) iddia tələbi qismən təmin edilərək, 29.05.2014-cü il tarixli “Nağd pul krediti müqaviləsi” və 03.03.2016-cı il tarixli 01 saylı “Razılaşma” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 4.329,24 ABŞ dolları, faiz borcunun ödənilməsi məqsədi ilə 655,95 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 10 ABŞ dolları, cəmi isə 4.995,19 ABŞ dolları (məzənnəyə uyğun manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun C avabdeh Bankın xeyrinə tutulmasını, iddia tələbinin qalan hissədə təmin edilməməsini, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən, məruzəçi), X.Sarıyev və H.Həmidov, 2(103)-7752/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları Bank, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onunla borclu Cavabdeh arasında 29.05.2014-cü il tarixdə bağlanmış “Nağd pul krediti müqaviləsi” və 03.03.2016-cı il tarixli 01 saylı “Razılaşma” əsasında yaranmış və ö dənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.329,24 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 655,95 ABŞ dolları məbləğində, borcun ödənilməsinin gecikdiriməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 92,26 ABŞ dolları və “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzini təşkil edən 20 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gönd ərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şika yətində yalnız ondan faiz və cərimə borclarının tutulması barədə Rayon Məhkəməsinin gəldiyi nəticəyə etiraz etdiyndən məhkəmə, MPM-nin 372.6-cı maddəsinin tələbindən çıxış edərək qətnamənin cavabdehdən faiz və cərimə borcunun tutulması ilə bağlı hissəsinin əsaslılığını yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bank ilə cavabdeh arasında 29.05.2014-cü il tarixli “Nağd pul krediti müqaviləsindən” və digər sənədlərdən görünür ki, həmin müqaviləyə əsasən, Bank tərəfindən cavabdehə, kreditdən istifadəyə görə illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 8.050 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış 03.03.2016-cı il tarixli “Nağd pul krediti müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı Razılaşmadan” g örünür ki, həmin “Razılaşmaya” əsasən, cavabdehin 4.663 ABŞ dolları məbləğində borcu 24 ay müddətinə, 03.03.2018-ci ilə tarixədək illik 26 faiz hesablanmaqla kapitallaşdırılmışdır. İşin hallarından görünür ki, cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, krediti və ona hesablanmış faizləri Bank ödəməmişdir. Bankın təqdim etdiyi “Maliyyə arayışından” görünür ki, cavabdehin iddiaçı Banka 24.11.2017-ci il tarixinə olan faiz borcu 655,95 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) isə 92.26 ABŞ dolları təşkil etmişdir. “Ödəniş qəbzindən” görünür ki, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün Bank 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbay can Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM 77.1-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın, hazırki halda Cavabdeh üzərinə düşür. Lakin Cavabdeh öhdəliyi icra etdiyini sübuta yetirə bilməmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, ondan ödənilməsi tələb olunan faiz və cərimə borcları şişirdilmişdir, Rayon Məhkəməsi isə bu halı nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. Cavabdeh ondan tutulmuş faiz və cərimə borcunun şişirdildiyini bəyan etsə də, bu faktı təsdiq edəcək sübutları, ən azından özü tərəfindən aparılmış adi riyazi hesablamanı məhkəmələrə təqdim etməmişdir. Digər tərəfdən Məhkəmə qeyd etmişdir ki, Bankın tələb etdiyi cərimə borcu Rayon Məhkəməsi tərəfindən azaldılaraq 10 ABŞ dolları məbləğində müəyyən edilmişdir ki, bu məbləğin şişirdilmiş olmasını Məhkəmə ağlabatan hesab etməmişdir. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci madd əsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdehin Bank qarşısında icra edilməmiş öhdəliklərinin mövcud olduğu müəyyən edildiyindən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 655,95 ABŞ dolları məbləğində faiz borcunun cavabdehdən tutularaq Banka ödənilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür. Bundan başqa, Bank tərəflər arasında bağlanmış “Nağd pul krediti müqaviləsinin” şərtlərini əsas götürərək, ödənişi gecikdirdiyinə görə cavabdehə 92,26 ABŞ dolları məbləğində cərimə hesablamış və tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Rayon Məhkəməsi qanunun ona verdiyi səlahiyyətdən istifadə edərək, cavabdehə hesablan mış cərimə borcunun azaldılmasını və 10 ABŞ dolları məbləğində müəyyən edilməsini qət etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya baxışının predmetini təkşil edən hissədə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏR ARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 10 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar