Məhkəmə qərarları › İş №2(102)-3912/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3912/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3912/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Məmmədov Məhəmməd Mehman oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3912/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2021-ci il tarixli, 2(105)-492/2021 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayə ti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə dair onun nümayəndəsi Cavabdeh1 ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 13 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 50.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Qoşqarlı) iddia təmin edilərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 13 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən Cavabdeh2 adına verilmiş 19 sentyabr 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi və İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətində olub. İddiaçı verdiyi etibarnaməyə əsasən Cavabdeh1 onun adından sözügedən torpaq sahəsini Cavabdeh2 satıb. Lakin Cavabdeh1 müqavilənin şərtlərinə əməl etməyib və satdığı torpaq sahəsinin dəyərini İddiaçı ödəməyib və onun adına verilmiş etibarnamədən İddiaçı xeyrinə deyil, ö z şəxsi mənafeyi üçün istifadə edərək torpaq sahəsini Cavabdeh2 satıb. Cavabdeh2 isə torpaq sahəsini öz mülkiyyətinə keçirərək "xxxx" QSC xeyrinə ipoteka qoyub. Eyni zamanda, Cavabdeh2la Cavabdeh1 arasında əslində borc hüquqi münasibətləri olub və sonuncu həmin torpaq sahəsini borcun əvəzinə Cavabdeh2 satıb. Beləliklə təmsilçi Cavabdeh1 təmsil edilən Şəhla Əsgərovanın adından şəxsən özü barəsində müqavilə bağlayıb. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 359.3, 425, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında notarial qaydada bağlanmış 13 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətində olub və sonuncu 21 avqust 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən söz ügedən torpaq sahəsi üzərində sərəncam verməyi və sair tapşırıqların yerinə yetirilməsi üçün 21 avqust 2023-cü il tarixədək qüvvədə olmaqla Cavabdeh1 adına etibarnamə verib. Eyni zamanda 07 sentyabr 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı 07 sentyabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 50.000 manat borc pul verib. 21 avqust 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə İddiaçı Cavabdeh1 50.000 manat borc pul verib və sonuncu həmin kreditdən 15.000 manat pulu 07 sentyabr 2018-ci il tarixədək, qalan 35.000 manat pulu isə 21 oktyabr 2018-ci il tarixədək İddiaçı qaytarmağı öz öhdəsinə götürüb. Həmçinin 13 sentyabr 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 et ibarnaməyə əsasən İddiaçı adından sözügedən torpaq sahəsini 10.000 manata Cavabdeh2 satıb və həmin müqaviləyə əsasən torpaq sahəsi 19 sentyabr 2018-ci il tarixli Çıxarışla mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Bundan sonra 15 yanvar 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən torpaq sahəsi 120 ay müddətinə "xxxx" QSC xeyrinə ipoteka qoyulub. Cavabdeh2 ərizəsi üzrə toplanmış material üzrə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi Cavabdeh1 Cavabdeh2 olan borcunun təminatı olaraq girov qoyulub və borc məbləği qaytarıldıqdan sonra torpaq sahəsinin geri qaytarılacağı barədə onlar arasında razılaşma olub. İşin bu halları işə əlavə edilmiş digər yazılı sübutlarla da istisna olunmur. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının verdi yi iddia tələblərindən kənara çıxmaqla mülki prosessual normaların tələblərini pozub. Cavabdeh1 müqavilənin şərtlərini pozaraq torpaq sahəsinin dəyərini İddiaçı ödəməyib və sonuncu Cavabdeh1 tərəfindən aldadıldığını bildikdən sonra 29 noyabr 2018-ci ildə notariat orqanına ərizə verərək onun adına verdiyi etibarnaməni ləğv etdirib. Məhz bu tarixdən sonra İddiaçı bilib ki, İldırım Əsəgərov ona məxsus olan torpaq sahəsini Cavabdeh2 satıb. Bundan sonra, İddiaçı Cavabdeh1 hərəkətlərindən müxtəlif orqanlara şikayət edib və ən nəhayət 25 oktyabr 2019-cu il tarixdə hazırkı iddia tələbləri ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Beləliklə Cavabdeh1 İddiaçı ilə aralarında olan razılaşmaya görə torpaq sahəsini 35.000 manata satmaq əvəzinə Cavabdeh2 olan borcunu pərdələmək üçün cəmi 10.000 manat a ona satmaqla şəxsən özü barəsində əqd bağlayıb. Bundan başqa, İddiaçı sözügedən müqavilənin mövcudluğu barədə 29 noyabr 2018-ci il tarixdə bildiyi üçün müddəti ötürməyib, habelə Cavabdeh2 vicdanlı alıcı olması mülki iş materialları ilə istisna olunur. Ona görə də iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1337.4, 340.2, 354-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Sadıq Abışov kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2, vəkili Vəkil, cavabdeh Sumqayıt şəhəri, 04 saylı Notariat Kontoru, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 02 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxt ı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 359-cu maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satı cı, kassir və i.a.) bəlli ola bilər. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Əqdlərin etibarsız sayılması üçün əsaslar Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilib göstərilib. Həmin Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin mənasına görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağla nmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qayt armağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 354-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh2 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarından tam yoxlanılmalıdır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, ünvan 2 ünvanda yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olub və sonuncu həmin torpaq sahəsini satmaq qərarına gəlib və bunun üçün Cavabdeh1 adına 5 il müddətinə qüvvədə olmaqla 21 avqust 2018-ci il tarixli etibarnamə verib. Bundan sonra, Cavabdeh1 etibarnaməyə əsasən İddiaçı adından sözügedən torpaq sahəsini 13 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 10.000 manata Cavabdeh2 satıb və sonuncu həmin pulu notariusun depozit hesabında n köçürüb. Müqaviləyə əsasən torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və bu barədə onun adına 19 sentyabr 2018-ci il tarixli Çıxarış verilib. Hazırda İddiaçı, torpaq sahəsini 35.000 manata satıb pulunu ona ödəyəcəyi ilə bağlı Cavabdeh1la razılığa gəldiyini, sonuncunun Cavabdeh2 olan borcunu pərdələmək üçün torpaq sahəsini dəyərindən aşağı qiymətə, yəni 10.000 manata satdığını, lakin torpaq sahəsinin dəyərini ona ödəmədiyini və beləliklə də Cavabdeh1 onun adından şəxsən özü barəsində əqd bağladığını göstərib, sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini iddia edir. Cavabdeh1 borcun qarşılığında 2019-cu ilin mart ayında İddiaçı 40.000 manat dəyərində lüstur verdiyini, lakin sonuncunun həmin lüstürləri sata bilmədiyi üçün 24 iyun 2020-ci ildə ona geri qaytardığını, ümumi olaraq İddiaçı torpaq sahəsinə görə 30.000 manat, “Hyundai Santafe” markalı nəqliyyat vasitəsinə görə 20.000 manat borcunun qaldığını, həmin borcun qarşılığında öz bacısına məxsus Yevlax rayonu, Gülovşə kəndində yerləşən, ümumi sahəsi 328,28 kv.metr olan evə dair müvəqqəti saxlanc kimi İddiaçı qardaşı Natik Kərimovun adına etibarnamə verdiyi, sonuncunun isə həmin etibarnaməyə əsasən evi digər bacısının adına keçirdiyini və beləliklə də İddiaçı borcunun qalmadığını göstərib, iddiaya etiraz edir. Cavabdeh2 isə torpaq sahəsini qanuni əsaslarla satın aldığını, torpaq sahəsinin alqısatqısından sonra Cavabdeh1 onun etibarından sui-istifadə edərək ona məxsus “Honda Pilot” markalı nəqliyyat vasitəsini, 40.000 manat dəyərində çılçırağı və ümumilikdə 2019cu ilin avqust ayında raz ılaşdıqları yazılı qəbzə əsasən 55.000 ABŞ dollarını mənimsəyərək bu günədək qaytarmadığını, Cavabdeh1 10.000 manat nağd pul və “Honda Pilot” markalı nəqliyyat vasitəsi verməklə torpaq sahəsini vicdanlı əldə etdiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, mülki qanunvericiliyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə ə sasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Müqavilənin etibarlılığı üçün onun Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtləri pozmamaqla bağlanması tələb olunur. Müqavilənin etibarsızlığı dedikdə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda müqavilə müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, müqavilədə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir və müqavilənin etibarlılığı üçün: müqavilənin subyektiv tərkibinin qanuniliyi; müqavilənin məzmununun qanuniliyi; müqavilə üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; həmçinin müqavilənin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Müqavilənin subyektiv tərkibinin qanuniliyi müqavil ənin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Müqavilənin məzmunu dedikdə- müqavilədə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Hər bir halda müqavilədə iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, müqavilə mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəx slərin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Göründüyü kimi hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onları n arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki işdə, İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqaviləsinin lazımi subyektlərin iştirakı, müqavilənin onların iradəsi ilə bağlanması, həmin müqavilənin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması mülki iş materialları ilə istisna olunmur. Bu hallar İddiaçı adından torpaq sahəsini satmaq üçün Cavabdeh1 adına verilmiş etibarnamədə nəzərə tutulan səlahiyyətlərin dairəsi və sonuncunun həmin səlahiyyətlərdən kənara çıxmadan torpaq sahəsini Cavabdeh2 satması ilə də təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı ilk vaxtdan torpaq sahəsini satmaq niyyətində olmasını, sonuncunun Cavabdeh1 adına etibarna məni məhz bu məqsədlə verməsini nəzərə almadan, sonuncunun torpağın əvvəlcədən razılaşdırdıqları dəyərini İddiaçı ödəmədiyini əsas tutub, sözügedən müqavilinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması nəticəsinə gəlib. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 torpaq sahəsini Cavabdeh2 35.000 manata deyil, 10.000 manata satması və torpağın satış qiymətini İddiaçı ödəməməsi, alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas ola bilməz və sonuncu Cavabdeh1 qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla torpaq sahəsinin satış qiymətini onadan geri tələb edə bilər. Daha sonra, işdən görünür ki, sözügedən alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 sözügedən alqı-satqı müqaviləsi üzrə notariusun depozit hesabına 10.000 manat pul köç ürüb və 13 sentyabr 2018-ci ildə isə Cavabdeh1 notariusun depozit hesabından 9.250 manat pul vasitini çıxardıb. Apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında alqı-satqı deyil, borc hüquqi münasibətlərin olmasını əsas tutub, müqavilə üzrə tərəfləri əvvəlki vəziyyətə qaytarmamaqla, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, torpaq sahəsinə dair İddiaçı nümayəndəsi Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd, yəni Cavabdeh1 Cavabdeh2 olan borcunu pərdələmək məqsədilə bağlandığı qənaətinə gəlsə də, tərəflərin həmin müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları borca aid olan qaydaları tətbiq etməməklə Mülki Məcəllənin 340.2-ci maddəsinin təfsirində də səhvə yol verib. Belə ki, həmin maddənin tələbinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, əqdin yalan əqd hesab edilməsi üçün iki əqdin mövcudluğu tələb olunur: bunlardan biri yalan əqdin özü, digəri isə tərəflərin əsl ində nəzərdə tutduqları əqddir (əsl əqd). Apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında bağlanmış çöxsaylı kredit müqavilələrinin mahiyyətinə varmadan, İddiaçı ilə Cavabdeh1 arasında sonradan əldə edilmiş razılaşmalar üzrə heç bir araşdırma aparmayıb. Həmçinin sözügedən torpaq sahəsinin ipoteka müqaviləsi üzrə "xxxx" QSC xeyrinə ipoteka hüququ ilə yüklü edilməsini nəzərə almayıb və həmin müqavilə üzrə kredit borcunun ödənilib-ödənilməməsini, ipotekaya xitam verilib-verilməməsini aydınlaşdırmadan, yalnız İddiaçı irəli sürdüyü arqumentlərlə kifayətlənərək, mübahisələndirilən hissədə iddianı qismən əsaslı hesab edib. Daha sonra, işdən görünür ki, İddiaçı 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 07 sentyabr 2019-cu il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 50.000, 21 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 50.000 manat borc pul verib. Eyni zamanda, 15 yanvar 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən torpaq sahəsi 120 ay müddətinə "xxxx" QSC xeyrinə ipoteka qoyulub. Cavabdeh1 isə borcun qarşılığında öz bacısına məxsus Yevlax rayonu, Gülovşə kəndində yerləşən, ümumi sahəsi 328,28 kv.metr olan fərdi yaşayış evinə dair İddiaçı qardaşı Natik Kərimovun adına etibarnamə verib, sonuncu isə Cavabdeh1 izahatına görə həmin etibarnaməyə əsasən evi digər bacısının adına keçirib. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərib ki, Cavabdeh1 ona məxsus olan torpaq sahəsini və nəqliyyat vasitəsini borclarının əvəzinə verərək onu aldatdığı üçün onun hərəkətləri barədə polisə şikayət verib və orada Cavabdeh1 pulun bir hissəsini ona geri qaytarıb. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan sübutlara Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, İddiaçı izahatını, habelə Cavabdeh1 iddiaya etirazının əsası kimi istinad etdiyi hallarla bağlı irəli sürdüyü arqumentləri kifayət qədər araşdırmadan, yalnız sonuncu ilə Cavabdeh2 arasında olan borc hüquq münasibətlərinə istinad etməklə, mübahisələndirilən müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması nəticəsinə gəlib. Halbuki, İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh1 sözügedən torpaq sahəsini məhz əvəzi ödənilməklə Cavabdeh2 satması mülki iş materialları, o cümlədən notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə də istisna olunmur. Eyni zamanda, İddiaçı da ilk gündən niyyəti nümayəndəsi İ ldrım Əsgərov vasitəsilə torpaq sahəsini satmaqdan ibarət olub. Apellyasiya instansiyası məhkəməsi bu hallara da diqqət yetirməyib. Daha sonra, apellyasiya instansiyası məhkəməsi, İddiaçı sözügedən müqavilə barədə 29 noyabr 2018-ci il tarixdə xəbər tutduğunu və hüququnun pozulduğunu həmin tarixdən bildiyini və beləliklə də Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan 1 illik kəsici müddətin ötürülmədiyini qeyd etsə də gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb və İddiaçı etibarnaməyə əsasən bütün səlahiyyətlərini 21 avqust 2018-ci il tarixdən Cavabdeh1 etibar etməsini nəzərə almayıb. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya ins tansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2021-ci il tarixli, 2(105)-492/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar