Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3912/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh2 Dərdail oğlu, Cavabdeh3 və X21 qızına qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3912/22 (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ) Bakı şəhəri, 10 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6715/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı qızı (bundan sonra – iddiaçı) ilə Cavabdeh3 (bundan sonra - cavabdeh) 26 sentyabr 1996-cı ildə faktiki ailə qurmuşlar. İddiaçı Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi, 9 saylı evə (bundan sonra - mübahisəli ev) köçərək orada yaşamış, faktiki nikahdan xx.xx.2002-ci il tarixdə Südabə adlı uşaqları doğulmuşdur. 2. xx.xx.2000-ci il tarixli, FM seriyalı, 007211 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Kürdaxanı qəsəbəsi, Ağaverdiyev küçəsindəki 9 saylı yaşayış evi xüsusi mülkiyyət kimi X3 adına qeydə alınmışdır.
3. Sabunçu rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1269/2006 nömrəli qətnaməsinə əsasən iddiaçı K.Həşimovanın cavabdehlər Rauf, Mübariz və Sevil Həşimovaların hazırkı iş üzrə mübahiəsli yaşayış sahəsindən çıx arılmaları və qanunsuz inşa etdikləri tikililərin sökülməsi barədə iddiası təmin edilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışına əsasən mübahisəli ev xüsusi mülkiyyət kimi Lətifə Abasovanın adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh2 Dərdail oğlu, Cavabdeh3 və evin mülkiyyətçisi X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsində yerləşən 9 saylı evə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmı şdır ki, gəlin gəldiyi mübahisəli evin mülkiyyətçisi həm vaxt Cavabdeh3 anası X6 olmuşdur. İddiaçı, yaşayış yeri üzrə evə qeydiyyata alınmasa da, cavabdehlərlə birgə 13 ildir ki, təsərrüfat apararaq, evdən açıq, fasiləsiz və etirazsız istifadə etmişdir. X10 ölümündən sonra isə evin yeni mülkiyyətçisi Lətifə Abasova iddiaçının evdə yaşamasına mane olmuşlar.
7. İddia ərizəsi rayon məhkəməsi tərəfindən icraata götürüldükdən sonra, cavabdeh Kiçikxanım Həşimova ölmüşdür.
8. İddiaçı ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək həmin tələbi cavabdehlər Cavabdeh2 Dərdail oğlu, Cavabdeh3 və evin yeni mülkiyyətçisi X21 qızına qarşı irəli sürmüşdür.
9. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul edərək bildirmisdir ki, iddiaçı ilə qeyri-rəsmi ailə qurmuş, bir övladı var və uzun illərdir ki, müb ahisəli evdə yaşayırlar.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Ş.X Əlipənahova, Q.N.Qəmbərova, H.Ə.Həşimov və Əliağa Qadaş oğlu ifadələrində iddiaçının uzun illərdir ki, yoldaşı, qızı və qaynatası ilə birlikdə mübahisəli evdə yaşadığını bildirmişlər.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Rəna Hüseynova) 2(008)1496/2009 nömrəli iş üzrə 05 avqust 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı qızının Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Q.A.Ağaverdiyev küçəsindəki 9 saylı evin yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 1996-cı il tarixdə mübahisəli evə ailə üzvü qismində, yəni mübahisəli evin mülkiyyətçisi olmuş X1 nəticəsi olan və 2000-ci il tarixdən mübahisəli evin mülkiyyətçisi olmuş mərhum X4 nəvəsi olan hazırki mülki iş üzrə Cavabdeh3 həyat yoldaşı qismində köçmüş və həmin vaxtdan mübahisəli evdə daim yaşayan iddiaçının həmin evin yaşayış sahəsindən istifadə hüququ 1996-cı ildən yaranmışdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, 2008-ci il tarixdə qüvvədə olmuş Mülki Məcəllənin 158.1.2, 158.3-cü, Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh X21 qızı apellyasiya şikayəti verərək qə tnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev əvvəllər Kiçikxanım Həşimovanın mülkiyyətində olmuş, onun ölümündən sonra vərəsəlik hüquqi əsasında mərhumun övladı Lətifə Abasovanın mülkiyyətinə keçmiş və bu barədə Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixdə “Çıxarış” verilmiş, Lətifə Abasovanın ögey qardaşı Cavabdeh2 övladı Cavabdeh3 iddiaçı ilə ailə qursa da, iddiaçı evə köçüb yaşamadığndan istifadə hüququ yaranmamışdır. Qüvvədə olan qanunvericiliyə əsasən, iddiaçının mübahisəli evə istifadə hüququnun yaranması üçün iddiaçı ilə evin hazırki mülkiyyətçisi Lətifə Abasova aralarında notarial qaydada bağlanmış razılığa əsasən yarana bilər. Lakin belə bir müqavilə mövcud deyil. Bundan başqa, nəzərə alınmalıdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1269/2006 №-li qətnaməsindən görünür ki, anası K.Həşimova həmin vaxt cavabdehlər Mübariz və Cavabdeh3ların evdən çıxarılmaları və onlar tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə iddia irəli sürmüş və həmin iddia təmin edilmişdir. Əgər İddiaçı həmin vaxt evdə yaşamış olsa idi, K.Həşimova İddiaçı da qarşı iddia irəli sürərdi. Həmin məhkəmə aktından görünür ki, 2008-ci ilədək mənzilin mülkiyyətçisi olmuş K.Həşimova hazırkı iş üzrə iddiaçını cavabdeh qismində qoymamış, ona qarşı mənzildən çıxarılma barədə tələb irəli sürməmişdir. Belə olan halda həmin qətnamə hazırki iş üzrə iddiaçıya münasibətdə preyudisial xarakter daşımır. Həmin məhkəmə aktı bir dah a təsdiq edir ki, iddiaçının istifadə hüququna xitam verilməmişdir və onun tələbi əsaslıdır.
16. Birinci instansiya məhkəməsində aparılmış icraat ilə apellyasiya icraatı arasındakı müddət ərzində Cavabdeh2 ölmüşdür.
17. Lakin onun Rayon Məhkəməsinə verdiyi izahatından görünür ki, o, iddia tələbinin təmin edilməsini xahiş edərək bildirmişdir ki, övladı Cavabdeh3 iddiaçı ilə 1996-ci ildə ailə qurmuş və bundan sonra iddiaçı evə gəlin gələrək onlar ilə birlikdə evdə yaşamış və hazırda da evdə onlarla birlikdə yaşayır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2750/20 nömrəli iş üzrə 5 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası qeyd etmişdir ki, iddiaçı Cavabdeh3 ilə 1996-cı ildə ailə quraraq, mübahisəli yaşayış sahəsinə gəlin köçmüşdür və hazırda da orda yaşayır. Cavabdeh3 xx.xx.2000-ci il tarixədək həmin evin icarədarı, qeyd edilən tarixdən sonra isə evin mülkiyyətçisi olmuş K.Həşimovanın nəvəsidir. Qanunun göstərişindən göründüyü kimi şəxsin mənzilə yaşayış hüququnun tanınması üçün o, ya icarədarın ailə üzvü olmalı, və ya icarədar tərəfindən qeyd-şərtsiz mənzilə köçürülmüş digər şəxs olmalıdır. Hazırkı işdə iddiaçının uzun müddət mübahisəli mənzildə heç bir mübahisəsiz yaşaması onu təsdiq edir ki, o, həmin vaxt evin icarədarı, sonra isə mülkiyyətçisi olmuş K.Həşimova tərəfindən qeyd-şərtsiz həmin mənzilə yaşamaq üçün köçürülmüşdür və həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq da onun mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Cavabdeh1 mübahisəli mənzilə xx.xx.2008-ci il tarixdən mülkiyyət hüququna dair çıxarış əldə etmiş və mübahisəli mənzil həmin tarixdən onun mülkiyyətinə keçmişdir.
20. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin iddiaçıya evdən istifadə hüququnu əmələ gətirən notarial qaydada təsdiq edilmiş razılıq verməsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh Lətifə Abasovanın iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnu mübahisələndirməsi barədə şikayəti əsaslı hesab oluna bilməz, iddiaçı mübahisəli əmlaka istifadə hüququnu yaşayış sahəsinin xx.xx.2008-ci il tarixdə cavabdehin mülkiyyətinə keçməsindən əvvəl, yəni 1996-cı il tarixdə əldə etmişdir. 2
1. Apellyasiya instansiya məhkəməsi onuda qeyd etmişdir ki, məhkəmə qətnaməsindən görünür ki, 2008-ci ilədək mənzilin mülkiyyətçisi olmuş Kiçikxanım Həşimova hazırkı iş üzrə iddiaçını cavabdeh qismində göstərməmiş və ona qarşı evdən çıxarılma barədə tələb irəli sürməmişdir. xx.xx.2006-cı il tarixli, 2-1269/2006 nömrəli qətnamə hazırki iş üzrə iddiaçıya münasibətdə preyudisial xarakter daşımır. Bunu və iddiaçının mübahisəli evə 1996-cı ildə köçərək hazıra kimi yaşamasını təsdiq edən şahid ifadələrini, habelə Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş xx.xx.2009-cu il tarixli, 1251 №-li arayışını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hü ququ 1996-cı ildə yaranmış və bu hüquq hazırda da mövcuddur.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 158-ci, Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh X21 qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş bütün hüquqi faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verməmiş, işə səthi yanaşaraq mübahisəli evin cavabdehə vərəsəlik qaydasında keçdiyini qeyd etsə də, həmin əmlak bağışlama müqaviləsi ə sasında keçmiş, məhkəmə aktlarına deyil, İddiaçı qızının məhkəməyə təqdim etdiyi arayışa istinad etmiş, bununla da qanunun bu barədə tələblərini, həmçinin cavabdehin mülkiyyətçi kimi hüquqlarını pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarı (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 5 avqust 2020-ci il tar ixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır.
26. Kassasiya instansiyasının mövqeyinə görəQanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2006-cı il tarixli qətnaməsinə əsasən (sədrlik edən hakim H.Əliyev) iddia təmin edilərək, cavabdehlər X8, Cavabdeh3 və X12 X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 9 saylı evdən başqa yaşayış sahəsi verilmədən çıxarılmaları və iddiaçı X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 9 saylı evin həyətyanı torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin sökülməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh3 mübahisəli evə hər hansı hüququ olmamışdır. Belə olduğu halda apellyasiya instansiyası məhkəməsi Cavabde h3 ilə 1996-cı ildə faktiki nikaha daxil olaraq mübahisəli evə gəlin gəlmiş hazırkı iş üzrə İddiaçı 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri baxımından mübahisəli evə hansı əsasla istifadə hüququ əldə etməsinə hüquqi qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və İkram Şirinov) 2(103)-6715/21 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh L.Abasovanın iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnu mübahis ələndirməsi barədə şikayəti əsaslı hesab oluna bilməz. Belə ki, iddiaçı mübahisəli əmlaka istifadə hüququnu yaşayış sahəsini xx.xx.2008-ci il tarixdə cavabdehin mülkiyyətinə keçməzdən əvvəl, yəni 1996-cı il tarixdə əldə etmişdir. X2, X14 və X15 ifadələrində bildirdilər ki, İddiaçı 1996-cı ildə həmin evə gəlin köçmüşdür, köçən bir günnən hazırki vaxtadək həmin mübahisəli ünvanda yaşamış, uzunmüddətə yaşadığı yeri tərk edib başqa yerə getməmişdir.
29. Apellyasiya instansiyası hesab etmişdir ki, məhkəmə qətnaməsindən görünür ki, 2008-ci ilədək mənzilin mülkiyyətçisi olmuş K.Həşimova hazırkı iş üzrə iddiaçını cavabdeh qismində göstərməmiş və ona qarşı evdən çıxarılma barədə tələb irəli sürməmiş, həmin qətnamə hazırkı iş üzrə iddiaçıya münasibətdə preyudisial xarakter daşıya bilməz. Bunu və idd iaçının mübahisəli evə 1996-cı ildə köçərək hazıra kimi yaşamasını təsdiq edən şahid ifadələrini, habelə Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş xx.xx.2009-cu il tarixli, 1251 №-li arayışını nəzərə alaraq iddiaçının mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ 1996-cı ildə yaranmış və bu hüquq hazırda da mövcuddur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar verilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası İddiaçının mübahisəli Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ağav erdiyev küçəsi, 9 saylı evə gəlin gəldiyini qeyd etsə də o, sonradan mübahisəli evə deyil həmin ünvandakı sökülməsi qət edilmiş özbaşına tikiliyə gəlin gəlmişdir. Buna baxmayaraq, apellyasiya instansiyasi işə səthi yanaşaraq, preyudusial qüvvəyə malik məhkəmə aktlarının üzərindən keçmiş, mübahisəli evin mənə vərəsəlik qaydasında keçdiyini qeyd etsə də həmin əmlak anamdan mənə sağlığında bağışlama müqaviləsi əsasında verdiyini nəzərə almamış, bundan başqa Cavabdeh3 Kiçikxanımın oğlu kimi göstərsədə o, onun oğul yox nəvəsidir. Ən əsası isə mən Sabunçu rayon Məhkəməsinin 05 avqust 2009-cu il tarixli 2(008)1496/2009 saylı qətnaməsini mübahisləndirsəm də apellyasiya instansiyası Sabunçu rayon Məhkəməsinin 2(008)-544/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinin qüvvədə saxlanmasını qət etmiş dir ki, bu da qanunsuz, əsassız və ədalətsizdir. İşdəki sənədlərdən də aydın olur ki, Ali Məhkəmənin 2(102)-1582/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, cavabdeh X21 qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2750/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (Sədrlik edən: İlqar Dəmirov). Apellyasiya instansiyası həmin qərarı və oradakı göstərişləri də qulaq ardına vuraraq, nəzərə almamış və iş üzrə tamamilə yalnış qətnamə çıxarmışdır. Apellyasiya instasiyası da öz növbəsində iş üzrə tərəflərin qarşılıqlı hüquq münasibətlərinə düzgün qiymət verməyərək səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:
33. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
34. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərin i), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
35. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
36. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
37. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mülki Məcəllə
38. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
39. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yox lanılır.
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməm əsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İşə mahiyyəti üzrə baxan məhkəmələr belə qənaətə gəlmişlər ki, iddiaçı mübahisə predmeti olan mənzilə 1996-cı ildə köçərək ailə üzvü kimi yaşamaqla həmin sahədən istifadə etmək hüququ qazanmışdır.
42. Belə ki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
40. Bundan əlavə, məhkəmələr müəyyən etmişlər ki, xx.xx.2000-ci il tarixdə ev xüsusi mülkiyyət kimi Kiçikxanım Həşimovanın adına qeydə alındıqdan sonra da iddiaçı həmin evdə yaşamağa davam etmişdir.
41. Qeyd olunan Məcəllənin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
42. İddiaçının daimi yaşamaq niyyətilə başqa yerə köçməsinə görə həmin hüququn aradan qalxması halı müəyyən edilməmişdir.
43. Eyni zamanda məhkəmələr əvvəlki mülkiyyətçinin qohumu olan və ev üzərində mülkiyyəti xx.xx.2008-ci il tari xdə əvəzsiz əqd əsasında qazanmış Cavabdeh1 vicdanlı əldə edən şəxs hesab etməmişlər. Belə olan halda, yaşayış sahəsi üzərində daha əvvəl əmələ gəlmiş istifadə hüququ (şəxsi servitut) mülkiyyətçinin dəyişməsi səbəbilə aradan qalxa bilməz.
44. Çünki, Mülki Məcəllənin 158.3-cü və 158.4-cü maddələrinə görə, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki pr osessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkə mə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6715/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.