Məhkəmə qərarları › İş №2(102)-3916/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3916/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3916/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(106)-52/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Cəbrayıl Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.T.Hüseynova, iş № 2(072)-01/2018) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borcuna görə müştərək qaydada cəmi 341.348,74 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və Cavabdeh3 məxsus ünvan 2 ünvanda yerləşən 47 saylı mənzilə yönəldilməsi, evin ilkin satış qiymətinin 230.000 manat məbləğində, mənzilin ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi, onların hərracdan satılması, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, evin və mənzilin satışından sonra orada yaşayan şəxslərin ən geci 1 ay müddətində oradan çıxarılıb həmin əmlakların alıcıya təhvil verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.N.Abbasov, T.X.Heydərov və T.S.Kərimov) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Cəbrayıl Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi Qara Çuxur qəsəbəsində yerləşən 5 otaqlı iki mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 230.000 manat müəyyən olunmasına dair hissədə dəyişdirilərək həmin evin ilkin satış qiymətinin 300.000 manat məbləğində müəyyən olunması, qətnamənin mübahisə edilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 18 faiz olmaqla 48 ay müddətinə 260.000 ABŞ dolları məbləğində kredit v erilmiş, kreditin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi, borclu Cavabdeh1 məxsus 5 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi və Cavabdeh3 məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. 2016-cı ilin may ayında “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 kreditin qaytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi səbəbindən banka xx xxxxx 2016-cı il tarixə cəmi 261.753,34 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun Cavabdeh1 və Cavabdeh2 tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələb edilmişdir. İşə mahiyyəti üzrə baxılana qədər bank iddia tələbinin həcmini artıraraq kredit borclarına görə borclu və zamindən 388.148,74 ABŞ dollarının tutulmasını tələb etmişdir. İddia tələbi üzrə yuxarıda gö stərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kasasiya şikayəti verərək kredit borcuna görə faizlərin düzgün hesablanmaması və ipoteka predmeti olan evin dəyərinin real bazar dəyərindən az qiymətləndirilməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdır dıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Tərəflər xx xxxx 2015-ci il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Bank üzərinə götürdüyü öhdəliyə əməl edərək cavabdehə 48 ay müddətinə 260.000 ABŞ dolları məbləğində kredit vermiş, Cavabdeh1 isə həmin krediti ödəniş planına uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etmə lidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 kreditin ödəniş planına uyğun olaraq müəyyən olunmuş müddətdə və qaydada banka qaytarılmasını lazımınca təmin etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2lə zaminlik müqaviləsinin bağlanması ilə əlaqədar Mülki Məcəllənin 470.1 və 472.1-ci mad dələrinin tələbinə müvafiq olaraq kredit müqaviləsi üzrə borcun eyni zamanda ondan tutulması və Mülki Məcəllənin 317.1 və 319.1-ci maddələrinin tələbinə müvafiq olaraq tutmanın ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara yönəldilməsi qət edilmişdir. Cavabdeh1 kredit borcuna hesablanmış faizin məbləği ilə razılaşmasa da, məhkəməyə faizin düzgün müəyyən olunmamasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. İpoteka predmeti olan fərdi yaşayış evinin dəyəri isə işdən göründüyü kimi mütəxəssis rəyi ilə müəyyən olunmuş və bununla əlaqədar onun ilkin satış qiyməti 300.000 manat məbləğində dəyərləndirilmişdir. Evin müəyyən olunduğundan artıq dəyərə malik olması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi n əticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar