Məhkəmə qərarları › İş №2(102)-3918/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3918/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3918/2020 05.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər “xxxxxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3918/20 (Açar sözlər: kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması ) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X1 katibliyiilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər “xxxxxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qayt arılması, ipotekaya yönəldilmə” tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-36/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx xxxxx 2011-ci il tarixli, 174 saylı kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxx» ASC tərəfindən cavabdeh «xxxxxxx» MMC-yə 24 (iyirmi dörd) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. 2. xx xxxxx 2011-ci il tarixli, 122 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Sabirabad şəhəri, Axund Şərifzadə küçəsində yerləşən 18 nömrəli, birmərtəbəli, 78.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasını kredit öhdəliyinin təminatı kimi iddiaçı «xxxxxxxxxxxx» ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 45780 manat müəyyən edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı «xxxxxxxxxxxx» ASC cavabdehlər xxxxxxx” MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər «xxxxxxx» MMC-dən və Cavabdeh2 9438 manat əsas, 13305,42 manat faiz borcu olmaqla, cəmi 22743,42 (iyirmi iki min yeddi yüz qırx üç manat 42 qəpik) manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin iddiaçı bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Sabirabad şəhəri, Axund Şərifzadə küçəsində yerləşən 18 nöm rəli, birmərtəbəli, 78,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, əmakın ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satıldıqdan bir ay sonra boşaldılması barədə qətnamə çıxarımasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Bu barədə cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar.

5. Borc məbləği xx xxxxxx 2016-cı il tarixinə 9438 manat əsas, 13305,42 manat faiz borcu olmaqla, cəmi 22743,42 manatdır. 6. xx xxxxx 2011-ci il tarixli, 122 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan Sabirabad şəhəri, Axund Şərifzadə küçəsində yerləşən 18 nömrəli, birmərtəbəli, 78.7 kv.m ümumi sahədən iba rət qeyri-yaşayış binası tərəflərin qarşılıqlı razılığı ilə 45780 manat müəyyən edilmişdir.

7. İddiaçının nümayəndəsi ipoteka predmetinin bazar qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə ekspertizası keçirilməsini xahiş etmişdir.

8. Cavabdeh3 borc məbləğinin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizasnın keçirilməsi barədə vəsatət vermişdirş.

9. Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası və mühasibatlıq ekspertizası təyin edilmiş, ipoteka predmetinin qiymətinin və xx xxxxxx 2016-cı il tarixinə borcun nə qədər olması barədə sual qoyulmuşdur.

10. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2017-ci il tarixli, 2971 nömrəli rəyi ilə «xxxxxxx» MMC-nin xx xxxxxx 2016-cı il tarixinə 9438,27 manat əsas, 12536,90 manat f aiz borcu müəyyən edilmişdir. 11. “X3” İctimai Birliyinin xx xxxx 2017-ci tarixli, 149/06-17/E-05-V saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti 40000 manat məbləğində qiymətləndirilmişdir.

12. Cavabdeh3 iddianı qəismən qəbul etdiyini, götürdüyü 30000 manata qarşı 40000 manat pul qaytardığını, faiz borcu ilə razı olmadığını bildirmiş, borcu tam ödəyə bilməməsini maddi imkansızlığı ilə izah etmişdir.

15. Sabirabad Rayon Məhkəməsinin 2(056)-700/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər «xxxxxxx» MMC-dən və Cavabdeh2 9438,27 manat əsas borc və 12536,90 manat faiz borcu, cəmi 21975,17 manat kredit borcunun tutularaq iddiaçı «xxxxxxxxxxxx» ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus Sabirabad şəhəri, Axund Şərifzadə küçəsind ə yerləşən 18 nömrəli, birmərtəbəli, 78.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, qeyri yaşayış binasının ilkin qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi, ödənilmiş dövlət rüsumuna görə, 28 manat 90 qəpiyin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, habelə ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.(hakim Təyyar Abbaslı)

16. Sabirabad Rayon Мəhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə qətnamədəki yanlışlıq düzəldilmiş, qətnamənin əsaslandırıcı hissəsinin 2-ci abzasında və “Qət etdi” hissəsinin 3-cü abzasında “Tutulma Cavabdeh3 məxsus Sabirabad şəhəri, Axund Şərifzadə küçəs ində yerləşən 18 nömrəli, birmərtəbəli, 78.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin” sözlərinin “Tutulma Cavabdeh3 məxsus, Sabirabad şəhəri, Axund Şərifzadə küçəsində yerləşən 18 nömrəli, birmərtəbəli, 78.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin və o satıldıqdan sonra ən geci bir ay ərzində qeyri yaşayış binası boşaldılsın” kimi oxunması qərara alınmışdır. (hakim Füzuli Pənahov)

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, xx xxxxx 2011-ci il tarixli, 174 saylı kredit müqaviləsi üzrə 9438,27 manat əsas, 12536,90 manat faiz borcu var. Buna görə də borcun cavabdehlərdən tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində iddia təmin edilməlidir.

18. Məhkəmə ipoteka predmetinin hərracda ilkin sa tış qiymətini “X3” İctimai Birliyinin qiymətləndirmə hesabatına əsasən 40000 manat məbləğində müəyyən etmişdir.

19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 317.1, 385.1, 386.1, 425.1, 425.2, 427.3, 442, 443, 445.1, 447, “İpoteka haqqında” Qanunun 33, 34.1, 39.1, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh (ipotekaqoyan) Cavabdeh3 qətnamənin borc məbləği hissəsindən apelyasiya şikayəti verib.

20. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, faiz borcunun 2013-cü ilədək deyil, 2016-cı ilədək hesablanması düzgün olmamışdır.

21. Şirvan Apelyaisya Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qərardadla məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qarşısında müqavilə müddətinin bitmə tarixi nə, yəni xx xxxxx 2013-cü il tarixinə ümumi borcun, o cümlədən faiz borcunun məbləği barədə sual qoyulmuşdur.

22. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 25687 nömrəli rəyinə görə xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə borclunun müqavilə müddətinin sonuna, yəni xx xxxxx 2013-cü il tarixə banka olan faiz borcu 6809,75 manat təşkil edir.

23. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-36/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Sabirabad Rayon Мəhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(056)-700/2017 saylı qətnaməsi qismən – faiz borcuna dair hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, “xxxxxxx” MMC-dən və Cavabdeh2 tutulmalı faiz borcu 6809,75 (altı min səkkiz yüz doqquz tam, yüzdə 75) manat məbləğində müəyyən edilmiş, buna müvafiq olaraq borcun məbləği müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, ekspertiza xərcinə görə ödənilməli olan 145 manat – iddiaçı «xxxxxxxxxxxx» ASC-dən 72,5 (yetmiş iki tam, onda beş) manat və cavabdehlər «xxxxxxx» MMC-dən, Cavabdeh2 və Cavabdeh3 72, 5 (yetmiş iki tam, onda beş) manat olmaqla tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülmüşdür. (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və Zeynal Zeynalov)

23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsas borc və tələbin ipotekaya yönəlməsi hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, müqavilə üzrə borcl u olan cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir.

24. Cavabdehlər kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu icranı gecikdirmə sayılmalıdır. Ona görə də borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi cavabdehlərdən haqlı olaraq tələb edilmişdir.

25. Bununla belə apelyasiya məhkəməsi iddiaçının verdiyi arayış üzrə göstərilən, müqavilə üzrə faiz borcunun müqavilə müddətinədək deyil, xx.xx.2016-cı ilədək müddətə hesablanmasını düzgün hesab etməmiş və qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddə alarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

26. Apelyasiya məhkəməsi ekspert rəyinə əsasən xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə borclunun müqavilə müddətinin sonuna, yəni xx xxxxx 2013-cü il tarixə banka olan faiz borcunu 6809,75 manat müəyyən etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəm ə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (ipotekaqoyan) Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun ipoteka predmeti kimi ona məxsus olan qeyri-yaşayış sahəsinə yönəldilməsini zidd hesab etsə də, məhkəmələr buna qiymət verməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmuşdur.

30. Etirazda cavabdehin ipoteka predmetinə tutma yönəldilməsinin qanunsuz olması barədə dəlilləri “İpoteka haqqında” Qanunun 33-cü maddəsi baxımından əsassız hesab edilir. c) Məhkəmə icr aatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPMin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəti cəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgə r öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələ ri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə “İpoteka haqqında” Qanunun Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1.1, 34.1.2. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsini n vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadı nın ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir

33. Hazırkı kassasiya şikayətində Cavabdeh3 apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş etsə də, kassasiya şikayətinin dəlili yalnız borcun ipoteka predmeti kimi ona məxsus olan qeyri-yaşayış sahəsinə yönəldilməsinin qanunsuz olması barədədir. Başqa sözlə, kassasiya şikayətində tutulan borc məbləği mübahisələndirilmir. Buna görə də hazırki kassasiya baxışının predmeti tələbin yalnız ipoteka predmetinə yönəldilməsinin qanuniliyi təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir.

36. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmışdır. «xxxxxxxxxxxx» ASC-nin Şirvan şəhər filialı ilə cavabdeh «xxxxxxx» MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli 174 nömrəli kredit müqaviləsinə əsasən «xxxxxxx» MMC-yə 24 (iyirmi dörd) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 30000 (otuz min) manat məbləğində k redit verilmişdir. İpoteka saxlayan «xxxxxxxxxxxx» ASC ilə «İpoteka qoyan» Cavabdeh3 arasında xx xxxxx 2011-ci il tarixdə bağlanmış 122 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti Sabirabad şəhəri, Axund Şərifzadə küçəsində yerləşən 18 nömrəli, birmərtəbəli, 78.7 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasından ibarətdir; 37.Apelyasiya məhkəməsi müqavilə üzrə borclu olan cavabdehin borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməsini, bununla da müqavilə şərtlərini pozmasını, belə olan halda da tələbin ipoteka predmetinə yönəldilməsinin qanuni olması qənaətinə gəlmişdir.

38. Apelyasiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni Mülki Məcəllənin 317.1, “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələri ilə əsaslandırmışdır.

39. Apelyasiya məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 317.1, “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələri də borclunun əsas öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi halında, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməsini nəzərdə tutur.

40. Göründüyü kimi, işin müəyyən edilmiş halları tətbiq edilən qanunvericilik normlarının dispozitiv şərtləri ilə uyğunluq təşkil edir.

41. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilini – ipoteka predmetinə tələbin yönəldilməsinin qanunsuz olması barədə irəli sürdüyü dəlilə qiymət verilməməsi – əsassız sayır. Əvvəla, cavabdeh apelyasiya şikayətində yalnız faiz borcunun şişirdilməsini bildirmiş, tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. Belə olan halda, apelyasiya şikayətin də irəli sürmədiyi dəlillərin apelyasiya instansiyası tərəfindən araşdırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

42. Kassasiya şikayətinin həmin dəlilinə kollegiya qiymət verərək qeyd edir ki, əvvəla, ipoteka predmetinə tələbin yönəldilməsinin nəyə görə qanunsuz olması barədə dəlil əsaslandırılmayıb.

43. İkincisi, ipoteka müqaviləsi öhdəliyin təmini üsulu kimi bağlanmış və hazırda da qüvvədədir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bu baxımdan həmin müqavilədən irəli gələn öhdəliyin icrasından cavabdehin azad edilməsi iddiaçının həmin ipoteka predmetinə olan əşya hüququnun pozulmasına gətirib çıxarar.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-36/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar