Məhkəmə qərarları › İş №2(102)-3918/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3918/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3918/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər;pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1200/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 09 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İdd iaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında yaxın qonşudurlar.

2. Tərəflər arasında lotareya oyunu ilə bağlı borc münasibətləri mövcud olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə nağd şəkildə borc olaraq verdiyi 16500 manat pulun, dövlət rüsumu kimi ödədiyi 140 manat və 100 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə qonşuluqda yaşadığı üçün uzun illərdir ki, onu tanıyır. Onlar arasında səmimi münasibət olmuşdur. Cavabdehin təklifi ilə lotareya oyunu təşkil etmişlər. Cavabdeh ona təklif etdiyi lotareya oyunun şərti ondan ibarət olmuşdur ki, beş nəfər o təşkil edir, beş nəfər isə iddiaçı, əlavə olaraq bildirmişdir ki, o cəlb etdiklərindən ikisi bacısıdır və onlar Moskva alverçisidir mal vururlar. Odur ki, onların növbələrindən 1-2 ay tez pul lazım olsa verə bilsən onlar 200 manat şirinlik verəcəklər. Cavabdehin təklifi ilə 3 qrupdan və hər qrupda 10 nəfər olmaqla lotareya oyunu təşkil etmişlər. Hər adama 200 manat olmaqla oyunu təşkil olunmuşdur. Beləliklə təşkil etdiyi 3 qrubdan ibarət olan lotareyanın hər bir qrupunda 3 nəfər həmin alverçilər idi. Lotareyanı təşkil edərkən oyunçuların vaxtı-vaxtında pulları ödəyəcəyinə öhdəlik götürdükdən sonra oynamağa başlamışlar. Cavabdeh həmin alverçi dedikləri 3 nəfərdən biri qonşuluqda yaşayan və münasibəti pis olan Şəlalə adlı qonşu olub. Bir gün Şəlalə qapıya gələrək bildirmişdir ki, cavabdeh ilə birl ikdə səni aldatmışıq, cavabdeh götürdüyü 16500 manat məbləğində pulu ona verib və onun hal-hazırda o pulu qaytarmağa imkanı yoxdur. O, cavabdehin belə bir addım atacağına inanmadığı üçün Şəlalə ilə birlikdə Sevil xanımın yaşadığı ünvana getmişdir. Cavabdeh etiraf etmişdir ki, o 16500 manat pulu aldadaraq götürüb qonşu Şəlaləyə vermiş və etdiyi əməldən peşmandır. Cavabdehlə aralarında yazlı yox, şifahi razılaşma olmuşdur. Cavabdehə dəfələrlə ona olan 16500 manat məbləğində borcunu ödəməsinə dair müraciət etsə də, o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınaraq onun tərəfindən dolayısı yollarla imtina etmişdir.

3. Cavabdeh iddia tələbinə etiraz təqdim etmiş, etirazını onunla əsaslanmışdır ki, iddia ərizəsində borc müqaviləsi barədə necə, harada, nə vaxt, hansı ərəfələr, kimlər arasınd a bağlanması halları göstərilməmişdir. İddiaçının pul tələbinə dair iddia ərizəsi, şərböhtan xarakterlidir. Onların küçəsındə yaşayan iddiaçı həmin küçədə yaşayanlarla öz aralarında lotoreya oynamaqla pul alan kimi sələmə verir. Verdiyi sələm pullarını vətəndaşların pensiya kartlarını öz əlinə almaqla, şəxsən özü pulları bankomatdan çıxartmaqla bu cür dəllallıqlar edir. Bu fakta, Tahir Əmiraslanovu misal çəkmək olar. Bu faktların təsdiqi kimi iddiaçının şəxsən öz dəsti xətti ilə yazdığı əlyazmaları təqdim edəcəkdir. İddianın rədd olunmasını xahiş edir.

4. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-ci il tarixli, 2(125)-261/2023 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddianın qismən təmin edilməsi, Cavabdeh 6000 (altı min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 16500 manat borcun geri qaytarılmasını tələb etmiş, cavabdeh isə 10 faiz dərəcəsi ilə borc götürdüyü 6000 manat pulu qaytardığını bildirmişdir. Beləliklə, məbləğ barədə mübahisə olsa da, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş pul cavabdeh tərəfindən geri qaytarılmalı idi. Lakin qanunvericiliyin tələbinə əsasən, predmetin məbləği üç min manatdan çox olduğu üçün tərəflər arasında etibarlı borc münasibətinin yarana bilməsi üçün razılaşma yazılı formada təsbit olunmalı, borc müqaviləsi yazılı formada bağlanmalı idi. Belə ki, tələbin əsaslandığı əqdin etibarlılığı yoxlanılmalıdır. Cavabdehin iddiaçı qarşısındə öhdəliy inin əmələ gələ bilməsi üçün tələb olunan müqavilə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər pozmaqla bağlandığından əqd etibarsız hesab edilməli, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə cavabdeh təqdim etdiyi yazılı ərizə ilə iddiaçıdan 6000 manat pul borc aldığını etiraf etmiş, həmin pulu geri qaytardığını bildirsə də bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş və üzərində hesablamalar olan əlyazmanın surəti tələbi təkzib edən dəlil hesab edilə bilməz. Digər tərəfdən, iddiaçının təqdim etdiyi və tərəflərin borca dair söhbətlərini əks etdirən səs yazılarında cavabdeh hazırkı iddia ilə tələb edilən məbləğdə pulu iddiaçıya borclu olmasını etiraf etməmişdir. Habelə, iddiaçı tərəfindən təqdim dəftər çəkilmiş cədvəllər cavabdehin tələb edilən məbləğdə borcunu sübuta yetirmir. Belə olan halda, 16500 manat pulun iddiaçı tərəfindən cavabdehə borc verilməsi barədə etibarlı müqavilə və (ya) iddianın həmin məbləğdə etirafı olmadığından, cavabdeh tərəfindən 6000 manat borcun iddiaçıdan alındığı etiraf edildiyi, lakin tam və ya qismən geri ödənilməsi sübuta yetirilmədiyindən, qanunvericiliyin tələbinə əsasən, məbləğ üç min manatdan çox olduğu halda yazılı qaydada tərtib edilməyən tərəflər arasındakı borc müqaviləsi etibarsız hesab edilməli, cavabdeh aldıqlarının hamısını – 6000 manat pulu iddiaçıya qaytarmalıdır.

6. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh borcu 10 faiz dərəcəsi ilə aldığını bildirsə də, borca dair əqd etibarsız olduğu üçün f aiz dərəcəsinin tətbiqi barədə şərt də öz əhəmiyyətini itirmişdir

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC-yə ödənilmiş xx.xx.2022-ci il tarixli qəbzə əsasən 100 manat pulun tutulması hissəsində hansı xidmətin haqqı olaraq ödənilməsi tələb edilən və hazırkı işə aidiyyatı əsaslandırılmamış və sübuta yetirilməmiş pul cavabdeh tutula bilməz.

8. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 739.1, 740, 882.1, 1091.1 və 1091.2-ci və MPM-nin 14.2,77.1, 88, 107 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(125)-261/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia tələbinə uyğun əsaslandırmışdır.

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 2(125)-261/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddianın rədd olunmasıa dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Şəlalə ona demişdir ki, Cavabdeh ondan götürdüyü 16500 manat məbləğində pulu ona verib və onun hal-hazırda o pulu qaytarmağa imkanı yoxdur. Belə olan halda yəni, Şəlalə 16500 manat məbləğində pulu götürdüyü halda, o, hazırki iş üzrə cavabdehlik daşımır. Bundan başqa iddiaçı ilə aralarında həmin pulun borc götürülməs i barədə müqavilə olmamış və buna dair heç bir öhdəlik götürməmişdir.Halbuki, qanunvericilikdə qeyd edilmişdir ki, borc müqaviləsinin dəyəri 3000 manat və ya ondan çox olduqda notarial qaydada müqavilə bağlanmalıdır. Lakin onların arasında notarial qaydada borc müqaviləsi bağlanmamasına baxmayaraq, məhkəmə bu xüsusatları araşdırmadan iddianın qismən təmin edilməsinə dari qətnamə qəbul etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1200/2023 nömrəli, 6 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər– Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş və cavabdehdan 16500 manat (on altı min beş yüz) manat məbləğində pul, ödənilmiş 140 manat dövlət rüsumu və 100 manat xidmət haqqı alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,cavabdehin səs yazısında olan etiraf edici ifadələri iddiaçıdan qorxduğu üçün deməsini bildirsə də, həmin hal öz təsdiqini tapmır. Belə ki, həmin danışıq onların aralarında olan pul mübahisələri ilə bağlı sakit tərzdə edilən söhbətdir və cavabdehə qarşı hər hansı bir təzyiq, hədə-qorxu və zorakılıq əlamətləri görünmür.

15. Məhkəmə onuda qeyd etmişdir ki, qeydə alınan məlumatlar, səsi yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri (borc və s.) barədə ifadə etdiyi fikirlərdirsə, həm in bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman səsi yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona etdiyi etirafı və ya digər bəyanı (məsələn, borcunu qaytaracağını) fiksə etmiş olur. Söhbətin bir tərəfi də elə yazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti mübahisə halında sübuta yetirə bilməsi üçün yazması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf təklikdə etdiyi borc etirafını sonradan təkzib etdikdə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin qanunsuz sübut sayılmasını istisna edir.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına tam uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 739.1, 740.1, 740.2 və 882.1-ci və MPM-in 14.2, 76.3, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmı şdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı qarşısında heç bir öhdəlik götürməmiş və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olmasına baxmayaraq aralarında yazılı müqavilə bağlanmamışdır. Lakin iddiaçı tərəfindən 16500 manat borcunun olmasını təsdiq edəcək sübutlar təqdim edilməməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilən səs yazısını əks etdirən diski iddanın etirafı kimi qəbul edərək iddianın qismən təmin edilməsi qənaə tinə gəlmişlər. Halbuki, qanunvericilikdə iddianın etiraf edilməsi digər sübutlarla təsdiq olunduğu halda məhkəmə tərəfindən qəbul edilə bilərdi.

20. Məhkəmə isə qətnamədə həmin səs yazısını telefon danışığı kimi qeyd edərək nəzərə almamışdır ki, iddiaçı səsi yazanda cavabdehə xəbərdarlıq etməmiş, səsi yazarkən özünə xeyr edən suallar vermiş və səs yazısının tam formasını diskə köçürtməmişdir. Belə ki, iddiaçı planlaşdırılmış şəkildə cavabdehi öz evinə çağıraraq əsəbi vəziyyətə salaraq, 3-cü şəxs Şəlalə Hüseynovanın iştirakı olmadan öz telefonu ilə qeyri- qanuni olaraq gizlicə aralarında olan söhbəti yazdırmış, sonra isə həmin səs yazısını özünə xeyir edən formada montaj elətdirərək məhkəməyə təqdim etmişdir.

21. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, məhkəmə sübutlar qiymətləndirilərkə n səhvə yol vermiş, «əsaslı şübhədən kənar» sübut və «sübutların üstünlüyü» standartlarını tətbiq etməmişdir.

22. Kassasiya şikayətində MM-in 329.2 və 740.2-ci maddələrinə istinad etmişdir. b)

23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yaz ılı formada bağlanır.

26. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

27. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə b ilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası mə ruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən mülki prosessual normalarına uyğun hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşı r.

41. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1200/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar