Məhkəmə qərarları › İş №2(102)-3919/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3919/2019

11.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3919/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı “xxxx” MMC nümayəndəsi və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2(103)132/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(011)-852/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.N.Abbasova) İddiaçı MMC Cavabdeh qarşı “xidmət haqqına görə 17.075 manat pulun tutulması” barədə iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2(103)-132/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi təmin edilərək, cavabdehdən ***-***-**-** saylı nömrəsinə xidmət müqabilində yaranmış borca görə 17.075,92 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi qət edilib. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qar şı iddia qaldıraraq “***-***-**-** saylı nömrəsinə xidmət müqabilində yaranmış borca görə ondan 17.075,92 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏ N ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı “xxxx” MMC nümayəndəsi və vəkili xxxkassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və vəkili xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı “xxxx” MMC nümayəndəsi və vəkili Oktay Məhərrəmovun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, pros essual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini təmin edərkən, abonent müqaviləsinə əsasən cavabdehin telefon danışıqlarına müəyyən kredit limitinin təyin edilməsi iddiaçı təşkilatın vəzifəsi deyil, hüququ sayılmasına, yəni, cavabdehin depozitə qoyduğu məbləğdə danışıqlar apardıqdan sonra rominq xidmətini ləğv etməmək iddiaçı təşkilatın hüququ hesab edilməsinə, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı təşkilatın sözügedən nömrəni cavabdehin istifadəsinə verməsinə, ona rabitə xətti açaraq xidmət göstərməsinə, lakin cavabdehin istifadəsində olan nömrəyə göstərilən xidmətlərin (zəng, mesaj, internet və sair) müqabilində iddiaçı təşkilata müqaviləyə və tariflərə uyğun olaraq xidmət haqqını və digər ödənişləri ödəməməsinə və beləliklə də onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş borcunun qalmasına istinad edib və hüquqi mövqeyini tərəflər arasında bağlanan abunə müqaviləsinin 4.5, 8.1-ci bəndlərinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, proses sual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, tərəflər arasında bağlanan 31 mart 2012-ci il tarixli müqaviləyə əsasən cavabdeh ***-***-**-** saylı nömrə vasitəsi ilə iddaçı təşkilatın rabitə xidmətindən istifadə edib. Hazırda iddiaçı təşkilat cavabdehin ***-***-**-** saylı nömrə vasitəsi ilə rominq xidməti çərçivəsində 07 iyul 2014-cü il tarixdən 14 iyul 2014-cü il tarixədək İtaliyanın “Wind(İtaly)”, Tel.İtalia(İtaly), Omnıtel (İ)(İtaly) və İspaniyanın “Xfera(Spain)” və “Amena (Spaın)” operatorlarına məxsus mobil rabitə şəbəkəsindən istifadə etdiyini və nəticədə onun iddiaçı təşkilata 17.075,91 manat faktura borcunun yarandığını iddia edir. Cavabdeh isə iddia tələbinə etiraz edir və birinc i instansiya məhkəməsində nümayəndəsi xxxun verdiyi izahata görə, o, iddiaçı təşkilatla müqavilə bağlasa da, eyni zamanda ***-***-**-** saylı nömrə ona məxsus olsa da, cavabdeh heç vaxt Avropa ölkələrinə səfər etməyib, şengen vizası almayıb və rominq xidmətlərindən istifadə etməyib. Müqavilənin şərtlərinə görə fakturalı xətt sistemində rominq xidmətinin göstərilməsi üçün cavabdeh yazılı ərizə ilə iddiaçı təşkilatın müştəri xidmətinə müraciət etməli, getməli olduğu ölkəni göstərməklə həmin ölkənin mobil operatorlarının tarflərinə uyğun olaraq depozit məbləği hesablanmalı və həmin hesab əsasında məbləğ abonent tərəfindən ödənildikdən sonra onun rominq xətti açılmalı idi. Lakin cavabdeh tərəfindən belə bir ərizə yazılmayıb və onun tərəfindən iddiaçı təşkilata depozit ödənilməyib, həmçinin cav abdeh sözügedən nömrəni başqa şəxsin istifadəsinə verməyib. Eyni zamanda 2012-ci ildə ödənilmiş depozitin 2014-cü ilədək hesabda qalması və 2014-cü ildə depozit kimi istifadə edilməsi ağlabatan deyil. Həmçinin borc məbləği 2014-cü ildə yarandığı halda, hazırkı iddianın hansı səbəbdən 2017-ci ildə qaldırılmasının səbəbi də iddiaçı təşkilat tərəfindən açıqlanmayıb. Ona görə iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunverciliklə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilkdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqular və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2 və 14.2.1-ci maddələrində göst ərilir ki, qanunvercilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvercilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər və sair mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları hesab edilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış 31 mart 2012-ci il tarixli müqavilənin şərtlərini təfsir etmədən, yalnız iddiaçı təşkilat tərəfindən təqdim edilən sübutlarla kifayətlənmiş, tərəflər arasındakı müqaviləyə qədərki danışıqları nəzərə almamış, sözügedən müqavilənin bağ lanmasınadək toplanmış sənədləri (o, cümlədən cavabdehin yazılı ərizəsini) məhkəməyə təqdim etməyi iddiaçı təşkilata təklif etməmiş, həmin sənədlərin həqiqilyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən cavabdehin izahatı ilə müqayisəli şəkildə tədqiq edib yoxlamamış, zərurət yarandığı halda iş üzrə müvafiq ekspertiza təyin edib hesab-fakturada göstərilən ödəniş şərtlərinin cavabdeh tərəfindən pozulub-pozulmamasını, xidmət haqqına görə iddia olunan 17.075,92 manat pul vəsaitinin düzgün hesablanıb-hesabalanmamasını arışdırmamış və ümumiyyətlə məhkəmə icraatı üzrə həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib və həmin maddəyə görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Eləcə də həmin Məcəllənin 97.1-ci maddəsində göstərilir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Digər tərəfdən tərəflər arasında bağlanmış 31 mart 2012-ci il tarixli müqavilənin şərtlərindən görünür ki, müqavilənin predmetini “xxxx” tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi, “abunəçi” tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilədə ***-***-**-** saylı nömrənin fakturasız (öncədən ödəmə) xətt olması qeyd edilib. Fakturalı (sonradan ödəmə) xətt sistemində rominq xidmətlərinin yaxud konkret xidmət məcmusunun göstərilməsi yalnız abunəçi tərəfindən “xxxx” tələb etdiyi məbləğdə depozit ödənildikdən sonra təmin edilir. Abunəçi tərəfindən depozitin ödənilməməsi “xxxx” üçün abunəçiyə müvafiq xidmət göstərməkdən imtina etmək üçün əsasdır. Son ödəmə tarixinədək rominq üçün ödənilməl i olan istifadə haqqı ödənilməzsə “xxxx” həmin məbləği depozitdən tutmağa haqlı olur və bunu istifadə haqqının son ödəmə tarixindən sonra gələn ilk iş günündən başlayaraq həyata keçirə bilər. Nömrədə (digər müqavilələr əsasında abunəçinin adına rəsmiləşdirilmiş nömrələr də daxil olmaqla) borc məbləği ödəmə tarixinədək ödənilmədiyi halda müvafiq gecikmə faizi də daxil olmaqla həmin borc məbləği onun depozitindən “xxxx” tərəfindən müəyyən edilən müddətdə tutulur. Apellyasiya şikayətinin dəlillərindən isə görünür ki, 13 aprel 2012-ci il tarixdək cavabdehin ***-***-**-** saylı nömrəsində fakturasız (öncədən ödəmə), həmin tarixdən sonra fakturalı (sonradan ödəmə) xətt sistemi mövcud olub. 05 avqust 2014-cü il tarixli izahlı fakturaya əsasən bütün zənglər (digər xidmətlərdən istifadə və rominq xidməti çərçivəsində həyata keçirilmiş bütün zənglər də daxil olmaqla) məhz həmin nömrədən həyata keçirilib. Cavabdehə məxsus ***-***-**-** saylı nömrədən rominq xidməti çərçivəsində 07 iyul 2014-cü il tarixdən 14 iyul 2014cü il tarixədək İtaliyanın “Wind(İtaly)”, Tel.İtalia (İtaly), Omnıtel (İ) (İtaly) və İspaniyanın “Xfera (Spain)” və “Amena (Spaın)” operatorlarına məxsus mobil rabitə şəbəkəsindən istifadə olunub. Abunəçi 08 iyul 2012-ci il tarixdə ***-***-**-** saylı nömrənin depozit hesabına 150 manat ödəməklə, rominq xidmətini aktiv edib. Cavabdehin istifadəsinə verilən ***-***-**-** saylı nömrəyə iddiaçı təşkilat tərəfindən 19 avqust 2014-cü il və 19 sentyabr 2014-cü il tarixli faktura dövrlərini əhatə edən müddətlər ərzində müxtəlif çeşidli telekomunikasiya xidmətləri göstərilmiş, o cümlədən rominq və internet xidmətlərindən istifadə edilmiş və tariflərə müvafiq olaraq hesablanaraq 05 iyun 2016-cı il tarixli fakturada öz əksini tapıb. 05 iyul 2014-cü il və 05 avqust 2014-cü il tarixlərdə kəsilmiş faktura borclarının 150 manat hissəsinin 02 dekabr 2014-cü il tarixdə ***-***-**-** saylı nömrənin depozit hesabından qarşılaşdırılmış, beləliklə də ödənilməmiş faktura məbləği ümumilikdə 17.075,92 manat təşkil edir. Qeyd olunan faktura borclarının son ödəmə tarixinədək ödənilməməsi səbəbindən ***-***-**-** saylı nömrənin rabitə xətti abunə müqaviləsinin şərtlərinə uyğun olaraq 23 yanvar 2015-ci il tarixdə ləğv edilməklə müvafiq müqavilə münasibətlərinə xitam verilib. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanan 31 mart 2012-ci il və 13 aprel 2012-ci il tar ixli müqavilələrinin məzmununu müqayisəli şəkildə tədqiq etmədən, cavabdehin ***-***-**-** saylı nömrəsində nə vaxtdan fakturasız, nə vaxtdan fakturalı xətt sisteminin olmasını aydınlaşdırmadan, iddia ərizəsi ilə apellyasiya şikayətindəki bu ziddiyyətlərə aydınlıq gətirmədən, cavabdehin fakturalı xətt sisteminə keçərkən bu barədə yazılı ərizə veribverməməsini, 150 manat pul vəsaitinin depozitə kimin tərəfindən qoyulmasını, cavabdehin ******-**-** saylı nömrə vasitəsi ilə rominq xidməti çərçivəsində 07 iyul 2014-cü il tarixdən 14 iyul 2014-cü il tarixədək İtaliyanın “Wind(İtaly)”, Tel.İtalia(İtaly), Omnıtel (İ)(İtaly) və İspaniyanın “Xfera(Spain)” və “Amena (Spaın)” operatorlarına məxsus mobil rabitə şəbəkəsindən istifadə edilib-edilməməsini, eləcə də iddiaçı təşkilat tərəfindən 17.075,91 m anat faktura borcunun nəyə görə ötən müddət ərzində tələb edilməməsinin səbəblərini kifayət qədər aydınlaşdırmadan və bu barədə işə əlavə edilmiş sübutlara obyektiv hüquqi qiymət vermədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlid ir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması ü çün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2(103)-132/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar