Məhkəmə qərarları › İş №2(102)-3919/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3919/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3919/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1124/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışa əsasən, X7, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatdadırlar.

3. Daşkəsən Rayon DTİ və MHQİ-nin Qeydiyyat Vəsiqəsinin surətinə əsasən, Daşkəsən rayonu, Bayan kəndi, ümumi sahəsi 58.0 kv.m yaşayış evi Daşkəsən rayon notariat kontorunun 1-160, 10 avqust 1999-cu il tarixli sərəncamı əsasında X2 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mənzilindən əşyaları ilə birlikdə çıxarılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlər Nümayəndə ailə üzvləridir. Belə ki, Cavabdeh4 onun arvadı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə onun gəlinidir. Həyat yoldaşı X5 2018-ci ildə vəfat etdikdən sonra onun adına rəsmiləşdirdiyi ünvan 1 ünvanında yerləşən mənzil Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə açıq hərracda satılmağa çıxarılmışdır. Onlar (o, qızı Reyhan Əliyeva və oğlu Mehman Əliyev) hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə əsasında həmin mənzili hərrac yolu ilə almışlar və onun adına rəsmiləşdirilmişdir. Hazırda həmin mənzil Azərbaycan Respublikası Əmlak Məcələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** saylı qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. O, hərracda satılan mənzilin qiymətindən Şirinin payına düşən 15832 manat pulu xx.xx.2021-ci il tarixdə “Kapital Bank”ın Gəncə filialında Nümayəndə adına saxlanca qoymuş və həmin pulu Şirin götürməsinə baxmayaraq onun adları göstərilən 4 nəfər ailə üzvlər inin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən könüllü çıxarılmasını təmin etmir və mülkiyyət hüquqlarını pozur.

6. Cavabdeh tərəf iddiaya etiraz verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh4 1988-ci ildə iddiaçının oğlu Nümayəndə ilə ailə qurub hazırda iddiaçının yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlin köçmüşdür. Həmin evdə onlar qaynatası, hazırkı iş üzrə İddiaçı və mərhum qaynanası X6 ilə birlikdə yaşayırdılar. 1996-cı ilədək onlar həmin evdə yaşadılar. Həmin evdə onların övladları hazırki iş üzrə cavabdehlər olan Cavabdeh2 və Babayeva (Əliyeva) Ləman Şirin qızı dünyaya gəlmişlər. 1996-cı ildə uşaqlar məktəbə getdiyinə görə və mübahisə predmeti olan Təbriz küçəsi, ev 1, mənzil 48 ünvanında yerləşən ev məktəbə yaxın olduğu üçün mənzilin mülkiyyətçisi olan mərhum qaynanası X6 onları daimi yaşamaq üçün Təbriz küçəsi, ev 1, mənzil 48 ünvanda yerləşən mənzilinə köçürmüşdür. Həmin vaxtdan hazıradək o, həyat yoldaşı Nümayəndə və uşaqları həmin mənzildə yaşayırlar. 2008-ci ildə qızı Ləman ailə qurub və ailəsi ilə birlikdə onlarla bir evdə yaşayırlar. Cavabdeh1 da onun övladıdır. Oğlu Cavabdeh2 isə 2018-ci ildə ailə qurub, həyat yoldaşı və iki övladı ilə mübahisəli mənzildə yaşayırlar. İddiaçı ərizədə qeyd edir ki, mənzilin hərracdan satılması nəticəsində həyat yoldaşı Nümayəndə payına düşən iddiaçı tərəfindən saxlanca qoyulmuş 15832 manat pulun Nümayəndə tərəfindən götürülməsinə baxmayaraq, onlar 4 nəfər ailə üzvünün mənzildən könüllü olaraq çıxmasını təmin etmir. Bununla bağlı qeyd etmək istəyir ki, həya t yoldaşı Nümayəndə mərhum anası X3 vərəsəsi kimi ondan miras qalmış hazırda yaşadıqları Təbriz küçəsi, ev 1, mənzil 48 ünvanda yerləşən mənzilin 1/3 hissəsinin mülkiyyətçisi idi. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, mənzil açıq hərracdan satışa çıxarılmış, mənzili İddiaçı almış, həyat yoldaşı Nümayəndə İsa oğlunun payına düşən 15832 manat pulu saxlanca qoymuşdur. İddiaçının özünün də qeyd etdiyi kimi Nümayəndə mənzildən onun payına düşən pulu götürmüşdür. Həmin pulun onların mənzildən olan istifadə hüquqlarına heç bir aidiyyəti yoxdur. İddiaçı onların mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair iddia qaldırmaqla, özü də etiraf edir ki, cavabdehlərin həmin mənzildən istifadə hüquqları var.

7. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-505/2023 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı cavabdehlərin ünvan 1 ünvanında yerləşən evdə istifadə hüquqlarının olması, onların həmin istifadə hüququnun itirilməsinə dair əsasların mövcud olmadığı müəyyən edilmişdir. Qanuvericilikdə isə hazırkı vəziyyətdə yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsinin qaydası tənzimlənmişdir. Lakin, iddiaçı cavabdehlərin isitifadə hüququnun itirilməsini tələb etsə də, hüququn xitamı üçün hər hansı bir məbləğdə kompensasiya məbləği təklif etməmişdir. Belə bir vəziyyətdə isə məhkəmə hesab etmişdir ki, cavabdehlərin ünvan 5 ünvanda olan istifadə hüququ itirilə bilməz.

9. Məhkəmə öz mövqe yini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, Mülki Məcəllənin 228.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilə onun oğlunun yoldaşı, hazırki Cavabdeh4 gəlin gəlmişdir. Onlar 1988-ci ildə ailə qurub ünvan 6 ünvana gəlin gəlmişdir. 2003-cü ildə isə ünvan 1-ə köçüb buraya pasport qeydiyyatına düşmüşlər. Həmin vaxt mənzil onun mərhum həyat yoldaşının adına olmuşdur. Həyat yoldaşı X6 2018-ci ildə rəhmətə gedəndən sonra o, qanun üzrə vərəsə kimi miras əmlakdan oğluna düşən 15832 manat pulu vermişdir. D igər cavabdehlər mübahisəli evə 1996-cı ildə yox, 2003-cü ildə köçmüşlər. Onların evdən istifadə hüququ yoxdur. Oğluna düşən miras payı isə o ödəmişdir. Belə olan halda oğlunun istifadə hüququna xitam verilməli və digər cavabdehlərlə birlikdə mübahisəli mənzildən çıxarılmalıdır. İşə baxan məhkəmə maddihüquq normalarını da düzgün tətbiq etməmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1124/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov - sədrlik edən və məruzəçi, İ.Həsənov və Ş.Rzaquliyev) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-505/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməsi qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi iddianın cavabdehlər Cavabdeh2 və Cavabdeh4 aid hissəsində qeyd etmişdir ki, Cavabdeh4 mülkiyyətində hal-hazırda Daşkəsən rayonu, Bayan kəndində yerləşən ümumi sahəsi 58.0 kv.m olan fərdi yaşayış evi vardır. Ona görə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, Mülki Məcəllənin 262.2-ci maddəsinin tələbləri baxımından, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları yaşayış sahəsinə ehtiyacları aradan qalxdığı üçün, onların həmin hüququna komp ensasiya ödəmədən xitam edilməli, onlar əşyaları ilə həmin evdən çıxarılmalıdırlar. İddia tələbi Cavabdeh3 münasibətdə, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin maddələrinə uyğun olaraq həll edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 İddiaçı nəvəsi olmaqla, ünvan 1 saylı evdə doğulmuş, boya-başa çatmış və 2004-cü ildə ailə quraraq, həmin evdən Bakı şəhərinə ər evinə köçmüşdür. Cavabdeh1 yaşayış yeri isə Cavabdeh3 ilə birlikdə Bakı şəhəridir. Cavabdeh3 azyaşlı övladı Cavabde h1 ilə birlikdə iddiaçının iradəsinə zidd olaraq mübahisəli evə gəlməsi və yaşaması qanuni deyildir. Ona görə də, Cavabdeh3 da, ünvan 1 saylı evdən istifadə hüquqlarına xitam verilməli və azyaşlı övladı Cavabdeh1 və özlərinə aid əşyaları ilə birlikdə həmin evdən çıxarılmalıdırlar.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1, 1.2, 11.1, 7.1, 262.2, 27.1, 157.1, 157.2, 157.4, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-ci, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 228.2,, MPM-nin 386, 385.1.2, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiy a şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

16. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Apellyasiya məhkəməsi cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılması barədə qətnamə çıxararkən Azərbaycan Respublikası Konstitusiyasının qeyd edilən maddəsinin tələblərini pozmuşdur. Belə ki, qeyd edilən mənzil cavabdehlərin daimi yaşayış yeridir, onların daimi yaşamağa başqa yeri yoxdur. Cavabdehlər həmin mənzildə 199 7-ci ildən yaşamaqla həmin mənzildə daimi olaraq yaxşılaşdırma işləri görmüşlər və bununla da mənzilin dəyərini xeyli artırmışlar. İddiaçı isə həmin mənzildə bir gün belə yaşamamaqla, mülkiyyətində başqa evi olduğu üçün həmin mənzilə ehtiyacı belə yoxdur. İddiaçı həyat yoldaşı (Cavabdeh4 qaynanası və İsa və Ləmanın nənəsi) X6 vəfat etdikdən sonra mənzilə vərəsəlik hüququ əldə edərək, mənzili açıq hərraca çıxarmış, hərraca mənzili özü alaraq oğlu Nümayəndə mirasda olan 1/3 payına uyğun vəsaiti depozitə qoymaq yolu ilə mənzili tam əldə etmişdir. Məhkəmə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmasına dair gəldiyi nəticəni cavabdehlər Cavabdeh2 və Cavabdeh4 münasibətdə onunla əsaslandırmışdır ki, Cavabdeh4 mülkiyyətində halhazırda Daşkəsən rayonu, Bayan k əndində fərdi yaşayış evi vardır, buna görə onların yaşayış sahəsinə ehtiyacları aradan qalmışdır (səh.9, 3-cü abzas). Məhkəmənin bu mövqeyi ilə razı olmaq mümkün deyil. Belə ki, əvvəla, Daşkəsən rayonu Bayan kəndində yerləşən Cavabdeh4 mülkiyyətində olan ev dağ (yay) evi olmaqla daimi yaşamaq üçün yaramır, yalnız yay aylarında müvəqqəti qalmaq üçün yararlıdır. Çünki ev qazla, kanalizasiya xətti ilə təmin olunmayıb (ümumiyyətlə həmin ərazidə nəzərdə tutulmayıb). İkincisi, Pərvanə Əlyevanın iş yeri Gəncə şəhərində olduğu üçün Daşkəsən rayonu Bayan kəndində yaşamaq onun üçün əlverişsizdir. Üçüncüsü, Daşkəsən rayonu, Bayan kəndində yerləşən ev Cavabdeh4 mülkiyyətinə onun hazırki mənzilə istifadə hüququnun yaranmasından sonra deyil, daha əvvəl, yəni 1989-cu ildə düşmüşdür. 2009-cu il oktyabr a yının 1-dək qüvvədə olan Mənzil Məcəlləsində şəxsin mükiyyətində evinin olduğu halda onun daimi yaşamaq üçün köçdüyü evdən istifadə hüququnun yaranmaması kimi göstərişi olmayıb. Məhkəmənin hazırki münasibətlərə tətbiq etdiyi 262.2-ci maddə isə 2000-ci il sentyabr ayının 1-dən etibarən qüvvədədir. Belə olan halda məhkəmənin həmin müddəanı hazırki münasibətlərə tətbiq etməsi mülki qanunvericiliyn qanunun geriyə qüvvəsinin olmaması barədə göstərişlərinə ziddir. Belə ki, MM-nin 7.1-ci maddəsinə əsasən mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmənin Cavabdeh2 münasibətdə gəldiyi nəticə ona görə yanlışdır ki, qanunvericiliyin tələblərinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlər inin yaşayış yeri sayılır. Cavabdeh2 yetkinlik yaşına çatmış şəxsdir. Bundan başqa, Cavabdeh2 evlidir, himayəsində iki azyaşlı övladı var, iş yeri Gəncə şəhərində yerləşir. Anası Cavabdeh4 mülkiyyətində ev olması Cavabdeh2 evi (yaşayış yeri) olması demək deyildir. Buna görə cavabdehlər məhkəmənin Cavabdeh4 mülkiyyətində ev olmasına görə Cavabdeh2 yaşayış sahəsinə ehtiyacının olmaması barədə gəldiyi nəticəni düzgün hesab etmirlər. Çünki qanun “hər kəs”in hüquq və azadlıqlarını tanıyır və müdafiəsini təmin edir. Cavabdeh2 kiçik yaşlarından mübahisəli mənzildə yaşamış, onun başqa yaşayış yeri olmamış və hazırda da başqa yaşayış yeri yoxdur. Məhkəmə Cavabdeh3 aid gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 2004-cü ildə ailə quraraq həmin evdən Bakı şəhərinə ər evinə köçmüşdür, Cavab deh1 yaşayış yeri isə Cavabdeh3 ilə birlikdə Bakı şəhəridir (səh 9, 8-ci abzas). Məhkəmə həmin halların məhkəmə kollegiyasının iclasında müəyyən edildiyini qeyd etsə də, həmin halların məhkəmə iclasında necə müəyyən edilməsini qeyd etməmiş və iş materiallarında da həmin halların müəyyən edilməsi ilə bağlı hər hansı sənəd mövcud deyil. Məhkəmə yalnız iddiaçının izahatına əsasən, yəni bu istiqamətdə hər hansı araşdırma aparmadan bu cür nəticəyə gəlmişdir. Belə ki, Ləman 2004-cü ildə deyil 2009-cu ilin iyun ayında ailə qurub, 3 övladı var. Ləmanın ailə qurması hələ onun yaşamaq üçün başqa yaşayış yerinə köçməsi demək deyil. Çünki nə Ləmanın, nə də həyat yoldaşının mülkiyyətində yaşayş evləri (mənzilləri) yoxdur. Ləman övladı, iddia ərizəsində adı çəkilən, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh1 autizm xəstəliyindən əziyyət çəkdiyinə görə və Ləman uşağa baxmaqda çətinlik çəkdiyinə görə valideynləri ilə birlikdə mübahisəli mənzildə yaşayır. Göründüyü kimi məhkəmə Cavabdeh3 və Cavabdeh1 həqiqətən də başqa daimi yaşayış yerlərinin olub-olmamasını müəyyən etməmiş, onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayətində göstərilir ki, Bayan kəndində yerləşən və Cavabdeh4 mülkiyyətində olan ev dağ (yay) evi olmaqla daimi yaşamaq üçün yaramır, yalnız yay aylarında müvəqqəti qalmaq üçün yararlıdır. Kassasiya şikayətində belə yalan məlumatların yazılması həqiqətə uyğun deyil. Belə ki, evi 1989-cu ildə Cavabdeh4 qaynatası İddi açı almış və gəlini Pərvanənin adına rəsmiləşdirmişdir. Ev alınanda Pərvanə 8 ayın gəlini olub, onun əri Şirin Qurban oğlu və özü heç yerdə işləməyiblər və əmək haqı almayıblar. Odur ki, onlar 2018-ci ilə qədər İddiaçı himayəsində yaşayıblar və hal-hazırda da həmin evdə yaşayırlar. Ev alınanda köhnə və bərbad vəziyyətdə olmuş və heç bir kommunal təminatı olmayıb. Qurban müəllim 4 otaqlı, 2 mərtəbəli həmin evi əsaslı təmir etdirmiş, hətta evin dam örtüynü tamamilə sökdürmüş və təzə tikinti materialları ilə yenidən tikdirmişdir (usta Zakir bu barədə məhkəmədə şahid kimi izahat vermişdir). Eyni zamanda evin qabaq hissəsində yeni balkon, hamam (tualet və kanalizasiya xətti) tikdirmişdir. Bundan başqa evin sol tərəfində yaşayan qonşudan torpaq sahəsi alaraq evə bitişik 2 otaq (alt-üst) tikdirmi ş və təmir etdirmişdir. Dağın zirzvəsində, meşədə, daşlı-qayalı ərazidə yerləşən bulaq suyunu boru ilə (4 km məsafə) məhləyə gətirmişdir. Məhlənin ətrafına ağ kubik daşı ilə hasar (barı) çəkdirmiş və məhləyə avtomobil getməsi üçün yeni yol tikdirmişdir, abadlıq işləri görmüşdür, məhlədə 10 ədəd avtomobilini saxlamağa sahəsi olan meydança tikdirmişdr. Bundan başqa, Gəncə şəhəri ilə Bayan kəndinin ara məsafəsi 15 km-dir. Gəncə şəhərindən Daşkəsən rayonuna və bir sıra kəndlərinə marşrut üzrə hər gün avtobuslar işləyir və ev həmin baş yoldan 30 metr məsafədə yerləşir. Eyni zamanda Pərvanənin əri Şirin və oğlu İsa Gəncə şəhərində işləyirlər və hər ikisinin minik avtomobili var. Ləmanın həyat yoldaşı X8 Bakı şəhərində məsul vəzifədə (bankda) işləyir və özünün mülkiyyətində olan mənzildə ailəsi (3 övladı var) ilə birlikdə yaşayır. Ləmanın həyat yoldaşı Bakı şəhərində işləyir və yaşayır. Ləmanın oğlu Bakı şəhərində orta məktəbin aşağı sinifində oxuyur. Ləman evdar xanımdır, heç yerdə işləmir. Belə vəziyyətdə yaşayış üçün bütün şəraiti olan halda qızına baxmaq nə qədər çətindir (?). Bundan əlavə necə ola bilər ki, Ləmanın əri Bakıda yaşasın, işləsin və az yaşlı uşağı məktəbdə oxusun, Ləman isə Gəncədə yaşasın. Gəncə, Təbriz küçəsinin evlər idarəsinin nümayəndəsi bildirib ki, Ləman mübahisəli mənzildə yaşamır. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

20. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət h üququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:

24. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uş aqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

25. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

26. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

27. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

28. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sa həsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, mübahisə predmeti olan yaşayış sahəsi daha əvvəl X4 məxsus olmuş, Nümayəndə və ailəsi olan cavabdehlər mülkiyyətçinin iradəsi əsasında həmin mənzildən istifadə etmişlər. Daha sonra mənzil üzərində paylı mülkiyyət hüququ meydana gəlmiş, hərracda satış zamanı İddiaçı, digər payçı Nümayəndə də payını ödəyərək mənzili tam olaraq öz fərdi mülkiyyətinə keçirmişdir. Bundan sonra iddiaçı, özünün fərdi mülkiyyət hüququna əsaslanaraq, Nümayəndə ailəsinin həmin mənzildən ç ıxarılmasını tələb edir.

36. Qanuna əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 23).

37. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən araşdırma ilə bu qənaətə gəlmişdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud deyil.

38. Belə ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixt iyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar (§ 28).

39. Həmin Məcəllənin 53-cü maddəsində isə göstərilmişdir ki, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər (§ 24).

40. Bununla yanaşı qeyd edilən Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir (§ 26-27).

41. Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər g erçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin f aktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Həmin qərarda keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.

43. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh4 mülkiyyətində hal-hazırda Daşkəsən rayonu, Bayan kəndində yerləşən ümumi sahəsi 58.0 kv.m. olan fərdi yaşayış evi vardır. Bu hal, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığına dəlalət edir. Cavabdeh3 2004-cü ildə ailə quraraq həmin evdən Bakı şəhərinə köçmüşdür, Cavabdeh1 yaşayış yeri isə Cavabdeh3 ilə birlikd ə Bakı şəhəridir. Beləliklə, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud deyil (§ 13).

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki pros esdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1124/2023 nömrəli iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar