Məhkəmə qərarları › İş №2(102)-3920/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3920/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3920/2020 05.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı «xxxxxxxxxxx» QSC-nin adından çıxış edən törəmə müəssisə «X2 Edilməsi Agentliyi» MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3920/20 (Açar sözlər: kredit məbləğinin geri qaytarılması, iddia müddəti ) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» QSC-nin adından çıxış edən törəmə müəssisə «X2 Edilməsi Agentliyi» MMC-nin vəkili və nüma yəndəsi Vəkil iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» QSC-nin adından çıxış edən törəmə müəssisə «X2 Edilməsi Agentliyi» MMC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki iş Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-807/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı «xxxxxxxxxxx» QSC-nin adından çıxış edən törəmə müəssisə «X2 Edilməsi Agentliyi» MMC-nin kassasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Beynəlxlq Bankı ASC-nin X1 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, 092/14 saylı kredit müqaviləsi bağlanmışdır.

2. Müqaviləyə əsasən cavabdehə illik 20 faizlə 24 ay müddətinə 3110 manat kredit verilmişdir.

3. Ca vabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı «xxxxxxxxxxx» QSC-nin adından çıxış edən törəmə müəssisə «X2 Edilməsi Agentliyi» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1868,50 manat əsas, 347,46 manat faiz borcu olmaqla, cəmi 2215,96 manat borcun, həmçinin 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASCnin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun o laraq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ilə «xxxxxxxxxxx» QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin problemli aktivlərinin tələb hüququ «xxxxxxxxxxxx» QSC-yə keçmişdir.

6. «xxxxxxxxxxxx» QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli dəyişiklikdəki 2.5-ci maddəyə görə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum vasitəsi ilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini «X2 Edilməsi Agentliyi» MMC həyata keçirir.

7. Azərbaycan Respub likası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar «xxxxxxxxxxx» QSC tərəfindən xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin problemli aktivlərinin satın alıması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-66 saylı, xx xxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxxxxxxxxx” QSC-yə təhvil verilmişdir.

8. Azərbaycan Beynəlxlq Bankı ASC-nin X1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixdə, 092/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20% olmaqla 24 ay müdətinə 3110.00 manat məbləğində kredit verilmişdir. 9. “Borcalan” krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür.

10. Cavabdeh Bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca icra etməmişdir. Cavabdehin banka hazırda 1868.50 manat əsas və 347.46 manat faiz borcu olmaqla ümumillikdə 2215.96 manat borcu var.

11. Cavabdeh ərizə verərək, iddia tələbini qəbul etmədiyini bildirməklə yanaşı, mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddianın rədd eilməsini xahiş etmişdir.

12. Cavabdeh ərizəni onunla əsaslandırıb ki, müqavilə xx xxxx 2014-cü ildə 24 ay müddətinə bağlanıb. Müqavilənin müddəti xx xxxx 2016-cı ildə bitib, iddiaçı isə xx xxxxxx 2019-cu ildə məhkəməyə müraciət edib. Müqavilə üzrə son ödəniş də xx xxxxxx 2015-ci il tarixdə olub.

13. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2601/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Rəşad Məmmədov)

14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesa b etmişdir ki, hazırki iddia üzrə Azərbaycan Beynəlxlq Bankı ASC-nin X1 ilə cavabdeh arasında illik 20 faiz olmaqla 24 ay müdətinə 3110 manat məbləğində kredit verilməsinə dair müqavilə 11 03.2014-cü il tarixdə bağlanmış və müqaviləyə Əlavə 1-də həmin kredit müqasiləsi üzrə ödənişin son müddəti xx.xx.2016-cı tarixi göstərilmişdir. Belə olan halda iddia tələbi özözlüyündə əsaslı olsa da, iddiaçı tələb irəli sürmək hüququ keçdikdən sonra məhkəməyə müraciət etmişdir.

15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 372.1, 373.2, 374.1, 375.1, 375.2, 377.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı qətnamədən apelyasiya şikayəti verib.

17. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, iddia müddətinin tətbiqi barədə gəlinən nəticə düz olmamışdır.

18. Kredit 24 aya verilsə də, müqavilənin 7.1-ci bəndində göstərilir ki, bu Müqavilənin 5.5-ci bəndi ilə nəzərdə tutulmuş müddət borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir.

19. Apelyator hesab etmişdir ki, Mülki Məcəllənin 373.2, 375.2 və 377.2-ci maddələri düzgün tətbiq edilməmişdir.

20. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-807/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qət namə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən, məruzəçi), Qəzənfər Kərimov və Zəki Babayev)

21. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh xx xxxx 2014-cü il tarixli kredit kredit müqaviləsi üzrə iddiaçının kredit borcunun qaytarılması tələbinə qarşı öhdəliyin icrasından imtina edərkən həmin müqavilənin 24 ay müddətinə bağlanması, lakin həmin müddətin başa çatmasına baxmayaraq iddiaçının üç il ərzində, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etməli olduğu halda, iddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür.

22. Apelyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi bağlanılmaqla iddiaçı «xxxxxxxxxxx» QSC-nin adından çıxış edən törəmə müəssisə «X2 Edilməsi Agentliyi» MMC tərəfindən Cavabdeh kredit verilməsi ilə öhdəliyini icra etməsi və bununla da digər tərəfdən kredit borcunun müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarılmasına dair tələb hüququnun kreditor təşkilat «xxxxxxxxxxx» QSC-nin adından çıxış edən törəmə müəssisə «X2 Edilməsi Agentliyi» MMC-yə keçməsinə baxmayaraq, iddiaçı həmin hüququndan qanunla müəyyən edilmiş müddətdə istifadə etməmişdir.

22. Apelyasiya instansiyası göstərmişdir ki, iddiaçı arqument olaraq iddia müddətinin tətbiqini istisna edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

23. Apelyasiya instansiyası birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normlarını işin müəyyən edi lmiş halına uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilərinə uyğun belə əsaslandırılıb ki, iddia müddətinin tətbiqi düz olmamışdır. Çünki müqavilə üzrə öhdəliklər borclu və ya üçüncü şəxs tərəfindən tam yerinə yetirilənədək qüvvədədir. Müqavilənin qüvvədən düşməsinin konkret vaxtı müəyyən edilməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə ic raatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxxxxxxxxx» QSC-nin adından çıxış edən törəmə müəssisə «X2 Edilməsi Agentliyi» MMC-nin vəkili və nümayəndəsi Vəkil kassassiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək nüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddə ti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hüququn tətbiqi ilə bağlı Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununqərarlarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərar “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il və Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərarda dının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir

30. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

33. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

34. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

35. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, xx xxxx 2014-cü il tarixli kredit kredit müqaviləsi 24 ay müddətinə bağlanmış, həmin müddətin xx xxxx 2016-cı ildə başa çatmasına baxmayaraq, iddiaçı üç il ərzində məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.

36. Apelyasiya instansiyası iddia müddətinin ötürülməsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi i şin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.

38. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddiaçı təşkilat məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

39. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavi lə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun öd ənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tut ulan üç illik iddia müddəti tətbiq edilməlidir.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini – müqavilə üzrə öhdəliklərin borclu və ya üçüncü şəxs tərəfindən tam yerinə yetirilənədək qüvvədə olması, bu baxımdan iddia müddətinin düzgün tətbiq edilməməsi – əsaslı saymır.

41. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

42. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, iddia müddətinin keçməsinə görə iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

43. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamal ıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «xxxxxxxxxxx» QSC-nin adından çıxış edən törəmə müəssisə «X2 Edilməsi Agentliyi» MMC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-807/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar