Məhkəmə qərarları › İş №2(102)-3923/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3923/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3923/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-400/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” MMC (bundan sonra - iddiaçı və ya MMC) “XXXXX” ticarət nişanı ilə mebel məhsullarının istehsalı və satışı ilə məşğul olur. 18.01.2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında satış müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı cavabdehdən nisyə alqı-satqı nəticəsində yaranmış 40000 manat məbləğində borc pulun və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 18 yanvar 2019-cu il tarixd ə yataq, qonaq, uşaq, yumşaq və digər mebellərin satışı ilə əlaqədar Xidmət müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən icraçı (MMC) istənilən üsulla sifariş edilmiş mebelləri müqavilə şərtləri ilə son istehlakçılara satmaq məqsədilə sifarişçinin (cavabdehin) mülkiyyətinə verməyi, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış şərtlərlə qiymətləri ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-dən mütəmadi olaraq mal götürmüş və bu malların dəyərini hissə-hissə ödəmişdir. Lakin sonda cavabdehin hesabında olan mal qalığı araşdırılmış və nəticədə 40000 manat dəyərində mal qalığının əksik olması aşkar edilmişdir. Bununla əlaqədar cavabdeh 02 dekabr 2019-cu il tarixdə izahat yazaraq imza etmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş cavabdeh tərəfindən “XXXXX” Mebel Fabrikinin r əhbərliyinə ünvanlanan 02.12.2019-cu il tarixli izahatında, həmin günə cavabdehin fabrikə 40000 manat borcu olduğunu, 2020-ci ilin yanvar ayından başlayaraq həmin borcdan 1000-1500 manat ödəyəcəyini qeyd etmişdir. Ağsu Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) 07 avqust 2020-ci il tarixli, 2(016)-304/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Nəticədə onun i ddiçıya 40000 manat məbləğində borcu yaranmışdır. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Mahir Əsədli, Vəzirxan Məlikov) 05 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehdən alınmalı olan 40000 manat məbləğə” hissədə dəyişdirilərək, həmin məbləğ 35000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında nisyə alğısatqı müqavilə hüquq münasibətlərindən irəli gələn öhd əlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Cavabdeh üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində cavabdehin izahat yazdığı tarixdən 2 gün sonra, yəni 04.12.2019-cu il tarixdə 5000 manat ödənilməsi barədə göstərdiklərini nəzərə alaraq, tələb edilən məbləğdən ö dənilən həmin pulu çıxmış və qətnaməni pulun tutulması hissədə dəyişdirmişdir. Apellyasiya şikayətinin dəlillərinə üquqi qiymət verən məhkəmə hesab etmişdir ki, şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsaslı olsa da, tam ləğv edilməsi üçün əsaslı deyil. Belə ki, cavabdeh iddiaçıdan nisyə qaydada mebel (dəsti) götürdüyünü, satdıqdan sonra pulunu qaytaracağını, bununla bağlı sadə yazılı qəbzə imza etdiyini, 40000 manat məbləğində borcu qaldığını, həmin borcdan hər ay 1000-1500 manat ödəyəcəyini etiraf etsə də, sonda apellyasiya şikayətində mebel dəstinin ona rəsmi qaydada verilməsini, fakturanın olmamasını mübahisələndirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən təklif olunmasına baxmayaraq cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz dəlillərini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Cavabdeh imzaladığı ərizələrdəki şərtlərlə razılaşaraq həmin ərizəni imzalamasının əsl səbəblərini inandırıcı şəkildə də izah etməmişdir. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin rədd edilməsi barədə və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC-nin ona mal (mebel) verməsini təsdiq edən hər hansı rəsmi sənəd və sübut, qaimə və ya faktura da yoxdur. Borc cavab deh tərəfindən tamamilə ödənilmişdir. Onun 2019-2020-ci illərə aid mebel borcu olmamışdır. Əvvəllər alınmış malların dəyəri də tam ödənilmişdir. İş üzrə audit yoxlama keçirilib obyektiv rəy alınmalı və iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməli, nəticəsi ilə bağlı obyektiv qiymət verilməli, qanuni və əsaslı qətnamə qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barə də məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ar aşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Ona görə də, qətnamə cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilən hissəsində mübahisələndirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, Alğı-satqı müqaviləsin in digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hssə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Cavabdeh malın ona verilməməsini göstərmiş, sonradan ziddiyətli ifadələr işlədər ək mallarının dəyərinin tam ödənilməsini qeyd etmiş, lakin bu qeyd etdiyi hallarla bağlı birinci instansiya məhkəməsi və ya apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə kol legiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-400/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar