Məhkəmə qərarları › İş №2(102)-3925/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3925/2019

14.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3925/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh3 və vəkili Hacıyev Bəxtiyar Yusif oğlunun, Cavabdeh1 və vəkili İbrahimov Taleh Vəli oğlunun iştirakı ilə, Cavabdehlər Cavabdeh2, vəkili Cavadov Cavad Yusif oğlu, Cavabdeh3, vəkili Hacıyev Bəxtiyar Yusif oğlu, Cavabdeh1 və vəkili İbrahimov Taleh Vəli oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1358/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Məhkəməsinin (hakim K.B.Əsədov) 2(001)-3980/2018 nömrəli, 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, üçüncü şəxslər 51 saylı Notariat Kontoru, 44 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağışlama və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürmə, yaşayış sahəsi üzrə qeydiyyata alınma və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 ünv an1 küçəsi ev 5, 65 saylı mənzilin Cavabdeh2 bağışlanması və Cavabdeh2 həmin mənzilin Cavabdeh3 satılmasına dair müqavilələrin etibarsız hesab edilməsi, İddiaçı ünvan1 küçəsi ev 5, 65 saylı mənzilinə istifadə hüququnun tanınması, və yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi, hazırkı məhkəmə qətnaməsi İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə ünvan1 ev 5, 65 saylı mənzilinə qeydiyyata alınması üçün əsas olması, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) 2(103)-1358/2019 nömrəli, 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh 3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3980/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan1 küçəsindəki 5 nömrəli evin ümumi sahəsi 64.73 kv/m, yaşayış sahəsi 46.73 kv/m, yardımçı sahəsi 18 kv/m olan, 3 otaqlı 65 saylı mənzilinə dair Bakı şəhəri 44 saylı notariat kontorunda bağlanmış 18.08.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., S.S.Axundov küçəsindəki 5 nömrəli evin ümumi sahəsi 64.73 kv/m, yaşayış sahəsi 46.73 kv/m, yardımçı sahəsi 18 kv/m olan, 3 otaqlı 65 saylı mənzilinə dair Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış 31.07.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, etibarsızlığın nəticələri tətbiq olunmaqla, 60000 (altmış min) manatın Cavabdeh2 alınaraq Cavabdeh3 qaytarılması, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları -25.04.2004-cü il təvəllüdlü X4, 12.12.2008-ci il təvəllüdlü X1 və 10.06.2012-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan1 küçəsindəki 5 nömrəli evin ümumi sahəsi 64.73 kv/m, yaşayış sahəsi 46.73 kv/m, yardımçı sahəsi 18 kv/m olan, 3 otaqlı 65 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun tanınması və sair tələblərinə dair iddi a ərizəsi ilə və iddia ərizəsinə əlavələrlə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə cavabdehlə nikaha daxil olmuş və həmin vaxtdan 2016-cı ilin iyun ayına kimi cavabdehin 1998-ci ildən mülkiyyətində olmuş ünvan1 küçəsi, 5 nömrəli evin 65 nömrəli mənzilində yaşamışlar. Həmin mənzildə yaşadığı dövrdə üç övladı dünyaya gəlmişdir. Cavabdeh məcburi köçkün olduğundan və kommunal xərclərin ödənilməsində güzəştlərdən istifadə etdiyi üçün mülkiyyətində olan mənzildə qeydiyyatda durmamış, o, da bunu təkid etməmişdir. Onun və uşaqların 2016-cı ilin iyun ayına kimi mübahisəli mənzildə yaşamasını Cavabdeh1 nikahın pozulması, ondan aliment tələbinə dair iddia ərizəsində də təsdiq etmişdir. Birgə yaşayış dövründə cavabdeh ünvan2 prospektində üç otaqlı mənzil a lmış, ümumi rəyə əsasən ünvan2 prospektindəki 3 otaqlı təmirsiz mənzil satılmış, əldə edilən pulun bir hissəsi yaşadığı mənzilin təmirinə sərf edilmiş (cavabdehin öz deməsinə görə mənzilin təmirinə 20.000 manatdan artıq pul xərclənib), bir hissəsinə isə ev əşyaları (soyuducu, kondinsioner və s.) alınmışdır. Mənzil əsaslı təmir edildikdən sonra atası nəvələrinə - onların uşaqlarına uşaq mebel dəsti (çarpayı, şkaf, yazı stolu, həmçinin divan və kreslolar) almışdır. Bir müddət sonra cavabdeh mənzili banka girov qoyub pul götürdüyündən və banka hər ay ödəməli pulu ödəyə bilmədiyindən yaşadığı mənzilin bank tərəfindən alınması təhlükəsi yaranmışdı. Atası onun xahişini nəzərə alıb özünə məxsus bağın satılıb əldə edilən pulun banka olan borcunu ödəmək üçün cavabdehə 2013-cü ildə etibarnamə vermiş, cavabdeh onlara bağı 16.500 ABŞ dollarına satdığını bildirmişdir. Lakin bağ satılmamışdan əvvəl cavabdeh atasına bildirmişdir ki, sənədləşməni aparsalar bağı 18.000 ABŞ dollarına satmağı alıcı ilə razılaşdırmışdır, bağın sənədləşməsini də onlar etmişdir. Bundan əlavə, atası ilə söhbətində cavabdeh bildirmişdir ki, banka olan borcunu 1-2 ay bağı alan şəxs bağı alana qədər ödəmişdir. Cavabdeh bağ satılana kimi banka hər ay 1200 manat pul ödəyirdi (öz deməsinə görə), bağ satılandan sonra isə hər ay 400 manat pul ödəməyə başladı. 2014-cü ildən sonra cavabdeh evdə hər mübahisə yarandıqdan sonra "ev mənimdir, çıxın mənim evimdən" deyərək evdən çıxmasını tələb edirdi. Nəhayət məcbur qalıb 2016-cı ilin iyun ayında mənzildən çıxdı, 1 ay sonra - 2016-cı ilin iyul ayında "mənzildən istifadə hüququn un tanınması, mənzilə köçürülmə və qeydiyyata alınma tələbi" ilə məhkəməyə müraciət etdi və mənzildə heç kimin qeydiyyatda olmamasını nəzərə alaraq iddia ərizəsinə mənzil mübahisəsinə mahiyyəti üzrə baxılana kimi mənzilin üzərinə həbs qoyulması, mənzildə olan əmlakın cavabdeh tərəfindən zədələnməməsi üçün (uşaq mebelləri, divan-kreslolar və s.) cavabdehin xəbərdar edilməsi barədə ərizə də əlavə etdi. (Cavabdeh onlar evdən çıxandan sonra gəlib mebelləri aparmağı da tələb edirdi, əks təqdirdə onları küçəyə atacağı ilə hədələyirdi). Cavabdeh iddia ərizəsinin surətini alandan sonra hakimin mübahisəli mənzil üzərinə dərhal həbs qoymamasından istifadə edərək müxtəlif bəhanələrlə məhkəmə iclasına gəlməmiş, iddia ərizəsi məhkəmənin icraatına daxil olandan 40 gün sonra iddianın təmin edilməməsi məq sədi ilə mənzili bacısına "bağışlamış", yalnız bundan sonra 12.09.2016-ci ildə hakim mənzilin üzərinə həbs qoymuşdur. 14.07.2017-ci ildə cavabdeh nikahın pozulması barədə iddia qaldırmış və 30.10.2017-ci ildə nikahları pozulmuşdur. Binəqədi rayon məhkəməsinin mübahisəli mənzilin üzərinə həbs qoyulması barədə 12.09.2016-cı il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin 30.01.2017-ci il tarixli qərardadı ilə ləğv edilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 15 noyabr 2017-ci il tarixli qərarı ilə, "iş məhkəmənin icraatında olduğu vaxt Cavabdeh1 mülkiyyətində olan mənzili 18.08.2016-cı il tarixdə bacısı Cavabdeh2 bağışlaması işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilməsi, iddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilmə si" əsasına görə Apellyasiya Məhkəməsinin 30.01.2017-ci il tarixli qərardadı ləğv edilmiş və qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin İddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehin öz bacısına bağışlamasını, iddia qaldırılan vaxt mübahisəli mənzilin cavabdehin mülkiyyətində olmasını, iddianın təmin tədbirinin müvəqqəti xarakter daşımasını nəzərə almamış, işin yuxarıda göstərilən hallarına obyektiv hüquqi qiymət verməməklə iddiaçının təmin tədbiri barədə ərizəsini təmin etməmişdir və apellyasiya məhkəməsinə tövsiyyə etmişdir ki, yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə yeni qərar qəbul edilməlidir. Lakin işə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılarkən bağışlanmış mübahisəli mənzilin satılması əsas götür ülərək iddianın təmini tədbiri barədə Binəqədi rayon məhkəməsinin qərardadı ləğv edilmişdir. Əşyanın yüklülüyü həmin əşyaya mülkiyyət hüququnun hər hansı formada mədudlaşdırılması deməkdir. Qanun mülkiyyətçi kimi fiziki şəxsi öz əmlakını istədiyi şəxsə satmaq hüququnu məhdudlaşdırır. Əmlakın yüklülüyü mülki hüquq münasibətlərində xüsusi rol oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə əsasən əmələ gələn istifadə hüququnun xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.5 maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçis i ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair" 27.10.2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. 2) Yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəlləsinin 228.5 maddəsinin məzmununa müvafiq olaraq yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Onun, 2003-cü ildə ailə qur duqdan sonra 2016-cı ilin iyul ayına kimi mübahisəli mənzildə yaşamağı, burada yaşayarkən 3 övladının dünyaya gəlməsi, mənzilin 3-cü övladı dünyaya gəldikdən sonra əsaslı təmir etməyi, təmirdən sonra mənzilə valideynləri tərəfindən uşaq mebel dəstinin, divan və kresloların alınması, girova qoyulmuş mənzilin bank tərəfindən borca görə satılmasının qarşısının alınması üçün atasının ona məxsus bağın satılmasını onun xahişi ilə cavabdehə həvalə etməsi və sonuncunun əldə edilmiş pulu banka ödəməklə mənzilin satılmasının qarşısının alınması onların ailə əlaqələrinin etibarlı olduğunu göstərir. Qeydiyyatda olduğu və atasına məxsus mənzil isə 2011-ci ildə satılmışdır. Hal-hazırda kirayədə yaşayır və mülkiyyətçinin mənzilindən istifadə etmək məcburiyyətindədir. Cavabdeh Qasımov mübahisəli mənzili b acısı Qasımovaya 20.08.2016-cı ildə "bağışladıqdan" sonra 23.08.2016-cı ildə məhkəmə iclasında mübahisəyə mənzilin yerləşdiyi Binəqədi rayon məhkəməsində yox, Füzuli rayon məhkəməsində baxılmasını xahiş edərək mənzilin bacısına yox, özünə məxsus olmasını bir daha təsdiq etmişdir. Cavabdeh Qasımov məhkəmənin iddiaya mübahisəli mənzilin yerləşdiyi Binəqədi rayon məhkəməsində baxılması, işin aidiyyəti üzrə baxılmaq üçün Füzuli rayon məhkəməsinə göndərilməməsi barədə məhkəmənin 23.08.2016-cı il tarixli qərardadından 10.09.2016-cı il tarixli şikayət ərizəsində də mənzili bacısına "bağışlamasını" unutmuş, mənzili bacısına "bağışlamasını" qeyd etməmiş, şikayətində iddianın mülkiyyət hüququ ilə əlaqəli olduğundan özünün qeydiyyatda olduğu məhkəmədə baxılması üçün aidiyyəti üzrə Füzuli rayon məhkəm əsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh1 mənzili bacısına "bağışladıqdan" 7 ay sonra da mənzili bacısına bağışlamağı unutmuş, 14.03.2017-ci il tarixdə ona qarşı "uşaqlarla ünsiyyətdə olmaq tələbinə dair" iddia ərizəsində özünün və onun yaşadığı ünvanın mübahisəli mənzil olduğunu göstərmişdir. Cavabdeh1 Nərimanov rayon məhkəməsinə verdiyi iddia ərizəsində (14.07.2017-ci il) evinin olmamasını, qardaşının mənzilində yaşadığını göstərmişdir. Cavabdehin başqa mənzili olmadığı halda 18 il öz mülkiyyətində olmuş tam təmirli mənzili, həmin mənzildən o və 3 uşağının istifadə hüququnun tanınması barədə məhkəmədə iddia qaldırdıqdan sonra qardaşı Rahib Qasımovun 2 otaqlı mənzilində sonuncunun 5 ailə üzvü ilə bir yerdə yaşamış subay bacısına bağışlayaraq özünün qardaşının mənzilinə köçüb yaşaması nı göstərməsi də bağışlanmanın uydurma olmasını göstərir. Bütün bunlar mübahisəli mənzilin cavabdeh Qasımov tərəfindən bacısı Cavabdeh2 bağışlanmasının uydurma olduğunu göstərir, həmin əqd etibarsız sayılmalıdır. Beləliklə, onun və uşaqlarının mənzildən istifadə hüququnun tanınması əmlak hüququnun tanınması deməkdir və əmlakın onun iradəsinə zidd olaraq başqa şəxsə bağışlanması həmin əqdin etibarsız sayılması üçün əsasdır. Cavabdeh1 mübahisəli mənzili bacısı Qasımovaya bağışlamasının uydurma olması və etibarsız sayılması mübahisəli mənzilin Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin də etibarsız hesab edilərək ləğv edilməsi üçün əsasdır. Belə ki, müqaviləni bağlamış tərəfdən biri - satıcı- mənzilin məhkəmədə mübahisələndiyini, iddiaçı və 3 uşağının həmin mənzildən istifadə hüquqlarının tanınması barədə mübahisə ilə əlaqədar məhkəmənin qərarının olmamasını bilsə də, Konstitusiyanın "Heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz", "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz" tələblərini pozaraq mübahisəli mənzilin satılması barədə alqı-satqı müqaviləsini imzalamışdır. Mübahisəli mənzilin tam təmirli olmasını, onun əsaslı təmirinə 20.000 manatdan artıq (manatın dəyəri yüksək olduğu dövrdə) pul xərclənməsini nəzərə alaraq 3 otaqlı tam təmirli mənzilin 60.000 manata (bazar qiymətindən xeyli aşağı) satılması da alqı-satqı müqaviləsinin də real olmasında şübhə yaradır. Göstərilənlərə əsasən, məhkəmədən onun və 3 uşağın ünvan1 küçəsi ev 5, 65 saylı mənzildən istifadə hüququnun tanınması, evə köçürülmə, qeydiyyata alınma, cavabdehlə nikahı pozulduğundan mənzildən istifadə qaydasının müəyyən edilməsi –uşaq otağının və yataq otağının onun və 3 uşağın, zalın isə cavabdehin istifadəsinə verilməsi, Cavabdeh1 mübahisəli mənzilinin bacısı Cavabdeh2 bağışlanmasını, sonuncunun isə mənzil alqı-satqısı müqaviləsi ilə Cavabdeh3 satmasının etibatsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 və vəkili Cavadov Cavad Yusif oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1358/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh3 və vəkili Hacıyev Bəxtiy ar Yusif oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1358/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 və vəkili İbrahimov Taleh Vəli oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1358/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətlərinə qarş ı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3, vəkili Hacıyev Bəxtiyar Yusif oğlu, Cavabdeh1 və vəkili İbrahimov Taleh Vəli oğlu kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı nümayəndəsi və vəkili X7 kassasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyi b, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1358/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşdən və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 ilə X8 arasında 03.06.2003-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) xxx nömrəli akt qeydi ilə bağlanmış nikah 01.02.2018-ci il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsində xx nömrəli akt qeydi ilə pozulmuşdur. Tərəflərin birgə nikahından 25.04.2004-cü il təvəllüdlü X4, 12. 12.2008-ci il təvəllüdlü X1 və 10.06.2012-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Ünvan1 küçəsi, 5 nömrəli evin 65 nömrəli mənzili 17.04.1998-ci il tarixdə Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bakı şəhəri 44 saylı notariat kontorunda bağlanmış 18.08.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.73 kv/m, yaşayış sahəsi 46.73 kv/m, yardımçı sahəsi 18 kv/m olan, 3 otaqlı 65 saylı mənzili Cavabdeh2 Şahid qızına bağışlamışdır. Həmin müqavilə əsasında sözügedən mənzil 20.08.2018-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış 31.07.2018-ci il tarixli daşınmaz əmlakın alqısatqısı müqaviləsi ilə Cavabdeh2 Şahid qızı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.73 kv/m, yaşayış sahəsi 46.73 kv/m, yardımçı sahəsi 18 kv/m olan, 3 otaqlı 65 saylı mənzili Cavabdeh3 60000 (altmış min) manata satmışdır. Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. 138.2-ci maddəsinə əsasən hüququn yüklülüyü - qanun və əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır. 158.1-ci və 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin q eyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hü ququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 337.1-cü maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qay tarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 ilə 2003-cü ildə nikah bağlayıb mübahisəli mənzilə köçərək həmin vaxtdan 2016-cı ilin iyun ayına kimi həmin mənzildə yaşaması və birgə nikahdan üç övladlarının doğulması işin mübahisəsiz halı olduğundan, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair" 27.05.2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən iddiaçının qeyd olunan mənzildən istifadə hüququ cavabdehlə olan etibarlı ailə əlaqələri əsasında yaranmışdır. Ona görə də, iddiaçının həmin mənzildən istif adə hüququ qanuni əsaslarla yarandığından, bunun yenidən məhkəmə aktı ilə tanınmasına lüzum yoxdur. Buna görə də, iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi təmin edilməlidir. Çünki, Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İddiaçı da, 2003-cü ildən 2016-cı ilin iyun ayınadək istifadə hüququ əldə edərək yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə mülkiyyət hüququ Mülki Məcəllənin 138-ci maddəsinin tələbinə əsasən iddiaçının həmin mənzildən istifadə hüququ olduğuna görə yüklü olmuşdur. Bu yüklülük həm qanun əsasında, həm də Cavabdeh1la ailə quraraq iddiaçının həmin mənzilə köçərək etibarlı ailə əlaqələrinə görə istifadə hüq üqu yarandığına görə olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının həmin mənzilə Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair" 27.05.2008-ci il tarixli qərarına əsasən istifadə hüququ yarandığından artıq həmin vaxtdan Cavabdeh1 həmin mənzilə mülkiyyət hüququ yüklü olmuşdur. Ona görə də, qeyd olunan mənzilə mülkiyyət hüququnun həm bağışlama, həm də alqı-satqı müqaviləsinə əsasən digər cavabdehlərə keçməsi iddiaçının həmin mənzilə olan istifadə hüquqlarının xitamına səbəb olmur. Çünki, mənzilin yüklülüyünün olmamasına münasibətdə cavabdeh Cavabdeh2 Şahid qızı açıq-aşkar vicdanlı olmamış, digər Cavabdeh3 mənzilin real dəyərindən iki dəfə ucuz alması isə onun da vicdanlı olmasını inandırıcı və ağlabatan etmir. Mülki Məcəllənin 228.4-cü maddəsinin imperativ tələbinə əsasən də qeyd olunan mübahisəli mənzilə mülkiyyət hüququnun keçməsi, iddiaçının həmin mənzildən istifadə hüququnun xitam verilməsi üçün əsas ola bilməz. Çünki, iddiaçının mübahisəli mənzilin bağışlanması və sonradan satılması zamanı notariat qaydada təsdiqlənmiş razılığı olmamışdır. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Şahid qızı arasında mübahisəli mənzilə dair bağlanmış, 18.08.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd olmuşdur. Çünki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün, eləcə də sonradan alqı-satqı müqaviləsinə əsasən kənar şəxsə satılmasının təmin etmək niyyəti ilə bağlanmışdır. Məhz b u yolla iddiaçının həmin mənzilə olan istifadə və gözlənilən mülkiyyət hüququndan, eləcə də digər hüquqlarından məhrum etmək məqsədilə bu cür uydurma əhəmiyyətsiz əqd bağlamışlar. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddia tələbinin bağışlanma və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması hissəsi eyni məzmunlu olan Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından da əsaslı hesab edilməlidir. Çünki, iddiaçı birgə nikah dövründə əldə etdikləri başqa bir mənzilin satıldığını, əldə edilən vəsaitin bir hissəsinin mübahisəli mənzilin təmirinə xərcləndiyini, bir hissəsinə isə ev əşyalarının alındığını, mənzil təmir edildikdən sonra da atası tərəfindən nəvələrinə mebel dəsti alındığını, daha sonra cavabdehin mənzili banka girov qoy araq kredit aldığını, lakin kredit borcunu ödəyə bilmədiyindən mənzilin əldən çıxması təhlükəsi yarandığından xahişinə əsasən atasının öz bağını sataraq banka olan borcunu ödəmək məqsədilə cavabdeh olan keçmiş ərinə etibarnamə verdiyini və həmin etibarnamə əsasında cavabdeh bağı sataraq əldə etdiyi vəsait hesabına da banka olan borcun ödənildiyini göstərmiş, Cavabdeh1 isə bu halların hansınısa hər hansı bir formada təkzib etməmiş, bunların həqiqət olmadığını hansısa gətirdiyi dəlillərlə inkar etməmişdir. Məhz bu halların müəyyən edilməsi də, yəni nikah dövründə tərəflərin ümumi əmlakı və iddiaçının (atasının) şəxsi əmlakı hesabına həmin mənzilin dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulması (əsaslı təmir, yeni mebellərin təchizetmə, banka olan borcun ödənilməsi və i.a.) mübahisəli mənzilin Cavabdeh1 mülkiyyətində olmasına baxmayaraq iddiaçı ilə sonuncunun birgə mülkiyyəti sayılması üçün əsas ola biləcək faktlardır. İşdən görünür ki, İddiaçı 12.07.2016-cı il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisəli mənzilin üzərinə həbs qoyulması barədə ərizə də təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi iddianın təmini tədbiri barədə ərizə ilə bağlı 2 ay sonra, yəni 12.09.2016-cı il tarixdə qərardad qəbul etmiş və mübahisəli mənzil üzərinə həbs qoymuşdur. Halbuki, MPM-nin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılmalı və ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarılmalı və dərhal icra edilməsi təmin edilməli idi. Buna baxmayaraq, birinc i instansiya məhkəməsi isə 21.07.2016-cı il tarixə məhkəmə hazırlıq iclasını, eləcə də 02.08.2016-cı il və 23.08.08.2016-cı il tarixlərə məhkəmə baxışı iclasları təyin etsə də, bu müddət ərzində də iddianı təmin etmək haqqında ərizəyə münasibət bildirməmişdir. Bu vəziyyətdən istifadə edən Cavabdeh1 iddia ərizəsinin surətini alandan sonra məhkəmə hazırlıq iclasının təxirə salınması barədə ərizə ilə də 20.07.2016-cı il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin mübahisəli mənzil üzərinə dərhal həbs qoymamasından istifadə edərək mübahisəli mənzili məqsədli şəkildə 18.08.2016-cı il tarixdə bacısı - Cavabdeh2 bağışlamış və 20.08.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmiş, sonuncu isə 31.07.2018-ci il tarixdə Cavabdeh3 satmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddi anı təmin etmək haqqında ərizəyə vaxtında münasibət bildirməməsi hazırki iş üzrə ziddiyyətli vəziyyətin yaranmasına səbəb olmuşdur. Apellyasiya instansiya məhkəməsi Cavabdeh1 apellyasiya şikayətin mübahisəli mənzilin 1998-ci ildə bacısı Cavabdeh2 öz vəsaiti hesabına aldığını, bacısının xahişi ilə onun adına formal olaraq sənədləşdirildiyi dəlilli bağlı qeyd etmişdir ki, cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində (1-ci cild, iş.v.27) eyni mənzilin atasının əmlakı olduğunu və atasının vəsaiti hesabına alındığını qeyd etmişdir. Lakin hər iki halda bu halları sübuta yetirə bilməmişdir. Belə ki, bu halları sübuta yetirmək yükü artıq onun üzərinə düşürdü. Bununla yanaşı, mübahisəli mənzili bacısı Yaqud Qasımovaya 20.08.2016-cı ildə bağışladıqdan sonra 23.08.2016-cı ildə məhkəmə iclasında nümayə ndəsi mübahisəyə mənzilin yerləşdiyi Binəqədi rayon məhkəməsində yox, Füzuli rayon məhkəməsində baxılmasını xahiş etmiş, işin aidiyyəti üzrə baxılmaq üçün Füzuli rayon məhkəməsinə göndərilməməsi barədə məhkəmənin 23.08.2016-cı il tarixli qərardadından 10.09.2016-cı il tarixli şikayət vermiş, şikayətində iddianın mülkiyyət hüququ ilə əlaqəli olduğundan özünün qeydiyyatda olduğu məhkəmədə baxılması üçün aidiyyəti üzrə Füzuli rayon məhkəməsinə göndərilməsini xahiş etmiş, bununla da bu hərəkətləri ilə mübahisəli mənzilin bacısına uydurma əqd əsasında bağışladığını bir daha təsdiq etmişdir. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Şahid qızı arasında mübahisəli mənzilə dair bağlanmış, 18.08.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd olduğundan, Cavabdeh2 Şahid qızı ilə Cavabdeh3 arasında bağlanmış 31.07.2018ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi də etibarlı əqd hesab edilə bilməz. Çünki, qeyd olunduğu kimi bu mənzil həm yüklü olmuş, həm də Cavabdeh2 mülkiyyətinə uydurma əqd əsasında keçmiş və bununla da iddiaçının qeyd olunan mənzilə istifadə hüququ ilə yanaşı, həmçinin Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından gözlənilən, reallaşa biləcək mülkiyyət hüquqları da pozulmuşdur. Bundan əlavə, Cavabdeh3 mübahisəli mənzili, mənzil bazarında mövcud olan real bazar dəyərindən iki dəfə ucuz qiymətə, yəni 60000 (altmış min) manata alması da alqı-satqı müqaviləsinin etibarlı müqavilə olmasını istisna edən hallardandır. Çünki, Cavabdeh3 buna aydınlıq gətirməli idi. Y alnız elanda gördüyünə görə bu mənzili aldığını deməsi isə açıq-aşkar inandırıcı və ağlabatan deyildir. Cavabdeh3 vicdanlı alıcı olması və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun tamamlığı prezumpsiyasının mövcudluğu ilə bağlı dəlillər ilə bağlı da qeyd edilməlidir ki, mülki qanunvericilikdə bu prezumpsiyanı istisna edən bir sıra hallar mövcuddur. Belə ki, Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Cavabdeh3 mübahisəli mənzili əldə edərkən vicdanlı olsa belə, bu mənzili uydurma əqd əsasında əldə etmiş Cavabdeh2 almış və iddiaçının Cavabdeh1la birgə qeyd olunan mənzilə istifadə hüququ, eləcə də gözlənilən birgə mülkiyyət hüququnun olması alqı-satqı müqaviləsinin də etibarsızlığını labüd edir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, Cavabdeh2 Şahid qızının iddianın istər əsassızlığına, istərsə də iddia müddətinin ötürüldüyünə görə rədd edilməsinə dair ərizəsi də bağışlama müqaviləsinin etibarsızlığına dair iddia tələbinin daha da əsaslı olduğuna dəlalət edir. Əvvəla, işdən açıqaşkar görünür ki, bağışlama müqaviləsinin etibarsızlığına dair ərizə məhkəməyə 2017-ci ili n iyun ayında daxil olmuş və güman etdikləri müddət ötürülməmişdir. Bu halda müddətin keçməsinin tətbiq edilməsi özü də ziddiyyətlidir. Çünki, Cavabdeh2 iddiaçıya qarşı hər hansı bir mülki hüquq pozuntusu törətməmişdirsə, yəni iddiaçının ona qarşı hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ olmamışsa, Cavabdeh2 iddiaçının subyektiv hüququnu pozmamışsa yaxud iddiaçının subyektiv hüququ pozulsa belə, bu pozuntunu o, etməmişdirsə Cavabdeh2 müddətin tətibiq barədə ərizə verməsi və narahat olması da anlaşılan olmamışdır. İkincisi, Mülki Məcəllənin 354.2-ci maddəsi hazırki iş üzrə tətbiq edilə bilməz. Çünki, həmin müddəa qanunda xüsusi norma kimi nəzərdə tutulmaqla iddia müddəti ilə bağlı deyil və həmin normanın tətbiqi barədə məhkəməyə ərizə təqdim olunmasına ehtiyac yoxdur. Bununla yanaşı, həmin norma mübahisə edilən əqdlər üzrə tətbiq edilə bilər. Hazırki iş üzrə olan bağışlama müqaviləsi mübahisə edilən əqdlərə aid edilə bilməz. Yuxarıda qeyd olunduğu kimi özü-özlüyündə bağışlama müqaviləsi əhəmiyyətsiz olduğundan etibarsızdır. Çünki, bağışlama müqaviləsi uydurma əqd olmaqla yanaşı iddiaçının mənzildən istifadə hüququnu və həmin mənzilə gözlənilən mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə Kollegiyası apellyasiya instansiya məhkəməsinin nəticələri qanunvericiliyin tələblərinə uyğun olduğundan onunla razılaşır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbinin mənzildən istifadə qaydasının müəyyən edilməsi hissəsi təmin edilə bilməz. Çünki, iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürüldüyündən və həmin mənzilin bütün hissələrindən istifadə hüququ olduğundan, mənzildən ayrıca istifadə qaydalarının müəyyən edilməsinə də zərurət yoxdur. Mənzilə qeydiyyata alınma isə müstəqil iddia tələbi olmadığından ayrıca tələb kimi təmin edilə bilməz. Lakin iddiaçının və azyaşlı uşaqlarının mübahisəli mənzildən istifadə hüquqları yarandığından və onların həmin mənzilə köçürülməsi təmin edildiyindən bu fakt həmin mənzilə qeydiyyata alınmaları üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki işə baxılarkən yuxarıda qeyd olunanlarla yanaşı bir sıra prosessual hüquq normaları da pozulmaqla məhkəmə iclasının və məhkəmədən kənar ayrıca prosessual hərəkətlərin protokolu Mülki Prosessual Məcəllənin 271-ci maddəsinin tələblərinə uyğun tərtib e dilməmişdir. Belə ki, qətnamədə Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 44 saylı notariat kontoru və Bakı şəhəri 51 saylı notariat kontoru üçüncü şəxs qismində göstərilsələr də, birinci instansiya məhkəməsi onların bu qismdə cəlb olunmaları ilə bağlı məhkəmə iclaslarının protokollarında da hər hansı bir qeyd aparmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətna məsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1358/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh2, vəkili Cavadov Cavad Yusif oğlu, Cavabdeh3, vəkili Hacıyev Bəxtiyar Yusif oğlu, Cavabdeh1 və vəkili İbrahimov Taleh Vəli oğlunun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1358/2019 nömrəli iş üzrə 25 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar