Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3926/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə,Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı «İddiaçı” KB QSC-nin vəkili Vəkil, cavabdeh «xxxx” MMC-nin vəkili Vəkil iştirakları ilə. Cavabdeh "xxxx" MMC-nin və iddiaçı "xxxx" KB QSC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Məhkəməsinin 27 mar t 2017-ci il tarixli qətnaməsi ilə (hakim: A.M.Süleymanova; 2(001)-4698/2017) iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 841827,18 ABŞ dolları əsas borc, 54738,96 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə, cəmi 898.566,14 (səkkiz yüz doxsan səkkiz min beş yüz altmış altı ABŞ dolları 14 sent) ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 (iyirmi səkkiz) manat iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, tələb Cavabdeh1 məxsus Bakı şəhəri, ******************* nömrəli, 4021.9 kv.m ümumi,3315.4 kv.m əsas, 706.5 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlak açıq hərracdan satılması, həmin mənzilin ilkin satış qiyməti 1.893.530 (bir milyon səkkiz yüz doxsan üç min beş yüz otuz) manat müəyyən edilməs i, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılması, ipoteka predmeti olsan -Bakı şəhəri,********************** qeyri yaşayış binasına tutma yönəldikdə və o satıldlqdan sonra 1 ay ərzində boşaldılması, aparılmış ekspertiza tətqiqatına görə 02 manatı "xxxx"QSC-dən, 38 manat "xxxx"MMCdən tutularaq Dövlət xəzinədarlığı Agentliyinə (Kod ***********,VÖEN **********), müxbir hesab AZ41NABZ******************** ödənilməsi qət etmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2019-cu tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışınski (sədrlik edən və məruzəçi) R.Ə.Eyvazov və Z.Ə.Əliyev; 2(103 )-1022/2019) cavabdeh «xxxx» MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsi əsas hissədə dəyişdirilmiş - əsas məbləğin 830383,49 ABŞ dolları müəyyən edilməsi, ekspertiza xərci olan 145 manat məbləğdə pul vəsaitinin cavabdeh «xxxx» MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı «xxxx» KB QSC cavabdehlər “xxxx” MMC-nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» KB QSC ilə cavabdeh “xxxx” MMC ilə bağlanmış 25 iyul 2007-ci il tarixində kredit verilməsi haqqında ********** saylı kredit müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən 841827,18 ABŞ dolları əsas borc, 54738,96 ABŞ dolları faiz borcu, 42000 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 938566,14 ABŞ dolları məbləğində pulun, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməklə cavabdeh «xxxx» MMC-dən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, *********************************** nömrəli, 4021.9 kv.m ümumi, 3315.4 kv.m əsas, 706.5 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, həmin qeyri yaşayış sahəsinin açıq hərracdan və boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “xxxx” Kommersiya Bankı ilə "xxxx” MMC arasında 25 iyul 20 07-ci il tarixində kredit verilməsi haqqında ********** saylı müqavila^bSglanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən "xxxx" MMC-nə illik 18 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir, 09 iyul 2013-cü il tarixli barışıq razılaşmasına əsasən borcalan 25 iyul 2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcıin 966625,21 ABŞ dolları məbləğində pulu hissəhissə qaytarılmasını öz öhdəsinə götürmüş, ödəniş tam başa çatdığı təqdirdə, kreditor borcalana qarşı əlavə tələb irəli sürülməməmsini öz öhdəsinə götürmüşdür. Borcalan 09 iyul 2013-cü il tarixdən kredit müqaviləsi üzrə yaranmış borcun, yəni 966625,21 ABŞ dolları məbləğin 20% məbləğində faiz ödəyəcəkdir. Barışıq razılamasma əsasən kreditin son ödənilmə müddəti 09.07.2023-cü il müəy yən edilmişdir; 18.11.2015-ci il tarixli, 15/15707 saylı arayışa əsasən 25 iyul 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə cavbadehin 29.10.2015-ci il tarixə banka olan əsas borcu 841827,18 ABŞ dolları, faiz borcu 378164,79 ABŞ dolları, cəmi borcu 1219991,97 ABŞ dolları təşkil edir arayışa əsasən 25 iyul 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə cavbadehin 28.04.2016-cı il tarixə banka olan əsas borcu 841827,18 ABŞ dolları, faiz borcu 54738,96 ABŞ dolları, cərimə borcu 42000 ABŞ dolları, cəmi borc 938566,14 ABŞ dolları təşkil edir, «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyul 2007-ci il tarixli, ********** saylı ipoteka müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri *********************************** nömrəli, 4021.9 kv.m ümumi, 3315.4 kv.m əsas, 706,5 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binası Bank qarşısında ipoteka ilə yüklü edilmişdir, Hüquqların Dövlət qeydiyyatı haqqında MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, *************** nömrəli qeyri yaşayış binasına dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 03.08.2007-ci il tarixdə alınmışdır, 20 oktyabr 2015-ci il tarixli arayışa əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır, 04.11.2015-ci il tarixli bildirişə əsasən Bank tərəfindən cavabdeh “İpoteka pedmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 03 may 2016-cı il tarixli rəyinə əsasən “xxxx” MMC-nin 29.10.2015-ci il tarixə “xxxx” QSC-nə olan əsas borcu 830383,49 ABŞ dolları, faiz borcu 25071,99 ABŞ dolları təşkil etmişdir. Tədqiqatın dəyəri 40 manat təşkil etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsinin 386,388-ci maddələrinin tələbləri pozulmuş, iddiaçı QSC İddiaçı KB ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 09.07.2013-cü il tarixli “Barışıq razılaşmasına əlavə olunan 1 saylı ödəniş cədvəli” üzrə kredit müqaviləsinin müddəti 120 ay (10il ) müddətinə, yəni 09.07.2013-cü ilədək müəyyən edilməsinə baxmayaraq nə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qətnamə qəbul olunarkən bu hal nəzərə alınmamış, hüquqi qiymət verilməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. İddiaçı «xxxx» KB QSC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80,81,88,103.1,218,220.4,384,385-ci maddələrinin tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsiilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” KB QSC-nin vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC vəkili Ramazanov Aslan Sultan oğlu kassasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclası nda tədqiq edilmiş iş materiallarından, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 19.11.2018ci il tarixli, ********** saylı ekspertiza rəyinə əsasən «xxxx» KB QSC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış 09 iyul 2013-ü il tarixdə “Barışıq Razılıq” kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Ə8 28.04.2016-cı il tarixə banka əsas borc üzrə 830383,49 ABŞ dolları, faiz borcu üzrə 66360,51 ABŞ dolları, cəmi 896744 ABŞ dolları məbləğində borc müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. - 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. -309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotek aya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 324.4-cü maddəsinə əsasən Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 324.5-ci maddəsinə əsasən. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hər əkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. - 374-cü maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə il ə müəyyənləşdirilir. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. - 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra mü ddəti bitdikdə başlanır.İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən ö hdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -399-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavi lənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. -404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. - 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya m üqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. - 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyü k məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 446.3-cü maddəsinə əsasən pul öhdəliyi üzrə borclu kreditorun icranı gecikdirdiyi müddət üçün faizlər ödəməli deyildir. -448.1-ci maddəsinə əsasən bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. -458.1-ci madəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. - 462-c i maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əv əzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. - 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -739-cü maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) i sə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 744-cü maddəsinə əsasən borc alan müəyyən müddət üçün sabit faizlərin şərtləşdirildiyi borc müqaviləsini aşağıdakı hallarda tamamilə və ya qismən ləğv edə bilər: faizlərlə bağlılığa borcun qaytarılması üçün müəyyənləşdirilmiş müddət çatanadək xitam verildikdə və faiz dərəcəsi haqqında heç bir yeni razılaşma qəbul edilmədikdə - ləğvetmə haqqında bir aylıq xəbərdarlıq müddətini gözləməklə, ən tez i faizlərlə bağlılığa xitam verilən günün sonunda qüvvəyə minməklə; faiz dərəcəsinin il də daxil olmaqla müəyyən zaman hissələri üçün razılaşdırılması şərtləşdirildikdə - ləğvetmə haqqında bir aylıq xəbərdarlıq müddətini gözləməklə, müvafiq olaraq yalnız faizlərlə bağlılığa xitam verilən günün sonunda qüvvəyə minməklə; borc fiziki şəxsə verildikdə - ləğvetmə haqqında üç aylıq xəbərdarlıq müddətini gözləməklə, lakin borc alındıqdan sonra doqquzuncu ayın axırından tez olmayaraq qüvvəyə minməklə; əgər borc torpağa sahibliklə bağlı hüquqla təmin edilmişdirsə və ya tamamilə və ya başlıca olaraq sənətkarlıq şəklində və ya peşəkarlıq qaydasında müstəqil fəaliyyətin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdursa; hər bir halda borc alındıqdan on il sonra ləğvetmə haqqında altı aylıq xəbərdarlıq müd dətini gözləməklə. Əgər borc alındıqdan sonra onun qaytarılması müddəti və ya faiz dərəcəsi yenidən şərtləşdirilirsə, həmin razılaşmanın bağlanma anı ödəniş müddətini əvəz edir. Borclu faiz dərəcəsi dəyişən borc müqaviləsini ləğvetmə haqqında üç aylıq xəbərdarlıq müddətini gözləməklə istənilən vaxt ləğv edə bilər. Əgər borclu ləğvetmə haqqında xəbərdarlıq müddətinin qurtardığı günün sonunadək borc verənə borcu ödəməzsə, borc alan tərəfindən ləğvetmə natamam sayılır. Borc alanın bu maddəyə uyğun ləğvetmə hüquqları müqavilə ilə məhdudlaşdırıla və ya mürəkkəbləşdirilə bilməz. Bu müddəa Azərbaycan Respublikası, onun dövlət orqanları və ya bələdiyyələr üçün borc müqavilələrinə tətbiq edilmir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 17.08.2017-ci il tarixli qərardadı əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19.11.2018-ci il tarixli 23634 saylı ekspert rəyinə uyğun əsas borcu 830383,49 ABŞ dolları müəyyən edildiyindən bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq olaraq dəyişdirilməli, faiz hissədə tələb həddində müəyyən edilməlidir. Apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci və ekspertiza xərci olan 145 manat cavabdeh «xxxx» MMC-yə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellya siya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətlərinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayətləri təm in olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3926/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3926/2019
10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver