Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3927/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-xx/17) id diaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “İddiaçı” ASC-nin xeyrinə 17.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4610.89 ABŞ dolları əsas borc, 1688.82 ABŞ dolları faiz borcu və 65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6364.71 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun) və 30 manat dövlət rüsumunun iddiaçı “İddiaçı” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlərdən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov-sədrlik ed ən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş № 2(103)-xx/19) Cavabdeh1apellyasiya şikayəti təmin edilərək iş üzrə Yasamal Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Etibar oğluna və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019cu il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “İddiaçı” ASC-nin xeyrinə 4610.89 ABŞ dolları əsas borc, 1688.82 ABŞ dolları faiz borcu və 765.70 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 7065.41 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili N.Əzizli məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsini n tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil N.Əzizlinin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətinə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın rədd olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, “İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.08.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən “İddiaçı” ASC tərəfindən Cavabdeh1 illik 21.5 faizlə, 24 ay müddətinə 9400 ABŞ dolları kredit verilmişdir. “İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.08.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə xx xxx 2017-ci il tarixdə bağlanmış 01 nömrə li Əlavə Sazişin (Əlavə Sazişdə müqavilənin tarixi 18.08.2015 kimi göstərilsə də, tərəflər bunun 17.08.2015-ci il tarixli müqavilə olduğunu təsdiqləmişlər) 1.1-ci bəndinə əsasən kredit aşağıdakı şərtlərlə restruktrizasiya edilmişdir: borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7261.17(yeddi min iki yüz altmış bir ABŞ dolları on yeddi sent) təşkil etmiş, ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD=1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı nın tərkibi 4522.71 əsas borc, 1765.87 faiz borcu və 972.59 USD cərimə təşkil edir. Restruktrizasiya edilmiş kreditin müddəti 29.08.2022-ci ilədək təşkil edir. Sazişin 1.2-ci bəndinə əsasən restruktrizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilir, faktiki illik faiz dərəcəsi 8 faiz təşkil edir. Sazişin 2.3-cü bəndinə əsasən Sazişlə kredit müqaviləsinin hər hansı bir bəndi arasında ziddiyyət yaranarsa, bu Əlavə Sazişin şərtləri tətbiq olunur. “İddiaçı” ASC-nin verdiyi maliyyə arayışına əsasən Cavabdeh1 17.08.2015-ci il tarixli müqavilə üzrə 01.08.2017-ci il tarixə banka 4610.89 ABŞ dolları əsas borc, 1688.82 ABŞ dolları faiz borcu və 765.70 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 7065.41 ABŞ dolları borcu vardır. İddia çı cavabdehlər tərəfindən 17.08.2015-ci il tarixli müqavilə üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edərək onlara qarşı kredit borcunun tutulması barədə hazırkı iş üzrə iddianı qaldırmışlar. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq onu qismən təmin etmiş və qətnaməni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi ilə əsaslandırmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllə nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərlə ndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası həmin tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması barədə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, işdən görünür ki, hazırkı iş üzrə iddia ərizəsi iddiaçı tərəfindən xx xxx2017-ci il tarixdə imzalanmış və 30.08.2017-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. İddiaçı cavabdehlərdən 17.08.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən illik 21.5 faizlə, 24 ay müddətinə verdiyi kredit borcunu tələb etmiş, birinci instansiya məhkəməsi də, həmin müqavilə üzrə cavabdehlərin 01.08.2017-ci il tarixə banka olan 4610.89 ABŞ dolları əsas və 1688.82 ABŞ dolları faiz borcunu əsas götürərək, cərimə məbləğini də azaltmaqla təmin etmişdir. Lakin “İddiaçı” ASC ilə Cavabdeh1 arasında xx xxx 2017-ci il tarixdə bağlanmış 01 nömrəli Əlavə Sazişə əsasən kredit restruktrizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7261.17 (yeddi min iki yüz altmış bir ABŞ dolları on yeddi sent) təşkil etmiş, ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD=1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilməsi nəzərdə tutulmuş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibi 4522.71 əsas borc, 1765.87 faiz borcu və 972.59 USD cərimə müəyyən edilmiş, restruktrizasiya edilmiş kreditin müddəti 29.08.2022-ci ilədək uzadılmış, Əlavə Saziş imzalandığı tarixdən etibarən illik faiz dərəcəsi 8 faiz təşkil etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış 17.08.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi xx xxx 2017-ci il tarixdə 01 nömrəli Əlavə Sazişə əsasən restruktrizasiya edilərək yeni şərtlər (öhdəliklər) müəyyən edildiyindən, iddiaçı cavabdehlərdən əvvəlki kredit müqaviləsinə əsasən kredit borcunu tələb edə bilməzdi. Çünki, iddiaçı tərəfindən iddianın faktiki əsasını təşkil edən kredit müqaviləsi faktiki olaraq restruktrizasiya edilməklə dondurulmuş vəziyyətə salınmışdır. Buna görə də, 17.08.2015-ci il tarixli həmin müqaviləyə əsaslanan iddia təmin edilə bilməzdi. Lakin tərəflər arasında bağlanm ış xx xxx 2017-ci il tarixdə bağlanmış 01 nömrəli Əlavə Saziş üzrə cavabdehlər öhdəliklərini yerinə yetirməzsə, iddiaçının cavabdehlərdən Əlavə Sazişin 1.6-cı bəndinin şərtlərinə uyğun olaraq ödənişləri tələb etmək hüququ mövcuddur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibət inin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3927/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3927/2019
04.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver