Məhkəmə qərarları › İş №2(102)-3929/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3929/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3929/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3929/2023 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X16 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-661/2023 nömrəli, 25 aprel 2023- cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 16 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən verilmiş arayışa əsasən, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, ev 7A, mənzil 19 üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Gəncə şəhər 3 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə verilmiş 7E-2197 reyestr nömrəli etibarnaməyə əsasən, İddiaçı Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus olan büt ün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayəyə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqı-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ondan imtina etməyi, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və.s hərəkətləri onun adından etməyi etibar etmişdir.

3. Daşınmaz əmlakın alğı-satqı Daşınmaz əmlakın alğı-satqı haqqında AN-İ seriyalı, ******* nömrəli 09 mart 2022-ci il tarixli müqavilə yə əsasən Cavabdeh ünvan 1 ünvanını İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi X2 35.000 (otuz beş min) manata satmışdır.

4. Gəncə Şəhər Məhkəməsinin 2(125)-962/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh, arvadı X6 və uşaqları xx.xx.2009-cu il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2016-cı il təvəllüdlü X11 ilə birlikdə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli evin 27 nömrəli mənzilinə köçürülmələri qət edilmişdir.

5. X7 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən, o, qeydiyyatda olduğu atası İddiaçı məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsi 7 A saylı binanın 19 saylı mənzilinin satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmu ş müddətdə həmin mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən, o, qeydiyyatda olduğu atası, İddiaçı məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsi 7 A saylı binanın 19 saylı mənzilinin satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə həmin mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.

7. X3 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu birgə nikah dövründə əldə edilmiş, əri İddiaçı məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsi 7 A saylı binanın 19 saylı mənzilinin satılmasına etiraz etməmiş, eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüq uqi rejimini müəyyən edən nikah müqaviləsi olmamışdır. Həmçinin müqavilədə nəzərdə tutulmuş müddətdə həmin mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh evin satılmasından əldə etdiyi 35.875 (otuz beş min səkkiz yüz yetmiş beş) manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 192,62 (yüz doxsan iki manat altmış iki qəpik) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, cavab deh onun oğludur. O, Gəncə şəhərindən 2 mənzil almaqla birini Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 9, 27 nömrəli mənzili cavabdeh olan oğlu Cavabdeh adına, digər ünvan 1-u öz adına almışdır. Onun adına olan ünvan 1 daha geniş olduğundan oğlu Elşənə ailəsi ilə birlikdə oradan yaşamasını icazə vermiş, özü isə oğlunun adına aldığı Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 9, 27 nömrəli mənzildə yaşamağa başlamışdır. Eyni zamanda Şəmkir rayonunda yalnız yay aylarında təsərrüfatla əlaqədar qaldığı, tam şəraitsiz evi vardır. Yay aylarında o, Şəmkirdə olanda, eyni zamanda hər dəfə ona məxsus cavabdehin ailəsi ilə birgə yaşadığı evin hər hansı problemi ilə əlaqədar onu çağırmamaları üçün oğluna Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzilin idarə edilməsi ilə əlaqədar etibarnamə v ermişdir. Həmin etibarnamədən istifadə edən cavabdeh oğlu Cavabdeh onun xəbəri olmadan, onun heç bir tapşırığı olmadan ona məxsus evi 35.000 manata X4 adlı tanımadığı bir şəxsə satmışdır. Həmin alqı-satqıdan, evin neçiyə satılmasından sonralar xəbər tutmuşdur. Belə ki, cavabdeh oğlu Cavabdeh evi ondan xəbərsiz satdıqdan sonra onun adına aldığı və hazırda ailəsi ilə birlikdə yaşadığı Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 9, 27 nömrəli mənzildən onun çıxarılması ilə bağlı iddia qaldırmış, həmin işə məhkəmədə baxılan zaman ona məxsus evi satdığını öyrənmişdir. Ona məxsus evin satılmasından bankdan onun əvəzindən götürdüyü pulu dəfələrlə istəsə də, o, evin satqısından əldə etdiyi 35.000 manatı vermir. Həmin evi 09 mart 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satmışdır. Həmin tarix dən bu vaxta qədər 35.000 manat məbləği ona verməyi gecikdirdiyindən ona hesablanmış faizi də ödəməlidir. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi (vəkil) X5 iddianı qəbul etməyək izahatında bildirmişdir ki, cavabdeh iddiaçının doğma oğludur. Onlar arasında hazırda münasibət pisdir. Belə ki, Cavabdeh atasına qarşı məhkəmədə evə köçürülmə barədə iddia qaldırdığına görə iddiaçı cavabdehə qarşı mövcud tələblə məhkəmədə çıxış edir. Cavabdeh atasına məxsus evi sonuncunun vermiş olduğu etibarnamə əsasında üçüncü şəxsə satan zaman iddiaçı da onunla birlikdə notariat kontorunda olmuş və orada pulu oğlundan almışdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. Gəncə Şəhər Məhk əməsinin 2(125)-1889/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia təmin olunmuş, Cavabdeh mənzil satışına görə əldə olunan 35.000 (otuz beş min) manat və həmin məbləğin vaxtında iddiaçıya ödənilməməsinə görə ona hesablanmış 875 (səkkiz yüz yetmiş beş) manat faiz borcu olmaqla, cəmi 35.875 (otuz beş min səkkiz yüz yetmiş beş) manat məbləğində pulun və məhkəmə xərci qismində ödənilmiş 192,62 (bir yüz doxsan iki manat altmış iki qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzilin özgəninkiləşdirilməsi, idarə edilməsi və.s ilə əlaqədar cavabdehə etibarnamə vermiş, bununla da tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh ona verilmiş etibarnamə əsasında iddiaçının adından sonuncuya məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzili satmış və satışından əldə etdiyi 35.000 manatı iddiaçıya verməmişdir. İddiaçı ona məxsus evin satılmasından cavabdehin götürdüyü pulu dəfələrlə istəsə də, cavabdeh evin satqısından əldə etdiyi 35.000 manatı verməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin sözügedən mənzilin satışından əldə etdiyi pulu iddiaçıya qaytarıldığını bildirsə də, istinad etdiyi halı sübut edə bilməmişdir.

13. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən həm də ödənilməsi gecikdirilən pula görə 875 manat faiz borcu tə ləb edir ki, məhkəmənin qənaətinə görə həmin hissədə də tələb əsaslıdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 329.1, 329.2, 359.1, 359.3, 362.1, 362.2, 385.1, 390.1, 406.1, 666.1, 668.1.1, 777.1, 777.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarında olan etibarnamədən və apellyasiya şikayətinə əlavə edilmi ş evin satılmasına dair razılıq ərizələrindən göründüyü kimi qeyd olunan və iddiaçının mübahisəsini etdiyi evi ona əsl həqiqətdə satılmasına razılıq verməklə evin satılmasından əldə edilmiş pulu bağışlamışdır. Belə ki, iddiaçı qarşısında evi satdıqdan sonra həmin evin dəyərinin ona verilməsi barədə heç bir öhdəlik götürməmişdir. Əksinə iddiaçı tərəfindən həmin ev satılaraq evin dəyərini və evi ona faktiki bağışlamaqla özü ona hüquq vermişdir. Sadəcə olaraq oğul və ata arasında münasibətin etibarlı olması ilə iddiaçı ilə onun arasında olan münasibət müqavilənin təsviri baxımından təhlil edilməlidir. Qeyd olunmalıdır ki, göstərilən mənzil hələ iddiaçı atası tərəfindən etibarnamə verilməmişdən əvvəl ona bağışlanmışdır. Həmin müddətdə o, qeyd olunan evi idarə etmiş və evin satılmasını ona şahi dlərin yanında bildirmişdir və o, şahidlərin yanında həmin evi ona bağışladığını bildirərək necə istəyirsə elə də etmək hüququ verdiyini və ona etibarnamə verdiyini bildirmişdir. Belə ki, onun yaşayış yeri olmadığından özünə məxsus torpaq sahəsində ev inşa etdiyindən həmin evin inşası üçün pul lazım olduğunu bildirdikdən sonra evi sataraq həmin evin inşasına xərcləməyinə heç bir etiraz etmədən evi və onun pulunu ona bağışladığını bildirmişdir. Belə olan halda məhkəmə tərəfindən işdə olan sübutlar və şikayətinə əlavə etdiyi sübutlar qarşılıqlı olaraq təhlil edilməlidir. Çünki, əslində iddiaçının iradə ifadəsi evi və onun dəyərini bir ata olaraq ona bağışlamaq olmuş, aralarında olan razılıq arasında əqdi icra etmək üçün ona etibarnamə vermişdir. Onun qeyd olunan evin satılmasından sonra həmi n evin dəyərinin iddiaçıya ödəməsi ilə bağlı hər hansı öhdəliyinin olması və ya evin satılmasından sonra evin dəyərinin iddiaçıya qaytarılmalı olması sübut olunmur. Həmin müddətdə ona pul lazım olduğundan həmin evə dair aralarında bağışlama müqaviləsi bağlamışlar. Lakin, məhkəmə iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə tərəfindən onun iştirakı təmin edilmədiyindən əsl həqiqətin müəyyən edilməsi üçün şahidlər dindirilməmiş və onların izahatları təhlil edilməmişdir. Həmçinin evin satılması ilə bağlı razılıq vermiş şəxslərin ərizələri tədqiq edilməmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli ev atasının adına olmuş, ailə qurduqdan so nra evdən payını istəmiş, atası isə həmin evi ona bağışlamışdır. Notariat kontorunda ona etibarnamə verərkən də atası həmin evi ona bağışladığını bir daha bəyan etmişdır. Lakin, atası ilə aralarında rəsmi qaydada bağışlama müqaviləsi bağlanmamış, evə dair etibarnamə verilmişdir. Daha sonra həmin evi 3 saylı Notariat ofisində satmış, qardaşı və anası notarial qaydada ərizə verərək evin satılmasına razı olduqlarını bildirmişlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, evin idarə olunması üçün oğlu Cavabdeh etibarnamə vermiş, 4 aydan sonra ona məlum olmuşdur ki, cavabdeh olan oğlu onun icazəsi olmadan evi başqa şəxsə satmışdır. Bu səbəbdən oğluna verdiyi etibarnaməni ləğv etdirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-661/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi, apellyasiya şikayətinin dəlilərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçıya məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzilin idarə edilməsi ilə əlaqədar cavabdehə etibarnamə vermiş, cavabdeh həmin etibarnamədən istifadə edərək iddiaçıya məxsus evi X1, lakin alqı-satqı müqaviləsindən əldə etdiyi pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında, eləcə də apellyasiya şikayətində əslində iddiaçının həmin evi ona bağışladığını qeyd etsə də, həmin halı təsdiq edə biləcək, yəni tərəflər arasında bağışlama müqaviləsinin mövcudluğunu təsdiq edən mötəbər sübut növünü nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsi zamanı məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Halbuki, qeyd olunduğu kimi daşınmaz əmlakın bağışlanması barədə müqavilə notarial qaydada təsdiqləndiyi halda etibarlı hesab edilir. Digər tərəfdən, Mülki Məcəllənin 359.3-cu maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Cavabdeh isə atasına məxsus olan əmlakın alğı satqısı barədə əqd bağlasa da, əmlakın satışından əldə edilənləri əmlakın mülkiyyətçisinə (təmsil edilənə) verməli olduğu halda bunu etməmiş, əmlakın ona bağışlandığını bu səbəbdən də əmlakın satışından əldə edilənlərin onda qalmalı olduğunu iddia etmişdir. Halbuki, əmlakın cavabdehə bağışlanması təsdiq olunmur və Mülki Məcəllənin vəkalət alanın tapşırıqla bağlı məsuliyyətlərindən bəhs edən, normaların tələblərinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyı r. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddia qanuni əsaslıdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.3, 329.1, 329.2, 359.1, 359.3, 362.1, 362.2, 385.1, 390.1, 406.1, 666.1, 668.1.1, 777.1, 777.2, 778.1, 77 9.1, 782.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.3, 284.0.1, 285.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normasının pozuntusuna yol vermişdir. Mübahisəli mənzilə dair iddiaçı tərəfindən cavabdehə etibarnamə verilərkən mənzilin alqı-satqısından əldə olunmuş pulun iddi açıya qaytarılması barədə tərəflər arasında nə şifahi, nədə ki, yazılı müqavilə bağlanmamış və buna dair cavabdeh heç bir öhdəlik götürməmişdir. Həmçinin iddiaçı tərəfindən mübahisəli mənzilə dair verilmiş etibarnamədə evin alqı-satqısından əldə olunmuş pulun iddiaçıya qaytarılması qeyd edilməmiş və etibarnamə 10 il müddətinə verilmişdir. Bir sözlə iddiaçı olan atası İddiaçı mübahisəli mənzilə dair öz iradə ifadəsi ilə ona etibarnamə vermiş, etibarnamədə qeyd edilən səlahiyyətləri bilmiş və etibarnaməni hər hansı bir şərtlə verməmişdir. Lakin buna baxmayaraq iddiaçı etibarnamənin verilməsindən və mübahisəli mənzilin alqı-satqısında xeyli müddət keçəndən sonra hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərinizə çatdırıram ki, iddiaçı qeyri-rəsmi yaşadığı Nailə İbrahimovanın təkidi i lə etibarnaməni ləğv etdirərək, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Çünki atası evin satılmasından məlumatı olmuş və ona etibarnamə verməkdə məqsədi də, həmin mənzili satıb ona ev almaq olub. Belə ki, iddiaçı özünün və onun tanıdığı dostu və keçmiş iş yoldaşı olan makler Akif adlı şəxsə tapşırmışdır ki, mübahisəli mənzili satsın. Akif isə evin satışından çox pul istədiyi üçün atası onunla razılaşmamışdır. Sonradan başqa makler tapıb həmin mənzili satmışdır. Mənzil satıldıqdan sonar Akif adlı maklerə tapşırmışdır ki, ona 3 otaqlı ev tapsın. Akif tapdığı ev isə təmirsiz olduğu üçün almamışlar. Digər evlər isə baha olduğu üçün məcbur olub evin satışından əldə olunmuş pulla Gəncə şəhərində istifadələrində olan torpaq sahəsində özünə ev tikdirmişdir. Lakin iddiaçı tərəfindən mübahisə li mənzillə bağlı cavabdehə etibarnamə verilərkən mənzilin alqı-satqısından əldə olunmuş pulun iddiaçıya qaytarılması barədə razılaşmanı təsdiq edəcək sübutlar məhkəmələrə təqdim edilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən etibarnamə üzrə nümayəndəsi Samir Əsgərov tərəfindən verilmiş izahatla razı deyil. Çünki, həmin ərəfədə səhətində yaranan problemlərlə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməmiş və xəstəliyi ilə bağlı sənədləri sonradan məhkəməyə təqdim etmişdir. Məhz bu səbəbdən məhkəmədə nümayəndəsinin verdiyi izahatı bilməmişdir. Mübahisəli mənzil satılarkən notariat kontorunda iddiaçı yanında olmamış və alqı-satqıdan əldə olunmuş pulu iddiaçıya qaytarmamışdır. Yuxarıda qeyd etdiyi kimi iddiaçı özü ona mənzil almaq üçün etibar namə vermişdi ki, o, mübahisəli mənzili satıb özünə ev alsın. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

24. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

25. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

26. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

27. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

28. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

29. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

30. Maddə 359.3.Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. 25.

31. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilav asitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

32. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

35. Maddə: 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərt lə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmı ş sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

38. Maddə 668.1.1. Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır:

39. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

40. Maddə: 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

41. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelə rini müdafiə etməlidir.

42. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

43. Maddə: 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məh kəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərə k qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

61. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

62. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan v erən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cava bdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-661/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar