Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3931/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4307/2019 saylı, 25 dekabr 2019cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Quba Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(027)-114 7/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 7000 (yeddi min) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4307/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.G.Rəhimov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Quba Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(027)1147/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmi şdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ailəvi tanışdır və daima yaxın münasibətdə olmuşdur. 2016-cı ilin yanvar ayının ortalarında cavabdeh uşağının xəstəliyi ilə bağlı pul lazım olduğunu bildirmiş və o, 17 yanvar 2016-ci il tarixdə Cavabdeh 2000 manat borc pul vermişdir. 2016-ci ilin oktyabr ayında cavabdeh yenidən ona pul lazım olduğunu bildirib 4000 manat pul istəmişdir. O, yenidən cavabdehə 4000 manat pul vermişdir. 2017-ci ilin ortalarında cavabdeh yenidən ondan 1000 manat borc pul istəmiş və bir ay müddətində bütün aldığı borcları qaytaracağını vəd etmişdir. Cavabdehin borclu olmasını onun öz əli ilə yazdığı borc barədə əlyazmaları təsdiq edir. Cavabdeh borcunu vaxtında qaytaracağını vəd etsə də, göstərilən müddət başa çatdıqdan sonra borcun qaytarılmasını tələb etdikdə, o, müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh və vəkili Əzizov Mirzə Məhəmməd oğlu kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obye ktiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsas lanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan borca dair əlyazmadan görünür ki, İddiaçı Cavabdeh 2000 manat borc pul vermiş, sonuncu isə onu imzası ilə təsdiq edərək 2016-ci ilin mart ayında qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan borca dair əlyazmadan görünür ki, İddiaçı Cavabdeh 4000 manat borc pul vermiş, sonuncu isə onu imzası ilə təsdiq edərək 2016-ci ilin oktyabr ayında qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş borca dair əlyazmadan görünür ki, İddiaçı Cavabdeh 1000 manat borc pul vermiş, sonuncu isə onu imzası ilə təsdiq edərək bir ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan R espublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. -443.5-ci maddəsinə əsasən əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsi ni tələb edə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəflərin imzaladıqları borcla bağlı əlyazmaları sübut növü kimi qəbul edib və yuxarıda sadalanan maddi hüquq normalarını hazırkı mübahisəyə tətbiq edərək hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 7000 manat pulun verilməsi sübuta yetirilir. Lakin sübutetmə yükü baxımından pulun qaytarılmasını sübut etmək Cavabdeh üzərinə düşür. Cavabdeh isə İddiaçı ümumilikdə 900 manat pul aldığını, aldığı məbləği ona qaytardığını və ona heç bir borcunun olmadığını bildirsə də, göstərilən dəlillərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçı tərəfindən aldadıldığını, təzyiq və hədə ilə iş materiallarına əlavə edilmiş borca dair qəbzləri yazaraq imzaladığını göstərsə də bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin həmçinin Mülki Məcəllənin 529.3-cü maddəsinin tələbləri baxımından qanunauyğun olması qənaətinə gəlir. Həmin maddədə aşağıdakılar təsbit olunmuşdur: “Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir”. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4307/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxl
Məhkəmə qərarları › İş №2(102)-3931/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3931/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver