Məhkəmə qərarları › İş №2(102)-3932/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3932/2019

14.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3932/2019 14.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rüstəmov Əli Məhəmməd oğlundan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qaradağ Rayon Məhkəməsinin 2(002)-2689/2018 saylı, 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, 6371.44 əsas borc, 543.34 manat faiz olmaqla, c əmi 6914.78 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11298/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Məmmədov, X.Sarıyev və H.Həmidov) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2689/2018 saylı, 21 avqust 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11298/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ö dənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bankın “Qaradağ” filialı ilə Cavabdeh arasında bağlanmış 01.04.2016-cı il tarixli, 65 №-li “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 10 faiz dərəcəsi ilə 36 ay müddətinə, 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə öhdəlik götürsə də, öhdəliyi icra etməmiş, krediti və ona hesablanmış faizləri Banka ödəməkdən yayınmışdır. Nəticədə, onun, Banka 6.371,44 manat məbləğində əsas borcu, 543,34 manat məbləğində əsas borc məbləğinə hesablanmış faiz borcu yaranmışdır. Bank tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən d ə, Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)11298/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Azərbaycan Respublikası MPM-nin 415.2-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi q aydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İşdə olan 01.04.2016-cı il tarixli 65 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 10 (on) faiz ödəmək şərti ilə 10000 (bir min) manat məbləğində kredit verilmişdir. Bankın təqdim etdiyi arayışa görə, Cavabdeh 07.06.2018-ci il tarixə 6371.44 manat məbləğində əsas borc, 543.34 manat manat məbləğində faiz borcu, ümumilikdə 6914.78 manat məbləğində kredit borcu qalmışdır. İşdə olan 11.06.2018-ci il tarixli 14/4866 saylı bildirişlərdən görünür ki, cavabdeh bank qarşısında götürdükləri öhdəlikləri tez bir vaxtda yerinə yetirməsi barədə xəbərdar edilmişdir. İşin hallarından görünür ki, kredit borcunun ödənilməsində pozuntular olduğu üçün iddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdehlər tərəfindən müqavilə şərtlərinin pozulması halları olduğu halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, cavabdehlər borcunu qrafi kə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Cavabdehlərin müqavilə şərtlərini pozması, borcun ödənilməsinin təmin edilməsi barədə cavabdehlərə xəbərdarlıq edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (bo rclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu icranı gecikdirmə sayılmalıdır. Ona görə də borc, o cümlədən, tam borc cavabdehlər haqlı olaraq tələb edilmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir k i, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar