Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3933/2020 24.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: Ləğv prosesində olan İddiaçı X2 Cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 İddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi Açar sözlər: ekspertiza barədə vəsatət, əsaslandırılmış qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2, Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1079/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı X2 (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh2 (bundan sonra – Borcalan) arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 803YHFK saylı kredit müqaviləsinə əsasən Bank Borcalana 48 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit vermişdir. Bankla Cavabdeh1 (bundan sonra – Zamin) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 803 YHFK saylı zaminlik müqaviləsinə əsasən Zamin Borcalanın xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Bankla Zamin arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Borcalanın kredit öhdəliyinin təminatı olaraq Zaminə məxsus ünvan 1 ünvanında 0,0262 ha torpaq sahəsində yerləşən 43 saylı fərdi yaşayış evi (bundan sonra – ipoteka predmeti) ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bankla Borcalan arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli, 891YHFK saylı kredit müqaviləsinə əsasən Bank Borcalana 48 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 5700 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Zamin arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 891 YHFK saylı zaminlik müqaviləsinə əsasə Zamin Borcalanın xx xxxx 2015-ci il tarixli, 891 YHFK saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağ lı üzərinə birgə məsuliyyət götürmüşdür. İpotekanın əlavə qeydiyyatı haqqında xx xxxx 2015-ci il tarixli razılaşmaya əsasən ipoteka predmeti xx xxxx 2015-ci il tarixli, 891 YHFK saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi yüklü edilmiş, sözügedən torpaq sahəsi və fərdi yaşayış evinə dair ipotekanın əlavə qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat Bank cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavahdehlərdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6439,75 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 6694,49 manat faiz borcunun, müqavilə müddətinin sonundan xx xxx 2 019-cu il tarixədək əsas borca görə illik beş faiz dərəcəsi ilə hesablanmış 215,51 manat faiz borcunun, ümumilikdə 13349,75 manat kredit borcunun; xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4238,76 ABŞ dolları əsas borcun, 2918,13 ABŞ dolları faiz borcunun, ümumilikdə 7156,89 ABŞ dolları məbləğində kredit borcunun və məhkəmə xərclərinin tutulması, ödəmənin ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün Banka ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ipoteka predmeti olan evdə yaşayan cavabdehlərin əşyaları ilə birlikdə 1 (bir) ay müddətində çıxarılması, həmçinin evin 1 (bir) ay müddətində boşaldılması, əmlakın satışından əldə edilən vəsait göstərilən pul tələb lərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc haqqında məlumat verilmiş və onların tez bir zamanda Banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. İş üzrə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli hesabatı ilə ipoteka predmetinin bazar dəyəri 85000 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-4658/2019 nömrəli iş üzrə xx xxxxxx 20 19-cu il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddia qismən təmin edilmiş, cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6439,75 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 6694,49 manat faiz borcu, gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 215,51 manat faiz borcu, ümumilikdə 13349,75 manat kredit borcunun; xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4238,76 ABŞ dolları əsas borc, 2918,13 ABŞ dolları faiz borcu, ümumilikdə 7156,89 ABŞ dolları kredit borcunun (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 115 manatın tutulması, tələbin ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması və evin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşə n öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Borcalana vermiş, lakin sonuncu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə həmçinin Mülki Məcəllənin 470, 472-ci maddələrinə istinadən hesab etmişdir ki, iddiaçının zaminə qarşı iddia tələbi də əsaslıdır, zamin borclu i lə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda birinci isntansiya məhkəməsi Mülki Məcəllənin 445-ci maddəsinə istinadla gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsi ilə bağlı hissədə də iddianı əsaslı hesab etmişdir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanunun tələblərinə uyğun hesab etmiş, ipoteka predmetinin ilkin satış qiymətini işdə olan qiymətləndirmə rəyi əsasında 85.000 manat müəyyən etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-1079/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətn aməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və A.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə qanuni və əsaslı hesab edilmiş və dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh2 (Vəkil1 qız) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarını aydınlaşdırmamış və düzgün olmayan qətn amə qəbul olunmuşdur. İddiaçı faziləri düzgün hesablamamış, məhkəmə ekspertiza keçirilməsi barədə vəsatətlərini təmin etməmişdir. Cavabdeh Banka kifayət qədər faiz ödəmiş, Bank ödənilmiş pulları faizə silmiş, əsas borc ödənilməmiş qalmışdır. Eyni zamanda qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti çox aşağı göstərildiyi üçün evi yenidən qiymətləndirilməlidir. İpoteka predmetindən başqa yaşayış yeri yoxdur, 8 ildir həmin mənzildə ailəsi ilə yaşayır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olu nmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız kredit münasibəti üzrə Borcalan olan Cavabdeh2 şikayət vermişdir. Kassator qətnmənin tam ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, cavabdeh qətnaməni kredit borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissələrində mübahisələndirir. Mülki işə tətbi q edilən hüquq: Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddələri). MPM Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Kassasiya instansiyası məh kəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Borcalan kassasiya şikayətində əmlakların bazar dəyərinin daha çox olduğunu iddia etsə də, bu halla bağlı apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyini əsaslandıra bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı birinci instansiya məhkəməsinin keçirdiyi qiymətləndirmə üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmiş, həmin məbləğin artırılması üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin kredit borcunun tutulması hissəsində prosessual hüquq normasının pozuntusuna yol verdiyi barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6439,75 manat əsas borca müqavilə müddətinin sonuna hesablanmış 6694,49 manat faiz borcu; xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4238,76 ABŞ dolları əsas borca 2918,13 ABŞ dolları faiz borcu tələbi irəli sürmüş, birinci instansiya məhkəməsi həmin tələbi tam təmin etmişdir. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iş üzrə ekspertiza təyin edilməli, əsas və faiz borclarının düzgünlüyü yoxlanılmalıdır. Bo rcalan apelyasiya baxışı zamanı verdiyi izahatında da məhkəmə tərəfindən ekspertiza keçirilmədiyini və bununla bağlı məhkəməyə əlavə sənəd təqdim edə bilməyəcəyini qeyd etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə ekspertiza keçirilməsi barədə vəsatətə münasibət bildirmədən müşavirə otağına getmiş və şikayətin təmin olunmaması barədə qətnamə qəbul etmişdir. Məhkəmə yalnız qətnamədə bu məsələyə münasibət bildirərək, cavabdehin bu dəlili heç bir sənədlə sübuta yetirə bilmədiyini qeyd etmişdir. MPM-in 97.1-ci maddəsinə əsasən məhkəmə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Prosessual qanunvericilik işdə iştirak edən şəxslərin üzərinə məhkəməyə ünvanlanmış vəsatətlərini mütləq olaraq ayrıca sənəd şəklində təqdim etmək vəzifəsi qoymur. Bu baxımdan işdə iştirak edən şəxslər məhkəmə icraatı çərçivəsində məhkəməyə ünvanlanmış ərizə və şikayətlərində, o cümlədən apelyasiya şikayətində iş üzrə ekspertiza keçirilməsini məhkəmədən xahiş edə bilərlər. Əgər belə ərizə və şikayətlərdə şəxsin ekspertiza keçirilməsi barədə xahişi aydın ifadə edilibsə, məhkəmə həmin xahişi qanunun tələbinə uyğun verilmiş vəsatət kimi qiymətləndirməli və bundan irəli gələn prosessual vəzifələrini yerinə yetirməlidir. Təqdim edilmiş sənədin məzmunu əsasında işdə iştirak edən şəxsin mövqeyi aşkar deyilsə, məhkəmə hər bir halda bu məsələni məhkəmə iclasında iştirak edən şəxslərlə müzakirə edərək, həmin məsələyə aydınlıq gətirməlidir. MPM-in 97.1-ci maddəsi, həmçinin nəzərdə tutur ki, işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Nəzərə alınmalıdır ki, kredit borcunun qaytarılması tələbləri üzrə işə baxarkən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verildikdə məhkəmənin həmin vəsatəti mütləq qaydada təmin etmək vəzifəsi yoxdur. Məhkəmə vəsatətdə irəli sürülmüş dəlilləri əsaslı hesab edərsə, tələb olunan məbləğdə əsas, faiz və ya dəbbə pulu borcunun düzgünlüyü barədə iş materialları əsasında birmənalı qənaətə gəlmək mümkün olmazsa, yaxud iddiaçı tərəfindən tənasübsüz surətdə yüksək faiz və dəbbə pulu tələb edilərsə məhkəmə vəsatəti təminb edə bilər. Lakin MPM-in 97.1-ci maddəsinin ikinci cümləsinin tələbinə görə məhkəmə belə vəsatəti təmin etmədiyi halda bu barədə yerində müşavirə etməklə və ya z ərurət olduğu halda ayrıca akt şəklində əsaslandırılmış qərardad qəbul etməlidir. Lakin baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi ekstertiza keçirilməsi ilə bağlı cavabdehin apelyasiya şikayətində verdiyi vəsatət üzrə ümumiyyətlə qərardad qəbul etməmiş, həmin məsələyə yalnız qənamədə ümumi şəkildə münasibət bildirmişdir. Ona görə də kassasiya şikyəti qismən təmin edilməli, apelyasiya instansiyası məkəməsinin qətnaməsi qismən – kredit borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən MPM-in 97.1-ci maddəsinin tələblərinə riayət edilməklə, Cavabdeh2 apelyasiya şikayətində irəli sürdüyü ekspertiza keçirilməsi barədə vəsatət üzrə əsaslandırılmış qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM -in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1079/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən – kredit borcunun tutulması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3933/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3933/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver