Məhkəmə qərarları › İş №2(102)-3934/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3934/2019

14.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3934/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh vəkili X12 oğlunun iştirakı ilə, Cavabdeh vəkili X12 oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12085/2018 nömrəli iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.O.Talıbova) 2(011)-5659/2018 nömrəli, 20 iyul 2018-ci il tari xli qətnaməsi ilə Şəmkir rayonu, Təzəkənd kəndidə yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın əvəzi-tikinti üzrə 60.265 manat məbləğində zərər və əmtəə üzrə 36.173 manat maddi zərər, 8.000 manat məbləğində mənəvi zərər, cəmi 104.438 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və E.Y.Şamayev) 2(103)-12085/2018 nömrəli, 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyul 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yə ni Cavabdehnə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 3 otaqdan, mətbəx, sanitar qovşağı, dəhliz və qapalı eyvandan ibarət hündür kürsülü ev iddiaçıya məxsus olmuşdur. İddiaçı uzun müddət Rusiya Federasiyasında yaşadığından, həmin evə əvvəllər qohumu X9 nəzarət etmişdir. 2016-cı ilin sentyabr ayından isə həmin evə nəzarət etmək, həm də yaşamaq məqsədi ilə ünvan1 kənd sakini X4 müvəqqəti istifadəsinə vermişdir. 05.11.2016-cı il tarixdə, 16:00 radələrində X4 həyət-bacaya baş çəkmək üçün evə gəlmiş, həyətdə hər şeyin qaydasında olduğunu gördükdə evə daxil olmuş, içəriyə keçərək divarda quraşdırılmış elektrik açar vasitəsi ilə işığı yandırmaq istədikdə partlayış baş vermişdir və partlayışın dalğası onu çölə atmışdır. Evin yaxınlığından keçən diametri 32 mm-lik polad qaz boru xəttini və həmin qaz xəttindən budaqlanma verilməklə üzbəüz yerləşən fərdi yaşayış evinin qaz sayğacına yeraltı çəkilmiş 20 mm-lik polad borudan olan qaz xəttinin “Şəmkir rayon Təmir-bərpa Xidməti ərazisində 2016-cı il ərzində texniki baxış keçirilməsi nəzərdə tutulan yerüstü qaz kəmərlərinin siyahısına” və hər hansı bir qrafikə salınmasını təmin edilmədiyi üçün cavabdeh Birlik ilə “xxxx” MMC arasında 27.07.2016-cı il tarixdə bağlanmış “SOCAR **********001 11777x00005” nömrəli müqaviləyə, həmçinin həmin müqaviləyə əlavə olaraq fəaliyyət sərhədlərinin müəyyən edilməsi üzrə Razılaşma protokoluna əsasən qeyd olunan qaz xətlərinə “xxxx” MMC tərəfindən texniki baxış keçirilməmiş, hadisənin baş verməsinə texniki səbəb olmuş təhlükəli şəraitin qarşısının alınması üçün normativ aktların tələblərinə uyğun tədbirlərin görülməsi təmin edilmədiyindən diametri 20 mm olan polad qaz borusunun üzərində korroziyadan əmələ gəlmiş dəliklərdən sızan təbii qaz ona məxsus fərdi yaşayış evinin kürsü hissəsinə dolmuş və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığı 05.11.2016-cı il tarixdə, saat 17:00 radələrində otağın divarında quraşdırılmış elektrik açarını qoşaraq işığın yandırılması ilə yaranmış qığılcımın təsirindən alışaraq partlayış baş vermişd ir. Baş vermiş partlayış nəticəsində iddiaçıya məxsus ev tamamilə dağılmış, içərində olan ona məxsus illərlə əzab əziyyətlə aldığı ev avadanlıqları sıradan çıxmış, heç bir əmlak qalmamışdır. Bunun nəticəsində iddiaçıya tikinti üzrə 60.265 manat, əmtəə üzrə 36.173 manat, cəmi 96.438 manat ziyan dəymişdir. Bundan başqa baş vermiş hadisə nəticəsində o güclü ruhi gərginlik, mənəvi sarsıntı keçirmiş, onun qohumu yaralanmış, uzun müddət evsiz qalmış və yaşayış sahəsindən məhrum olmuşdur. Göstərilənlərə əsasən, ona dəymiş maddi zərərin əvəzi olaraq 96.438 manat (o cümlədən tikintiyə vurulmuş zərər - 60.265 manat; əmtəəyə vurulmuş zərər 36.173 manat), mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq isə 30 manat, cəmi isə 116.468 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh vəkili X12 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12085/2018 nömrəli iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında işt irak edən Cavabdeh vəkili X12 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında İddiaçı nümayəndəsi X2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-12085/2018 nömrəli iş ü zrə 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, iş materiallarından müəyyən edilir ki, Şəmkir rayonunun Təzəkənd kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. 05.11.2016-cı il tarixdə baş vermiş partlayış nəticəsində həmin ev tamamilə yararsız hala düşmüş, evdə olan əşyalara isə ciddi zərər vurulmuşdur. Baş vermiş fakt ilə bağlı başlanmış cinayət işi üzrə Şəmkir rayon Məhkəməsinin 06.10.2017-ci il tarixli (İş № 1(076)-102/2017) və 16.01.2018-ci il tarixli (İş № 1(076)-33/2018) hökmləri ilə cavabdeh X8 Qaz İstismar İdarəsinin Şəmkir rayonu üzrə Təmir-bərpa xidmətinin mühəndisi vəzifəsində işləyən X7 Azərbaycan Respublikasının CM-nin 225.2.-ci maddəsi ilə, həmin Xidmətin rəisi vəzifəsində işləyən X1 isə CM-nin 314.2.-ci maddəsi ilə müəyyən müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. İşə baxan apellyasiya məhkəməsi hesab etmişdir ki, yuxarıda göstərilən məhkəmə hökmləri ilə müəyyən edilmiş hal, yəni iddiaçıya məxsus evin və evdə olan əşyala rın yararsız hala düşməsinə səbəb olan partlayışın cavabdeh Birliyin əməkdaşlarının cinayət əməli nəticəsində baş verməsi faktı bir daha sübut olunmamalıdır. Belə olan halda, iddiaçı, cavabdeh tərəfindən ona qarşı törədilmiş delikt nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hü ququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.02.2017-ci il tarixli 24665 nömrəli ekspert rəyindən görünür ki, ünvan1 kəndində yerləşən və iddiaçıya məxsus fərdi yaşayış evində baş vermiş partlayış yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa və yenidənqurma işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 60.265 manat məbləğində müəyyən ed ilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 960 nömrəli 27.02.2017-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus evdə 05.11.2016-cı il tarixdə baş vermiş partlayış nəticəsində, dəymiş ziyan əmtəə üzrə pərakəndə satışda mövcud olan analoji mallar üzrə təqdim edilmiş məlumatlara əsasən dəymiş ziyanın məbləği köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 36.173 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin törətdiyi delikt nəticəsində iddiaçıya məxsus yaşayış evi yararsız vəziyyətə düşmüş, evdə olan əşyalar isə məhv olmuşdur. Baş vermiş bu hadisə ilə bağlı iddiaçının sarsıntı və iztirab keçirməsi şübhəsizdir. Mənəvi zərərin əvəzi olaraq ödəniləcək məbləğə gəldikdə isə qeyd edilməlidir ki, Rayon Məhkəməsi tərəfindən mənəvi zər ərin əvəzi olaraq müəyyən edilmiş məbləğ (8.000 manat) ağlabatan və ədalətli məbləğdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə görə, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı t örədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. H əmin Qərarın 4-cü bəndinə görə, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 8-ci bəndində görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbl i əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarının 10-cu bəndinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun n əticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsa sən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmad ığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12085/2018 nömrəli iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh vəkili X12 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12085/2018 nömrəli iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar