Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3934/2020 05.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3934/20 (Açar sözlər: avtomobilə ödənilmiş pulun geri tələb edilməsi) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 il tarixli 2(105) -629/2020 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı özü Bakı şəhərində yaşayır.
2. Xaçmaz şəhəri, R.Axundov küçəsi, ev 63-də yaşayan cavabdeh 1991-ci il təvəllüdlü Cavabdeh 2018-ci ilin fevral ayında Qaz 31 markalı “99-LX392” dövlət qeydiyyat nişanlı minik avtomobilini 5600 manata nisyə almağa almağa sonuncu ilə razılığa gəlib.
3. İddiaçı cavabdehə 2400 manat ilkin ödəniş etmək, hər ay da 200 manat ödəməklə avtomobili mülkiyyətinə keçirməli idi.
4. İddiaçı 2018-ci ilin mart ayından başlayaraq 5 ay ərzində cavabdehə əlavə 1000 manat da ödəmişdir.
5. Bütün bu əməliyyatlar avtomobilin mülkiyyətçisi olan digər şəxs – X4 adından iddiaçıya verilən etibarnamə (avtomobili yalnız sürmək üçün) ilə rəsmiləşmişdir.
5. Sonradan avtomobilin mülkiyyətçisi olan digər şəxs – X7 avtomobili iddiaçıdan geri almışdır. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat məbləğində pulun, 1456 manat məbləğində əldən çıxmış faydanın, 35.20 manat məbləğində məhkəmə məsrəflərinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini sonradan dəyişib, Cavabdeh 3500 manat məbləğində pulun, 4200 manat məbləğində əldən çıxmış faydanın, 35.20 manat məbləğində məhkəmə məsrəflərinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
8. İddia tələbi onunla əsaslandırılıb ki, Xaçmaz şəhəri, R.Axundov küçəsi, ev 63-də y aşayan cavabdeh 1991-ci il təvəllüdlü Cavabdeh sosial şəbəkələrdən tanış olduğu, Quba şəhəri, Qaqarin küçəsi, ev 44-də yaşayan X3 2017-ci ilin oktyabrında Qaz 31 markalı “99LX392” dövlət qeydiyyat nişanlı minik avtomobilini 5600 manata almışdır. Cavabdeh H.Hüseynova 1800 manat ilkin ödəniş edərək, hər ay sonuncuya 200 manat kredit ödəmək və son nəticədə pulu tam ödədikdən sonra avtomobilin mülkiyyətinə keçirməsi barədə şifahi razılıq əldə edib. 9. 3600 manat olmaqla, Cavabdehla H.Hüseynov borc müqaviləsi rəsmiləşdirmişlər.
10. Cavabdeh 3 ay kredit borcunu ödədikdən sonra işdən çıxması səbəbindən avtomobili satmaq qərarına gəlmişdir.
11. Məhz bundan sonra 2018-ci ilin fevral ayında Cavabdeh həmin avtomobili Saleh Cəlilovun vasitəçiliyi ilə 5000 manata iddiaçıya satmışdır.
12. İddiaçı cavabd ehə 2500 manat ilkin ödənişetmişdir. Qalan 2500 manat borcu da ona hər ay 200 manat ödəmək şərtilə şifahi razılaşmışlar.
13. Cavabdeh maşını İddiaçı satdığını maşının sahibindən məqsədli şəkildə gizlətmişdir.
14. Cavabdeh avtomobilin sahibini aldadaraq ona İddiaçı onun xalası olduğunu bildirmiş və avtomaşını idarə etmək üçün etibarnamə almışdır.
15. İddiaçı 2018-ci ilin mart ayından başlayaraq 5 ay ərzində Cavabdeh 1000 manat pul ödəmişdir. 16. 2018-ci ilin avqust ayında avtomobilin sahibi tərəfindən iddiaçıya verilmiş etibarnamənin müddəti bitmişdir.
17. İddiaçı cavabdehin onun telefona cavab verməməsi səbəbindən S.Cəlilovun vasitəçiliyi ilə avtomobilin mülkiyyətçisi H.Hüseynovu tapmışdır. H.Hüseynov onu dinlədikdən sonra maşını ona satmadığını, maşını 3600 manat borc müqaviləsi üzrə Ca vabdeh kreditlə verdiyini, Cavabdeh ona 600 manat qiymət fərqi və iki aylıq 400 manat kredit borcu olduğunu, buna görə də iddiaçıya etibarnamə verməyəcəyini bildirmişdir.
18. Uzun mübahisədən sonra iddiaçı avtomobilin sahibi H.Hüseynovla avtomobilin pulunun onun ödənilməsi barədə razılığa gəlmiş, H.Hüseynov iddiaçıdan 200 manat aylıq kredit borcunu aldıqdan sonra xx.xx.2018-ci il tarixdə ona maşını idarə etmək üçün sonuncuya etibarnamə vermişdir.
19. H.Hüseynov Cavabdeh ona xeyli borcu olduğuna görə iddiaçıdan gizli gəlib, avtomobili iddiaçının yaşadığı binanın həyətindən aparmış və başqasına satmışdır.
20. Cavabdeh ilkin olaraq 2500 manat, sonra da beş ay ərzində ondan 1000 manat məbləğində pul almaqla, ümumilikdə iddiaçının 3500 manatını mənimsəmişdir.
21. İddiaçı “xxxxxxxxxx” MMC-nin Ba kı topdansatış departamentində satış təmsilçisi işləməklə, aylıq orta əmək haqqı, satış planından asılı olaraq, ştat cədvəlinə əsasən 525 manat təşkil etmişdir.
22. İddiaçının işi bilavasitə avtomobillə əlaqəli olduğu üçün o, cavabdehin təqsirli hərəkətləri nəticəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi, üzürsüz səbəbdən iş buraxmış və ona 8 ayda orta hesabla 4200 manat maddi ziyan dəymişdir. O, bu gün də işə çıxa bilmir, buna görə də cavabdeh ona vurduğu ziyanı ödəməlidir.
23. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə istinad etmişdir.
24. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iştirak etməmiş, məhkəməyə onun yazılı etirazı daxil olmamışdır.
25. Xaçmaz Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edi lməsi haqqında xx xxxxxx 2018-ci il tarixli qərarından müəyyən olunur ki, Xaçmaz şəhəri, R.Axundov küçəsi, ev 63-də yaşayan Cavabdeh Quba rayon sakini X2 5600 manata ilkin ödəniş kimi kimi 1800 manat verərək, ayda 200 manat ödəmək şərtiləavtomaşın almışdır.Lakin maddi çətinliyi ilə əlaqədar aylıq ödənişləri verə bilmədiyinə görə Cavabdeh həmin avtomaşını Bakı şəhərində yaşayan İddiaçı 5000 manata, ilkin ödəniş kimi 2400 manat, ayda isə 200 manat vermək şərtilə satmışdır. Əliosmanov ilkin ödəniş kimi İddiaçı 2400 manat, sonra da beş ayda aylıq 200 manat olmaqla 1000 manat alaraq H.Hüseynova göndərmişdir. Bundan sonra İddiaçı pulun verilməsini gecikdirdiyinə görə H.Hüseynov avtomobili ondan icazəsiz öz həyətinə aparmışdır.
26. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3400 manat məbləğində maddi zərər, 4200 manat məbləğində əldən çıxmış fayda, ödənilmiş 30 manat dövlət rüsumunun yarısı kimi 15 manat məbləğində pul, cəmi 7615 manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim İlkin Xəlilov)
27. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Cavabdeh H.Hüseynova 1800 manat ilkin ödəniş edərək, hər ay ona 200 manat kredit ödəmək və son nəticədə pulu tam ödədikdən sonra avtomobili mülkiyyətinə keçməsi barədə şifahi razılaşma əldə edərək avtomobil aparmışdır. Sonradan Cavabdeh ödənişləri ödəyə bilmədiyinə görə həmin avtomaşını Bakı şəhərində yaşayan İddiaçı 5000 manata, ilkin ödəniş kimi 2400 manat, ayda isə 200 manat vermək şərtilə sataraq, İddiaçı əvvəlcə 2400 manat, sonra da beş ayda aylıq 200 manat olmaqla 1000 manat alaraq H.Hüseynova göndərmiş, bundan sonra İddiaçı pulun verilməsini gecikdirdiyinə görə H.Hüseynovun avtomobili ondan icazəsiz öz həyətinə aparmışdır. Avtomobil aparıldığı üçün iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi üzrsüz səbəbdən iş buraxmışdır.
28. Məhkəmə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 3400 manat maddi ziyan vurulduğunun, həmçinin, cavabdeh tərəfindən avtomaşına görə mülkiyyətçiyə verilməli olan pulun ödənilməməsinə görə mübahisəli avtomaşının mülkiyyətçisi tərəfindən həyətdən götürülməsi nəticəsində iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi üzrsüz səbəbdən iş buraxmasının və həmin dövr ərzində 4200 manat əmək haqqından məhrum edilməsinin tam sübuta yetirildiyi qənaətinə gəmişdir.
29. Məhkəmə Mülki Məcəllənin 21, 385.1, 442, 443.1, 445.2.1, 445.3, 448.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
29. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib.
30. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, cavabdeh iddiaçıdan aldığı 3400 manatı avtomobili sahibi H.Hüseynova verib. Bu fakt polisdə araşdırma zamanı H.Hüseynovun izahatı ilə də təsdiq edilib.
31. Bundan əlavə, iddiaçının əvvəllər işlədiyi “xxxxxxxxxx” MMC-dən məhz mübahisəli avtomobildən məhrum olması səbəbindən işdən çıxaması barədə heç bir sübut yoxdur. Amma məhkəmə əldən sıxmış fayda tələbini buna görə təmin etmişdir.
32. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 il tarixli 2(105)-629/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi 4200 manat əldən çıxmış faydanın ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi 4200 (dörd min iki yüz) manat məbləğində əldən çıxmış faydanın ödənilməsi hissəsində rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və X8)
33. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəlləni n 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (Mülki Məcəllənin 600.1., 600.4.maddələri). Mülki Məcəllənin 601.1. maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bu normaların mənasına görə tərəflər alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi nəzərdə tutula bilər ki, buna əşyaların nisyə satışı deyilir.
34. Apelyasiya məhkəməsinin mövqeyinə görə əşyaların qabaqcadan ödənilməsi halında müqavilənin əsas şərti olan ödənilmiş əşyanın alıcıya verilməsi vəzifəsinin icrası satıcının üzərinə düşdüyü halda, əşyaların nisyə satışında müqavilənin əsas şərti olan ödənilmədən qəbul edilmiş əşyanın ödənilməsi vəzifəsi alıcının üzərinə düşür.Buna görə də əşyaların qabaqcadan ödənilməsini nəzərdə tutan müqavilənin ödənilmiş əşyanın verilməsi ilə bağlı pozuntulara görə satıcı üçün yaranmış əlverişsiz hüquqi nəticələr, əşyanın nisyə satılması haqqında müqavilənin ödənişsiz qəbul edilmiş əşyanın ödənilməsi ilə bağlı pozuntulara görə yaranan eyni əlverişsiz hüquqi nəticələr alıcının üzərinə düşür. Öhdəliyə əsasən bir şəxs ( borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.(Mülk iMəcəllənin 385.1.,386.1-cimaddələri) Qeyd olunduğu kimi tərəflər arasında avtomobilin nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə tərəflər əşyanın qiyməti, ödəniş qaydası, müddətləri və məbləği haqqında mühüm şərtlər barəsində razılığa gəldikləri halda, ödənişin həyata keçirilməməsi səbəbindən mübahisəli avtomobil onun mülkiyyətçisi tərəfindən İddiaçı alınmışdır.
35. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin 3400 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
36. Bununla belə, apelyasiya məhkəməsi 4200 manat əldən çıxmış faydanın ödənilməsi ilə bağlı iddianın təmin edilən hissəsi ilə razılaşmamşıdır.
37. Həmin hissədə apelyasiya məhkəməsi müəyyən etmişdir ki, xx xxxxxxxx 2018ci il tarixdə “xxxxxxxxxx” MMC-nin Satış Departamentinin Bakı Pərakəndə Satış Şöbəsinin şatış təmsilçisi İddiaçı 3 gün ərzində işə gəlmədiyi günlərlə bağlı müvafiq sənəd təqdim etməsi barədə xəbərdarlıq edilmiş və xx xxx 2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndi nə əsasən xitam verilmişdir.
38. Apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, əldən çıxamış fayda tələbi sübuta yetirlmir. Çünki iddiaçı ilə bağlanmış əmək müqaviləsi sonuncunun əmək funksiyasını və müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsi əsası ilə xitam verilmişdir. Həmçinin iddiaçının ərizəsində qeyd etdiyi avtomobil onun mülkiyyətçisi tərəfindən sentyabr ayında aparılmış, onunla əmək müqaviləsi isə bundan təxminən 8 ay sonra yuxarıda qeyd olunan əsasla pozulmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh qətnamədən kassasiya şikayəti verib.
40. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilərinə uyğun belə əsaslandırılıb ki, cavabdeh iddiaçıdan aldığı 3400 manatı avtomobilin sa hibi H.Hüseynova verib. Bu fakt polisdə araşdırma zamanı H.Hüseynovun izahatı ilə də təsdiq edilib. Buna görə də 3400 manat pul ondan tutula bilməz. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
41. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
42. Məhkəmə iclasında Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv, iddianın bütünlüklə rədd eilməsini xahiş etdilər.
43. İddiaçı nümayəndəsi X5 məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tət biq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüq uqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşül ür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3.Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini də apelyasiya məhkəməsinin qətnaməsinin həmin hissəsi təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
48. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
49. Apelyasiya instansiyası işin faktiki hallarına əsasən cavabdeh Y.Əlismanovun İddiaçı əvvəlcə 2400 manat, sonra da beş ayda aylıq 200 manat olmaqla 1000 manat, ümumilikdə 3400 manat almasını müəyyən edib. İşin bu halı mübahisəsizdir. Bu faktı cavabdeh də özü də polisdə araşdrıma zamanı etiraf edib.
50. Cavabdeh tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçıdan aldığı 3400 manatı avtomobilin sahibi H.Hüseynova verib. Polisdə araşdırma zamanı H.Hüseynov 3400 manatı cavabdehdən aldığını təsdiq edib. Cavabdeh bu fakta əsaslnaraq 3400 manat pulun ondan tələb edilməsini qanunsuz sayır.
51. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəili ilə eyni olan bu dəlili qəbul etmir.
52. Əvvəla, apelyasiya məhkəməsi bu dəillə qiymət verib və 3400 manatın məhz cavabdeh Y.Əlismanova ödənilməsinə əsaslanaraq, həmin pulun da sonuncudan tutulmalı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün sayıb.
53. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, 3400 manat pulu iddiaçının cavabdehə verməsi işin mübahisəsiz halı kimi müəyyən edildiyi üçün, iddiaçı da həmin pulu cavabdehdən tələb edə bilər.
54. Cavabdehin 3400 manatı avtomobilin sahibi H.Hüseynova verməsi isə sonuncuların öz arasında yaranan öhdəlikdir, bu öhdəliyin isə iddiaçıya aidliyi yoxdur.
55. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddianın qeyd edilən hissədə təmin edilməsi Mülki Məcəllənin tətbiq edilən maddələrinə uyğun olmuşdur. İşin müəyyən edilmiş halları Mülki Məcəllənin qeyd edilən normlarının dispozitiv şərtləri ilə üst-üstə düşür.
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəd ə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 il tarixli 2(105)-629/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.