Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3937/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı İKB ASC-nin vəkili X1 və Cavabdeh1 vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)571/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(077)-78/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.M.Həsənov) iddiaçı “xxxx” İKB ASC Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması” barədə ilk iddiası qismən təmin, Cavabdeh2 İddiaçı İKB ASC qarşı “kredit və zaminlik müqavilələrinə əlavənin hissəvi etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiası tam təmin edilərək, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi və həmin kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh3 əsas borca görə 13.837,41 ABŞ dolları; faiz borcuna görə 9.570,32 ABŞ dolları; hesablanmış cəriməyə görə 30 ABŞ dolları, cəmi 23.437,73 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, həmçinin xx xxxx 2015-ci il və xx xxxxxxx 2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavələrin Cavabdeh2 aid olan hissədə e tibarsız hesab edilməsi və xx xxxxxx 2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqavilələri üzrə onun zaminliyinə xitam verilməsi qət edilib. İddiaçı təşkilat və Cavabdeh1 ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri veriblər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)571/2020 saylı qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, L.M.Məmmədova və F.Ə.Məmmədov) apelyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Şuşa Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək, kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh3 ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 13.837,41 ABŞ dolları; faiz borcuna görə 9.570,32 ABŞ dolları, hesablanmış cəriməyə görə 30 ABŞ dolları olmaqla, cəmi 23.437,73 ABŞ dol ları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh1 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qarşı ilk iddia qaldıraraq, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqavilələri üzrə əsas borca görə 13.837,41 ABŞ dolları, faiz borcuna görə 9.570,32 ABŞ dolları, hesablanmış cəriməyə görə 482,05 ABŞ dolları olmaqla, cəmi 23.889,78 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda Cavabdeh2 məhkəmədə İddiaçı İKB ASC-yə qarşı iddia qaldıraraq, xx xxxx 2015-ci il və xx xxxxxxx 2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqavilələrinə əlavələrin ona aid olan hissəsində etibarsız hesab edilməsi və xx xxxxxx 2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqavilələri üzrə onun zaminliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ilk iddianın qismən təmin edilməsi hissəsində ləğv edilib, həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 vəkili Şaiq Rəhmanov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı İKB ASC-nin vəkili Natiq Məmmədov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr d ə üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edərkən, tərəflər arasında kredit, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibtlərinin yaranmasına, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə, onun iddiaçı təşkilat yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun yaranmasına, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən tutulacaq kredit borcunun milli manata məzənnədə ifadə edilməməsinə, Cavabdeh2 münasibətdə zaminlik müqaviləsinə xitam verilməsi üçün əsasların əmələ gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 442, 445.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsasl andırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 19.000 ABŞ dolları kredit verilib. xx xxxxxxx 2015-ci il tarixli əlavə sazi şə əsasən kreditin müddəti xx xxxxxxx 2020-ci il tarixədək müəyyən edilib. xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanıb. xx xxxxxx 2018-ci il tarixədək Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixə iddiaçı təşkilata ödənilməmiş 13.837,41 ABŞ dolları əsas, 9.570,31 ABŞ dolları faiz və hesablanmış 482,05 ABŞ dolları cərimə olmaqla, cəmi 23.889,78 ABŞ dolları kredit borcu vardır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh1 iddiaçı təşkilata xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə əsas borcu 13.837,41 ABŞ dolları, faiz borcu 9570,32 ABŞ dol ları təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli digər rəyinə görə Cavabdeh1 iddiaçı təşkilata xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə əsas borcu 13.837,41 ABŞ dolları, faiz borcu 9.570,32 ABŞ dolları müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları araşdırıb müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə iddiaçı təşkilat Cavabdeh2 qarşı qanunla müəyyən edilmiş müddətdə tələb irəli sürməyib. Ona görə də qeyd olunan kredit müqaviləsi üzrə zamin Cavabdeh2 münasibətdə qarşılıqlı iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Cavabdeh1 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətini n dəlillərini araşdırıb apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki mübahisə əslində iddiaçı təşkilatla Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən əmələ gəlmişdir və həmin müqaviləyə görə iddiaçı təşkilat tərəfindən Cavabdeh1 24 ay müddətinə 19.000 ABŞ dolları kredit verilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə- onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyy əti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi dədaxil olmaqla, zamin kreditor qarşısında borclu iləeyni həcmdəməsuliyyətdaşıyır. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, borclu Cavabdeh1 kre dit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, həmçinin Cavabdeh3 kredit müqaviləsi üzrə zamin kimi üzərinə öhdəlik götürməsi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən tutulan kredit borcunun ödənilməsinin milli manata məzənnə ifadə edilməməsi, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla, ekspert rəyləri ilə tam təsdiq edildiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək, sadalanan maddi hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdeh1 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin iş ə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, əsas, faiz borcunun düzgün hesablanmamasını, ekspertin rəyləri ilə razılaşmamasını və sair göstərsə də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı say ır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-571/2020 saylı qətnaməsi Cavabdeh1 kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3937/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3937/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver