Məhkəmə qərarları › İş №2(102)-3938/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3938/2022

09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3938/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3938/2022 (Açar sözlər: kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması, buraxılmış müddətin üzürlü hesab edilməməsi) Bakı şəhəri 9 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzil tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı mənzilin yenidən qiymətləndirilməsi, həmin qiymətə uyğun qalıq b orcunun müəyyən edilməsi, həmin borca uyğun ödənilməmiş pulun cavabdehdən alınması və yaxud mənzilin açıq hərracdan satılaraq əldə olunmuş pulun bölüşdürülməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11109/2021 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 9 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(103)-11109/2021 nömrəli qətnaməsi poçt vasitəsi ilə tərəflərə göndərilmiş, Cavabdeh poçt göndərişinin xəbərnaməsini 25 dekabr 2021-ci il tarixdə imza etməklə qətnaməni rəsmi qaydada qəbul etmişdi r.

2. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(103)-11109/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 3. 03.04.2022-ci ildə Cavabdeh yenidən kassasiya şikayəti və qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AN-İ ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə 30000 manat puldan 20.000 manatını ödədiyini nəzərə alaraq qalan 10.000 manat pulu ödədiyi anda ona məxsus mənzilin boşaldaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh isə İddiaçı qarşı “mənzilin yenidən qiymətləndirilməsi, həmin qiymətə uyğun qalıq borcunun müəyyən edilməsi və s. barədə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyət üzrə adına olan Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin 25 nömrəli mənzilinin ½ hissəsini təşkil edən 1 otağın məhkəmə tərəfindən yenidən qiymətləndirilməsi və həmin qiymətə uyğun cavabdehin iddiaçıya olan qalıq borcunun müəyyən edilməsi, bundan sonra cavabdeh ona həmin müəyyən olunacaq məbləği (onun başqa mənzil üçün verdiyi beh məbləğ də nəzərə alınmaqla) ödəyəcəyi təqdirdə həmin evin ona verilməsi, əgər cavabdeh bununla razılaşmazsa, o zaman mənzilin məhkəmə tərəfindən müəyyən olunacaq satış qiymətinə uyğun satışa çıxarılması, satışın və satışdan əldə olunacaq vəsait hesabına cava bdehin ona verdiyi 20.000 manat puldan, ona vurulan maddi zərər olaraq 1000 manat (beh verdiyi pul) çıxıldıqdan sonra, yerdə qalan hissəsinin, yəni 19.000 manat pulun cavabdehə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2217/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) ilk iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 2 saylı notariat kontorunda 4Ə51 N-li reyestr üzrə təsdiq edilmiş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə “Alıcı” İddiaçı “Satıcı” Cavabdeh xeyrinə 10000 (on min) manat tutulmaqla Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 saylı evin 25 saylı, sahəsi 23,0 kv.m olan 1 otaqlı mənzilinin (evin 1/2 hissə si) boşaldılaraq İddiaçı təhvil verilməsi, qətnamənin İddiaçı Cavabdeh xeyrinə 10000 (on min) manatın tutulması və Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 saylı evin 25 saylı, sahəsi 23,0 kv.m olan 1 otaqlı mənzilinin (evin 1/2 hissəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi hissələrində eyni vaxtda icra olunması, qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) 15 dekabr 2021-ci il tarixli, 2(103)-11109/2021 nömrəli qə tnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) 2(103)-11109/2021 nömrəli, 15 mart 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, şikayət verilərkən elektron qaydaya riayət edilməmiş, yəni, kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, əl imzası ilə imzalanmaqla poçt vasitəsilə təqdim edilmişdir. Həmçinin kassasiya şikayətinin qoşmasında dövlət rüsumunun ödənilməsinə dair qəbz göstərilsə də, zərf açılarkən aşkar edilməmiş, bu barədə Bakı Apellyasiya Məhkəməsinin dəftərxanası tərəfindən akt tərtib edilmişdir.

12. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iş materiallarına əsasən Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surətini rəsmi qaydada xx.xx.2021-ci il tarixdə almışdır. Lakin, kassasiya şikayəti apellyasiya məhkəməsinə xx.xx.2022-ci il tarixdə, yəni kassasiya şikayəti vermə müddəti bitdikdən sonra daxil olmuşdur. Kassasiya şikayətinə əlavə olunmuş poçt qaiməsində onun rabitə müəssisəsinə xx.xx.2022-ci il tarixdə təqdim olunduğu qeyd edilsə də, həmin qaimənin və eləcə də zərfin üzərində rabitə müəssisəsinin möhürü olmadığından məhkəmə kollegiyası kassasiya şikayət inin həqiqətən də xx.xx.2022-ci il tarixdə verilib-verilmədiyini müəyyən edə bilməmişdir. 13. 03.04.2022-ci ildə Cavabdeh yenidən kassasiya şikayəti və qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) 2(103)-11109/2021 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayət vermə müddətinin bərpasına dair Cavabdeh ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Cavabdeh apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin surətini rəsmi qaydada xx.xx.2021-ci il tarixdə almışdır. Lakin, kassasiya şikayəti apellyasiya məhkəməsinə xx.xx.2022-ci il tarixdə, yəni kassasiya şikayəti vermə müddəti bitdikdən sonra daxil olmuşdur. Kassasiya şikayətinə əlavə olunmuş poçt qaiməsində onun rabitə müəssisəsinə xx.xx.2022-ci il tarixdə təqdim olunduğu qeyd edilsə də, həmin qaimənin və eləcə də zərfin üzərində rabitə müəssisəsinin möhürü olmadığından məhkəmə kollegiyası kassasiya şikayətinin həqiqətən də xx.xx.2022-ci il tarixdə verilibverilmədiyini müəyyən edə bilməmiş, şikayət həmin müddət ötürülməklə verildiyindən, vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədiyindən geri qaytarılmışdır. Kassasiya şikayətinin qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərardad cavabdehin vəkili Vəkil elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, cavabdehin özü tərəfindən isə rəsmi qaydada xx.xx.2022-ci il tarixdə məhkəmə bildirişini imzalamaqla qəbul edilmişdir. Prosessual müddətin bərpası barədə ərizə Bakı Apellyasiya Məhkəməsinə elektron qaydada xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayəti vermə müddəti cavabdeh tərəfindən ötürülmüşdür. Əslində cavabdeh də prosessual müddəti buraxdığını qəbul etmiş və məhkəmədən buraxılmış müddətin üzrlü sayılmaqla bərpa olunmasını xahiş etmişdir. Lakin cavabdeh prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı digər əsaslara istinad etməmiş, ərizəyə bununla əlaqədar hər hansı sübut əlavə etməmişdir.

16. Məhkəmə öz möv qeyini Mülki Prosessual Məcəllənin 133.1, 133.5, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh qız kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti üzrə şikayət vermək müddəti cavabdeh tərəfindən ötürülmüş sayıla bilməz. Çünki, ötürülmüş müddət kassasiya şikayətinin geri qaytarılması nəticəsində yaranıb və hər dəfə məhkəmənin göstərişlərinə uyğun nöqsanlar aradan qaldırılaraq məhkəməyə tam qaydasında müraciətlər edilib. Kassasiya şikayəti vermək, məhkəmədə müdafiə olunmaq cavabdehin konstitusion hüququdur. Məhkəmənin qərardadı üzrə düzgün olmayan mövqeyi cavabdehin həmin konstitusion hüququnun pozulması deməkdir. Müddətin ötürülməsi barədə ərizədə müddətin bərpası məhkəmədən xahiş edilməmiş, həmin müddətin cavabdehə münasibətdə ötürülmüş hesab edilmədiyi diqqətə çatdırılmışdır.

19. Məhkəmə iş üzrə düzgün araşdırma aparmamış və cavabdehin kassasiya şikayətinin göndərilməsini həyata keçirmiş rabitə müəssisənin qaiməsində möhürün olmaması səbəbi ilə kassasiya şikayətinin geri qaytarılması məhkəmənin hazırkı qərardadının düzgün olduğuna dəlalət edə bilməz. Kassasiya şikayətinin faktiki olaraq vaxtında məhkəməyə göndərildiyi sənədlərlə öz təsdiqini tapır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

21. Maddə 129.1 İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

22. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

24. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Mad də 135.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

26. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.

27. Maddə 135.5 Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

28. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.

29. Maddə 408.5 Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

30. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab ed ilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkə mə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla, iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

37. Kassasiya şikayəti verilməsi üçün q anunvericilikdə nəzərdə tutulmuş müddətin kassasiya şikayətinin geri qaytarılması nəticəsində yaranması barədə şikayətin dəlilinə münasibətdə qeyd edilməlidir ki, MPM-in 408.5-ci maddəsində həmin Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxsin yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququ nəzərdə tutulsa da, qanunla nəzərdə tutulmuş 2 aylıq prosessual müddətin axımının həmin qətnamədən verilmiş şikayətinin hər hansı səbəbdən geri qaytarıldığı halda, yenidən başlamalı olması göstərilməmişdir. Həmçinin qeyd edilməlidir ki, 2 aylıq prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulduğundan, ka ssasiya şikayətinin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun verilməməsi 2 aylıq prosessual müddətin axımının kəsilməsinə səbəb ola bilməz.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11109/2021 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: İlqar Xələfov Ələsgər Əliyev İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar