Məhkəmə qərarları › İş №2(102)-3938/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3938/2024

27.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3938/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI (Açar sözlər: Torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı torpaq sahəsindən istifadə etməsinə törədilən maneənin aradan qaldırılması tələbinə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1091/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi (bundan sonra mübahisəli torpaq sahəsi) üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********04-10301 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

2. Bundan əvvəl İddiaçı Cavabdeh qarşı iddia verərək, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, döngə 1, ev 9 ünvanda seriya RX ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılar aq onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, 13 iyul 2013-cü il tarixli, həyətyanı sahənin alqı-satqısına dair müqavilənin və onun əsasında İddiaçı adına verilmiş 31 yanvar 2015-ci il tarixli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.1. Abşeron Rayon Məhkəməsinin 2(013)-161/2017 saylı 29 mart 2017-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi döngə 1 ev 9 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 48 kv.m. hissəsində qanunsuz inşa edilmiş 1 metr hündürlüyündə, 3,0x2,5 me tr ölçüdə mişar daşdan pilləkənin onun hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınıb iddiaçının qanuni sahibliyinə verilməsi, qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. 2.2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsində qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin onun sahibliyinə qaytarılması” barədə iddiasının təmin olunmaması, Cavabdeh iddiasının qismən təmin olunması, tərəflər arasında imzal anmış 13 iyul 2013-cü il tarixli, 4Ə/-2906 saylı alqı-satqı müqaviləsi və İddiaçı adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışın 52 kv.metr torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. 2.3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2017ci il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 2.4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılmışdır. 2.5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2019 cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2019-cu il tarixli qətnaməsi qismən - 3,0 x 2,5 metr ölçüdə pilləkənin sökülməsi hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissələrdə, yəni İddiaçı iddiasının təmin olunmuş qalan hissəsində, eləcə də, Cavabdeh iddiasının rədd olunması hissəsində kassasiya şikayətinə münasibətdə dəyişdirlmədən saxlanılmışdır. 2.6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 29 mart 201 7-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 2.7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Bundan sonra Cavabdehlər İddiaçı və Abşeron Rayon 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AN İ № ******* saylı, 13 iyul 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı çıxarışa və qeydiyyat vəsiqəsinə qanunsuz olaraq salındığından həmin müqavilənin, çıxarışın və qeydiyyat vəsiqəsinin qismən, 25 kv.m. torpaq sahəsi hissəsi həcmində ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 3.1. Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(012)-4796/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. 3.2. Həmin iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2023-cü il tarixli, 2(105)-824/2023 nömrəli qətnaməsi, kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3980/2023 nömrəli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında seriya RX ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0,02 ha tor paq sahəsindən cavabdeh tərəfindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(013)-161/2017 saylı 29 mart 2017-ci il tarixli qətnaməsi icra məmurları tərəfindən icra olunmuşdur. Lakin cavabdeh onun mülkiyyətində olan mübahisəli torpaq sahəsində təmir tikinti işləri aparmağına maneələr törədir. Bununla bağlı dəfələrlə polisə və 102 xidmətinə müraciətlər ünvanlanmasına baxmayaraq, nəticəsi olmamışdır.

6. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı çəkmə k istədiyi hasar divarı ona məxsus olan mübahisəli torpaq sahəsinin koordinatları daxilindədir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 10/4787 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, iddiaçının çəkmək istədiyi hasar divarının ona məxsus olan mübahisəli torpaq sahəsinin koordinatları daxilinə düşüyü müəyyən edilmişdir.

8. Bakı Şəhəri Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(012)35/2024 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iş üzrə ekspertiza xərci olan 50 manat pulun cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, iddiaçı ona məxsus olan mübahsəli torpaq sahəsinin koordinatları daxilinə düşən hissədə hasar çəkmək istəsə də, cavabdeh buna maneçilik etmişdir.

10. Məhkəmə cavabdehin iddiaya etirazının dəlillərinə münasibətdə qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı zəbt edilmiş 48 kv.m. torpaq sahəsində inşa edilmiş 01 m. hündürlüyündə 3,0 x 2,5 m. ölçüdə m işar daşından pilləkənın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qeyri-qanuni sahibliyindən alınıb iddiaçının qanuni sahibliyinə qaytarılması, torpaq sahəsinin alğı-satqısının etibarsız hesab edilməsi və s. barədə cavabdehin qarşılıqlı iddiası isə təmin edilməmişdir. Yəni cavabdehin mübahisələndiridiyi öz evinə giriş-çıxış üçün nəzərdə tutulan pilləkən hissəsinin sökülməsi barədə qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur.

11. Məhkəmə hesab etmişdir ki, işin müəyyən edilən faktiki hallarına, maddi hüquq normalarının tələblərinə əsasən iddia tələbi təmin edilməli, iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29.2- ci maddələri, Mülki Məcəllənin 152.1, 157.4, 239.2-ci maddələrinin, Torpaq Məcəlləsinin 84-cü maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 10/4787 nömrəli ekspert rəyini əsas götürsə də, məhkəmə nəzərə almamışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2020-ci il tarixli, 1079 saylı rəyi ilə müəyy ən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən ünvan 3 ünvanında cavabdehə **********9110301 reyestr nömrəli və ünvan 4 ünvanında iddiaçıya **********04-10301 reyestr nömrəli çıxarışla ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təqdim olunmuşdur. Onun faktiki istifadəsində olan 0,0239 ha torpaq sahəsinin 0,01 ha hissəsi Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən ünvan 3 ünvanında cavabdehə **********91-10301 reyestr nömrəli çıxarışla ayrılmış 0,01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Cavabdehin faktiki istifadəsində olan 0,0239 ha torpaq sahəsində 125 kv.metrlik tikilisi (yaşayış evi) mövcuddur. Həmin tikilinin 89 kv.metr hissəsi Dövlət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən ünvan 3 ünvanında cavabdehə **********91-10301 reyestr nömrəli çıxarışla ayrılmış 0,01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşmiş, cavabdehin faktiki istifadəsində olan 125 kv.metr tikilinin (yaşayış evi) 23 kv.metr hissəsi Döviət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən ünvan 5 ünvanında iddiaçıya **********04-10301 reyestr nömrəli çıxarışla ayrılmış 0,02 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşmişdir. Cavabdehə məxsus yaşayış sahəsi sağ, sol və arxa tərəfdən qonşu fərdi evləri ilə əhatə olunmuşdur. Sol tərəfdən 0,60 metr, sağ tərəfdən 0,75 metr, arxa tərəfdən i sə hasara bitişik vəziyyətdədir. Bu ərazilərdən giriş-çıxış mümkün deyildir. Cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində digər tərəflərdən, yəni, sağ, sol və arxa tərəflərdən pilləkənlərin qoyulması mümkün deyil. Cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində mövcud olan pilləkən faktiki olaraq giriş-çıxış üçün nəzərdə tutulmuşdur. Həmin pilləkənin sökülməsi faktiki vəziyyətdə həmin evin tamlığına zərər vura bilər.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyul 2024-cü il tarixli, 2(105)-1091/2024 saylı qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmiov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-35/2024 nömrəli q ətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

17. Kollegiya qeyd etmişdir ki, hazırkı iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırması haqqında olan neqator iddiadır. Mülkiyyətçi öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum olduğundan, mülkiyyətin müdafiəsi haqqında iddia qaldır maq məcburiyyətində olmuşdur.

18. Apellyasiya instansıyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

19. Belə olan halda kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin, Torpaq Məcəlləsinin 111-ci maddələrinin və MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, buhüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alın malıdır.

28. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədə n və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və yabilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürm əli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

33. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin ii bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsini n mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqb ul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

47. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassatoreun işə şifahi qaydada bazılması barədə vəsatəti təmin olunmamışdır. Çünki MPM-in 414.1-ci maddəsinə görə məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir.

52. Baxılan işə məhkəmə iclas ında baxılmasını şərtləndirən, MPM-in 414.1-ci maddəsində müəyyən edilən əsaslar yoxdur.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1091/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar