Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-394/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh vəkili Rəsulov Arif Əmrulla oğlunun iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qərardadından Cavabdeh və vəkili Rəsulov Arif Əmrulla oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 50000 manat məbləğində əs as borc və 45000 manat həcmində dəbbə pulu, cəmi 95000 manat və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7952/2014 saylı işi üzrə 16 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 50000 manat məbləğində əsas borc 10000 manat dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu, cəmi 60030 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7490/2016 saylı işi üzrə 06.09.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7952/2014 saylı işi üzrə 16 dekabr 2014-cü il tarixli qətnaməsi dəbbə məbləği hissəsində dəyişdirilmiş, dəbbə pulu 5000 manat müəyyən edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 23 sentyabr 2019-cu il tarixli 2(103)-7490/2016 saylı qərardadı ilə (hakimlər F.Talışinski, R.Eyvazov və Z.Əliyev) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7490/2016 saylı işi üzrə 06.09.2016-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qərardadından Cavabdeh və vəkili Rəsulov Arif Əmrulla oğlu kassasiya şikayəti vermişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkil i Rəsulov Arif Əmrulla oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdırlar ki, iş materiallarından göründüyü kimi, məhkəmə kollegiyası tərəfindən işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş, işə iştirakı olmadan baxılaraq qanunsuz, əsassız qətnamə qəbul edilmiş, həmin qətnamənin surəti qanunla müəyyin edilmiş qaydada ona göndərilməmiş və ya təqdim edilməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7490/2016 saylı 23 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilib işə kassasiya qaydasında baxılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Rəsulov Arif Əmrulla oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7490/2016 saylı 23 sentyabr 2019-cu il tarixli qərardadından verdikləri kassasiya şikayət inin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7490/2016 saylı 23 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi 23.09.2019-cu il tarixli qərardadla “cavabdeh tərəfindən təqdim edilmiş kassasiya şikayəti müddət ötürülməklə verilmişdir” qənaətinə gələrək kassasiya şikayətini qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi nin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materiallarından müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 06.09.2016-cı il tarixli qətnaməsi Cavabdeh 20.09.2016-cı il tarixdə təqdim edilmiş, qətnamə icraya yönəlmiş və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Cavabdeh kassasiya şikayətində məhkəmə qətnaməsinin surətinin qanunla müəyyən edilmiş qaydada ona göndərilməməsini və təqdim edilməməsini qeyd etsə də, bu hal iş mate rialları ilə təkzib edilir. Belə ki, iş materialında olan xəbərnaməyə əsasən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 06.09.2016cı il tarixli qətnaməsi Cavabdeh 20.09.2016-cı il tarixdə təqdim edilmişdir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 23 sentyabr 2019-cu il tarixli 2(103)-7490/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-394/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-394/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver