Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3940/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçı “xxxxxxxx” ASC-nin (əvvəlki adı İddiaçı İKB) vəkili X1, Cavabdeh2, digər cavabdeh X3 vəkili X7 iştirakları ilə İddiaçı İKB-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evindən çıxarılma və ev in boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxx” ASC-nin verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxx” ASC Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı İKB cavabdehlər X4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evindən çıxarılma və evin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Kərimli, iş № 2(012)-4852/2018) iddia tələbi qismən təmin edilərək, cavabdeh X2 iddiaçının xeyrinə 35.305 manat əsas borc, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 18 manat hissəsinin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq İddiaçı İKB-yə ödənilməsi, tələbin cavabdehlər X3 və Cavabdeh2 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 22 1.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Ofelya Əlizadənin İddiaçı İKB-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdeh Ofelya Əlizadənin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin cavabdeh X4 qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), Z.Məmmədov və F.Məmmədov, iş № 2(105)866/2020) İddiaçı İKB-nin nümayəndəsi İ.Hacıyevin verdiyi apelyasiya şikayəti və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(012)-4852/2018 saylı qətnaməsi – «cavabdeh X2 İddiaçı İKB-nin xeyrinə 35.305 manat əsas kredit borcu tutulsun» hissəsində dəyişdirilmiş, əsas kredit borcu 27.779 (iyirmi yeddi min yeddi yüz yetmiş doqquz) manat 24 (iyirmi dörd) qəpik məbləğində müəyyən edilmiş, qətnamə – «cavabdeh X2 dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 18 manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq İddiaçı İKB-yə ödənilsin, tələb cavabdehlər X6 və Cavabdeh2 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaş ayış, 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin ev 221.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına X3 İddiaçı İKB-yə olan borcu ödənilsin, ipoteka predmeti açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdeh X3 iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi cavabdeh X4 qaytarılsın və iddia qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 290 (iki yüz doxsan) manat pulun 149 (yüz qırx doqquz) manat 46 (qırx altı) qəpik hissəsinin cavabdeh X2, 140 (yüz qırx) manat 54 (əlli dörd) qəpik hissəsinin İddiaçı İKB-dən alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı “xxxxxxxx” ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı “xxxxxxxx” ASC-nin vəkili X5 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normaların ı düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş edir. Cavabdeh X3 vəkili X9 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh2 izahatı dinlənilməmişdir. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişd ir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdir ilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı İKB və cavabdeh X6 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə 60 ay müddətinə, illik 25 faiz olmaqla 46.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən yaranmış öhdəliyin təmin üsulu kimi cavabdehlər X3 və Cavabdeh2 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisind ə 0,03 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı banka ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin mövcudluğuna baxmayaraq borc tam ödənilməmiş, bank hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 10902 saylı ekspert rəyinə görə, xx xxxx 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2018-ci il tarxə X3 İddiaçı İKB-yə olan borcu 27.779,24 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 30189 saylı təkrar ekspert rəyinə əsasən, xx xxxx 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2018-ci il tarxə X3 İddiaçı İKByə olan borcu 27.229,24 manat məbləğində müəyyən olunur, həmin məbləğin 27.779,24 manat hissəsi faiz borcu təşkil edir və faiz borcu yoxdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 739.1, 739.2, 427.3, 442, 443.1, 445.1, 445.2, 448.1, 462.1, 467-ci maddələrini tətbiq etmişdir. İddiaçı “xxxxxxxx” ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq təkrar ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tət biq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “xxxxxxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi iddiaçı “xxxxxxxx” ASC-nin k assasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3940/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3940/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver