Məhkəmə qərarları › İş №2(102)-3942/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3942/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3942/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1, nümayəndəsi və vəkili X1, İddiaçı, cavabdehlərdən Cavabdeh3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(027)1386/2019, hakim R.T. Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada mübahisə predmetri olan əmlaka sərf edilmiş 17.895 manat və 2003-cü ildə onlara verilmiş 1.000.000 manat pulun hazırki dəyəri 602 manat olmaqla, cəmi 18.496 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-326/202019, hakimlər F.Ə.Məmmədov, L.M.Məmmədova, S.A.Qafari) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxx xx 2019-cu il tarixdə İddiaçı Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X3 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ona vurduqları ziyana görə 25.000 manat pulun və bank uçot dərəcəsinə uyğun olaraq faizin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş, təkrar ekspertiza keçirilməsi barədə vəsatət əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator, nüm ayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçı isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Quba rayonu İ Nügədi kəndində yerləşən kənd təsərrüfatı tə yinatlı 0,956 ha və 0,44 ha torpaq sahəsi cavabdehlərin mülkiyyətində olmaqla bərabər, 2003-cü ildən iddiaçının sahibliyində və istifadəsində olmuşdur. İddiaçı həmin torpaq sahəsini cavabdehlərdən şifahi alqı-satqı əsasında aldığını və buna görə 1.400.00 AZN ödədiyini bildirmiş, cavabdehlər isə qeyd edilən dəlilə etiraz edərək, iddiaçı ilə icarə müqaviləsi bağladıqlarını və iddiaçıdan icarə haqqına görə 1.000.000 AZN pul aldıqlarını göstərmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsi iddiaçıdan alınaraq cavabdehlərə qaytarılmışdır. İddiaçı hazırda həmin torpaq sahəsində görə cavabdehlərə ödədiyi məbləğin və istifadəsində olduğu müddət ərzində həmin torpaq sahəsində meyvə bağı salınmasına görə sərf etdiyi məbləğin cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Cavabdehlər iddianı qismən etiraf edərək, 2003-cü ildə aldıqları 1.000.000 AZN məbləğində pulu iddiaçı qaytarmağa razı olmaqla, torpaq sahəsinə çəkilmiş xərcin ödənilməsi tələbinə dair hissədə iddiaya etiraz edirlər. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019- cu il tarixli rəyinə əsasən, 0,96 ha sahəsi olan bağın 8-9 il yaşı vardır və həmin bağda diametri 2-7 sm olan 378 ədəd meyvə ağaclarından 80 ədədi alça (göyçə), 298 ədədi gavalı (anjilika) ağaclarıdır. Gavalı ağaclarının 246 ədədi məhsuldardır. Bundan başqa bir cərgə, yəni 83 ədəd meyvə ağacı qoruyucu zolaq kimi əkilmişdir. Həmin ağaclardan albalı 53 ədəd, gilas 20 ədəd, gavalı 10 ədəd olmaqla, bunlardan 39 ədəd albalı və 7 ədəd gavalı məhsul verən ağaclardır. 0,44 ha sahəsi olan bağın 5-6 il yaşı vardır və həmin bağda diametri 2- 5 sm olan 160 ədəd meyvə ağacları gavalı (anjila) ağaclarıdır. Həmin ağaclardan 90 ədədi məhsuldardır. Göstərilmiş hər iki meyvə bağında əvvəlki illərdə meyvə ağaclarına aqrotexniki xidmət işləri aparılmışdır. 0,96 ha sahəsi olan bağın 8-9 il yaşı vardır və həmin bağda diametri 2-7 sm olan 461 (378+83) ədəd meyvə ağaclarının təqdim edilmiş mütəxəssis rəyinə əsasən orta bazar qiyməti nəzəri qaydada təxminən 14.355 manat, 0,44 ha sahəsi olan bağın 5-6 il yaşı vardır və həmin bağda diametri 2-5 sm olan 160 ədəd meyvə ağacları gavalı (anjila) 3.540 manat müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytına əsasən inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2003-cü ilin yanvar ayından hazırkı dövrə nisbətən 300,70% təşkil etmişdir. Ona gö rə də 2003-cü ildə verilmiş 1.400.000,00 AZN (1.400.000,0:5000=280,00 AZN) məbləğində pul vəsaiti istehlak qiymətləri indeksinə əsasən 841,96 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olma dan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsindən 10 ildən artıq müddətdə təyinatı üzrə istifadə etmiş və həmin torpaq sahəsində meyvə bağı salmışdır ki, bu da iddiaçı tərəfindən torpaq sahəsində aparılmış ayrıla bilməyən və cavabdehlərə qalmış yaxşılaşdırmadır. Eyni zamanda həmin müddət ərzində cavabdehlər meyvə bağının salınmasına etirazlarını bildirməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəfl ərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar