Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3943/2023 15.09.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-710/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətlərini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 5000 manat məbləğində əsas borcun, 1000 manat məbləğində əldən çıxmış faydanın, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2021-ci il tarixdən müəyyən edilmiş 7% bank uçot dərəcəsinə uyğun əsas borca hesablanmış 350 manat məbləğində faizin, 110 manat məbləğində hüquqi müdafiə xərclərinin, xəbərdarlıq məktublarının poçtla göndərilməsinə görə ödənilmiş 2.60 manat məbləğində rüsumun əvəzinin və məhkəməyə ödənilmiş 95 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin (hakim Z.Hünmətov) xx.xx.2022-ci il tarixli, 2(062)288/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 5000 manat məbləğində əsas borcun, 750 manat məbləğində faiz borcunun, 110 manat poçt xərci və ödənilmiş 95 manat dövlət rüsumu olmaqla, cəmi 5955 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.20 22-ci il tarixli, 2(062)-288/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-710/2023 nömrəli mülki iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-288/2022 nömrəli qətnaməsi Cavabdeh əsas borca hesablanmış faiz borcu olaraq 750 manat pulun alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmiş, həmin məbləğin 350 manat müəyyən edilməsi, Cavabdeh 5000 manat məbləğində əsas borcun, 350 manat faiz borcunun,110 manat poçt xərci və ödənilmiş 95 manat dövlət rüsumu olmaqla, cəmi 5555 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-710/2023 nömrəli mülki iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmiş və etibarnamə əsasında nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Gəncə Apellyasiya Məhkəməsində iştirakı üçün tərtib edilən vəkil orderi mövcud olsa da, kassasiya şikayətinə (“Elektron məhkəmə” informasiya sisteminə ) MPMin 408.1.3-cü maddəsinin tələblərinə əsasən sonuncunun cavabdehə Ali Məhkəmədə hüquqi yardım göstərməsini təsdiq edən vəkil orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. - 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. - 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məblə ğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə cavabdehin kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 408.1.3 və 411-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh (vəkil Nümayəndə ) Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-710/2023 nömrəli mülki iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri mümkün hesab edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiy a şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3943/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-3943/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver