Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3944/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3596/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 03 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında 28 dekabr 2019-cu il tarixdə, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-1777 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”nin şərtlərinə əsasən:
1. İddiaçı 64.000 manat məbləğində pulu Cavabdeh borc vermiş.
2. Cavabdeh xx.xx.2021-ci il tarixədək İddiaçı xx.xx.2020-ci il tarixindən başlayaraq hər ödəniş ayının 5-ci günü aylıq 2.667 manat ödəmək şərti qaytarmağı öhdəsinə götürmüşdür.
3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər.
4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir.
5. Borcalan kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər.
6. Borc verən müqavilə üzrə öhdəl iyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir.
7. Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır.
8. Borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda ödəmədikdə qanunvericilkdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır.
9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılılğı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.
2. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin müstəntiqi Cəmil Məmmədovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçıun ərizəsi əsasında topla nmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
3. Həmin material üzrə İddiaçı xx.xx.2021-ci il tarixdə izahat verərək bildirmişdir ki, Cavabdeh hazırkı vaxtadək borcundan 2.500 manat qaytarmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri 51 saylı Notariat ofisində bağlanmış 28 dekabr 2019-cu il tarixli 3M1777 reyestr nömrəli kredit müqaviləsi üzrə 64.000 manat pulun və ödənilmiş 282 manat dövlət rüsumunun, ümumilikdə 64.282 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdi r.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin müddəti 28 dekabr 2021-ci il tarixində bitməsinə baxmayaraq, cavabdeh ondan aldığı 64.000 manatı ona qaytarmamışdır. Dəfələrlə cavabdehə müraciət edərək ona olan borcunu qaytarmağını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də, mübahisənin qanun çərçivəsində məhkəmələr tərəfindən həll edilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
6. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə 600 manat ödəniş etmişdir. Hazırda cavabdehin ona 60.900 manat borcu qalmışdır.
7. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-1660/2023 nömrəli, 28 sent yabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əliyeva Qumru) iddianın qismən təmin edilməsi, 28 dekabr 2019-cu il tarixli müqavilə üzrə cavabdehdən 60.900 manat məbləğində borcun və ödənilmiş 268,34 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması və ödənilmiş dövlət rüsumunun 13,66 manatının iddiaçıya aid edilməsi qət olunmuşdur.
8. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, Bakı şəhəri 51 saylı notariat ofisində təsdiqlənmiş 28 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 64.000 manat məbləğində borcunun yarandığını təsdiq etmiş, həmin məbləğdə borc pulu cavabdeh 28 dekabr 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəçiliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yeti rməyərək müqavilə üzrə borc məbləğini iddiaçıya qaytarmamışdır. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsasları yaranmışdır.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, borcun verilməsi barədə tərəflər arasında olan 28 dekabr 2019-cu il tarixli müqavilə (əqd) yazılı (notarial) qaydada bağlanmışdır, iddiaçı və cavabdehin özləri tərəfindən imzalanmış, müqavilə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Cavabdeh müqaviləni imzaladıqdan sonra, imzasının qarşısında soyadını öz xətti ilə yazmışdır. Nəticədə məhkəmə hesab etmişdir ki, 28 dekabr 2019-cu il tarixli müqavilə bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduğundan etibarlıdır əqddir.
10. Məhkəmə onu da qeyd etmişdir ki, 28 dekabr 2019-cu il tarixli kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan 64.000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur. İddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamış, bununla iddiaçının tələb hüququ yaranaraq, bu zaman iddia müddəti ötürülməmişdir. Cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, istər borc öhdəliyinin yaranmasından, müqavilənin 28 dekabr 2019-cu il tarixdə bağlanmasından ötən müddət ərzində, istərsə də müqavilənin müddətinin bitdiyi 28 dekabr 2021-ci il tarixindən sonra cavabdeh borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir.
11. Cavabdehin polis idarəsində izahatında göstərdikləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının ona borc pul vermədiyini, mal aldığını, iddiaçının onu aldadaraq notariusda müqavilə bağladığını göstərsə də, qeyd edilənləri təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən cavabdehə iştirakını təmin etmək və sübutlarını təqdim etmək üçün kifayət qədər vaxt verilmişdir. Belə olan halda, məhkəmə cavabdehin göstərdiklərini əsaslı hesab etməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 28 dekabr 2019-cu il tarixli müqavilə üzrə cavabdehdən 60.900 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab etmişdir ki, ödənilmiş 282 manat dövlət rüsumunun 268,34 manatı cavabdehə, 13,66 manat iddiaçıya aid edilməlidir.
13. Birinci instan siya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 331.1, 334.1, 385.1, 390.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddiaçının tələbi ilə bağlı işin faktiki hallarını müəyyən etməmişdir. Həmin əqdin real olub-olmaması ilə bağlı məhkəmə aşağıdakı səhvlərə yol vermişdir: 1) cavabdehin iştirakını təmin etmə miş; 2) həmin əqd üzrə pulun reallıqda verilib-verilmədiyini araşdırmamış; 3) cavabdehin Nizami RPİ-də yazmış olduğu izahatının məzmunu üzrə araşdırma aparmamışdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehə pul verib-verilmədiyini araşdırmamış, notariat kontorundan bu barədə müvafiq sənədləri tələb etməmiş, mübahisəni formal mülahizə əsasında həll etməyə çalışmış, nəticədə iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. İddiaçı ilə cavabdeh arasında dərman preparatlarının satışı ilə bağlı mülki hüquq münasibətləri yaranmış, cavabdehə satması üçün mallar verilmiş, əvəzində görüntü üçün kredit müqaviləsi bağlanılmış, dərman malları yararlıq müddəti az olduğu üçün, kəmiyyət uyğunsuzluğu olduğu üçün satılmamış, nəticədə hazırkı mübahisə yaranmışdır. Məhkəmə isə işin bu halları araşdırmadan cav abdehdən 60.900 manat tutulması barədə nəticəyə gəlmişdir. Bildirişlərin göndərildiyi ünvan cavabdehin yaşadığı ünvan olmadığı, cavabdeh həmin mənzili satıb və məhkəmə bunu araşdırmayaraq cavabdehin məhkəmə iclasında iştirakı təmin edildiyi halda müqavilənin formal bağlandığını sübut edə bilərdi. Həm cavabdeh, həm də iddiaçı dərman preparatlarının saxlanması, ticarəti, paylanması işləri ilə məşğul olublar. Onlar birgə əməkdaşlıq ediblər. Onun Yasamal rayonunda dərmanları bazara çıxarmaq üçün saxladığı anbarı var. Cavabdeh dərmanların iddiaçıdan qəbul edib saxlanılması və bazara çıxararaq satılması işini təşkil edəcəyini bildirib. Cavabdeh sonradan dərman qablarında dərmanların kəmiyyətcə az olduğunu aşkar edib. Qutunun içərisində 60 ədəd yazılmasına baxmayaraq 30 ədəd çıxması nəticəsində k əmiyyət fərqi yaranmışdır. Dərman preparatlarının çoxunda istehlak müddəti çox az qaldığından, bununla bağlı apteklər dərmanları qəbul etməmişdir. Cavabdeh dərhal iddiaçıya bu dərmanlarla bağlı belə bir problem olduğunu bildirmiş. Ümumiyyətlə, onlar arasında pul münasibəti olmayıb. Ona görə də, iddiaya etiraz edərək və qətnamənin ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, tərəflərin arasında əvvəl dərmanla bağlı münasibətləri olmuş. iddiaçının Elmin adında qohumu vasitəsi ilə tanış olublar. Bu münasibətin yaranmasının səbəbi iddiaçının həmin dərmanları satmaq istəməyərək cavabdehə təklif edilməsi olmuşdur. Cavabdeh dərman alğı-satqısı ilə məşğul olduğundan bu dərmanların istifadə müddətinin bitməs inə çox qaldığına görə gəlir əldə edə biləcəyini hesab etmişdir. Müqavilə bağlandıqdan sonra cavabdehə anbardan zəng vuraraq aldadıldığını deyiblər. Dərmanların vaxtı bitdiyini, bəzisinin vaxtına 2 ay qaldığını, hansı ki, bunlar balıq yağı və s. yay fəslində satılmayan dərmanlar olmuşdur. O, cavabdehlə ətraflı söhbət aparmışdır. O, 12.000 manatı qəbul etmişdir. Digər hissədə isə aldadılıb və şişirdilmiş rəqəmlərdir. Tərəflər arasında danışıqlar getmişdir. Cavabdeh 12.000 manat vermək istəmiş, qarşı tərəf isə daha çox verilməsini istəmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək izahatında bildirmişdir ki, o, Azərbaycan Tibb Universitetini bitirmişdir və dərman sektorunda 25 illik təcrübəsi var. Cavabdeh borc müqaviləsi ilə bağlı 64.000 mana ta imza etmişdir. Buna heç kim onu məcbur etməmişdir. Cavabdeh ona ayrı-ayrı vaxtlarda 500 manat, 1.000 manat ödəyərkən, onu da o, məcbur etməmişdir. Cavabdeh 600 manat da xaricdən ödəmişdir. O, notariat qaydada təsdiq edilmiş 64.000 manat borcunu tələb etmişdir. Cavabdeh iki vəkillə təmsil olunur. Onlardan biri,ya da cavabdehin özü iştirak edə bilərdi. Cavabdeh sadəcə vaxtı uzatmağa çalışır. İcra şöbəsində 5-6 işi də var. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-3596/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi və sms bildiriş göndərilməklə məlumat verilmişdir. Sms bildiriş çatdırılmışdır. Cavabdeh isə həmin dövrdə ölkədən kənarda olmuşdur.
20. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri 51 saylı Notariat Ofisinə və Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmiş və Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən 28 dekabr 2019-cu il tarixli 3M-1777 reyestr nömrəli kredit müqaviləsinin və digər sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Sorğu əsasında məhkəməyə təqdim edilmiş 28 dekabr 2019-cu il tarixli qəbzin surətindən görünür ki, iddia çı tərəfindən 64.000 manat pul "xxxx" ASC-nin Azadlıq Filialının bank hesabına mədaxil edilmişdir. 28 dekabr 2019-cu il tarixli B-1816 nömrəli məktuba əsasən müəyyən edilir ki, iddiaçı notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 64.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında cavabdehə verilməsi üçün "xxxx" ASC-də olan AZ43MUGA**********2163AZM53 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. 28 dekabr 2019-cu il tarixli cavabdeh tərəfindən Bakı şəhəri 51 saylı Notariat Ofisinin notariusu X2 ünvanlanmış ərizənin surətindən müəyyən olunur ki, cavabdeh iddiaçıdan 64.000 manat pul məbləğinin razılaşma müqaviləsinə əsasən alınması barədə razılığa gəlmişlər və həmin məbləğin müvafiq müqavilə tərə flərindən təsdiq edildikdən sonra Bakı şəhəri 51 saylı Notariat Ofisinin depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələbləri ona izah edilmişdir.
21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh tərəf aldanıldığına istinad edir. Yəni iradəsinin zədələndiyi bildirməklə əqdi mübahisələndirir. Lakin əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir. Nəzərə alınmalıdır ki, cavabdeh bu halı sübut edə bilmir, məhkəmə isə işdəki sübutlar əsasında əqdin etibarsızlığını təsbit etmir. O cümlədən, qeyd olunmuşdur ki, cavabdeh iddiaçının pul tələbini qismən qəbul edir. Belə ki, cavabdehin nümayəndə və vəkilləri cavabdeh tərəfindən 12.000 manat məbləğində ödənişin edilməsi mümkünlüyünü qeyd edir. Göründüyü kimi cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olması nı inkar etmir.
22. Məhkəmə kollegiyası yekunda hesab etmişdir ki, tərəflər arasında notarial qaydada bağlanmış etibarlı müqavilə vardır. Müqavilə üzrə borc ödənilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 337.1, 339.2, 339.4, 442, 443.1, 448.1, 739.1, 739.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 135.7 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə heç vaxt borc verilməmiş, cavabdeh həmin məbləği almamışdır. İşə baxan məhkəmə işin bu faktiki hallarını araşdırmamış, düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı ilə cavabdeh arasında dərman preparatlarının satışı ilə bağlı mülki hüquqi münasibətlər yaranmışdır ki, iddiaçı tərəfindən cavabdehə satması üçün mallar verilmiş, əvəzində görüntü üçün kredit müqaviləsi bağlanıldığından, dərman malları yararlıq müddəti az olduğu üçün, kəmiyyət uyğunsuzluğundan satılmamış, nəticədə hazırkı mübahisə yaranmışdır. Məhkəmə isə işin bu hallarını araşdırmadan cavabdehdən 60.900 manat tutulması barədə nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tinə qarşı yazılı etiraz təqdim edilərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
27. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclu dan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
32. Maddə
448. Bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
33. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (24 fevral 2023-cü il tarixə kimi olan redaksiyada.)
34. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbl əği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
35. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlard a müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunması hissəsində qismən mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgü n olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
51. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.
52. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin i radəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.
53. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk n övbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Həmçinin, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.
54. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
58. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdi m olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
60. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3596/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.