Məhkəmə qərarları › İş №2(102)-3945/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3945/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3945/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-541/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları: İddiaçı ilə Cavabdeh arasında 12 sentyabr 2019-cu il tarixdə notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən X1 Məmməd Vaqif oğluna 29 fevral 2020-ci il tarixədək qaytarmaq şərti ilə 13.000 manat məbləğində borc vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13.000 manat məbləğində borc verməsini, cavabdehin müxtəlif bəhanələrlə həmin borcu qaytarmaqdan boyun qaçırmasını və s. əsas göstərməklə həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı və 3-cü şəxs Bakı şəhəri 54 saylı Notariat Ofisinə q arşı qarşılıqlı iddia verərək, İddiaçı ilə onun arasında 12 sentyabr 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Şəki Rayon Məhkəməsinin 2(075)-1313/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: C.F.İmanov) ilkin iddia təmin edilmiş, Cavabdeh 13.000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia tələbi üzrə Cavabdeh apellyasiya şikayəti verərək işə sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərərək qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələ binin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-541/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və G.Q.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş Şəki Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(075)-1313/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə Cavabdeh qətnamədən verdiyi kassasiya şikayətini apellyasiya şikayətinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götü rür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borc verməsini, borcun müəyyən olunmuş müdd ətdə qaytarılmamasını əsas göstərməklə hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh isə kredit müqaviləsinin formal olaraq bağlanmasını, müqavilədə göstərilən pul məbləğinin ona verilməməsini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbini təsdiq edən sübut kimi onunla cavabdeh arasında notariatda təsdiq edilmiş kredit müqaviləsinə əsaslanmışdır. Həmin müqavilədən görünür ki, iddiaçı həqiqətən də 12 sentyabr 2019-cu il tarixdə cavabdehə 29 fevral 2020-ci il tarixədək qaytarmaq şərti ilə 13.000 manat məbləğində pul vermiş və müəyyən olunduğu kimi cavabdeh tərəfindən həmin borc indiyə kimi iddiaçıya qaytarılmamışdı r. Kredit müqaviləsi tərəflərin bilavasitə iştirakı ilə bağlanmış, müqavilə onlar tərəfindən imzalanmış və müqavilədə cavabdeh orda göstərilən pul məbləğini almasını təsdiq etmişdir. Lakin Cavabdeh müqavilədə göstərilən kreditin ona verilməməklə müqavilənin formal xarakter daşımasını iddia etsə də, məhkəməyə bunu təsdiq edə biləcək heç bir sübut təqdim etməmişdir. Həmçinin kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin uydurma əqd şəklində bağlanması və həmin əqdin yalan əqd olması, İddiaçı onunla başqa əqdi pərdələmək niyyəti ilə, görünüş üçün uydurma əqd bağlaması barədə cavabdehin qarşılıqlı iddia ərizəsində və kassasiya şikayətində göstərdikləri əsassızdır. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, kass asiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İlkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-541/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar