Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3945/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3945/2022 (Açar sözlər: tibb müəssisəsinin vurduğu maddi və mənəvi zərərin tutulması) Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2090/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnamə sindən Cavabdeh1 MMC-nin kassasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X5 (bundan sonra “iddiaçı”) müharibə veteranıdır, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçının şikayəti burun tənəffüsünün pozulması və xarici burnun deformasiyasıdır. Diaqnoz – aparılmış septorinoplastikadan sonrası vəziyyət, xarici burnun deformasiyasıdır. Xəstəyə təkrar əməliyyat məsləhət görülmüşdür.
3. İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx"a xarici burun deformasiyası ilə daxil olmuş, xx.xx.2018-ci il tarixində onun üzərində “Rinoplastika” əməliyyatı icra edilmişdir. Fəsad olmamışdır. Ümumi vəziyyəti nəzərə alınaraq xx.xx.2018-ci il tarixində xəstə ambulator müalicə məqsədi ilə evə yazılmışdır.
4. İddiaçı x x.xx.2018-ci il tarixdə hospitala daxil olmuş, həmin tarixdə ümumi intubasyon narkoz altında “2-cili septorinoplastika” əməliyyatı olunmuşdur. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstə xx.xx.2018-ci il tarixində kafi vəziyyətdə ambulator müalicə yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları A)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 30000 manat maddi, 20000 manat mənəvi zərərin əvəzinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Hospital”) və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı Qarabağ müharibəsi veterandır. Ön cəbhədə döyüş əməliyyatlarında uzun müddət iştirak etmişdir. Bir müddətdən sonra burun tənəffüsü çatışmazlığından əziyyət çəkdiyi üçün X6 müraciət etmişdir. Heydər Əliyev fondundan iddiaçını Cavabdeh1 hospitalına göndərdilər. Səhiyyə xərclərini fond öz üzərinə götürmüşdür.
7. İddiaçı Hospitalın baş həkimi İmran Ağayevin qəbulunda oldu. Baş həkim iddiaçını tibbi müayinədən keçmək üçün lor həkimi Cavabdeh2 qəbuluna göndərdi. Lor həkimi Cavabdeh2 tibbi müayinədən sonra burnunun xarici görünüşündə narazı olduğunu bilib “septroinoplastika” ilə bərabər həm də “Rinoplastika əməliyatının zəruri olduğunu bildirdi. İddiaçı xx.xx.2018-ci il tarixində əməliyyat olundu. Əməliyyatı Hospitalda tam yad bir həkim etdi. Əməliyyat uğursuz olduğu üçün Cavabdeh2 əməliyyatda olmadan epikrizə imza atdı.
8. İddiaçı əməli yyatın uğursuz olduğunu və onun narazı olduğunu bildirəndə baş həkim İmran Ağayev 2-ci əməliyyatı xx.xx.2018-ci il tarixində təşkil etdi. 1-ci əməliyyatın ağır fəsadları olduğu üçün 2-ci əməliyyatın nəticəsi olmadı. X6 şikayətçi olduğuna görə iddiaçı 2-ci əməliyyatdan dərhal sonra baş həkim əməliyyatdan razı olduğu barədə ərizə yazmağı xahiş etdi. İddiaçının üzü və burnunda şiş olduğu üçün norkozdan təzə ayıldığına görə (ikinci ardıcıl əməliyyat nəzərə alınmalıdır) ərizəyə imza etdi. İddiaçı 2-ci əməliyyatın da uğursuz olduğunu biləndə X6 zəng edib (*** *** ** **) narazı olduğunu bildirmişdir. Bu zəngdən sonra baş həkim İmran Ağayev 3-cü əməliyyatın zamanla bağlı olduğunu ən azı 6 aydan sonra ola biləcəyini bildirdi. İddiaçı bu sözə inandı.
9. Bu üç əməliyyat barədə Heydər Əliyev fondu x əbərdar edildi. İddiaçı bundan sonra “Medstyle Hospital”ın baş həkimi İmran Ağayevin qəbulunda oldu. Baş həkim dediyi sözləri inkar edərək, əməliyyat üçün əlavə ödəniş tələb etdi, Cavabdeh2 əməliyyatda olmadığını bildiyini və əcəb etdiyini bildirdi.
10. İddiaçı məcbur olub Respublika Prokuroluğuna ərizə ilə müraciət etdi. İddiaçının ərizəsi Prokurorluqdan Səhiyyə Nazirliyinə göndərildi. Səhiyyə Nazirliyinin göndərişi ilə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasında iddiaçı müayinə olundu. Xəstəxananın rəyində iki uğursuz əməliyyat öz təsdiqini tapdı. Xəstəxananın baş həkimi bu barədə məlumatlıdır.
11. İddiaçı dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etdi. Heç bir nəticə olmamdı. 12 iyul 2019-cu il tarixində verilən rəy, şikayətlər nəticəsiz qaldı. Həkim rəyindən təkr ar əməliyyata ehtiyac olduğunu bilərək baş həkim İmran Ağayev iddiaçıya qarşı sayğısızlıq etdi.
12. İddiaçı artıq 3 ilə yaxındır ki, xəstəliyi ilə əlaqədar əziyyət çəkir, heç bir yerdə işləyə bilmir. Tənəffüs problemi var. Stress içində yaşayır.
13. Birinci instansiya məhkəməsi 15 mart 2021-ci il tarixli qərardadla məhkəmə tibbi-ekspertizası təyin etmişdir.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 26 may 2021-ci il tarixli, 457/KEŞ nömrəli ekpert rəyinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə Medistyle hospitala müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona “Xarici burun deformasiya”sı diaqnozu təyin edilmiş və üzərində “Rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Daha sonra həmin tibb müəssisəsində xx.xx.2018-ci il tarixdə “Septonazal deformasiya” ilə əlaqədar “Septorinoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. X3 mütəxəssis müayinəsi zamanı onda, hal-hazırda icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra, burunun xarici deformasiyası və septuma əyrilik müəyyən edildi. Bu patoloji dəyişiklik aparılmış cərrahiyyə əməliyyatın texniki icrası ilə bağlı olmuş və hazırda təkrar operativ müdaxilənin keçirilməsinə ehtiyac vardır.
15. Birinci instansiya məhkəməsi 16 iyun 2021-ci il tarixli qərardadla komissiyaon məhkəmə tibbi-ekspertizası təyin etmişdir
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 26 iyul 2021-ci il tarixli, 368 nömrəli ekpert rəyinə əsasən İddiaçı xx.xx.2018ci il tarixdə Cavabdeh1 hospitala müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona “Xa rici burun deformasiya’sı diaqnozu təyin edilmiş və üzərində “Rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Daha sonra həmin tibb müəssisəsində xx.xx.2018-ci il tarixdə “Scptonazal deformasiya” ilə əlaqədar “Septorinoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Təyin edilmiş diaqnozlar aparılmış müvafiq müayinələr əsasında düzgün olmuş, lakin icra edilmiş operativ müdaxilələr qüsurlu olmuş, bununla da müsbət nəticə əldə edilməmiş və qeyd olunan patologiyalar aradan qaldırılmamışdır. Hal-hazırda İddiaçı olan burunun xarici deformasiyası və septumda əyriliyi ilə əlaqədar onun təkrar cərrahiyyə əməliyyatın aparılmasına ehtiyac vardır. Tibbi manipulyasiyalarla (cərrahi müdaxilələr) əlaqədar hansı miqdara vəsaitin tələb olunması məsələsi məhkəmə-tibb ekspert komissiyasının səlahiyyət lərinə aid deyildir.
17. Birinci instansiya məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə tələb edilən sübutu təqdim etmək vəzifəsini yerinə yetirmədiyinə görə Hospital cərimə edilmiş, eyni tarixli qərardadla iddiaçıya bütün müalicə və müayinə sənədlərini məhkəməyə təqdim edilməsi Hospitala həvalə edilmişdir.
18. Hospital iddiya yazılı etiraz vbermişdir. Etirazın dəlilləri: - iddiaçı nə Hospitalda müalicə olunub, nə də ki, Hospitala əməliyyat xərci ödəyib. Hətta iddiaçı ödəniş qəbzlərini də təqdim edə bilmir; - bu hallar aydınlaşdırılmadan, əsl cavabdeh olmadığı halda Hospital cərimə edilib; - nə qədər ki, iddiaçı Hospitala ödəniş etməsi barədə qəbzi təqdim etməyib, Hospital cavabdeh ola bilməz; - Hospitalda əməliyyat edilmədiyi üçün iddiaçıya aid sənədlər Hospitalda yoxdur v ə ola da bilməz; - Hospital iddiaçının əməliyyat edildiyi tarixdən xeyli sonra fəaliyyətə başlayıb 19. “X1-Bakı” MMC-nin (X9) xx.xx.2021-ci il tarixli 01/455 nömrəli sorğuya cavabına əsasən “X1-Bakı” MMC-nin nəzdində olan “X9” klinikasında “Septorinoplastika” cərrahiyyə əməliyyatının icrası 2000 manat təşkil edir. 20. “İstanbul NS Klinikası» MMC-nin xx.xx.2021-ci il tarixli, NS/SC-00209 nömrəli sorğuya cavabına əsasən kliniklada qabırğa qrefti ilə septorinoplastika cərrahi əməliyyatla bağlı tarif üzrə qiymət 3000 manat təşkil edir.
21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-712/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 hospital MMC-dən maddi ziyana görə 3000 manat, mənəvi ziyana görə 2500 manat məbləğində pul iddiaçının xeyrin ə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Vüqar Quliyev)
22. Birinci instansiya məhkəməsi iş materiallarına, o cümlədən ekspert rəylərinə isitadən müəyyən etmişdir ki, Hospitalda əməliyyatın düzgün icra olunmaması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Hospitala dəfələrlə məhkəmə sorğusu verilsə də, əməliyyatın aparılması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.
23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir.
24. Araşdırma zamanı iddiaçının qabırğa qrefti ilə əməliyyat olun masının zəruriliynə ehtiyac olduğunu nəzərə alan birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, NS/SC-00209 nömrəli sorğuya cavabı əsas götürülməli, qabırğa qrefti ilə septorinoplastika cərrahi əməliyyatla bağlı tarif üzrə qiymət 3000 manat təşkil etməsi nəzərə alınaraq həmin məbləğ İddiaçı ödənilməlidir.
25. Birinci instansiya məhkəməsi mənəvi ziyana görə kompensasiya ödənilməsi tələbini iddiaçı tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalmasını, məhkəmə iclasında müəyyən edilmiş faktiki sağlamlıq vəziyyətini, müvafiq ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək əsaslı hesab etmişdir.
26. İddia tələbinin digər Cavabdeh2 da yönəlməsinə baxmayaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 şəxsiyyətini təsdiq edən ətraflı məlumatlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin belə məlumatları da təqdim etməsi imkan xaricindədir. Cavabdeh1 X2 Cəmiyyətinə dəfələrlə məhkəmə sorğusu verilməsinə baxmayaraq, əməliyyatın aparılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmadığından Cavabdeh2 təqsirli olması sübuta yetirilmir.
27. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, iddianın təmin olunmuş hissəsinin əməliyyatı icra edən həkimdən Cavabdeh1 X2 Cəmiyyətinin tələb etməsi də istisna edilmir.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096, 1097.1, ********.1, 1118.2, 1118.3-cü, Mülki prosessual Məcələnin 14.2, 77.1 və 97.5-ci maddələri ilə əsaslandırmışdır. B)Apellyasiya instansiyası məhkəməsindək i icraat
29. Hospital apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya şikayətinin dəlilləri: - işin faktiki halları ilə iddia tələbi ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli araşdırılmadan, sübutlarla təsdiq edilmədən hüquqi əsası olmadan qətnamə qəbul edilib. Məhkəmənin qətnamədə qeyd etdiyi müəyyən etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, iddiaçı iddia tələbində qeyd edilən halların Cavabdeh1 MMC-yə aid olması ilə bağlı hər hansı bir sübut təqdim etməyib. Buna baxmayaraq məhkəmə iddia tələbində göstərilən əsasların cavabdehə aid olub-olmaması ilə bağlı sübutlara hüquqi qiymət vermədən, eyni zamanda aidiyyət qaydalarını və prosessual qanunver iciliyin tələblərini kobud şəkildə pozaraq mülki işi icraata qəbul edərək Cavabdeh1 MMC-ni cavabdeh qismində məhkəməyə çağırıb; - iddiaçı Cavabdeh1 MMC-də əməliyyat olunduğunu iddia etsə də, MMC-yə ödəniş edilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməyib. Hətta əməliyyat xərcini ödəyən Fond tərəfindən da MMC-yə iddiaçının əməliyyat xərcinin ödənilməsini təsdiq edən sənəd təqdim edilməyib (bu hal araşdırılmayıb). Bu halın araşdırılmalı olması məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə nəzərə almamışdır. Halbuki, məhkəmə bu müddət ərzində öz səlahiyyətlərindən istifadə edərək bu halı dəqiqləşdirə bilərdi; - həmçinin, MMC iddiaçının əməliyyat olunduğu tarixdən sonra təsis edilib və həmin tarixdən sonra fəaliyyətə başlayıb. Lakin məhkəmə MMC-nin əməliyyat tarixindən xeyli sonra fəaliyyət ə başlaması barədə sənəd təqdim edilməsinə baxmayaraq bunu nəzərə almamış və nəzərə almamasının səbəblərini qətnaməsində əsaslandırmamışdır. Eyni zamanda, digər cavabdehin yəni - iddia ərizəsində qeyd edilən Cavabdeh2 kim olması, MMC ilə hansı əlaqəsi olması məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaya etirazda bu halın araşdırılması məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə bunu nəzərə almamışdır. Halbuki, məhkəmə öz səlahiyyətindən istifadə edərək müxtəlif dövlət orqanlarına sorğular verərək Cavabdeh2la MMC arasında əmək müqaviləsinin olubolmamasını dəqiqləşdirə bilərdi; - işin faktiki hallarından görünür ki, hazırkı mübahisə üzrə cavabdehin əməli Mülki Məcəllənin 1096-cı maddəsinin təsiri altına düşmür. Belə ki, həmin maddəyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Ancaq iddiaçı hazırkı iş üzrə cavabdeh MMC-nin təqsirli, hüquqa zidd əməlini təsdiq edən sübut təqdim edə bilmir. İş materiallarında MMC-nin təqsirli əməlini təsdiq edən sübut yoxdur. Sübut olmaması isə məhkəmənin diqqətinə iddiaya etirazla və şifahi formada çatdırılmışdır; - Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmd ə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yenə də tətbiq edilməli olmayan maddi hüquq normasını mübahisəyə səhv tətbiq etmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi Cavabdeh2 (halbuki iddiaçı Cavabdeh2 onu əməliyyat etdiyini iddia edir) MMC ilə hansı əlaqəsi olması və həqiqətən də belə bir işçinin MMC-də işləməsini təsdiq edən heç bir sübut yoxdur. Halbuki, mülki iş icraatda olduğu müddətdə məhkəmə qanunvericiliyin ona verdiyi səlahiyyətdən istifadə edib, işin hərtərəfli araşdırılması üçün dövlət orqanlarına sorğu verə və eləcə də iddiaçıdan həmin halı təsdiq edən sübutu tələb edə bilərdi; - MPM-nin 35.2-ci maddəsinin tələbinə görə, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanın olduğu yerə görə verilir. Hüqu qi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. MMCnin hüquqi ünvanı isə ünvan 2 ünvanı yoxlamadan aidiyyət qaydalarını pozaraq iddianı icraata qəbul edib; - MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddia ərizəsinə əlavə edilən sənədlər iddia tələbini təsdiq edən mötəbər sübutlar deyil. İddiaçı cavabdeh MMCyə pul ödəməsini və ya Fond tərəfindən pul ödənilməsini təsdiq edə bilməyib; - MMC-nin fəaliyyətə başladığı tarix iddiaçının əməliyyat olduğu tarixdən xeyli sonraya təsadüf edir. Məhkəməyə iddia tələbinə etirazı əsaslandıran halı təsdiq edən MMC-nin təsis sənədləri təqdim edilib. MPM-nin 88-ci maddəsinin tələbləri də məhkəmə tərəfindən pozularaq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmadan qiymət verilib; - Mülki Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmalıdır. Məhkəmə iş üzrə faktiki halları hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə ilk əvvəl iddiaçının əməliyyat ödənişinin nə zaman və hansı hesab, hansı hüquqi şəxsə ödənilməsini araşdırmalı idi. Ödənişin MMC-yə ödənilməsi halı ona görə iş üzrə əhəmiyyətlidir ki, ödənişin MMC-yə ödənilməsi artıq MMC-nin cavabdeh qismində cəlb edilməsi üçün mötəbər sübut hesab olunur; - məhkəməyə MMC-nin iddiaçının iddia etdiyi əməliyyatın baş tutduğu tarixdən xeyli sonra təsis olunması və fəaliyyətə başlaması (lisenziyanın surəti) ba rədə sübut təqdim edilməsinə baxmayaraq, bu halı nəzərə alınmamışdır. Halbuki, bu halın özü təsdiq edir ki, iddiaçı cavabdeh MMC-nin əməkdaşları tərəfindən əməliyyat oluna bilməz.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2090/2022 sayl, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddianın Cavabdeh1 MMC-yə qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Xəyal Sarıyev)
32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağ lı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən əməliyyatla bağlı Cavabdeh1 MMC-yə ödəniş edilməsinə dair sübutlar təqdim edilməməsinin birinci instansiya məhkəməsində araşdırılmadığı barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, iş üzrə tədqiq edilmiş sübutlara əsasən iddiaçının Cavabdeh1 MMC-də burun əməliyyatı keçirdiyi və həmin əməlliyatın qüsurlu icra edilməsi nəticəsində onun təkrar cərrahi əməlliyata ehtiyacı olduğu müəyyən edilmişdir. İddiaçı hazırkı iddia tələbində bununla əlaqədar ona dəymiş maddi və mənəvi zərəri tələb edir. Cavabdehin qeyd edilən dəlili araşdırma predmeti olmadığından hazırkı iddia tələbinin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir.
34. Apellyasiya şikayətinin digər dəlilinə – Cavabdeh1 MM C-nin iddiaçının əməlliyat olunduğu tarixdən sonra təsis edilməsi və həmin tarixdən sonra tibbi fəaliyyət üçün verilmiş lisenziya əsasında fəaliyyətə başlaması – münasibətdə apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, iş materiallarında olan (iş vər. 126) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli lisenziyanın surətinə əsasən, Cavabdeh1nə özəl tibb fəaliyyətinə dair lisenziya verilmişdir. İş materiallarında olan Cavabdeh1 Hospital tərəfindən verilmiş epikrizlərinin surətindən görünür ki, X5 xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə burun əməlliyatı olunmuşdur. Hər iki epikriz baş həkim İ.Ağayev tərəfindən təsdiq olunmuşdur. Məhkəmə elektron informasiya sistemindən çıxarışa əsasən Cavabdeh1 MMC-nin qeydiyyata alınmasına dair xx.xx.2017ci il tarixdə məlumat qeyd edilmiş, MMC-nin 2017-2021-ci il ərzində fəaliyyətinə dair vergi qanunvericiliyinə əməl edilməsi vəziyyəti vergi xidməti tərəfindən yoxlanılmışdır. Bu onu göstərir ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
35. Cavabdehin apellyasiya şikayətinin növbəti dəlili olan Cavabdeh2 adlı şəxsin Cavabdeh1 MMC-yə hər hansı əlaqəsinin olmasının məhkəmə tərəfindən araşdırılmaması ilə bağlı apellyasioya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən MMC-yə dəfələrlə məhkəmə sorğusu verilməsinə baxmayaraq, əməliyyatın aparılması, həmçinin Cavabdeh2la bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamış, buna görə MMC cərimə olunmuşdur. MMC-yə dair internet saytından əldə olunmuş məlumatdan görünür ki, otolarinqoloq Cavabdeh2 2015-ci ildən Medi Style Hospitalında, qulaq-burunboğaz həkimi kimi fəaliyyət göstərir.
36. İddianın ərazi aidiyyatı qaydaları pozulmaqla icraata qəbul edilərək baxılması barədə cavabdehin dəlilini də əsassız sayan apellyasiya məhkəməsi göstərib ki, Mülki Prosessual Məcəllənin 36.6-cı maddəsinə əsasən şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, 371391 nömrəli arayışından görünür ki, iddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Buna gör də birinci instansiya məhkəməsi tərəfindən hazırkı mülki işə mülki prosessual qanunvericili yin ərazi aidiyyatı haqqında tələblərinə riayət edilməklə baxılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
37. Hospital (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tamamilə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb, əlavə olaraq qeyd edilib ki, məhkəmələr epikrizdəki möhürə istinad etməklə iddianın əsaslı olması qənaətinə gəlsələr də, həmin möhürün hansı VÖEN nömrəli hüquqi şəxsə aid olması sübut olunmur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olara q zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəm ələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yo xlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
41. Kassasiya şikayətində Hospital apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini də Hospital iddianın təmin edilən hissəsində mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin hissə ilə bağlı olmuşdur. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas yoxdur.
44. İddia tələbi delikt öhdəliyindən yaranan tələbdir. İddiaçı cavabdeh tibb müəssisəsində düzgün əməliyyat olunmaması əsası ilə ona maddi və mənəvi zərər dəyməsinə istinad etmişdir.
45. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin bütün dəlillərinə tam qiymət vermişdir.
46. Mülki Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
47. Göründüyü kimi, qanunvericilik tibb müəssisəsinin vurduğu zərərin ödənilməsi ilə bağlı idd ialarda sübutetmə vəzifəsini zərərvuranın üzərinə qoyur.
48. Hazırki işdə də zərərin tibb müəssisinin təqsiri üzündən baş verməsi (Hospitalda əməliyyatın düzgün icra olunmaması) iş üzrə keçirilmiş tibbi ekspertizaların rəyi ilə təsdiq edilməsi məhkəmələr tərəfindən müəyyən edilib. Buna görə də tətbiq edilən maddi hüquq normalarına əsasən iddianın təmin edilən hissəsində gəlinən nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
49. Hospitalın iddiaya etiraz kimi göstərdiyi dəlil – iddiaçının, ümumiyyətlə, Hospitalda əməliyyat edilməməsi barədə dəlil, elə həmin ekspert rəyləri ilə də təkzib edilib. (iddiaçının adına aşılmış epikrizlərin məhz Hospital tərəfindən verilməsi). Apellyasiya məhkəməsinin vurğuladığı kimi, Hospital tərəfindən verilmiş xx.xx.2018-ci il və xx.xx.2018ci il tarixli epikrizləri imzalamaqla iddiaçı üzərində burun əməlliyatı olmasını baş həkim İ.Ağayev də təsdiq etmişdir. Bu baxımdan, Hospitalın kassasiya şikayətinin həmin dəlili əsassızdr.
50. Həmçinin qeyd edilən dəlil əsassız olduğu üçün MMC-nin iddiaçının əməliyyat edilməsindən sonra təsis edilməsi və epikrizlərdəki möhürün hansı VÖEN nömrəli hüquqi şəxsə aid olması barədə kassasiya şikayətinin dəlilləri də əhəmiyyətini itirir.
51. Maddi zərərin məbləği çoxsaylı müvafiq sübutlarla qəbzlərlə müəyyən edilib. Mənəvi zərərin məbləği də iddiaçının keçirdiyi sarsıntılara, məruz qaldığı əzaba və məyusluğa və onun hazırki faktiki sağlamlıq vəziyyətinə uyğun olması ilə əsaslandırılıb. Məhkəmə kollegiyası bu hissədə də qətnaməni əsaslı hesab edir.
52. Apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert r əylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalıapellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2090/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.