Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3946/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yetkinlik yaşına çatmayan uşağın ağır xəstəliyi ilə əlaqədar çəkilmiş xərclərə digər valideynin cəlb edilməsi, apellyasiyanın həddləri, dispozitivlik prinsipi, qətnamənin dərhal qüvvəyə minməsi, qətnamənin dərhal icra edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Gəncə Apellya siya Məhkəməsi mülki kollegiyasının 2(104)-3570/2020 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 (bundan sonra – iddiaçı) ilə Cavabdeh2 (bundan sonra – cavabdeh) 28 dekabr 2017-ci ildə tarixdə qeyri-rəsmi ailə quraraq 23 aprel 2018-ci il tarixə kimi bir yerdə yaşamışlar. Birgə yaşadıqları dövrdə 01.10.2018-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)-567/2020 saylı 03.06.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin 01.10.2018-ci il təvəllüdlü X4nin atası olması, onun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 130 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan 130 manat məbləğində alimentin artırılaraq hər ay 200 manat məbləğində alimentin və uşağın xəstə olması ilə bağlı müalicə xərci kimi 200 manat olmaqla cəmi 400 manat pulun tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment uşağın ehtiyaclarını qarşılamaq üçün kifayət deyildir. Bundan başqa qızı “hipopsik ensefalopasiya, affentiv R25.2, RESPİRATOR qıcolmalarla” diaqnozlu xəstəlikdən əziyyət çəkir. Bərdə ra yon Uşaq Poliklinikasınada qeydiyyatdadır. Onun müalicəsi üçün də sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Tibbi Ərazi Bölmələrinin X3 Mərkəzi Rayon Xəstəxanası tərəfində verilmiş arayışda qeyd edilmişdir ki, 01.10.2018-ci il təvəllüdlü X4 uşaq polikiliknikasının nevroloji kabinetində “perinatal hipoksik ensefalopatiya, tez-tez təkrarlanan qıcolmalarla” diqanoqu ilə qeydiyyatdadır. Uşağın uzun müddətli müalicəyə ehtiyacı vardır. Təqdim olunmuş Sağlamlıq imkanının məhdudluğuna görə HMK-nın iclas protokolunda qeyd edilmişdir X5 eplepsiya xəstəsidir. Bərdə Rayon Məhkəməsinin (hakim Qamət Əbilov) 05 avqust 2020-ci il tarixli, 2(021)-2228/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 01.10.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşı na çatanadək müalicə xərci üçün hər ay 70 manat əlavə xərcin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 03.07.2020-ci il tarixdən cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mübahisələndirilən hissədə (iddia tələbinin müalicə xərci hisəsi) gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən azyaşlı uşağın “perinatal hipoksik ensefalopatiya, tez-tez təkrarlanan qıcolmalarla” xəstəliyindən əziyyət çəkməsi müəyyən edildiyindən cavabdehdən 70 manat məbləğində müalicə xərci kimi əlavə xərc tutlaraq iddiaçıya ödənilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər; Fikrət Mehtiyev sədrlik edən və mər uzəçi, Rəhman Muradov, Ədil Məmmədov) 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul olunaraq iddia tələbi rədd edilmişdir. Məhkəmə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, uşağın ağır xəstə olması, mütəmadi müalicəyə ehtiyac duyması, müalicə üçün hər ay hansı məbləğdə vəsait lazım olmasını iş materialları ilə müəyyən etmək hazırki məqamda mümkün deyildir. Həmçinin bu məsələnin həlli zamanı cavabdehin işsiz olması və maddi durumu nəzərə alınmalıdır. Bundan başqa iş materialları ilə aydın olur ki, hazırki mübahisə üzrə yuxarı instansiyada qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Həmçinin birinci instansi ya məhkəməsi maddi və prosessual normaları pozaraq qətnamənin dərhal icra edilməsini qət etmişdir. Qanunvericilikdə əlavə xərclərə dair qətnamənin dərhal icrası nəzərdə tutulmamışdır. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, uşağı ömürlük xəstədir. Onun davamlı müalicəyə ehtiyacı var. Cavabdehin verdiyi 130 manat isə övladının heç bir təlabatını ödəmədiyi kimi, müalicə xərcini də ödəmir. O, isə he ç bir yerdə işləmir. Adına heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. Maddi imkanı aşağı olması ilə əlaqədar məhkəmə iclasına gedə bilməsə də, o, məhkəməyə övladının xəstə olması və mütəmadi müalicəyə ehtiyacı olması ilə əlaqədar arayışlar təqdim etmişdir. Lakin məhkəmə heç bir sübutun təqdim edilməməsi əsası ilə iddia tələbini rədd etməkdə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına ba xmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara ist inad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə yeni qətnamə qəbul edərək iddia tələbini tam rədd etmişdir. Hazırda qətnamədən iddiaçı kassasiya şikayəti verdiyindən və iddiaçı tələbin rədd edilən digər hissələrini apellyasiya qaydasında mübahisələndirmədiyindən, qətnamə mübahisələndirilən hissədə, yəni cavabdehdən 70 manat müalicə xərcinin tutulmasının rədd edilməsi hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə
81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə b ilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ni bütövlükdə yoxlayaraq iddia tələbini tam rədd etməklə apellyasiyanın həddləri ilə bağlı prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Baxılan işdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarət olmuşdur: 1) Bərdə Rayon Məhkəməsinin 2(021)-567/2020 saylı 03.06.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması; 2) Uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərin ödənilməsi. Birinci instansiya məhkəməsi tələbin birinci hissəsini rədd etmiş, ikinci hissəsini qismən təmin etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, tələbin rədd edilən hissələrini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən yoxlasa da, nəticədə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə deyil, tam ləğv etmiş və iddia tələbini tam rədd edərək, Mülki Prosessual Məcəlləsi-nin tələblərini, dispozitivlik prinsipinin tələblərini və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. Belə ki, MPM-nin 372.6-cı maddəsinə əsaəsn apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcə llənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır”. Göründüyü kimi, qərarda qətnamənin tərəflərin mübahisələndirmədiyi və beləliklə də onun əsaslılığının şübhə altına alınmayan hissəsində ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədə saxlanılması dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edildiyini göstərsə də, şikayətin məzmunundan götründüyü kimi, o, tələbin rədd edilən hissələrini mübahisələndirməmişdir. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları 08.10.2020-ci il tarxli 03/2020 nömrəli qərardadının 61 və 62-ci bəndlərində qeyd edilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxlərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Təsadüfi deyil ki, MPM-nin 372.6-cı maddəsi birinci instansiya məhkəməsinin qətnaməsini əsaslılığını onun həm düzünə, həm də məhz dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib - mübahisələndirilmədiyinə diqqət yetirməlidil ər”. MPM-nin 418.6-cı maddəsinə görə, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi azyaşlı uşağın xəstəliyinə görə əlavə xərclər qismində tələbin rədd edilməsi hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə həmin hissədə iddiaçının məhkəməyə hər hansıə bir sübut təqdim etmədiyni qeyd etmişdir. Bununla da məhkəmə işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələbərinə uyğun qiymətləndirməyərək prosessual pozuntuya yol vermişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı məhkəməyə uşağın xəstə olması ilə bağlı birinci instansiya məhkəməsinə sənədlər təqdim etmiş, apellyasiya instansiyası məhkəməsi həmin sənədləri nə üçün sübut kimi qəbul etməməsini əsaslandırmayaraq prosessual pozuntuya ypl vermişdir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş Tibbi Ərazi Bölmələrinin X3 rayon Mərkəzi Xəstəxanası tərəfində verilmiş arayışda qeyd edilmişdir ki, 01.10.2018-ci il təvəllüdlü X4 uşaq po likiliknikasının nevroloji kabinetində “perinatal hipoksik ensefalopatiya, tez-tez təkrarlanan qıcolmalarla” diqanoqu ilə qeydiyyatdadır. Uşağın uzun müddətli müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə süb utları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası qeyd ed ir ki, cavabdehin işsiz olması və maddi durumunun aşağı olması onun valideyn kimi xəstə uşağa çəkilmiş xərclərin ödənilməsindən azad edilməsi üçün əsas ola bilməz. Ailə Məcəlləsinin 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Bundan başqa apellyasiya instansiyası məhkəməsi həmçinin bu hissədə iddia tələbini rədd edərkən iş materiallarında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməs inin olmasına istinad etmişdir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin uşağın xəstəliyinə görə əlavə xərclərin tutulması ilə bağlı əlaqəsini göstərməmişdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi alimentin tutulması ilə bağlı olmuş, birinci instansiya məhkəməsi də qətnaməyə alimentin arıtırılması ilə bağlı nəticəyə gələrkən istinad etmişdir. Hazırda isə həmin hissə mübahisələndirilmir. Məhkəmənin yol verdiyi digər bir prosessual pozuntu ondan ibrətdir ki, məhkəmə birinci instansiya məhkəməsinin qətnamənin dərhal icra edilməsi barədə qənaətini əsassız hesab edərək məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərinin pozduğunu qeyd etmiş, MPM-də əlavə xəcrlərə görə qətnamənin dərhal qüvvəyə minmədiyini göstərmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi özü qətnamənin qanuni qüvvəyə minməsi ilə bağlı prosessual tələbləri pozmuş, məhkəmə qətnamədə göstərdiyi hallara zidd nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin nəticə hissəsində qətnamənin qəbul edildiyi andan qüvvəyə minməsini qeyd etmişdir. Halbuki MPM-nin 393-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. MPM-də bəzi kateqoriya işlər üzrə qətnamənin dərhal qüvvəyə minməsi təsbit olunmuşdur ki, hazırki mübahisə həmin kateqoriyadan olan işlər sırasına daxil deyildir (MPM 355-7.4, 355-13.4, 355-17.3, 355-18.4, 355-19.3 və 355-22.4-cü maddələri). Hazırkı mübahisə d ərhal qüvvəyə minməli olan qətnamə deyil, dərhal icra edilməli olan işlər sırasına aiddir. Digər tərəfdən məhkəmə əlavə xərclərə görə qətnamənin dərhal qüvvəyə minməli olmayan qətnamə hesab etməklə də səhv nəticəyə gəlmişdir. Belə ki, MPM-nin 234.1-ci maddəsinə görə, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki iddia tələbinin qanuni əsasə Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Həmin norma Ailə Məcəlləsinin “Ailə üzvlərinin aliment öhdəlikləri” adlanan beşinci bölməsində, “Valideynlərin və uşaqların aliment öhdəlikləri” adlanan Xİİİ fəslində yer almışdər. Apellyasiya instansiyası məhkəməsi həmin tələbi aliment tələbi hesab etməyərək maddi hüquq normasının tələbini pozmuş, bu isə öz növbəsində prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 418.2-ci maddəsinə görə, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bir sıra maddi və prosessual hüquq normalıarını pozulması ilə çıxarılmışdır. İş materiallarına azyaşlı uşağın xəstəliyi ilə bağlı sənədlər əlavə edildiyindən, iş üzrə əlavə araşdırma aparmaq üçün işin yeni apellyasiya baxışına qaytarılmasına zərurət olmadığından məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməklə yeni qərar qəbul edilməlidir. Məhkəmə cavabdehin maddi durumunu da nəzərə alaraq hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə qismən təmin edilməli, cavabdehdən azyaşlı uşağın xəstəliyi ilə bağlı çəkilən əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat pul tutularaq iddiaçıya verilməlidir. MPM-nin 418.1-cü maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vah idliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3570/2020 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin xəstəliyə görə əlavə xərclərin tutulmasının rədd olunması hissədə ləğv edil sin. Həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilsin. 01 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək müalicə xərci üçün hər ay 50 manat sabit pul məbləğində əlavə xərc məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 03 iyul 2020-ci il tarixdən Cavabdeh2 tutularaq İddiaçı1 ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.