Məhkəmə qərarları › İş №2(102)-3947/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3947/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3947/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əliabbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin və dəbbə pulunun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2713/2016 nömrəli, 20 aprel 2016-cı il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları

1. İddiaçı bank ilə cavabdehlər arasında 19 dekabr 2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh1 18 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 19000 ABŞ dolları kredit vermiş, borclu öz öhdəliklərini icra etmədiyi halda zaminlər Cavabdeh2 və Cavabdeh3 məsuliyyəti öz öhdələrinə götürmüşlər. 2. xx.xx.2015-ci ildə iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.201 4-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavə imzalanmış və bu barədə Cavabdeh3 məlumat verilməmişdir. Həmin əlavə ilə kreditin qaytarılma müddəti xx.xx.2017-ci ilədək 9 ay 1 gün müddətinə uzadılmış, faiz dərəcəsi isə 28 faizdən 26 faizədək endirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı-nin xeyrinə 16556 ABŞ dolları əsas borcun, 4029 ABŞ dolları faiz borcunun, gecikdirməyə görə 4967 ABŞ dolları dəbbə pulunun, cəmi 25552 ABŞ dolları məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İd diaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 28 faiz dərəcəsi olmaqla, 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və müqavilənin təminatı kimi kredit götürmüş şəxs öz öhdəliklərini icra etmədiyi halda bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Cavabdeh1 bu günədək sözügedən kreditin əsas məbləği üzrə 16556 ABŞ dolları, faiz məbləği üzrə 4029 ABŞ dolları, cərimə üzrə 4967 ABŞ dolları, cəmi 25552 ABŞ dolları məbləğində borcu yaranmışdır.

5. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o bankla müqavilə bağlayaraq biznes krediti almışdır. 2000 ABŞ dolları kredit üzrə ödəniş etmiş, lakin sonradan inflyasiya baş verdiyindən işləri pisləşmişdir. İddia tələbində qeyd edilən əsas məbləğə etiraz etmir, lakin dəbbə və faiz borcunu qəbul etmir. Son bir ildə kredit ödənişlərini edə bilməmişdir.

6. Digər Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddia ərizəsinə etiraz edir. Belə ki, o və Cavabdeh3 iş üzrə zamindirlər. Cavabdeh3 onun tələbə yoldaşıdır, müqapviləyə imza etməyə Cavabdeh3 o aparmışdır. Zaminlik müqaviləsi saat 6-dan sonra bağlanmış və onların ödəmə qabiliyyətləri bank tərəfindən yoxlanmamışdır. Hazırda Cavabdeh3 2 uşaq atasıdır və bank qarşısındakı öhdəlik ona maddi çətinlik yaranır. Zaminlik müqaviləsini imzalayarkən onlara gələcəkdə heç bir problem olmayacağını bildirmişlər.

7. Digər Cavabdeh3 məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, onun zaminlik müqaviləsinə xitam verilməli və iş üzrə cavabdehlər siyahısından çıxarılmalıdır. Belə ki, onunla xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlansa da, xx.xx.2015-ci ildə ona heç bir məlumat verilmədən və onun iştirakı olmadan həmin zaminlik müqaviləsinə dəyişiklik edilmiş ki, həmin dəyişiklik onun vəziyyətini ağırlaşdırmışdır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-9929/2015 nömrəli, 29 dekabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada xx.xx.2014-cü il tarixli 27-M-1-0-515-14 saylı kr edit müqaviləsi üzrə 16556 ABŞ dolları əsas borcun, 2233,32 ABŞ dolları faiz borcunun, 200 ABŞ dolları dəbbə pulunun, cəmi 18989,32 (on səkkiz min doqquz yüz səksən doqquz dollar, otuz iki sent) ABŞ dollarının (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-nın xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli 27-M-1-0-515-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Razılaşmaya əsasən cavabdeh bank tərəfindən ona verilmiş 19000 ABŞ dolları kredit məbləğinə xx.xx.2016-cı il tarixə kimi cəmi 4486,09 ABŞ dolları faiz ödənilməsi nəzərdə tutulmuşdur. Bank tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən ödənilmiş 2444 ABŞ dolları əsas borca, 2252,77 ABŞ dolları faiz borcuna silinmişdir. Lakin bank tərəfindən kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq faiz məbləği xx.xx.2015-ci il tarixə kimi hesablanaraq tələb olunur. Buna görə də cavabdehlərdən birgə qaydada 16556 ABŞ dolları əsas borc, ödənilmiş faiz çıxılmaqla 4486,092252,77=2233,32 ABŞ dolları faiz borcu tutularaq bankın xeyrinə ödənilməlidir.

10. Məhkəmə həmçinin hesab etmişdir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 200 ABŞ dolları məbləğində pul tutulmalıdır.

11. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 6, 16.1, 385.1, 425, 462.1, 465.2, 467, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci, “Banklar haqqında” qanunun 1, 36.6-cı, Mülki Prossesual Məcəllənin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və onun cavabdehlər siyahısından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlansa da xx.xx.2015-ci ildə sonuncuya heç bir məlumat verilmədən, onun razılığı və iştirakı olmadan həmin zaminlik müqaviləsinə dəyişiklik edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)- 2713/2016 nömrəli, 20 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər İ.Vəliyev-sədrlik edən və məruzəçi, X.Məhərrəmova və E.Həsənov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli 2(011)-9929/2015 saylı qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğundur, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir, bu dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən kredit müqa viləsinin təminatı olaraq İddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi imzalandığından, sonradan kredit müqaviləsinə əlavənin olması Cavabdeh3 12.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin icrasından zamin olaraq azad edə bilməz. Digər tərəfdən iş materialları ilə müəyyən olunur ki, bank tərəfindən tələb olunan borc məbləği apellyasiya şikayəti verən cavabdehin müqaviləyə dəyişiklik olunmamışdan əvvəlki zamin olduğu zaman, yəni 29 oktyabr 2015-ci il tarixə hesablanmış borcdur. İddia ərizəsi isə müqavilə müddəti başa çatmamış 18 noyabr 2015-ci il tarixə verilmişdir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2.1, 470.1, 470.2, 471, 472, 739.1 və 739.2-ci, MPM-in 384 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilməsini və iddia tələbinin ona aid hissədə rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 razılığı və iştirakı olmadan xx.xx.2015-ci il tarixli əlavə ilə xx.xx.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə dəyişiklik edilmişdir. Qeyd edilən dəyişiklik ilə kreditin müddəti 9 ay uzadılmış və həmin uzadılmış müddət üçün əlavə faizlər hesablanmışdır. Göründüyü kimi Cavabdeh3 razılığı alınmadan edilmiş dəyişiklik sonuncunun məsuliyyətini artırmışdır. Apellyasiya instansiyası məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmiş və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı mövqeyə zidd qətnamə qəbul etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2305/2020 nömrəli, 24 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov-sədrlik edən və məruzəçi, İ.Dəmirov və V.Həsənov) Cavabdeh3 kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 20 aprel 2016-cı il tarixli, 2(103)-2713/2016 saylı qətnaməsi Cavabdeh3 kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

21. Kassasiya instansiyası məhkəmə si qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib, işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, iddiaçı bank sözügedən kredit və zaminlik müqavilələri çərçivəsində bağlanmış 17 aprel 2015-ci il tarixli əlavə saziş üzrə cavabdehlərdən hər hansı kredit borcunu tələb etmədiyindən və ümumiyyətlə həmin əlavə saziş üzrə yaranmış borc məbləği hazırki işə baxılmasının predmeti olmadığından kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

22. Məhkəmə həmçinin qeyd etmişdir ki, söz ügedən əlavə saziş həqiqətən zamin Cavabdeh3 razılığı və iştirakı olmadan bağlanmışdırsa və bu sonuncunun məsuliyyətinin artmasına səbəb olmuşdursa da, o ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla həmin əlavə sazişi məhkəmə qaydasında mübahisələndirə bilər.

23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 460.1, 470, 472.1 və 477-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumundakı icraat

24. Cavabdeh3 Ali Məhkəmənin Mülki kollegiyasının qərarından konstitusiya şikayəti vermişdir.

25. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2022-ci il tarixli qərarı ilə İddiaçı X1 Cavabdeh3 və digərlərinə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleg iyasının 24 sentyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.

26. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyası 24 sentyabr 2020-ci il tarixli qərarı ilə Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418.1 və 418.3-cü maddələrinin tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına l azımi diqqət yetirməmiş, həmin məhkəmənin 20 aprel 2016-cı il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır ki, nəticədə Cavabdeh3 Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş hüququ pozulmuşdur. e) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumundakı icraat

27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 13(102)-2(k)/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2305/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Ali Məhkəmənin Mülki kollegiyasına göndərilmişdir.

28. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu qəbul etdiyi qərar ı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2022-ci il tarixli qərarına uyğun əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilməsini və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 razılığı və iştirakı olmadan xx.xx.2015-ci il tarixli əlavə ilə xx.xx.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə dəyişiklik edilmişdir. Qeyd edilən dəyişiklik ilə kreditin müddəti 9 ay uzadılmış və həmin uzadılmış müddət üçün əlavə faizlər hesablanmışdır. Göründüyü kimi Cavabdeh3 razılığı alınmadan edilmiş dəyişiklik sonuncunun məsuliyyətini artırmışdır. Apellyasiya instansiyası məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmiş və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı mövqeyə zidd qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş d igər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

35. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

37. Maddə 445.1. İcr anı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

38. Maddə 445.2.1. “Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır.

39. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

41. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

42. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi ic ra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

43. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

44. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliy ə xitam verilir.

45. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

46. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respubli kası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarı. 48. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı. Mülki Prosessual Məcəllə

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı iş üzrə məhkəmə qərarlarından Cavabdeh3 apellyasiya şikayəti və kassasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsi tərəfindən yalnız iddianın Cavabdeh3 münasibətdə təmin edilməsi hissəsində yoxlanılmışdır. Digər cavabdehlərə münasibətdə iddianın təmin olunması hissədə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olmamışdır. Ona görə də məhkəmə kollegiyası hazırkı kassasiya baxışında apellyasiya ins tansiyası məhkəməsi qətnaməsi tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərinə əsasən araşdırıb, habelə iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında göstərilənləri nəzərə alaraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnamasi ləğv edilməklə iş üzrə yeni qərar çıxarılmalı, Cavabdeh3 qarşı İddiaçı-nin iddiası rədd edilməlidir.

61. Belə ki, iddiaçı bank Cavabdeh3 və qeyrilərindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və eyni tarixli zaminlik müqaviləsinə əsasən cəmi 25552 ABŞ dolları məbləğində borcun müştərək qaydada tutulmas ını xahiş etmişdir.

62. Cavabdeh3 iddia ərizəsinə etiraz verərək göstərmişldir ki, onunla bağlanmış zaminlik müqaviləsinə xitam verilməlidir ona görə ki, iddiaçı bank ilə onun və digər cavabdehlər, kredit alan Cavabdeh1 və zamin Ruçif Hüseynov arasında 19 dekabr 2014cü il tarixli zaminlik müqaviləsi bağlanmış, lakin sonradan onun razılığı və iştirakı olmadan xx.xx.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavə imzalanmış, həmin əlavə ilə kreditin qaytarılma müddəti uzadılmış, faiz dərəcəsi 28-dən 26 faizədək endirilmişdir. Zaminlik müqaviləsinə dəyişiklik onun vəziyyətini ağırlaşdırmışdır.

63. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 apellyasiya şikayətini təmin etməyərək belə qənaətə gəlmişdir ki, İddiaçı ilə Cavabdeh2 və Cavabdeh3 arasında 19 dekabr 2014-cü i l tarixli zaminlik müqaviləsinə əsasən həmin tarixli kredit müqaviləsi təminat altına alındığından, sonradan kredit müqaviləsinə əlavənin olması zamin olaraq Cavabdeh3 19 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin icrasından azad edə bilməz. Bank tərəfindən tələb olunan borc məbləği müqaviləyə əlavə olunmamışdan əvvəlki dövr üçün, yəni 29 oktyabr 2015-ci il tarixidək hesablanmış borcdur. İddia ərizəsi isə müqavilə müddəti başa çatmamış 18 noyabr 2015-ci il tarixində verilmişdir.

64. İşdən görünür ki, Cavabdeh3 tərəfindən onun 19 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəliyinin artmasına səbəb olmuş kredit müqaviləsinə əlavə 17 aprel 2015-ci il tarixdə imzanlanmış, bank tərəfindən tələb olunan borc məbləği isə müqaviləyə dəyişikli k edildikdən sonrakı 6 aydan artıq müddəti əhatə etmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, bu hal zamin Cavabdeh3 məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur ki, bu da Mülki Məcəllənin 477.0.1-ci maddəsinə görə zaminliyə xitam verilməsi üçün əsasdır.

65. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında zaminlik müqaviləsinə xitam verilməsinin şərtlərinə və əsaslarına dair hüquqi mövqeyini formalaşdırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarda qeyd edilmişdir ki, zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

66. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zam inliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır.

67. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.

68. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Cavabdeh3 qarşı iddianı təmin etməkdə səhvə yol vermiş, apellyasiya instansiyası məhkəməsi də həmin səhvi aradan qaldırmamış, işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının səhv tətbiq olunmasını diqqətdən qaçırmışdır. Bu baxımdan da Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz.

69. İşə mahiyyəti üzrə birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində baxılmış, məhkəmə iclaslarında tərəflər iştirak etmiş, sübutlar tədqiq edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət görmür. Ona görə də qətnamə ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək Cavabdeh3 qarşı iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2713/2016 nömrəli, 20 aprel 2016-cı il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh3 qarşı təmin olunması hissədə ləvğ edilsin və həmin hissədə yeni qərar çıxarılsın. İddiaçı X1 Cavabdeh3 qarşı iddiası rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar