Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3948/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh3-nin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.01.2019-cu il tarixli, 2(103)-1023/2019 nömrəli qətnaməsindən İddiaçı1-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim F.Mi rzəyev) 30.05.2017-ci il tarixli, 2(007)2484/2017 nömrəli qətnaməsi ilə İddiaçı1-nin cavabdehlər Cavabdeh3-nə və Cavabdeh1 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh3-dən və Cavabdeh1 İddiaçı1-nin xeyrinə 22030 manat vurulmuş maddi ziyanın, habelə dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 22060 manat pulun müştərək qaydada tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, Z.Əliyev, R.Eyvazov) 21.01.2019-cu il tarixli, 2(103)-1023/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30.05.2017-ci il tarixli, 2(007)-2484/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 170 manatın İddiaçı1-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı1-nin nümayəndəsi və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı1 cavabdehlər Cavabdeh3-nə və Cavabdeh1 oğluna qarşı “dəymiş ziyanın ödənilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 oğlu tərəfindən İddiaçı1-nə vurulmuş 22030 manat ziyanın, habelə dövlət büdcəsinə ödənilən 30 manat dövlət rüsumunun, ümumilikdə 22060 manat pulun müştərək qaydada İddiaçı1-nin xeyrinə tutulması barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı1-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər apelyasiya məhkəməsinə yeni sübut təqdim edərkən həmin sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilməmələrinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Lakin apelyasiya baxışı zamanı təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının hər iki rəyi ilə iddia üzrə avtomobilə dəyən zərərin məbləğin iddiadan da artıq olmaqla 20838 manat müəyyən edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı1-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə baxışının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3-nin nümayəndəsi və vəkili Vəkil k assasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMin 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, 21 iyun 2013-cü il tarixli *************** saylı aktın surətinə əsasən "Hyundai County" markalı az ** AM *** dövlət qeydiyyat nişanlı avtomobilə 26.030 manat məbləğində ziyan dəymiş, Şabran rayon Məhkəməsinin 1(031)-4/2014 -cü il saylı 12.03.2014-cü il tarixli hökmü ilə X1 və Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. İddiaçı1 ilə Cavabdeh1 arasında 201 saylı, 03.06.2013-cü il tarixli əmək müqaviləsi bağlanmış, həmin müqavilənin 3.1-ci bəndinə əsasən o, istismar etdiyi avtobusu təyinatı üzrə istifadə etməyi, onu texniki cəhətdən saz və səliqə-sahmanda saxlamağı, sərnişinlərə yüksək mədəniyyət göstərərək onları getdiyi istiqamətə və işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımağı öhdəsinə götürmüş, 03 iyun 2013-cü il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh1 öhdəliyi lazımınca məsuliyyəti öz üzərinə götürmüşdür. AC seriyalı 166343 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən ** *** dövlət qeydiyyat nişanlı “Hyundai County" markalı avtobusun mülkiyyətçisi İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətidir. ************ saylı yük avtomobili üçün surətinə əsasən 01-30 iyun 2013-cü il tarixdə «Daewoo Novus» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü E1 adına yol vərəqi verilmişdir Apellyasiya instansiyası məhkəməsi X1 ilə Cavabdeh3-nin hüquqi bağlılığının təkzibedilməz sübutlarla təsdiq edilmədiyini, qət edilmiş məbləğin (ekspertiza rəyinin) rəsmi (maliyyə) sənəd kimi təsdiq (möhür, imza və sair) edilməyən (mötəbər sübut kimi sayılmayan) 21.06.2013-cü il tarixli ********** saylı akta əsasən müəyyən edildiyini, zərər üzrə 4000 manat məbləğində ödənildiyinin iddiaçının özünün etiraf etdiyini, (icbari) sığorta münasibətlərindən yararlanmaması səbəblərinin əsaslandırılmadığını, habelə digər təkzibedilməz sübutların təqdim edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi cavabdeh olması sübuta yetirilməyən (hüquqi) şəxsə qarşı yönəldilmiş və sübut növü sayılmayan sənəd üzrə düzgün nəticəyə gəlinməmişdir. Apellyasiya kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə istinad edərək qəbul etdiyi qətnaməni əsaslandırmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərə fli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya baxışı zamanı maddi və prosessual hüquq normalarının pozuntusu müəyyən edilməmişdir. Ona görə də, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.01.2019-cu il tarixli, 2(103)1023/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3948/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3948/2019
10.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver