Məhkəmə qərarları › İş №2(102)-3948/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3948/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3948/2021 14.07.2021 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2021-ci il tarixli, x nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi (hakim G.Əsədova) 17 sentyabr 2020-ci il tarixli, 2(005)-1688/2020 nömrəli qətnamə ilə İddiaçı Cavabdehnə qarşı “mənzilə sahi blik və istifadəyə yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməsi, ünvan 1 ünvanda inşa olunan üç girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzil ilə bağlı İddiaçı sahibliyi və istifadəsinə dair Cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin İddiaçı təhvil verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçı Cavabdehnə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Həs ənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) 11 fevral 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli, X nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bununla belə, kassasiya baxışında İddiaçı və Cavabdeh şirkəti öz aralarında barışığa gəlmələri barədə sazişi təqdim edərək, bağladıqları 14.07.2021-ci il tarixli barışıq sazişinə əsasən, işin ictraatına xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən görünür ki, tərəflər iş üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: “1. Barışıq sazişin predmeti. 1.1.Bakı şəhəri Nərimanov rayon məhkəməsinin X saylı iş üzrə 17.09.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdehə qarşı iddiası təmin edilmişdir. Məhkəmə adı çəkilən qətnamə ilə ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzil ilə bağlı iddiaçının sahibliyi və istifadəsinə dair cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə cavabdehin İddiaçıya qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x saylı iş üzrə 11.02.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1688/2020 saylı iş üzrə 17.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda adı çəkilən iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. 1.2. Hal-hazırda iddiaçı ilə cavabdeh (barışıq sazişinin tərəfləri) məhkəmədən kənar aparılan danışıqlar yolu ilə aralarında olan mübahisəni iki tərəfi qane edən şərtlərlə həll edib, barışıq sazişi bağlayıblar və bu sazişin məhkəmə kollegiyası tərəfindən təsdiq olunmasını xahiş edirlər.

2. Cavabdehin vəzifələri. 2.1. Cavabdeh ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mübahisəli mənzilin əvəzində, iddiaçıya ünvan 2 ünvanında inşa edilmiş yaşayış evinin giriş B, blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan 3 otaqdan ibarət Bİ8-2 saylı mənzili iddiaçıya təhvil verir. 2.2. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasından adı çəkilən iş üzrə bağlanmış barışıq sazişini təsdiq edərək, işə xitam verilməsini xahiş edir.

3. İddiaçının vəzifələri. 3.1. İddiaçı ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mübahisəli mənzilin əvəzində, ona cavabdeh tərəfindən ve rilən ünvan 3 ünvanında inşa edilmiş yaşayış evinin giriş B blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan 3 otaqdan ibarət Bİ8-2 saylı mənzili cavabdehdən qəbul edir. 3.2. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasından adı çəkilən iş üzrə bağlanmış barışıq sazişini təsdiq edərək, işə xitam verilməsini xahiş edir.” Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi X1 təsdiq edilməklə mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Beləliklə, tərəflər mübahisəni barışıqla yekunlaşdıraraq, bu barədə iradə ifadələrini yazılı formada tərtib etdikləri sazişdə məhkəməyə təqdim etmişlər, həmin sazişin təsdiq olunması və işin icraatına xitam verilməsi barədə ərizələr vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. T ərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 261.0.5-ci maddəsinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-nin 417.1.5-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olar aq iş üzrə icraata xitam verə bilər. Kollegiya hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq edilməli, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2021-ci il tarixli, x nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2021-ci il tarixli, x nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə 14.07.2021-ci il tarixdə tərəflər arasında bağlanmış: “1. Barışıq sazişin predmeti. 1.1.Bakı şəhəri Nərimanov rayon məhkəməsinin X saylı iş üzrə 17.09.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdehə qarşı iddiası təmin edilmişdir. Məhkəmə adı çəkilən qətnamə ilə ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzil ilə bağlı iddiaçının sahibliyi və istifadəsinə dair cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə ilə cavabdehin İddiaçıya qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x saylı iş üzrə 11.02.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin X saylı iş üzrə 17.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda adı çəkilən iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. 1.2. Hal-hazırda iddiaçı ilə cavabdeh (barışıq sazişinin tərəfləri) məhkəmədən kənar aparılan danışıqlar yolu ilə aralarında olan mübahisəni iki tərəfi qane edən şərtlərlə həll edib, barışıq sazişi bağlayıblar və bu sazişin məhkəmə kollegiyası tərəfindən təsdiq olunmasını xahiş edirlər.

2. Cavabdehin vəzifələri. 2.1. Cavabdeh ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mübahisəli mənzilin əvəzində, iddiaçıya ünvan 2 ünvanında inşa edilmiş yaşayış evinin giriş B, blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan 3 otaqdan ibarət Bİ8-2 saylı mənzili iddiaçıya təhvil verir. 2.2. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasından adı çəkilən iş üzrə bağlanmış barışıq sazişini təsdiq edərək, işə xitam verilməsini xahiş edir.

3. İddiaçının vəzifələri. 3.1. İddiaçı ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mübahisəli mənzilin əvəzində, ona cavabdeh tərəfindən verilən ünvan 3 ünvanında inşa edilmiş yaşayış evinin giriş B blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan 3 otaqdan iba rət Bİ8-2 saylı mənzili cavabdehdən qəbul edir. 3.2. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasından adı çəkilən iş üzrə bağlanmış barışıq sazişini təsdiq edərək, işə xitam verilməsini xahiş edir.” məzmunundakı barışıq sazişi təsdiq edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar