Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3948/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3948/2023 Açar sözlər: torpaq sahəsindən istifadəyə maneələr, qonşuluq hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-93/2023 nömrəli, 06 iyun 2023- cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Aqrar islahatlar zamanı İddiaçı (bundan sonra – iddiaçı) X1 iştirakçısı kimi İmişli rayonunun Xəlfəli kəndində 1 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi 1994-cü ildən iddiaçının istifadəsindədir.
2. Qonşu torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh (bundan sonra – cavabdeh) iddiaçının istifadəsində olan yuxarıdakı torpaq sahəsi boyunca uzanan su yolunu Orta Muğan suvarma kanalından çəkilmiş arxla birləşən hissədə bağlayaraq, su yolunun dibi ilə məftil çəpər çəkib, ərazini iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsindən ayırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus, İmişli rayon unun Xəlfəli kəndində yerləşən həyətyanı torpaq sahəsinə gələn cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış su yolunun qarşı tərəfin hesabına açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsi cavabdehin həyətyanı torpaq sahəsi ilə eyni massivdə yerləşir və digər təsərrüfat sahibləri kimi o da indiyə qədər suvarma məqsədilə Araz çayından qidalanan Orta Muğan suvarma kanalından çəkilmiş arxdan istifadə etmişdir. Cavabdeh su yolunun Orta Muğan suvarma kanalından çəkilmiş arxla birləşən hissədə açılaraq, məftil çəpərin su yolunun kənarı ilə çəkilməsi barədə təklifini əvvəlcə qəbul etsə də, sonradan fikrini dəyişmişdir. Bu səbəbdən suvarma işləri apara bilmir.
5. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Xəlfəli kəndində fərdi yaşayış evində yaşayır. İddiaçı su yolu açmaq istədiyi ərazi onun mülkiyyətində olan həyətyanı sahənin tərkib hissəsidir və xəritədə həmin hissədən su yolu nəzərdə tutulmamışdır. Mübahisəli su yolu 1988-1989-cu ildə kolxozun əkin sahəsinin suvarılması məqsədilə açılmış və keçdiyi ərazi islahat zamanı onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçıya məxsus olan torpaq sahəsinə öz ərazisidən mübahisəli yerlə paralel Araz çayından qidalanan Orta Muğan əsas suvarma kanalına birləşən arxdan su yolu açmaq mümkündür. Ona görə də mübahisəli su yolunu Muğan suvarma kanalından çəkilmiş arxla birləşən hissədə bağlayaraq, su yolunun dibi ilə məftil çəpər çəkib, ərazisini cavabdeh məxsus olan həyətyanı torpaq sahəsindən ayırmışdır. Məhkəmə tərəfindən yerində müayinə aparılarkən müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan cəmi 1,07 ha torpaq sahəsi JN 031 A saylı planda göstərilmiş 0,12 ha torpaq sahəsini və 471 BB saylı planda göstərilmiş 0,95 ha bələdiyyə torpağını əhatə edir. İddiaçının həyətyanı torpaq sahəsi boyunca uzanaraq Orta Muğan suvarma kanaldan çəkilmiş arxla birləşən su yolu (cığırı) bələdiyyə torpağından keçir. Mübahisəli su yolu (cığırı) cavabdehin istifadəsində olan torpaq sahəsinin aşağı hissəsindən, iddiaçının istifadəsində olan torpaq sahəsinin isə yuxarı hissəsindən keçdiyindən sonuncuya məxsus olan torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulmuşdur. Su yolu (cığırı) dibi ilə məftil çəpər çəkilə rək və suvarma arxı ilə birləşən hissədə torpaq bənd qurularaq bağlanmışdır. İddiaçıya məxsus olan torpaq sahəsinə öz ərazisindən mübahisəli su yoluna paralel Araz çayından qidalanan Orta Muğan əsas suvarma kanalına birləşən arxdan su yolu (cığırı) açmaqdan ötrü təxminən 1,0 metr enində və 100 metr uzunluqda torpaq sahəsinin üst qatı 1,0 metr dərinlikdə qazılmalıdır.
6. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)-1042/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi (hakim Ü.Qənbərov) ilə iddia təmin edilmiş, cavabdehin Araz çayından qidalanan Muğan kanalından çəkilmiş suvarma arxına birləşən, İmişli rayonu Xəlfəli bələdiyyəsinə məxsus olan torpaq sahəsindən keçərək, iddiaçıya məxsus olan İmişli rayonunun Xəlfəli kəndində yerləşən 1,0 ha torpaq sahəsi boyunca uzanan su yolunun (cığırının) dibi ilə çəkdiyi məftil çəpərinin sökülməsi və suvarma arxı ilə birləşən hissədə qurduğu torpaq bəndini sökərək, bağladığı su yolunu (cığırını) açması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh JN 031 A saylı planda göstərilmiş 0,12 ha torpaq sahəsinə bitişik 471 BB saylı planda göstərilmiş 0,95 hadan ibarət bələdiyyə torpağını zəbt edərək, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən iddiaçının həyətyanı torpaq sahəsi boyunca Orta Muğan kanalından çəkilmiş arxla birləşən su yolunu (cığırını) bağlamaqda haqlı deyil. İddiaçının özünə məxsus olan torpaq sahəsinə öz ərazisi ilə mübahisəli su yoluna paralel Araz çayından qidalanan Orta Muğan əsas suvarma kanalına birləşən arxdan su yolu (cığırı) açmaq imkanının olması on un bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən çəkilərək uzun müddət ərzində istifadədə olan mövcud su yolundan (cığırından) istifadəsini məhdudlaşdırmır.
8. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 152.5, 157.4, 170.2, 170.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçının mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədi yoxdur, ona torpaq sahəsinin verilməsi barədə iş materiallarındakı arayış onun mülkiyyət hüququnu təsdiq etmir.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə tikinti-texniki ekspertizasının 04 aprel 2023-cü il tarixli, 10/1099 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İmişli rayonu, Xəlfəli kəndində iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsi ilə cavabdehin istifadəsində olan həyətyanı torpaq sahəsi arasındakı mövcud su arxının ətrafı cavabdeh tərəfindən çəpərlənməklə su arxının normal axınına maneə yaradılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-93/2023 nömrəli, 06 iyun 2023cü il tarixli qətnaməsi ilə (İlham Əsədov - s ədrlik edən və məruzəçi, Samir Mayılov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
14. Məhkəmə İmişli Rayon Xəlfəli Bələdiyyəsinin xx.xx.2021-cü il tarixli arayışına əsasən iddiaçıya ayrılmış 1 ha torpaq sahəsinin onun qanuni istifadəsində olduğu barədə nəticə gəlmiş və Mülki Məcəllənin 157.8-ci maddəsinə istinadla hesab etmişdir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də məxsusdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil Tərayil oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddiaçı barəsində məlumat verilərkən bir necə dəfə onun ailə üzvləri ilə birlikdə İmişli rayonunun kəndində fərdi yaşayış evində yaşaması və mülkiyyətində 1,0 ha torpaq sahəsinin mövcudluğu barədə qeyd edilənlər yanlışdır və həqiqətə uyğun deyildir. Başqa sözlə, o, İmişli şəhərində yaşayaraq, Xəlfəli kəndində mülkiyyətində olmayan torpaq sahəsinə və cavabdehin qanuni mülkiyyətində olan torpaq sahəsi üzərindən keçən su yoluna iddia edir. İddiaçı İmişli rayon Xəlfəli kəndində mülkiyyətində 1,0 ha torpaq sahəsinin mövcudluğunu və həmin sahə üzər ində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən mülk sənədləri - şəhadətnamə, reyestrdən çıxarış və sair sənədləri iş materiallarına əlavə etməyib, iş materiallarında olan birinci instansiya məhkəməsinin qanunsuz və əsassız olaraq istinad etdiyi yerli icra hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının arayışları birmənalı olaraq iddiaçının rayonun Xəlfəli kəndində 1,0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna malik olması təsdiq etmir mülk sənədlərini əvəz etmir. Məhkəmə yerində araşdırma nəticəsində qanunla cavabdehin qardaşına məxsus olan 0,20 ha torpaq sahəsini heç bir əsası olmadan zəbt torpaq sahəsinə aid etmiş və istifadəsində olan zəbt torpaq sahəsinin ölçüsünü artıraraq onun 0,95 hektarının guya bələdiyyə mülkiyyətində olduğunu qeyd etmişdir. Burada is ə məqsəd mübahisəli su yolunun bələdiyyəyə məxsus torpaq sahəsindən keçməsini, bu səbəbdən də cavabdehi həmin su yoluna heç bir aidiyyətinin olmadığını göstərmək üçün əsas yaratmaq olmuşdur. İmişli rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə 0.12 hektar torpaq sahəsi (fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı məqsədləri ilə) şəhadətnamə (JN-031A, kod ********) ilə cavabdehin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi iş üzrə verilmiş 04 aprel 2023-cü il tarixli ekspert rəyi ilə ziddiyyət təşkil edir. İddiaçı istifadəsində olan torpaq sahəsinin yerləşməsinə dair hər hansı sübut təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etira z daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
20. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
21. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, b ir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
22. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qə tnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassas iya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
36. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsd iq edən hüquq müəyyənedici sənədlər təqdim olunmasa da, işə baxmış məhkəmələr müvafiq yerli icra hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının rəsmi sənədləri əsasında həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olduğunu müəyyən etmişlər. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən hesab etmişdir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Eyni zamanda Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ı, habelə birinci və apellyasiya instansiyası məhkəməsinin baxışı zamanı cavabdeh tərəfindən irəli sürülməmiş dəlillərin yoxlanılması ilə bağlıdır. Hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-93/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m