Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3949/2019 13.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh1, vəkili X3, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsindən kassator Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2015-ci il tarixli qətnaməsi ilə (iş № F.Ə.Məmmədov, iş 2(011)-5/2015) iddiaçı QSC “Bank Standa rd” KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ayaz qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 83.070 manat əsas, 37.231 manat faiz borcu olmaqla, cəmi 120.393,36 manat tutularaq QSC “Bank Standard” KB-yə ödənilməsi, tutmanın Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən evə yönəldilməsi, evin ilkin satış qiymətinin 295.000 manat məbləğində müəyyən edilməsi, evin açıq hərracdan satılması, ev satıldıqdan sonra Cavabdeh2 Ayaz qızı 1 ay ərzində evi tərk etmədikdə oradan məcburi qaydada çıxarılması, evin satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2 016-cı il tarixli qətnaməsi ilə (iş № 2(103)-2922/2018, hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və S.F.Hacıyev)Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, QSC “Bank Standard” KB-nin Cavabdeh1 və Cavabdeh2 Ayaz qızına qarşı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2017-ci il tarixli qərarı ilə (iş № 2(102)-4789/2017, hakimlər İ.R.Xələfov, Ə.A.Mirzəliyev, A.K.Kalbalıyev)QSC “Bank Standard” KB-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 d ekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-184/2018, hakimlər E.C.Kazımov, T.S.Səmədov, İ.K.Şirinov)Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 28 iyul 2015-ci il tarixli qətnaməsi Cavabdeh1 alınmalı olan məbləğin cəmi hissəsində dəyişdirilmiş və həmin məbləğin 60.393 manat müəyyən edilməsi qət edilmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 14 iyun 2011-ci il tarixdə QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 24 ay müddətinə illik 21 faiz olmaqla 150.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi Cavabdeh2 Ayaz qızına məxsus Xəzər rayonun Dübəndi bağ sahəsində yerləşən bağ evi ipoteka ilə yüklü edilmişdir. QSC “Bank Standard” KB 01 avqust 2014-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək 14 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 83.070 manat əsas, 40.298 manat faiz borcu olmaqla, cəmi 123.445,86 manat məbləğində borcunun olmasını əsas göstərməklə həmin məbləğin, borclu Cavabdeh1 bankın xeyrinə tutulmasına və tutmanın ipoteka predmeti olan bağ evinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz verərək yalnız 83.0 70 manat məbləğində borcu qaldığını, müqavilə üzrə faizlərin düzgün hesablanmadığını göstərmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyaisya instansiyası məhkəməsində işə baxılmasının hədləri müəyyən edilmişdir. Birinci instansiya m əhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətində cavabdeh qətnamənin qismən ləğv edilib 37.231 manat faiz borcunun tutulması hissəsində iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh apellyasiya məhkəməsinə apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə verərək qətnamədə göstərilən əsas məbləğdən 60.000 manat ödəniş etdiyini, bundan başqa 31.03.2016-cı il tarixdə bankla barışıq razılaşması bağladığını, lakin faiz borcu ilə razılaşmadığını göstərərək faiz borcu hissəsində iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər hazırki iş üzrə qətnamə çıxarıldıqdan sonra 31 mart 2016-cı il tarixdə bağladıqları barışıq razılaşmasına əsasən razılığa gəlmişlər. Razılaşman ın şərtlərinə əsasən cavabdeh qətnamə ilə qət olunan 120.393 manatı iddiaçıya ödəməli olduğunu qəbul etmişdir. İddiaçı da cavabdehin qətnamə üzrə 60.000 manat pul ödədiyini təsdiq etmişdir. Cavabdeh sazişi imzalamaqla 28 iyul 2015-ci il tarixli qətnamə üzrə qalan 60.396 manat məbləğində borcu və 09 iyun 2010-cu il tarixli kredit müqaviləsi əsasında hesablanmış 5.000 manat borcu, ümumilikdə isə 65.393 manat məbləğində pulu hissə-hissə, 01 aprel 2016-cı il tarixdən başlayaraq 6 ay müddətində hər ay ödəniş etmək şərti ilə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı da borcun sazişlə müəyyən edilən şərtlər əsasında ödənilməsinə razılıq vermişdir. Bu baxımdan cavabdehdən qətnamə ilə tutulan məbləğ 65.393 manatadək azaldılmalıdır. İşə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən al ınmış təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi də əvvəlki ekspert rəyindən fərqlənməmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi olmamaqla MPM-nin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirilməli olsa da, MPM-nin 103.2-ci maddəsinə görə məhkəmə ekspertin rəyi ilə razılaşmadıqda qətnamədə bunu əsaslandırmalıdır. Apellyasiya məhkəməsi ekspert rəylərinə tənqidi yanaşaraq hesab etmişdir ki, əvvəlki rəydə kredit müqaviləsi üzrə cavabdehin banka olan real borc məbləğini müəyyən etmək mümkün olmadığı göstərilsə də, sonrakı rəy ümumiyyətlə iş materiallarında olmayan, tərəflərin də movcudluğunu təsdiq etmədiyi mücərrəd sənədə əsaslanmışdır. Qeyd edilən hallar ekspert rəylərinin mötəbər sübut növü kimi qəbul edilməsinin əsaslarını aradan qaldırmışdır. Eyni zamanda qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra tərəflər öz aralarında barışıq razılaşması bağlamış və qarşılıqlı öhdəliklərini həmin razılaşmanın şərtlərinə uyğun həyata keçirəcəklərini razılaşdırmışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi n əticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3949/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3949/2019
13.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver