Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3950/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı vəkili İsmayılova Xavər Bəxtiyar qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2018-ci il tarixli, 2(103)-1594/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkiltərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 80.000 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tikinti materiallarının alqı-satqısı ilə məşğul olur. 2013-cü ildən başlayaraq cavabdeh ondan dəfələrlə tikinti materialları almış, bununla da, aralarında normal münasibətlər yaranmışdır. 2014-cü ilin yay ayında cavabdeh mal-heyvan alveri etmək məqsədi ilə ondan 100.000 manat pul istəmiş, həmin pulu tezliklə qaytaracağını bildirmişdir. Cavabdeh aldığı borcdan 09 fevral 2014-cü ildə 20.000 manat hissəsini qaytarmış, qalan 80.000 manatı aprel ayında qaytaracağına söz vermiş, lakin vədinə əməl etməmişdir. Cavabd ehə inamını itirdiyinə görə aralarında razılaşmışlar ki, notariat kontoruna gedib borcun etirafına dair müqavilə imzalasınlar. Beləliklə, 11 fevral 2015-ci il tarixdə 44 saylı DNK-da borcun etirafı haqqında müqavilə imzalamışlar. Həmin müqavilədən də görünür ki, cavabdeh 80.000 manat borcunun olmasını etiraf etmiş və həmin pulu 11 aprel 2015-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüş, lakin öhdəliyinə riayət etməmiş, bir manat belə ödəməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 21 iyul 2016-cı il tarixli, 2(003)-265/2016 saylı qətnaməsi ilə (hakim S.İ.Mayılov) İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin təmin olunması, Cavabdeh borc üzrə 80.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu üzrə 30 manat olmaqla, cəmi 80.030 manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Eyvazov Rafael Əmir oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Talışinski Fuad Şəmsəddin oğlu) 30.01.2018-ci il tarixli, 2(103)-1594/2018 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmayaraq Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 21 iyul 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkiliş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2018-ci il tarixli, 2(103)-1594/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsasl andırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2018-ci il tarixli 2(103)-1594/2018 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası A zərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsi ilə gəldiyi nəticələr qanuni və əsaslı olmuşdur. İş materiallarında olan Bakı şəhəri 20 saylı notariat kontorunda bağlanmış (reyestrdə 3M-01-25 nömrə ilə qeydə alınmış) 11 fevral 2015-ci il tarixli borcun etirafı haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında 80000 manat məbləğində borcun etiraf edil məsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, cavabdeh 80000 manat borcunu 11 aprel 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hər əkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki halları v ə qanunvericiliyin qeyd edilən müddəalarına əsasən cavabdehin iddiaçıya 80.000 manat borc pul qaytarmalı olması işdə olan sübutlarla tam təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin aldığı pulu qaytarmaması iddiaçının daxili qanunvericiliklə yanaşı, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarını da pozur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin olunduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq məhkəmə xərcini cavabdehə aid etmiş, sonuncudan həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat pul vəsaitinin də iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Kassasiya kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilməd ən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkilkassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.01.2018-ci il tarixli, 2(103)-1594/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3950/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3950/2019
10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver