Məhkəmə qərarları › İş №2(102)-3950/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3950/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3950/2021 05.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1770/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 av qust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2014-cü il tarixli 12006.11.2014-SM69 nömrəli təminatlı kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 illik 22%-lə 36 ay müddətinə 7.500 manat kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında 06.11.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. 10.09.2020-ci il tarixli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən borclu Cavabdeh1 10.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5.199,91 manat əsas borcu, müqavilənin bitdiyi 06.11.2017-ci il tarixə hesablanmış 1.003,06 manat faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faiz 168,40 manat, cərimə borcu 4835,23 manat, cəmi 11206,60 manat borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 15.05.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5.199,91 manat, faiz borcu üzrə 1.003,06 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 644,21 manat, cərimə borcu üzrə 4.835,23 manat, cəmi 11.682,41 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC 15.09.2020-ci il t arixdə “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 5.199,91 manat əsas, 1.003,06 manat müqavilə müddətində ödənilməmiş faiz, 168,45 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla ödənilməyən faiz borcu, 4.835,23 manat dəbbə pulu olmaqla ümumilikdə 11.206,60 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 120-06.11.2014-SM69 nömrəli 06.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 22 faizlə 36 ay müddətinə 7500 AZN kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında 06.11.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdehlər tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliyini yerinə yetirməmişdirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-2895/2020) iddia qism ən təmin olunmuş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2014-cü il tarixli 120-06.11.2014-SM69 nömrəli kredit müqaviləsi üzrə yaranmış 5.199,91 manat əsas borc, 1.003,06 manat faiz borcu, 100 manat dəbbə pulu olmaqla, cəmi 6302,97 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.332,97 (altı min üç yüz otuz iki manat doxsan yeddi qəpik) manat pulun Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin - Cavabdeh1 qarşı qalan hissədə rədd edilməsi, iddia tələbinin - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində tam rədd edilməsi, kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 06.11.2014-cü il tarixli 120-06.11.2014-SM69 nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi he sab etmişdir ki, 06.11.2014-cü il tarixli təminatlı kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 06.11.2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti 06.11.2017-ci il tarixdə başa çatdığına görə 06.11.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Birinci istansiya məhkəməsi daha sonra hesab etmişdir ki, iddia tələbinin “hesablanmış 4.735,23 manat dəbbə pulunun və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla ödənilməyən 168,45 manat faiz borcunun tutulması” hissəsində rədd edilməlidir. Çünki, cavabdehin borcun qaytarılmasını gecikdirməklə, ondan fayda götürməsi halı məhkəmə araşdırması zama nı sübuta yetirilməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov, V.Sadıqov, iş № 2(103)1770/2021) İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2895/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi - Cavabdeh1 qarşı “hesablanmış 4.735,23 manat dəbbə pulunun və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla ödənilməyən 168,45 manat faiz borcunun tutulması” hissə sində rədd edilməlidir. Çünki, cavabdehin borcun qaytarılmasını gecikdirməklə, ondan fayda götürməsi halı məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ASC (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1770/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə gərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə heç bir əsas olmadan də bbə pulunu həddindən artıq azaltmış, eyni zamanda müqavilə müddəti bitdikdən sonra illik 5%lə hesablanan faiz borcu ilə bağlı tələbin təmin edilməməsində düzgün mövqe göstərməmişdir. Məhkəmə 5% tutulması hissəsində iddianı rədd edərkən faizin mövcudluğunu təsdiq edən sübutun olmamasını qeyd etmişdir, halbuki bununla bağlı arayış məhkəməyə təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə izahatı dinlənilmədi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkü n hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya inst ansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, yalnız iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işl ərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əs asən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çat anadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.4.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında y eni qərar qəbul edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsinin əsası kimi cərimə məbləğinin qismən müəyyən edilməsinin və müqavilə müddətinin bitməsindən sonra 5% tutulması hissəsində iddianın rədd olunmasının qanuna uyğun olmaması ilə bağlıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının, həmin müddətdən s onrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış fayda) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kredit digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüquqa malikdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi gecikdirilmiş müddət üçün cərimə məbləğini qanunvericiliyin ona vermiş olduğu səlahiyyətindən istifadə edər ək mütənasibliyi müəyyən etdiyi həddə müəyyən etmişdir ki, tərəflərin faktiki münasibətlərinə (müqavilə müddətinin bitməsindən uzun müddət keçməsindən sonra tələbin irəli sürülməsi, əsas borc məbləğinin bir hissəsinin ödənilməsi və s.) uyğun olan nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, iddiaçı bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirir. Cavabdehin öhdəliyi vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olur və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5 %-lik məbləği tələb etmək hüququ yaranmışdır. Lakin apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı rədd edən birinci instansiya məhkə məsinin mövqeyi ilə razılaşarkən iddiaçının əldən çıxmış faydanın, yəni Mülki Məcəllənin 445.7-ci maddəsi üzrə tələb etmək hüququnun olmasını nəzərə almamışdır. Eyni zamanda bu hissədə iddianı rədd edən məhkəmələr mümkün sübutların olmamasına istinad edərkən, işdə əldən çıxmış faydanın hesablama qaydasının, gecikmə günlərini və həmin günlərə uyğun hesablanmış dəqiq məbləği müəyyən edən sübutların olmasına əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatandan sonra kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kredit digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kre ditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüquqa malikdir. Bu baxımdan apellyasiya instansiya məhkəməsinin həmin məbləğin tələb edilməsi ilə bağlı bankın sübutlar təqdim etməməsinə dair mövqeyi əsassız olmaqla istinad olunan normanın tələbinə uyğun deyildir. Məhkəmə kollegiyası bankın gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsinə dair hissədə işi yenidən baxışa qaytarmadan hazırkı icraat zamanı həll edilməsini mümkün sayır. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia təmin olunaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin 168,45 (yüz altmış səkkiz manat qırx beş qəpik) həddində müəyyən olunmasını mümkün hesab edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İd diaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1770/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi «gecikdirilmiş vaxt üçün faiz məbləğinin tutulmasının rədd edilməsi hissəsində» ləğv olunsun, həmin hissədə yeni qərar çıxarılsın. Həmin hissədə iddia təmin olunsun. Cavabdeh1 168,45 manat (yüz altmış səkkiz manat qırx beş qəpik) iddiaçının xeyrinə tutulsun. İddiaçı tərəfindən mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar