Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3951/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Hacıyev Sənan Firudin oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 (üçüncü şəxs X1) qarşı “əmlakın icarəyə verilməsindən əldə olunmuş gəlirin ödənilməsi, maneələrin aradan qaldırılması, əmlaka sahiblik və istifadə hüququnun bərpa edilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi” barədə ilk, Cavabdeh1 İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı “pul t ələbi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1072/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Rüstəm qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, X1 və YYY üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi (sonradan dəqiqləşdirilmiş) ilə Bakı şəhəri 111Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, 111rayonu, 111ndə yerləşən 28 saylı qeyri-yaşayış sahəsinin 19.07.2017-ci il tarixdən 03.09.2018-ci il tarixədək icarəyə verilməsindən əldə olunmuş 10.000 manat gəlirin 24,3%-nin, yəni 2430 manatın və vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manatın müştərək qayd ada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi, iddiaçıların qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda, Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri 111Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri 111rayonu 111 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təmirinə və avadanlıqlara xərclədiyi 105.000 manat pulun, cavabdehlərin hər birinin payına düşən 8.505 manatının, cəmi 25.515 manat pulun alınaraq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri 111Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliye v) 2(004)-913/2018 nömrəli işi üzrə 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh1 Bakı şəhəri, 111rayonu, 111ndə yerləşən 28 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunmuş gəlirin 2430 (iki min dörd yüz otuz) manat hissəsi və dövlət rüsumunun 15 (on beş) manat hissəsi ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 xeyrinə tutulması, ilk iddia üzrə iddiaçıların Bakı şəhəri, 111rayonu, 111ndə yerləşən 28 saylı qeyri-yaşayış sahəsindən istifadə etmələrinə ilkin iddia üzrə Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “pul tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rafael Eyvazov) 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri 111rayon Məhkəməsinin 2(004)913/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.01.2019-cu il tarixli 2(103)-1072/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Ka ssasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qeyri-qanunidir, maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarılmışdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi kimi tam araşdırma aparmamış, işdə olan sənədlərə düzgün hüquqi qiymət verməmiş, qanun normalarını düzgün tətbiq etməmiş, birinci instansiya məhkəməsi kimi qeyri-obyektiv və qeyri-qanuni qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və məhkəmə kollegiyası tərəfindən hər hansı bir başqa formada xəbər verilməmişdir. Cavabdeh E.Cabrayılovun iştirakı olmadan tərəfindən verilmiş şikayətə baxılması nəticəsində müdafiə hüququ pozulmuşdur. İddiaçıların təxminən 2010-cu ilin iyun ayından 2016-cı ilin noyabr ayına kimi həmin qeyri-y aşayış sahəsində olan payları ilə maraqlanmamalarına aydınlıq gətirilməmişdir. İddiaçıların təmir işlərindən də, icarə müqavilələrindən də xəbərləri olmuşdur. Həm birinci instansiya məhkəməsi, həm də məhkəmə kollegiyası tərəfindən icarə müqavilələri üzrə hesablamalar düzgün aparılmamışdır. 800 manata bağlanmış müqavilə üzrə icarə haqqı cəmi 3,5 ayı əhatə edir ki, bu da cəmi 2800 manat edir. Yəni, icarə haqqı üzrə ödənilməli olan məbləğ düzgün hesablanmamışdır. Bundan əlavə müqavilələr üzrə icarə haqları göstərilən müddət ərzində tam ödənilib ödənilməməsi araşdırılmamışdır. Belə ki, icarəyə götürənin 3 aylıq icarə borcu yaranmışdır. İşlərinin həcmi azaldığına görə icarə haqqı üzrə onlara Cavabdeh1 tərəfindən güzəşt edilmişdir. Məhkəmə bütün bu halları nəzərə almamışdır. İddiaçılara qeyri-ya şayış sahəsində hər hansı bir maneə yaradılmamışdır, sadəcə olaraq onlar qeyri-yaşayış binasının təmir xərclərini ödəməkdən özlərini kənarlaşdırmaq üçün 6 il müddətində qeyri-yaşayış sahəsinə yaxın gəlməmişlər. Məhkəmə belə halın olub-olmamasını yoxlamaq üçün yerli baxış keçirə bilərdi. Yəni, iddiaçıların istinad etdikləri qeyri-yaşayış sahəsi artıq yoxdur. Qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində də məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, əvvəlki məhkəmə qətnaməsində iddianın həcmi başqa olmuşdur. İddia ərizəsində göstərilən qeyri-yaşayış sahəsi artıq mövcud deyildir. Həmin yerdə daha böyük sahəyə malik qeyri-yaşayış sahəsi mövcuddur və həmin sahə onun vəsaiti hesabına yaradılmışdır və avadanlıqla təmin edilmişdir. İcarəyə götürənlər də icarə haqqını h əmin əraziyə və həmin avadanlıqlara görə ödəyirlər. Hər iki məhkəmə qətnamə qəbul edərkən, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini təmin etməmişdir. Qətnamə tam araşdırılma aparılmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə ic lasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qətnamədən yalnız Cavabdeh1 tərəfindən kassasiya şikayəti verildiyindən qətnamənin qanuniliyi yalnız ilkin iddianın təmin edilmiş hissələrində və qarşılıqlı iddianın rədd edilmiş hissəsində yoxlanılır. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri Azadlıq prospekti (keçmiş H.Hacıyev küçəsi) 28 ünvanında yerləşən qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı1 (8,1%), İddiaçı2 (8,1%), İddiaçı3 (8,1%), Cavabdeh1 (63,0%) və Cavabdeh2 (12,7%) məxsusdur. Həmin qeyri-yaşayış sahəsi Cavabdeh1 ilə X1 arasında notarial qaydada bağlanmış 19.10.2016-cı il tarixli icarə müqaviləsinə əsasən 03.11.2017-ci il tarixədək hər ay 800 manat icarə haqqı, Cavabdeh1 ilə YYY arasında notarial qaydada bağlanmış 03.11.2017-ci il tarixli icarə müqaviləsinə əsasən isə 03.11.2017-ci il tarixdən 03.09.2018-ci il tarixədək hər ay 600 manat icarə haqqı müqabilində icarəyə verilmişdir. 111Rayon Məhkəməsinin 18.08.2017-ci il tarixli, 2(004)-243/2017 saylı qətnaməsi və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 11.01.2018-ci il tarixli, 2(103)-1094/2018 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə hazırki iş üzrə iddiaçıların ilkin iddiası qismən təmin edilərək Bakı şəhəri, 111rayonu, 111ndə yerləşən 28 saylı qeyri-yaşayış sahəsində olan payları üzərində sahiblik və istifadə hüquqları bərpa edilmiş, həmin obyektin 19.06.2017-ci il tarixədək icarəyə verilməsindən əldə edilmiş gəlirin iddiaçılara düşən hissəsi olaraq 3553,1 manat Cavabdeh1 tutulmuş, həmin iş üzrə Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qeyri-yaşayış sahəsinin təmirinə və avadanlıqlarına xərclədiyi 114.973 manat puldan cavabdehlərin hər birinin payına düşən 9.313 manat olmaqla, cəmi 27.939 manatın tutulması barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə digər Cavabdeh2 münasibətdə əmlakın həmin cavabdeh tərəfindən icarəyə verilməsi və onun tərəfindən icarə haqlarının alınmasını təsdiq edən hər hansı bir sübutun mövcud olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrinin və MPM-nin 82.3-cü maddəsinin tələblərini rəhbər tutaraq ilkin iddia tələbini qismən təmin etmiş, Bakı şəhəri 111rayonu 111ndə yerləşən 28 saylı qeyri-yaşayış sahəsinin 19.07.2017ci il tarixdən 03.09.2018-ci il tarixədək icarəyə verilməsin dən əldə olunmuş 10.000 manat gəlirin 24,3%-nin, yəni 2430 manatın Cavabdeh1 tutularaq iddiaçılara ödənilməsi, iddiaçıların qeyriyaşayış sahəsindən istifadə etməsinə Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması hissələrində təmin etmiş, əvvəl baxılmış mülki işlərdə və hazırda baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin mümkünsüzlüyü müəyyən edildiyinə görə ilkin iddia tələbini qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarının bərpa edilməsi hissəsində, qarşılıqlı iddianı isə tamamilə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instans iya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə yoxlayaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 215-217,700,701-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına; MPM-nin 14.2, 76.1, 77.1, 80, 82, 88, 106.2, 217.4, 372, 385, 386, 388, 390-ci maddələrinə istinadən hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bil məz. İcarə müqavilələri bağlayarkən və ya təmir işləri görərkən digər payçılarla razılaşma əldə etmədən mülki münasibətlərdə pozuntuya yol vermiş Cavabdeh1 əksini sübuta yetirə bilmədiyindən öz risk dairəsində mülki məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MM-nin: - 215.5-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. - 216-cı maddəsinə əsasən Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilər inin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası nəzərə alır ki, 111Rayon Məhkəməsinin 18.08.2017-ci il tarixli, 2(004)243/2017 saylı qətnaməsi və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 11.01.2018-ci il tarixli, 2(103)-1094/2018 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə hazırki iş üzrə iddiaçıların paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən təkbaşına, digər payçıların razılığı olmadan icarəyə verilməsi və əldə edilmiş gəlirin digər payçılara düşən hissəsini ödəməməsi müəyyən ed ildiyindən hazırki iş üzrə işin həmin faktların yenidən sübut edilməsinə ehtiyac yoxdur. İşdən görünür ki, iddiaçılar həmin obyektin icarəsindən əldə edilmiş gəlirin 19.07.2017-ci ildən 03.11.2018-ci il tarixədək olan hissəsinin paylara uyğun bölünməsini xahiş etmiş və 19.07.2017-ci ildən 03.11.2017-ci il tarixədək obyektin hər ay 800 manata icarəyə verildiyinə görə 5 ay üçün 4000 manat, 03.11.2017-ci ildən 03.09.2018-ci il tarixədək isə hər ay 600 manata icarəyə verildiyinə görə, 10 ay üçün 6000 manat əldə edilmiş icarə haqqından ümumilikdə onların payına düşən 2430 manat pulu tələb etmiş, məhkəmələr də bu hesablama ilə razılaşaraq, iddianı həmin hissədə təmin etmişdirlər. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən hesablama aparılarkən hesab səhvinə yol verilmiş 19.07.2017-ci ildən 03.11.2017-ci il tarixədək dövrün 5 ay deyil, 3 ay 15 gün təşkil etdiyi və obyektin hər ay 800 manata icarəyə verildiyinə görə 3,5 ay üçün əldə edilən icarə haqqının 4000 manat deyil, 2800 manat təşkil etdiyi və belə olan halda, iddiaçıların xeyrinə tutulmuş məbləğin 2430 manat deyil, 2138,4 manat təşkil etməli olduğu ( 2800+6000=8800x 24,3%= 2138,4) nəzərə alınmamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti bu hissədə əsaslı olduğundan qismən təmin edilməli, qətnamə bu hissədə dəyişdirilməli və Cavabdeh1 iddiaçıların icarədən əldə olunmuş gəlirə görə 2138,4 manat tutulmalı, həmin tələbin 291,6 manat hissəsi rədd edilməlidir. İlkin iddianın Bakı şəhəri, 111rayonu, 111ndə yerləşən 28 saylı qeyri-yaşayış sahəsindən istifadə etmələrinə i lkin iddia üzrə Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasının təmin edilməsi hissəsi üzrə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 215.4cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin tələbə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)1072/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi və ilkin iddianın qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının bərpa edilməsi tələbinin rədd edilməsi hissəsi üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 261.0.2-ci və 391-ci maddələrinin tələbləri pozulması qənaətinə gəlir. Belə ki, Mülki Prossesual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barış ıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Eyni tərəflər arasında 111Rayon Məhkəməsinin 18.08.2017-ci il tarixli, 2(004)-243/2017 saylı qətnaməsi və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 11.01.2018-ci il tarixli, 2(103)1094/2018 saylı qanuni qüvvəsini almış qətnaməsinə əsasən iddiaçıların eyni cavabdehlərə qarşı Bakı şəhəri, 111rayonu, 111ndə yerləşən 28 saylı qeyri-yaşayış sahəsində olan payları üzərində sahiblik və istifadə hüquqları bərpa edilməsi tələbi təmin edildiyi halda, iddiaçılar hazırki iddia ərizəsində də eyni tərəflərə qarşı eyni əsaslarla həmin tələbi təkrar irəli sürmüşlər. Eyni zamanda, eyni tərəflər arasında qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsinə əsasən Cava bdeh1 qeyri-yaşayış sahəsinin təmirinə və avadanlıqlarına xərclədiyi 114.973 manat puldan cavabdehlərin hər birinin payına düşən 9.313 manat olmaqla, cəmi 27.939 manatın tutulması barədə qarşılıqlı iddiasının təmin edilməməsinə baxmayaraq, hazırki işdə də o, eyni tərəflərə qarşı qeyri-yaşayış sahəsinin təmirinə və avadanlıqlarına xərclədiyi 105.000 manat puldan cavabdehlərin hər birinin payına düşən 8505 manat olmaqla, cəmi 25515 manatın tutulması barədə qarşılıqlı iddia irəli sürmüşdür. Həmin məhkəmə qətnamələrinin məzmunundan görünür ki, həmin iş üzrə verilmiş qarşılıqlı iddia hazırki işdə olan qarşılıqlı iddia eyni əsaslarla və eyni predmet barədə, yəni qeyri-yaşayış sahəsinin təmirinə və avadanlıqlara çəkilmiş xərcin tələb edilməsi barədə qaldırılmış, hər iki iddiaya sübut kimi Əmlak Ekspertiza Mərkəzinin 20.10.2016-cı il tarixli rəyi əlavə edilmiş, sadəcə tələb edilən məbləğ, yəni iddianın obyekti hazırki iddiada azaldılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27.08.2012-ci il tarixli Qərarında məhkəmə müəyyən etmişdir ki, “iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmet i deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə al maq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.” Bu baxımdan, Cavabdeh1 hər iki qarşılıqlı tələbləri eyni əsaslarla( paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin cavabdehin hesabına təmir edilməsi, sahəsinin artırılması və kafe kimi fəaliyyət göstərməsi üçün avadanlıqları alınması, digər paylı mülkiyyətçilərin təmirlə maraqlanmaması və hər hansı vəsait xərclənməməsi əsası ilə) eyni predmet barəsində ( təmir və avadanlıqlara çəkilmiş xərcin onların payına düşən hissəsinin tələb edilməsi), eyni tərəflərə qarşı irəli sürülmüşdür. Tələb edilən məbləğin dəyəri isə iddianın predmetini deyil, obyektini təşk il etdiyindən hazırki iddia tələbi sırf tələb edilən məbləğə görə yeni tələb hesab edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi həm qarşılıqlı iddia, həm də ilkin iddianın qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının bərpa edilməsi tələbi hissəsində Mülki Prossesual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli olduğu halda, həmin tələblərə mahiyyəti üzrə baxaraq rədd etmiş, apellyasiya instansiya məhkəməsi isə öz səlahiyyətləri çərçivəsində həmin pozuntuya qiymət verməyərək, Mülki Prossesual Məcəlləsi-nin 391-ci maddəsinin tələblərinə riayət etməmiş və birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissələrdə dəyişdirmədən saxlamışdır. Mülki Prossesual Məcəlləsinin 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1072/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi və ilkin iddianın qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının bərpa edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissələrdə iş üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətinin cavabdehə məhkəmə iclasının vaxtı və yeri b arədə məlumat verilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsassızdır. İş materiallarından görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı barədə məhkəmə bildirişi Azərbaycan Respublikası MPM-nin 135.7-ci maddəsinin tələbinə əsasən “elektron məhkəmə” informasiya sistemi vasitəsilə cavabdehin mobil telefon nömrəsinə SMS-lə çatdırılmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1072/2019 nömrəli iş üzrə 07 yanvar 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddianın qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunmuş g əlirə görə 2430 (iki min dörd yüz otuz) manat pulun iddiaçıların xeyrinə tutulması hissəsində dəyişdirilsin. Həmin hissədə iddia qismən təmin edilərək, ilkin iddia üzrə Cavabdeh1 Bakı şəhəri, 111rayonu, 111ndə yerləşən 28 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə olunmuş gəlirə görə 2138,4 (iki min yüz otuz səkkiz manat qırx qəpik) manat pul ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 xeyrinə tutulsun. Həmin tələbin 291,6 manat hissəsi təmin edilməsin. Qətnamə ilkin iddianın iddiaçıların Bakı şəhəri, 111rayonu, 111ndə yerləşən 28 saylı qeyriyaşayış sahəsindən istifadə etmələrinə Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Rüstəm qız ının ilkin iddiasının qeyriyaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarının bərpa edilməsi tələbinin və Cavabdeh1 qarşılıqlı iddiasının rədd edilməsi hissəsində ləğv edilərərk, həmin hissələrdə iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3951/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3951/2019
10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver