Məhkəmə qərarları › İş №2(102)-3951/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-3951/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3951/2020 24.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X5, Cavabdeh “xxxx” Azərbaycan ASC-nin vəkilləri X3 və X1, Qarşılıqlı iddia üzrə Cavabdeh2 və onun vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-15350/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Ba kı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) xx xxxxxx 2018ci il tarixli 2(004)-4063/2018 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, ilkin iddianın verilməsi ilə əlaqədar ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı, Cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada xx.xx.2016-cı il tarixli 020CRLN160000271 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 98127,52 manat faiz borcu, 734,35 manat cərimə, xx.xx.2016-cı il tarixli 020CRLN16000027-2 saylı kredit müqaviləsi üzrə 750000 manat əsas borc, 63125,53 manat faiz borcu, xx.xx.2016-cı il tarixli 020CRLN16000027-3 saylı kredit müqaviləsi üzrə 850000 manat əsas borc, 70505,47 manat faiz borcu, 683,69 manat c ərimə və xx.xx.2017-ci il tarixli 020CRLN16000027-4 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 95016,35 manat faiz borcu, 243,41 manat cərimə, ümumilikdə 4450436,32 manat məbləğində borc və 372,40 manat məhkəmə xərclərinin iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı qızna məxsus olan ünvan 1 ünvanında yerləşən 0,12 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsinə, ünvan 2 ünvanında yerləşən 0,12 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsində yerləşən 260,28 kvadrat metr ümumi, 132,8 kvadrat metr yaşayış, 127,48 kvadrat metr yardımçı sahəsindən ibarət olan 2 mərtəbəli, 6 otaqlı xüsusi mülkiyyətli bağ evinə, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84,3 kvadrat metr, yaşayış sahəsi 47,4 kvadrat metr, yardımçı sahəsi 36,9 kvadrat metr olan 1 mərtəbə li, 3 otaqlı xüsusi mülkiyyətli bağ evinin yerləşdiyi 0,12 ha xüsusi mülkiyyətli torpaq sahəsinə, ünvan 4 ünvanında yerləşən 0,12 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsinə, ünvan 5 ünvanında yerləşən 0,297922 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsinə, ünvan 6 ünvanında yerləşən 0,206397 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsinə, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 64/3 ünvanında 0,3 ha xüsusi mülkiyyətli torpaq sahəsində yerləşən ümumi sahəsi 4182.4 kvadrat metr olan 3 mərtəbəli xüsusi mülkiyyətli qeyri-yaşayış binası - “XXX” Şadlıq Sarayına yönəldilməsi, İddiaçı məxsus olan, ünvan 8 ünvanında yerləşən 0.12 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsinin ilkin satış qiymətinin 150000 (yüz əlli min) manat, ünvan 2 ünvanında yerləş ən 0.12 ha sahəyə malik xüsusi mülkiyyəti torpaq sahəsində yerləşən 260.28 kvadrat metr ümumi, 132.8 kvadrat metr yaşayış, 127.48 kvadrat metr yardımçı sahəsindən ibarət olan 2 mərtəbəli, 6 otaqlı xüsusi mülkiyyətli bağ evinin ilkin satış qiymətinin 270000 manat, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84.3 kvadrat metr, yaşayış sahəsi 47.4 kvadrat metr, yardımçı sahəsi 36,9 kvadrat metr olan 1 mərtəbəli, 3 otaqlı xüsusi mülkiyyətli bağ evinin yerləşdiyi 0,12 ha xüsusi mülkiyyətli torpaq sahəsinin ilkin satış qiymətinin 144000 manat, ünvan 4 ünvanında yerləşən 0,12 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsinin ilkin satış qiymətinin 120000 manat, ünvan 5 ünvanında yerləşən 0,297922 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsinin ilkin satış qiymətinin 300000 manat, ünvan 6 ünva nında yerləşən 0.206397 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsinin ilkin satış qiymətinin 200000 manat, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 64/3 ünvanında 0.3 ha xüsusi mülkiyyətli torpaq sahəsində yerləşən ümumi sahəsi 4182.4 kvadrat metr olan 3 mərtəbəli xüsusi mülkiyyətli qeyri-yaşayış binası – “XXX” Şadlıq Sarayının ilkin satış qiymətinin ******* manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələbinin təmin edilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsait kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 0,12 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sa həsində yerləşən 260,28 kvadrat metr ümumi, 132,8 kvadrat metr yaşayış, 127,48 kvadrat metr yardımçı sahəsindən ibarət olan 2 mərtəbəli, 6 otaqlı xüsusi mülkiyyətli bağ evinə tutma yönəldikdə və satıldıqda ən geci bir ay ərzində İddiaçı və digər şəxslərin həmin bağ evindən çıxarılması və bağ evinin boşaldılması, tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 64/3 ünvanında 0,3 ha xüsusi mülkiyyətli torpaq sahəsində yerləşən ümumi sahəsi 4182.4 kvadrat metr olan 3 mərtəbəli xüsusi mülkiyyətli qeyri-yaşayış binası – “XXX” Şadlıq Sarayına yönəldikdə və satıldıqdan ən geci bir ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Aida H üseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) xx xxxxxx 2019-cu il tarixli qərardadı iləilk iddia tələbi üzrə iddiaçı X2 nümayəndəsi X8 işin aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməyə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləapelyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbi üzrə cavabdehlər İddiaçı, Cavabdeh2 və “xxxx” MMC-dən kredit müqavilələri üzrə cərimə borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilmiş, qarşılıqlı iddia tələbi üzrə cavabdehlər İddiaçı, Cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada xx.xx.2016-cı il tarixli 020CRLN160000271 saylı kredit müqaviləsi üzrə 3670 manat, xx.xx.2016-cı il tarixli 020CRLN16000027-3 saylı kredit müqaviləsi üzrə 2160 manat və xx.xx.2017-ci il tarixli 020CRLN16000027-4 saylı kredit müqaviləsi üzrə 1920 manat cərimə məbləğinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ASCnin xeyrinə tutulması, İddiaçı məxsus olan, ünvan 8 ünvanında yerləşən 0,12 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsinin ilkin satış qiymətinin 138000 manat, ünvan 2 ünvanında yerləşən 0,12 ha sahəyə malik xüsusi mülkiyyəti torpaq sahəsində yerləşən 260,28 kvadrat metr ümumi, 132,8 kvadrat metr yaşayış, 127,48 kvadrat metr yardımçı sahəsindən ibarət olan 2 mərtəbəli, 6 otaqlı xüsusi mülkiyyətli bağ evinin ilkin satış qiymətinin 398280 manat, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 84,3 kvadrat metr, yaşayış sahəsi 47,4 kvadrat metr, yardımçı sahəsi 36,9 kvadrat metr olan 1 mərtəbəli, 3 otaqlı xüsusi mülkiyyətli bağ evinin yerləşdiyi 0,12 ha xüsusi mülkiyyətli torpaq sahəsinin ilkin satış qiymətinin 159075 manat, ünvan 4 ünvanında yerləşən 0,12 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsinin ilkin satış qiymətinin 138000 manat, ünvan 5 ünvanında yerləşən 0.297922 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsinin ilkin satış qiymətinin 342610,3 manat, ünvan 6 ünvanında yerləşən 0,206397 ha sahəyə malik xüsusi mülkiyyətli torpaq sahəsinin ilkin satış qiymətinin 237356,6 manat, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 64/3 ünvanında 0,3 ha xüsusi mülkiyyətli torpaq sahəsində yerləşən ümumi sahəsi 41 82,4 kvadrat metr olan 3 mərtəbəli xüsusi mülkiyyətli qeyri-yaşayış binası - “XXX” Şadlıq Sarayının ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, qarşılıqlı iddia tələbi üzrə cavabdehlər İddiaçı, Cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada 2000 manat tutularaq “X15” MMC-nin hesabına ödənilməsi, qarşılıqlı iddia tələbi üzrə cavabdehlər İddiaçı, Cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada 200 manat tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh1 ASC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin Cavabdeh1 ASC cavabdehlər İddiaçı, Cavabdeh2 və “xxxx” MMC-yə qarş ı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericliyin tələbləri kobud şəkildə pozulmuş, işə aidiyyat qaydaları pozulmaqla baxılmışdır. İşin baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsinə dair birinci instansiya məhkəməsinə vəsatət verilməsinə baxmayaraq məhkəmə əsassız olaraq vəsat əti təmin etməmiş, vəsatətin protokol qaydasında rədd edildiyini bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi prosessual hüquqları məhdudlaşdırmaqla yanaşı, həm də ciddi prosessual pozuntuya yol vermişdir. Qeyd olunanların apelyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırılmasına baxmayaraq, apelyasiya məhkəməsi qeyd olunan pozuntulara hər hansı bir münasibət bildirməmiş, eləcə də əsassız olaraq işin aidiyyatı üzrə göndərilməsi barədə vəsatəti rədd etmişdir. Cavabdeh1 ASC İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından verdiy i kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini xahiş edilmişdir. Tərəflərin izahatları: Qarşılıqlı iddia üzrə Cavabdeh2 vəkili X11 məhkəməyə yazılı vəsatət təqdim edərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verildiyini, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin kassasiya baxışından çıxarılaraq apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. İlk iddia üzrə İddiaçı vəkili X10 vəsatəti müdafiə edərək təmin edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh “xxxx” Azərbaycan ASC-nin vəkilləri X9 və X6 məhkəmə kollegiyasının iclasında vəsatətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclası nın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qarşılıqlı iddia üzrə digər cavabdeh “xxxx” MMC-nin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 ASC, eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu daxil olmuşdur. (daxil olma tarixi xx.xx.2020). Həmin məktubda Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından qarşılıqlı iddia üzrə cavabdeh İsgəndəov Qulu Ağabba oğlu tərəfindən kasasiya şikayəti verildiyindən mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirtak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 ASC, eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinin ic raata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də mülki iş kasasiya baxışından çıxarılmalıdır. Bu zaman nəzərə alınır ki, iş üzrə xx.xx.2019-cu il tarixli qərardaddan verilmiş kassasiya şikayətinə baxılmadan qətnamədən verilmiş kassasiya şikayətlərinə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcə llənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)15350/2020 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 ASC, eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı verdiyi kassasiya şikayətlərinin icraat a qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-3951/2020 saylı mülki iş kasasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-15350/2020 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından qarşılıqlı iddia üzrə cavabdeh İsgəndəov Qulu Ağabba oğlunun kasasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar