Məhkəmə qərarları › İş №2(102)-3952/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3952/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3952/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı xxxxnın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, kredit borcu tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi, borcun tutulması və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4763/2024 nömrəli 19 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ASC “Xalq” Bankı ilə ( bundan sonra “iddiaçı” və ya “Bank”) Cavabdeh1 (bundan sonra “cavabdeh” və ya “Borclu” və ya “ipotekaqoyan”) arasında 30 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə imzalanmışdır. Müqaviləyə əsasən satış qiyməti 105.000 manat olan ünvan 1 nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilin alınması məqsədilə Bank tərəfindən cavabdehə 300 ay müddətinə, illik 12 faizlə 70.000 ABŞ dolları məbləğində kred it verilmişdir.

2. Tərəflər kredit müqaviləsinə 22 fevral 2017-ci il tarixdə 1 nömrəli əlavə saziş imzalamışlar. Sazişə əsasən kredit müqaviləsi üzrə Sazişin imzalanması tarixinə borc alanın kredit müqaviləsi üzrə bank qarşısında 69.426.88 ABŞ dolları məbləğində əsas borcunun mövcud olması təsdiq edilmiş, kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 12 faizdən 7 faizə endirilmişdir.

3. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi mənzili xx.xx.2015-ci il tarixli **********25015/1 nömrəli alqı-qatqı və ipoteka müqavilələləri (bundan sonra birlikdə “İpoteka müqaviləsi” adlandırılacaq) üzrə, həmin müqaviləyə xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə saziş nəzərə alınmaqla, banka ipotekaya qoymuşdur.

4. Bankın yuxarıda qeyd edilən mənzilə ipoteka hüququ qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr) ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə bağlanmış alqı-satqı və ipoteka müqavilələri üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan ünvan 1 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin Bank qarşısında 65.142,01 ABŞ dolları məbləğində əsas, xx.xx.2024-cü il tarixinədək hesablanmış 19.532, 32 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə adi faizlər üzrə borc məbləğinin, 15.700,26 ABŞ dolları məbləğində cərimə faizləri üzrə borcun, cəmi 100.374,59 ABŞ dolları və xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən Bankın xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan cavabdeh və digər Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə 477.79 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqavilələsi üzrə öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 39.3 və 59.3-cü maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi ipoteka predmetinin bazar və likvid dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmişdir.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 10/8621-9/9391 nömrəli, 12 aprel 2023-cü il tarixli ekspert rəyinə əsas ən, ipotela predmeti olan mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 108.000 manat, likvid dəyəri isə təqribən 103.000 manatdır.

10. Cavabdeh mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermiş, vəsatətini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsinə dəyişilki edilmiş faiz dərəcəsi 12-dən 7-yə endirilmişdir. Lakin iddiaçının təqdim etdiyi arayışda faiz borcunun 12 faiz dərəcəsi ilə hesablandığı göstərilmişdir.

11. Cavabdeh həmçinin təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi barədə də vəsatət vermişdir.

12. Birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə Banka olan əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etmişdir.

13. Məhkəmə Ekspertizası Mərkəzinin 9/1347 nömrəli, 01 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən, tərəflər arasında bağlanmış 30 oktyabr 2015-ci il tarixli **********25015 saylı kredit müqaviləsi və 22 fevral 2017-ci il tarixli əlavə sazişə əsasən verilmiş kredit üzrə cavabdehin Banka 65.198,62 ABŞ dolları əsas, 14.552,60 ABŞ dolları faiz borcu vardır.

14. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-19/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən xx.xx.2015-ci il tarixli **********25015 nömrəli Kredit müqaviləsi üzrə 65.142,01 ABŞ dolları əsas, 11.503,81 ABŞ dolları faiz borcu, 1.100 ABŞ dolları cərimə borcu (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə), bildiriş in İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı ödənilmiş 30 (otuz) manat və 367.89 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdehə məxsus olan ünvan 1 nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi və ipoteka predmeti olan ünvan 1 nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilin ilkin satış qiymətinin 103.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 nömrəli evin 2 mərtəbəsində yerləşən 67.39 kv.m ümumi, 46.05 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 25 nömrəli mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər və onların ailə üzvləri çıxarılmaqla həmin mənzilin boşaldılması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan 109.90 manatının onun özünə aid edilməsi, iddiaçıdan 46 (qırx altı) manat, cavabdehdən 154 (bir yüz əlli dörd) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. (hakim Aygün Həsənova)

16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan kredit almaq hüquq una malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.

18. Birinci instansiya məhkəməsi iddia tələbinin kredit müqaviləsi üzrə əsas borcun tutulmasına münasibətdə qeyd etmişdir ki, ekspert rəyində tələb edilən vəsaitin 65.198,62 ABŞ dolları olması göstərilsə də, məhkəmə iddiaya tələb həcmində baxmalı olduğundan və iddiaçı da həmin məbləği tələb et diyindən, iddia tələbi əsas borca münasibətdə əsaslı hesab edilməlidir.

19. Birinci instansiya məhkəməsi 15.700,26 ABŞ dolları cərimə borcunun tutulmasına münasibətdə hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

20. Birinci instansiya məhkəməsi tələb edilən cərimə məbləğinin iddiaçı tərəfindən əsassız olaraq şişirdilmə sini qeyd edərək, həm cərimənin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq müəyyən edilmiş 15.700,26 ABŞ dolları cərimənin 1.100 ABŞ dolları məbləğində tutulmasını daha ağlabatan hesab etmişdir.

21. Birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi və əmlakın açıq hərracda satılması hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır.

22. Birinci instansiya məhkəməsi həmçinin mənzilin likvid dəyəri ilə bağlı 12 aprel 2023-cü il tarixli ekspert rəyini sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.

23. Birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 7% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulmasına münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissələrdə qeyri-müəyyən olduğundan, təmin edilə bilməz.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 448.1, 462.1, 467, 739.1-ci, “İpoteka haqqında” Qanunun 27.3, 34, 39.3.3, 59.3, 59.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci madd ələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

25. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən “İpoteka haqqında” Qanununun 10.5 və 39.3-cü maddələrini pozmuşdur. Tərəflər, ipoteka predme tinin faktiki olaraq ilkin satış qiymətlərini müəyyən etmişlər. Mənzilin ilkin satış qiymətinin 103.000 manat məbləğində müəyyən edilməsi qanunsuzdur. İddiaçı tərəfindən borc məbləği düzgün hesablanmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, Kredit müqaviləsinə 1 №-li Əlavə Sazişlə, kredit müqaviləsi üzrə sazişin imzalanması tarixinə borc alanın kredit müqaviləsi üzrə bank qarşısında 69426.88 ABŞ dolları məbləğində əsas borcunun mövcud olması təsdiq edilmiş, tərəflər kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 12%dən 7%-ə endirilməsi barədə razılığa gəlmişlər. Lakin iddiaçının təqdim etdiyi borcun hesablanması barədə arayışdan görünür ki, faizlər əsas borc məbləğinə illik 12%əlavə olunmaqla hesablanmışdır. Bundan başqa, iddiaçının təqdim etdiyi bor cun hesablanması barədə hesabata əsasən, ödənilən məbləğlərin, o cümlədən gecikmə zamanı ödənilən borcun fazilərə, cəriməyə silindiyi məlum olmuşdur. Məhkəmə həmçinin MPM-in 39.1 və 40.1-ci maddələrini pozmuşdur. Belə ki, iddiada daşınmaz əmlakın satılması, mülkiyyətçinin daşınmaz əmlakdan çıxarılması tələbləri də vardır. Mülkiyyətçinin çıxarılması tələb edilən daşınmaz əmlak Binəqədi rayonunun ərazisində yerləşir. MPM-in 40.1.-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Bu səbəbdən də, qanunvericiliyin tələblərinə görə mülki işə Bakı şəhəri Binəqədi rayon Məhkəməsində baxılmalı idi. İpoteka müqaviləsinin bağlanmasından 9 il keçmişdir. Bu 9 il ərzində daşınmaz əmlak qiymətlərinin artmaması mümkün deyildir. Ekspert rəyinə əsasən, mənzilin bazar və likvid də yərlərinin 2015-ci ildə necə idisə, elə indi də həmin səviyyədə qalması ağlabatan deyildir. Məhkəmə təkrar ekspertiza təyin etməmiş, bunu əsaslandırmamış, bununla bağlı qərardad qəbul etməmişdir. Birinci instansiyası məhkəməsi “ailə üzvlərinin” şəxsiyyətini müəyyən edib onları da cavabdeh statusunda işə cəlb etmədən, iddianı onlara münasibətdə də təmin etməklə, mülki prosessual normaların tələblərini pozmuşdur.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4763/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-19/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Fua d Babayev)

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşmış və apelyasiya şikayətinin mənzilin ilkin satış qiymətinin 103000 manat məbləğində müəyyən edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin mənasına əsasən, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər.

29. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin razılaşdırılmış qiymətinin 9 il əvvələ təsadüf etdiyini, ötən dövr ərzində əmlak bazarında qiymət dəyişiklərinin baş vermə ehtimalını, habelə bu gün iddiaçının ipoteka predmetinin ipoteka müqaviləsi ilə müəyyən edilmiş qiymətlə satışa çıxarılma sına razı olmadığını nəzərə alaraq iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmiş və göstərmişdir ki, məhkəmə tərəfindən 12 aprel 2023-cü il tarixli ekspert rəyi kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına alan əsaslar müəyyən edilməmişdir.

30. Kredit borcunun məbləğinin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı banka olan əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və 1 aprel 2024-cü il tarixli ekspert rəyi ilə cavabdehin banka olan 65.198,62 ABŞ dolları əsas, 14.552,60 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirsə də, etdiyi ödənişlər nəticəsində banka daha az məbləğdə borcunun qalmasına dair sübut təqdim etməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin düzgün müəyyən olunmaması barədə dəlilini də əsassız hesab etmiş, ekspert rəyi ilə müəyyən olunmuş likvid qiyməti ilə razılaşarfaq vurğulamışdır ki, cavabdeh mənzilin likvid dəyərinin daha yüksək olması barədə apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən istər kredit borcunun məbləği, istərsə də ipoteka predmetinin likvid dəyəri ilə bağlı təkrar ekspertiza təyin olunmasına lüzum görməmişdir.

33. Apellyasiya instansiy ası məhkəməsi işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığı barədə apellyasiya şikayətinin dəlilini də əsassız hesab edərək bildirmişdir ki, hazırkı iş üzrə iddiaçının tələbi iki cavabdehə yönəldilməklə, kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərindən ibarətdir. İddia haqlı olaraq MPMin 36.2-ci maddəsinə əsasən cavabdehlərdən birinin (Cavabdeh1) rəsmi qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılmış, ərazi aidiyyəti qaydaları pozulmamışdır. Həmçinin hazırkı işə MPM-in 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyət qaydaları tətbiq oluna bilməz. Həmin maddənin məzmunundan da göründüyü kimi, hazırkı işdə (iddiada) sadalanan hallardan hər hansı biri mövcud deyildir.

34. Birinci instansiyası məhkəməsinin cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmasını qət etsə də, həmin ailə üzvlərinin şəxsiyyətini müəyyən etməklə, onları cavabdeh statusunda işdə iştirak etməyə cəlb etməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsini mövqeyi belə olmuşdur ki, əvvəla, hazırkı apellyasiya baxışının predmetini qətnamənin yalnız Cavabdeh1 aid hissəsi təşkil etdiyindən, qətnamənin əsaslılığı yalnız ona aid hissədə yoxlanır. Digər tərəfdən, hazırkı qətnamə ilə hər hansı şəxsin hüquq və vəzifələrinə dair məsələ həll olunmuşdursa, həmin şəxslər maraqlarına toxunan şəxs kimi bu qətnamədən apellyasiya şikayəti vermək hüququna malkidirlər. Üstəlik, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi özü də bildirmişdir ki, mübahisəli mənzildə yalnız cavabdehlər və onların yetkinlik yaşına çatmamış uşaqları yaşayır.

35. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmundan əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidi r, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 739.1 (hüquq mü nasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququn u yaradır. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. Maddə 39.3.2. ipoteka predmetinin təsviri 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşay ış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı insta nsiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

40. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, şikayətin dəlillərinə tam qiymət vermişdir.

44. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit müqaviləsi üzrə borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.

45. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bankla cavabdeh arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, kredit müaviləsinin təminatı kimi cavabdeh mülkiyyətində olan daşınmaz əmlakı Bankın xeyrinə yüklü edib cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

46. İşdən görünür ki, kredit müqaviləsi üzrə cavabdehin borcunun məbləği və ipoteka predmetinin ilkin satş qiyməti ekspert rəyləri ilə müəyyən edilmiş, ekspert rəyləri də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddəsinə uyğun qiymətləndirilmişdir.

47. İş üzrə təkrar ekspertiza keçirməli olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlı ğına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

48. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

49. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

50. Hazırki işdə isə cavabdeh apellyasiya baxışında ekspert rəyləri ilə müəyyən edilən borc məbləği və ipoteka predmetinin ilkin satş qiym əti ilə razı olmadığını ümumi sözlərlə ifadə etmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi də məhz cavabdehin mənzilin likvid dəyərinin daha yüksək olması barədə apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməməsinə istinadən onun bu dəlilini qəbul etməmişdir.

51. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

52. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları və dəlilləri ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, ekspertin rəylərini prosessual qanunvericiliyə uyğun qiymətləndirilmiş, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi n əticəni əsaslandırmış, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4763/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar